Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-575/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5955/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1992-ci ildə hərbi x idmətə çağırılmışdır. Xidmətdə olarkən xx.xx.1993-cü ildə Tovuz rayonunun Ermənistanla sərhədində yerləşən Əlibəyli kəndində gedən döyüş zamanı yaralanmışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı yaralanma və travma – diaqnoz: “keçirilmiş qapalı kəllə beyin travmasının mikroocaqlı üzvi-nevroloji nişanələr, asteno-nevrotik təzahürlər və mülayim dərəcədə artması ilə keçən, serebral araxnoiditlə nəticələnmiş qalıq əlaməti sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə sol çiyin nahiyyəsinin toxumalarının dəlibkeçən güllə yaralanmasından sonrakı çapıqları”, nə səbəbə ki, xx.xx.1994-cü ilə kimi Tovuz rayonu mərkəzi xəstəxanasında müayinə və müali cə olunmamışdır. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır”. İddiaçı rayon şöbəsində xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək İİ qrup Qarabağ əlili kimi uçot qeydiyyatında olmuş və müvafiq dövr üzrə ona pensiya ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyi hərbi xidmətlə bağlı olduğundan İİ qrup əlil kimi ona verilməli olan 6600 manat məbləğin ödənilməsi vəzifəsinin Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaraların təsiri nəticəsində Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tovuz rayonu 28 saylı TSEK-nin xx.xx.2003-cü il tarixli aktı ilə əmək qabiliyyətsiz kimi ona İİ qrup əlillik təyin olunmuşdur. Sonuncu dəfə xx.xx.2016-cı ildə Tovuz rayonu 28 saylı TSEK-də əmək qabiliyyətsiz kimi İİ qrup əlillik təyin edilmişdir, növbəti müayinə xx.xx.2021-ci ildə təyin edilmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx xxxx 2020-ci il tarixli, 2(006)554/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmə Mülki Məcəllənin 883.1-ci, 883.2-ci, 884.5-ci, 921.1-ci və 922.2-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxx 2017-ci il tarixdə iddiaçıya verilmiş cavab qanunun tələblərinə uyğun deyil, həmin cavab əsassızdır və iddiaçının tələbi əsaslı olduğuna görə iddiaçıya cavabdeh tərəfindən sığorta ödənişi ödənilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) xx xxxx 2020-ci il tarixli, 2(103)-5955/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iza hatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərə əsasən İddiaçı 2-ci qrup əlillik hərbi xidmətdən tərxis olunandan 10 il sonra verilmişdir. Qanunverici tərəfindən hadisənin sığorta hadisəsi hesab olunması üçün əlilliyin 3 il müddətində təyin olunması şərti müəyyən edilməmişdir. Ona görə ki, hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Buna görə də, Qanunda 3 il müddətində təyin olunan əlillik halına (riskinə) sığorta təminatı verilmişd ir. Göründüyü kimi, əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. İddiaçı əlillik hərbi xidmətdən tərxis olunmadan 3 il keçdikdən sonra təyin edildiyi üçün sığorta ödənişinin verilməsi qanuna uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmiş dir. Tətbiq edilən hüquq. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanunu:
13. Maddə
4. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir.
14. Maddə
5. Bənd “ç”. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi h esab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə - 60 faizi nisbətində verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
21. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin xx.xx.2014-cü il tarixli, 414 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1987-ci ildən xx.xx.1989-cu il tarixədək ordu sıralarında xidmət etmiş və xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1993-cü ildə Tovuz rayonunun Ermənistanla sərhədində yerləşən Əlibəyli kəndində gedən döyüş zamanı yaralanmışdır.
22. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında rayon şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı rayon şöbəsində xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək İİ qrup Qarabağ əlili kimi uçot qeydiyyatında olmuş və müvafiq dövr üzrə ona pensiya ödənilmişdir.
23. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli qərarından görünür ki, Tovuz RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1995-ci ildən fərarlik etdiyi üçün barəsində Qazax qarnizonu hərbi prokurorluğu tərəfindən xx.xx.1998-ci ildə amnistiya qərarı tətbiq olunmuş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.1993-cü ildə aldığı yaralanma və travma – diaqnoz: “keçirilmiş qapalı kəllə beyin travmasının mikroocaqlı üzvi-nevroloji nişanələr, astenonev rotik təzahürlər və mülayim dərəcədə artması ilə keçən, serebral araxnoiditlə nəticələnmiş qalıq əlaməti sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə sol çiyin nahiyyəsinin toxumalarının dəlibkeçən güllə yaralanmasından sonrakı çapıqları”, nə səbəbə ki, xx.xx.1994-cü ilə kimi Tovuz rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunmamışdır. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır”.
24. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxx 2017-ci il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Sizə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şə rh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir”.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) p ozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.
26. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sığorta ödənişinin ödənilməsi qaydası və şərtlərinin hələlik müəyyən olu nmamasının iddiaçının qanuni və əsaslı iddiasının təmin olunmamasına əsas ola bilməməsi barədə gəldiyi qənaət düzgündür. Belə ki, faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığorta edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş konstitusion prinsiplərlə bir araya sığmır.
28. Bundan başqa, sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırkı mübahisə çərçivəsində həmin əsa sların heç biri müşahidə olunmur.
29. Kollegiya, apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
30. Ona görə ki, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə yaralanması nəticəsində aldığı xəsarətlərə dair “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” məzmunda qərarı xx xxxx 2003-cü ildə qəbul edilmişdir. İddiaçı elə həmin il - xx.xx.2003-cü il tarixdən rayon şöbəsində İİ qrup Qarabağ əlili kimi uçot qeydiyyatında olmuşdur. Bu hal iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülmədiyinə dəlalət edir.
31. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şirkətinın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5955/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.