Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5726/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Qasımov Həmid Abdulla oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5726/21 (Açar sözlər: prosessual müddətin bərpası barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2(103)3750/2020 saylı qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, sonuncu ilə birgə nikahından 04 oktyabr 2014-cü il tarixdə doğulmuş X2 və 08 oktyabr 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, 04 oktyabr 2014-cü il tarixdə doğulmuş X2 və 08 oktyabr 2015-ci il tarixdə doğulmuş X1 İddiaçı alınıb onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsind ə icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.X.Bəhrəmzadə) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılıb. 02 mart 2021-ci il tarixdə Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti, eyni zam anda prosessual müddətin bərpası barədə vəsatət verib və vəsatətini belə əsaslandırıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qardaşı da iştirak edib və o, döyüşlərdə yaralanıb. Qardaşının yaralanması və müalicəsi ilə əlaqədar olaraq vaxtında kassasiya şikayəti verə bilməyib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli qərardadı ilə cavabdehin qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməyib və kassasiya şikayəti geri qaytarılıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiy ası məhkəməsinin qərardadının ləğv edilib, qətnamədən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməyib. İddiaçı, Cavabdeh vəkili Vəkil və üçüncü şəxs Bakı Şəhəri, Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instans iyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və sair). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şə xslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədl əri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Cavabdeh kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini onunla əsaslandırıb ki, qardaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və döyüşlərdə yaralanıb. Qardaşının yaralanması və müalicəsi ilə əlaqədar olaraq vaxtında kassasiya şikayəti verə bilməyib. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh vəsatətinin dəlilləri ilə razılaşmayıb işə əlavə edilmiş sübutla rı araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 405-ci maddəsinə əsasən, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Göründüyü kimi, kassasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 19 avqust 2020-ci il tarixli qətnamənin surətini Cavabdeh 16 oktyabr 2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul edib. Belə olan təqdirdə hesab edilməlidir ki, qətnamənin surəti Cavabdeh rəsmi qaydada verilib və qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü isə 16 dekabr 2020-ci il hesab edilir. Lakin Cavabdeh tərəfindən kassasiya şikayəti 02 mart 2021-ci il tarixdə məhkəməyə daxil olub. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin işin hallarından müəyyən edilir ki, Cavabdeh qətnamənin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürüb və müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi sübuta yetirilmir. Hazırki iş üzrə müddətin buraxılmasına səbəb olmuş halın üzrlü hesab edilməsi üçün apellyasiya instansiyası məhkəməsi əsas görmür. Prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizə təmin edilə bilməz və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli məsələ üzrə düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassa siya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2(103)-3750/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5726/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5726/2021
23.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver