Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5713/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1605/202 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmi ş kassasiya şikayətlərinə dair işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdehnə qarşı sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən sağlamlığına vurulmuş 41.895,26 manat ziyanın ödənilməsi, həmçinin bundan sonrakı dövr üçün sağlamlığına dəymiş ziyanın ödənilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı 11.12.1962-ci ildə “Ordjonekidzeneft” müəssisəsinin Quyuların Əsaslı Təmiri Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilmiş, 29.01.1964-cü ildə 5-ci dərəcə qazmaçı vəzifəsinə keçirilmiş, 13.05.1965-ci ildə 1-ci dərəcə köməkçi işçi vəzifəsinə keçirilmiş, 20.11.1965-ci ildə yükləyici vəzifəsinə keçirilmiş, 18.01.1967-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. 3. 24.01.1965-ci il tarixdə qazma qurğusunda ağır nasosun yerə düşməsi nəticəsində istehsalatda qəza baş vermiş və nəticədə İddiaçı sol ayağından ağır zədə almışdır. X8 Komissiyasının 14.05.1965-ci il tarixli, 25.05.1970-ci il tarixli, 25.05.1971-ci il tarixli, 25.05.1972-ci il tarixli, 29.05.1974-cü il tarixli zərər dəyməsi ilə əlaqədar aktın çıxarışlarından görünür ki, İddiaçı səbəbi əmək zədəsi olmaqla ümumi əmək qabiliyyətinin 15%, professional əmək qabiliyyətinin 25% itirilməsi barədə rəy verilmişdir.
4. İsmayıllı rayon X6 Komissiyasının (VTEK) 159 No-li, 29.05.1974-cü il tarixli qərarı ilə iddiaçı səbəbi əmək zədə si olmaqla ümumi əmək qabiliyyətinin 15%, professional əmək qabiliyyətinin 25% itirilməsi barədə rəy verilmiş və bu itirilmə müddətsiz müəyyən olunmuşdur.
5. İddiaçı “X” İdarəsinin 23.06.1965-ci il tarixli əmri ilə əmək haqqının 40 faizi, 09.06.1966-cı il tarixli və 08.06.1967-ci il tarixli əmri ilə əmək haqqının 30 faizi, 31.05.1968-ci il tarxli, 10.06.1971-ci il tarixli, 05.06.1972-ci il tarixli, 24.08.1973-cü il tarixli və 05.06.1974-cü il tarixli əmrləri ilə əmək haqqının 25 faizi həcmində kompensasiya ödənilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 12.03.2019-cu il tarixli məktubundan görünür ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və y axud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.08.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3-cü bəndinə əsasən özəlləşdirilməyə açıq elan edilmiş müəssisədə çalışarkən əmək zədəsi almış şəxslərə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən bu qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cü il 27 sentyabr tarixdən bu qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və bu qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Həmin qaydanın 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Nazirlər Kabinetinin “İstehsalat qəzası v ə yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 2003-cü il 9 yanvar tarixi, 3 nömrəli Qərarının 1.1-ci maddəsinə uyğun olaraq işçinin istehsalat və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti hesabına ödənilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxs yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Ona görə müraciətində qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməsini tövsiyyə olunması göstərilmişdir.
7. X tərəfindən İddiaçı ünvanlanmış 10.10.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 11.05.1964-cü il tarixdə aldığı istehsalat xəsarətinə görə SSRİ-nin dağılmasına qədər müvafiq ödənişlər almışdır. Lakin, 30 ilə yaxın müddət keçdiyindən aldığı xəsarətlərə görə İddiaçı verilən ödənişlərlə bağlı Cavabdehndə hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda bildirirlər ki, qeyd edildiyi dövrdə ist ehsalat xəsarətləri ilə bağlı ödənişlərin verilməsi o dövrdə qüvvədə olmuş mülki qanunvericiliklə tənzimlənirdi. Sonradan normativ hüquqi aktlarda dəyişikliklər edilərək müvafiq ödənişlər dayandırılmışdır. Bu səbəbdən də İddiaçı hər hansı köməklik göstərmək imkanları xaricikdədir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 4 saylı region üzrə X4 tərəfindən İddiaçı ünvanlanmış 30.10.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı keçmiş SSRİ-nin Neft Hasilat Nazirliyinin tabeliyində olan “X müəssisəsində 11.05.1964-cü il tarixdə əmək zədəsi aldığı və SSRİ dağıldıqdan sonra zərərə görə ödəncinin ödənilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X4 Xidmətinə ünvanlanm ış ərizələrə baxılmış, X təqdim etdiyi məktubda 30 ilə yaxın müddət keçdiyindən aldığı xəsarətlərə görə Cavabdehndə hər hansı məlumatın aşkar olunmadığı bildirilmşdir. Pozulmuş hüquqların bərpa olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
9. İddiaçı bildirir ki, 11.12.1962-ci il tarixdən keçmiş SSRİ-nin Neft Hasilat Nazirliyinin tabeliyində olan X müəssisəsinin Quyuların Əsaslı Təmiri Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi işinə qəbul edilməklə əmək fəaliyyətinə başlamışdır. 29.01.1964-cü il tarixdən həmin müəssisədə 5-ci dərəcəli qazmaçı işinə keçirilmişdir. İşlədiyi müəssisə Suraxanı qəsəbəsi, 3-cü mədən ünvanında yerləşirdi.11.05.1964-cü il tarixdə 95 saylı qazma qurğusunda işləyərkən əmək zədəsi almış və fakt sex rəisi X və müəssisənin baş mühasibi Xn iştirakı ilə “istehsalatla bağlı bədbəxt hadisənin baş verməsinə dair” tərtib olunmuş 15.05.1964-cü il tarixli 10 saylı aktla rəsmiləşdirilmiş, xəstəlik vərəqəsinə əsasən sağ əlin 4-cü barmağında oynaqların əzilməsi diaqnozu qoyulmuşdur. 24.01.1965-ci il tarixdə 76/111 saylı qazma qurğusunda işləyərkən ağır nasosun yerə düşməsi nəticəsində istehsalatda qəza baş vermiş və nəticədə sol ayağından ağır zədə almışdır. Həmin hadisə yenə də sex rəisi və müəssisənin baş mühasibinin iştirakı ilə tərtib olunmuş “istehsalatla bağlı bədbəxt hadisənin baş verməsinə dair” 26.01.1965-ci il tarixli 2 saylı aktla öz əksini tapmışdır. Xəstəlik vərəqələrinə əsasən ona sol ayağın dayaq hissəsinin əziyi diaqnozu qoyulmuşdur. 30.03.1967-ci il tarixdə işdən evə qayıdarkən ayağı burxulmuş və o, yerə yıxılmışdır. Nəticədə baş və üz nahiyəsindən zədə almışdır. Səhəri gün vəziyyəti bir qədər də ağırlaşdığı üçün o vaxtki Caparidze adına xəstəxanaya aparılmışdır. Həkimlərin və tərkibində texniki təhlükəsizlik məsələlərinə ictimai-nəzarət nümayəndələrinin olduğu komissiyanın gəldiyi yekun rəyə əsasən alınan bu zədə bir başa bundan əvvəl aldığı zədə ilə başqa sözlə istehsalatla bağlı olmuşdur. Bu barədə 01.04.1967-ci il tarixli adları qeyd olunan yoldaşların şahidliyi ilə akt tərtib olunmuşdur. Alınan ikinci istehsalat zədəsi xüsusilə ağır idi. Aşağı sol ətrafın topuq-dayaq funksiyaları tamamilə pozulmuşdur. Sosial Təminat Nazirliyi Orconikidze rayon X8 Komissiyası 14.05.1965-ci il tarixdə ümumi əmək qabiliyyətinin 20%, profesional əmək qabiliyyətinin isə 40% itirilməsi barədə rəy verdi. Növbəti illərdə HƏEK rəyləri nə ümumi əmək qabiliyyətinin 15%, professional əmək qabiliyyətinin isə 25% itirilməsi barədə qərarlar çıxarılmış və 1965-1974-cü illər aralığında hər bir dəfə olmaqla komissiyadan keçmişdir. HƏEK-nin 29.05.1974-cü il tarixli 159 saylı qərarına əsasən səbəbi əmək zədəsi olmaqla, ümumi əmək qabiliyyətinin 15%, professional əmək qabiliyyətinin isə 25% ömürlük (müddətsiz) itirilməsi barədə rəy verildi. X1 verdiyi rəylərə müvafiq olaraq “Orconikidzeneft” idarəsi tərəfindən hər il müəssisənin təqsiri səbəbindən “əmək zədəsinə görə dəymiş zərərin ödənilməsi” ilə bağlı əmrlər verilmiş və nəticədə ona əmək haqqının əvvəlki ildə 40%, növbəti ildə 30%, sonrakı illərdə isə 25% həcmində kompensasiya ödənilmişdir. Bu 1980-ci illərin sonlarınadək davam etmişdir. SSRİ-nin dağılması ilə onun müəssisənin tə qsiri üzündən əmək zədəsinə görə aldığı vəsaitin ödənişi də dayandırılmışdır. Hal-hazırda o, həmin illərdə aldığı ağır zədətravmaların əziyyəti çəkir. İki ilə yaxındır ki, həmin ayaq nahiyələrində şiş və ağırlar olur, yeriməyə çətinlik çəkir. Bildiyi və eşitdiyi qədərilə ona həmin vəsait Azərbaycan Dövləti müstəqillik qazandıqdan sonra da ödənilməli idi. Çünki SSRİ-dən qalan həmin müəssisələrin varisi var. Bu X, lakin ona bu vəsait ödənilməmişdir. O, yuxarıda qeyd olunanlarla bağlı 05.02.2019-cu il tarixli ərizə ilə X müraciət etmişdir. Bundan sonra ona hərtərəfli əsaslandırılmış cavab yalnız ƏƏSM Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (12.03.2019-cu il tarixli **********8 nömrəli) gəlmişdir. Həmin məktubda “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya səbəbdən həlak olmuş işçinin ailə üzvülərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.08.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3-cü bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 5.1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 2003-cü il 09 yanvar tarixi 3 nömrəli Qərarının 1.1-ci maddəsi və həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsi ətraflı izah olunmuş və irəli sürülən tələblərlə bağlı hüquqi varis X müraciət etmələri məsləhət bilinmişdir. ƏƏSM Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı ərizə onlar tərəfindən 25.02.2019-cu il tarixdə **********5 nömrəli müşayətedici məktubla birlikdə araşdırma məqsədilə X4 Xidmətinin 4 saylı region üzrə X3 göndərilmişdir. Ona yalnız Nazirliyin 142 qaynar xətt nömrəsinə və Müfəttişliyin şəhər nömrəsinə dair neçə dəfə zəng etdikdən sonra 10.05.2019- cu il tarixdə **********1 nömrəli məktubla tələbi ilə bağlı araşdırmanın aparıldığı və həmçinin Cavabdehnə onlar tərəfindən məktub ünvanlandığı barədə cavab verildi. Bu məktubda konkret cavab yoxdur, yalnız araşdırma aparıldığı barə də bildiriş var. Bu bildiriş almaq üçün o, yəni 73 gün gözləməli idi? Həmin məktubun sonunda araşdırmanın nəticələri barədə ona məlumat veriləcəyi qeyd edilir. Amma bu günkü tarixədək daha 131 gün keçməsinə baxmayaraq Nazirlik yanında X4 Xidmətindən, nə də onun 4 saylı region üzrə Müfəttişliyindən heç bir cavab ala bilməmişdir. X da ərizəsinin hara yönəldilməsi, araşdırmanın aparılıb-aparılmaması və s. bu kimi suallarla bağlı cavab ala bilməmişdir. Yalnız Cavabdehndən daxil olmuş 04.04.2019-cu il tarixli SOCAR **********30360424X00014 nömrəli məktubda X4 Xidmətindən onlara yönəldilmiş ərizənin araşdırılması ilə bağlı məlumat vardır. Bundan sonrakı dövrdə bir neçə dəfə birliyin vəzifəli şəxsləri ilə telefon əlaqəsi yaradılmış, əvvəlcədən onlara göndərilmiş sənədlərin şəkilləri 07.05.2019-cu il tarixdə vatsap vasitəsi ilə bir daha onlara ötürülmüş, 27.06.2019-cu il tarixdə isə qəbul zamanı sənədlərin əsli yenidən onlara təqdim etmişdir və həmin gün onlara bir daha söz verildi ki, araşdırma aparıb yaxın vaxtlarda tam ətraflı məlumat verəcəklər. Lakin ərizənin X tərəfindən göndərilməsindən 224 gün, ərizənin Əmək Müfəttişliyi X yönəldilməsindən 204 gün, vətəndaş qəbulundan 83 gün keçməsinə baxmayaraq ərizəsinə bitmiş bir cavab yoxdur. O, X ünvanlandığı ərizəsinə axırıncı dəfə 19.10.2019-cu il tarixdə cavab almışdır. Qanunvericiliyə uyğun olaraq sağlamlığına vurulmuş zərərin əvəzini alınmasını, həmin zərərin ona ödənilməsini tələb etmək hüququ vardır.
10. Cavabdehin nümayəndəsi bildirir ki, İddiaçı 11.05.1964-cü ildə Suraxanı qəsəbəsi 3-cü mədən ünvanında yerləşən “X” müəssisəsin də qazma köməkçisi işləyərkən istehsalatla bağlı bədbəxt hadisənin baş verməsi nəticəsində xəsarət almışdır. İddia ərizəsində qeyd olunduğuna əsasən iddiaçı 1980-cı illərin sonlarınadək “əmək zədəsinə görə dəymiş zərərin ödənilməsi” ilə bağlı əmək haqqının 25%-i həcmində kompensasiya ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı uzun illər müxtəlif yerlərdə işləmiş və 13.10.2014-cü il tarixdə "xxxx" ASC-nin İX ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı özü uzun illər öz hüquqlarına laqeyd yanaşmışdır. İddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş “X Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli fərmanı ilə yaradılmışdır. Cavabdehndə iddiaçı ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. İşin faktiki ha llardan göründüyü kimi, mübahisəli hüquq münasibətinin yarandığı zaman (1965-1974-cü il) qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinə (1964-cü ildən 2000-ci il iyunun 1-dək qüvvədə olan) əsasən tənzimlənməlidir. Həmin Məcəlləyə və SSSR-nin Nazirlər Kabinetinin 03.07.1984cü il tarixli 690 saylı İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarından görünür ki, ziyan çəkmiş şəxsə, onun aldığı müavinət məbləğindən və ya səhhətinin pozulmasından sonra ona təyin edilmiş və faktiki olaraq aldığı pensiyadan artıq olan hissəni ödəməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü ildən 2000-ci il iyunun 1-dək qüvvədə olan) 458-ci maddəsinə əsasən, ş ikəstlik və sair formada səhhətin pozulması ziyan çəkmiş üçün dövlət ictimai sığorta haqqı verməli olmayan təşkilat və ya vətəndaş tərəfindən vurulmuşdursa, həmin təşkil və ya vətəndaş bu Məcəllənin 442,443,447-ci maddələrinin qaydalarına əsasən ziyan çəkmiş şəxsə, onun aldığı müavinət məbləğindən və ya səhhətinin pozulmasından sonra ona təyin edilmiş və faktiki olaraq aldığı pensiyadan artıq olan hissəni ödəməlidir. Həmin Məcəllənin 465-ci maddəsinə əsasən, hüquqi şəxs yenidən təşkil olunduqda, aylıq ödəmələrin verilməsi (həmin Məcəllənin 464-cü maddəsi) onun hüquqi varislərinə həvalə olunur. Hüquqi şəxs təsviyə edildiyi halda, ziyan çəkmiş şəxsə çatası olan ödəmələr dövlət sığortası üzrə pula çevrilməli və müəyyən edilən miqdarda və qaydada ziyan çəkmiş şəxsə verilmək üçün hüquqi şəxsin orqanlarına verilməlidir. Hüquqi şəxs təsviyə edildiyi halda təsviyə olunmuş hüquqi şəxsin vətəndaşın ölümü və ya səhhətinin pozulması ilə əlaqədar olaraq vurduğu ziyanın ödənilməsi haqqında tələb, yuxarıda təşkilata və ya hüquqi şəxsin təsviyə edilməsinə dair qərarda göstərilən təşkilata verilir. Həmin Məcəllənin 463-cü maddəsində göstərilən əsaslar üzrə, ziyan çəkmiş şəxsə vurulmuş ziyan üçün ödəmənin miqdarının azaldılması və ya artırılmasına dair tələblər həmin ödəmələri verən hüquqi şəxsin hüquqi varisinə və ya ziyanı ödəmək qət olunmuş hüquqi şəxsin müvafiq hüquqi varisi tərəfindən verilə bilər. Təsviyə edilən hüquqi şəxsin yuxarıda orqanı olmayan hallarda, həmin hüquqi şəxsdən ziyana görə alınmalı olan ödəməni vermək vəzifəsi, təsviyə edilən hüquqi şəxsin əmlakını olan təşkilatın üzərinə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) 2(009)-1849/2020 saylı iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini ömürlük 25% itirilməsi ilə əlaqədar sağlamlığa vurulmuş ziyanın əvəzi kimi 27.08.2020-ci il tarixdən başlayaraq iddiaçının keçmiş X müəssisəsində Quyuların Əsaslı Təmiri Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi vəzifəsinin əmək haqqısına uyğun (mövcud əmək haqqı cədvəlinə uyğun olaraq) və qanunla müəyyən edilmiş həddə hər ay ömürlük zərərin əvəzinin ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçının işlədiyi müəssisə X müəssisəsi olsa da, hazırda həmin müəssisə fəaliyyət göstərmir və onun hüquqi varisi X-dir. Belə ki, nə cavabdehin nümayəndəsi, nə də cavabdeh təşkilat tərəfindən rəsmi qaydada X müəssisəsinin hüquqi varisinin X olmaması ilə bağlı müvafiq sübutlar təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının müraciətləri məhz X tərəfindən araşdırılmış və ona müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Belə olan halda iddiaçı hazırki iddia ərizəsi ilə cavabdehə qarşı iddia qaldırmaqda tam haqlıdır və bu səbəbdən hazırki tələb üzrə subyektiv cavabdehliyi məhz Cavabdeh daşımalıdır.
13. Məhkəmə digər tərəfdən qeyd etmişdir ki, mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə Azərbaycan SSR Mülki Məcəlləsi qüvvədə olmuşdur. Bu səbəbdən hazırki mübahisəyə həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbl əri baxımından hüquqi qiymət verilməlidir.
14. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya aldığı əmək xəsarəti ilə bağlı hər hansı əlillik təyin olunmamışdır və ona aldığı əmək xəsarəti ilə bağlı itirdiyi əmək qabiliyyətinin kompensasiyası kimi 1980-cı illərin sonunadək pul ödənilmişdir. Lakin 1990cı ildən sonra iddiaçının da iddia etdiyi kimi ödənişlərin verilməsi dayandırılmışdır. Buna baxmayaraq iddiaçı həmin ödənişlərin ona verilməsi ilə bağlı işəgötürənə və sonradan onun hüquq varisinə müraciət etməmişdir. iddiaçı həmin ödənişlərin yenidən ödənilməsi ilə bağlı yalnız 2019-cu ildə cavabdehə müraciət etmiş, sonuncu isə iddiaçıya aid müəssisədə hər hansı məlumat aşkar olunmamasını və bununla da həmin ödənişlərə görə cavabdehlik daşımamasını iddia edərək ödənişlərin verilməsindən imtina etmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh X müəssisəsinin hüquqi varisi olduğu üçün iddiaçıya aldığı xəsarətə görə ödənişlərin verilməsinə görə cavabdehlik daşıyır. Lakin bu ödənişlərin əvvəlki dövr üçün də tutulması əsaslı hesab edilə bilməz.
16. İddiaçının aldığı əmək xəsarəti ilə bağlı kompensasiya almaq hüququ olsa da, iddiaçı bu hüquqlarını həyata keçirməmişdir. Bu baxımdan iddiaçının aldığı xəsarətə görə kompensasiya almaq hüququnun yarandığı uzun müddət ərzində və hətta yeni qanunlar qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüququnun reallaşdırılması üçün konkret addımlar atmaması və kompensasiyanın alınması üçün müraciət etməməsi, onun həmin kompensasiya vəsaitlərinə real ehtiyacının olmadığını təsdiq edən hal kimi qiymətləndirilməlidir.
17. Digər tərəfdən m əhkəmənin səlahiyyəti cavabdehə qarşı yönələn tələb həddi ilə məhdudlaşdırıldığından, iddiaçının özünün öz hüquqlarına biganə qalaraq illər boyu maraqlanmadığı bu məsələdə məhkəmənin geniş şərh verməsini və onun əvəzinə tədqiqatlar aparmasını yolverilməz edir (halbuki məhkəmə həqiqətin müəyyən edilməsi üçün səlahiyyət çərçivəsində kifayət qədər araşdırma aparmışdır). Bu səbəbdən əvvəlki dövr üçün 41895,26 manat məbləğində pulun tutulması barədə tələb əsassız hesab edilməli və təmin edilməməlidir.
18. Bununla belə məhkəmə hesab etmişdir ki, iddiaçının bu hüququ məhkəməyə müraciət etdiyi vaxtdan bərpa edilməli və ona aldığı əmək xəsarəti ilə bağlı kompensasiyanın ödənilməsi cavabdehə həvalə edilməlidir
19. Məhkəmə öz mövqeyini Azərbaycan SSR Mülki Məcəlləsinin 458, 463, 465-ci, Mülki Prosses ual Məcəllənin 216-220-ci maddələrinə, SSSR-nin Nazirlər Sovetinin 03.07.1984-cü il tarixli 690 saylı İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarına, AR Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 3No-li qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydaları, X7 haqqında qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh apelyasiya şikayətləri vermişlər.
21. Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1605/202 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, Q.Əsgərov və V.Sadıqov) İddiaçı və cavabdeh X Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1849/2020 saylı iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərində qeyd olunanlar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, uzun illər bu məsələ ilə bağlı məhkəməyə və digər səlahiyyətli orqanlara müraciət edilməməsi həmin dövr üçün kompensasiyanın tələb edilməsi hüququna xitam verilməsinə səbəb olmur.
25. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdi r.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Mülki Məcəlləsinə (1964-cü ildən 2000-ci il iyunun 1-dək qüvvədə olan) və SSR Nazirlər Kabinetinin 03.07.1984-cü il tarixli 690 saylı İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarına əsasən ziyan çəkmiş şəxsə, onun aldığı müavinət məbləğindən və ya səhhətinin pozulmasından sonra ona təyin edilmiş və faktiki olaraq aldığı pensiyadan artıq olan hissəni ödəməli olduğu halda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini kompensasiyanın keçmiş X müəssisəsində Quyuların Əsaslı Təmiri Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi vəzifəsinin əmək haqqısına uyğun (mövcud əmək haqqı cədvəlinə uyğun olaraq) ödənilməli olması nəticəsini qüvvədə saxlamaqla qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçının nümayəndəsi və vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.
29. Cavabdehin vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
36. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
37. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
39. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
41. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (36)
42. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə ilə iddianı qismən təmin edərək 27.08.2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən iddiaçıya sağlamlığa vurulmuş ziyanın əvəzinin ödənilməsi nəticəsinə gəlsə də, qətnamənin nəticə hissəsində cavabdehdən tutulmalı olan ziyanın məbləğini göstərməmişdir.
43. Halbuki Mülki Prossesual Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
44. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla həmin qətnamənin icrası zamanı tərəflər arasında gələcəkdə əmələ gələ bilən mübahisəyə zəmin yaratmışdır.
45. Bundan başqa iş materiallarından görünür ki, id diaçı xəsarət aldıqdan sonra uzun müddət müxtəlif peşələrdə işləmişdir.
46. Belə olan halda iddiaçının itirilmiş əmək qabilyyətinin sonradan bərpa olunubolunmamasının müəyyənləşdirilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi qeyd edilən halı araşdırmamışdır.
47. Bununla yanaşı iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə sağlamlığa vurulmuş ziyanın əvəzinin 27.08.2020-ci il tarixdən sonrakı dövr üçün ödənilməsi qənaətinə gəlmiş və apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmışdır.
48. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi bu hissədə gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, iddiaçının aldı ğı əmək xəsarəti ilə bağlı kompensasiya almaq hüququ olsa da, iddiaçı bu hüquqlarını həyata keçirməmişdir. Bu baxımdan iddiaçının aldığı xəsarətə görə kompensasiya almaq hüququnun yarandığı uzun müddət ərzində və hətta yeni qanununlar qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüququnun reallaşdırılması üçün konkret addımlar atmaması və kompensasiyanın alınması üçün müraciət etməməsi, onun həmin kompensasiya vəsaitlərinə real ehtiyacının olmadığını təsdiq edən hal kimi qiymətləndirilməli və iddiaçının bu hüququ məhkəməyə müraciət etdiyi vaxtdan bərpa edilməlidir.
49. Göründüyü kimi, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi qeyd edilən halı qanunvericiliyə istinad etmədən yalnız öz mülahizələri ilə əsaslandırmışlar.
50. Halbuki, Mülki Prossesual Məcəl lənin 9.3-cü maddəsinə əsasən məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
51. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
52. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi iddiaçının aldığı əmək xəsarəti ilə bağlı sağlamlığa vurulmuş ziyanın əvəzini almaq hüququnun olduğu qənaətinə gəldiyi halda həmin ziyanın iddia ərizəsi verild iyi vaxtdan, yaxud iddia ərizəsi verildiyi vaxtdan əvvələ hansı müddət ərzində verilməli olmasını qanunvericiliyin tələbləri baxımından qiymətləndiməli və müvafiq qiymətləndirməyə uyğun qətnamə qəbul etməlidir.
53. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
54. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
55. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 4 17, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1605/202 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.