Məhkəmə qərarları › İş №2(102)-5754/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5754/2019

19.08.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5754/2019 19.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, iddiaçı H8 vəkili Vəkil, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı H8 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)4173/2019 nömrəli iş üzrə 02 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Leyla Talıbova) 17 dekabr 2018- ci il tarixli, 2(011)-8300/2018 saylı qətnaməsi ilə iddiaçı H8 Cavabdeh qarşı iddia tələbi təmin edilmiş, İddiaçı1 ilə Cavabdeh arasında Bakı şəhəri, ************************ saylı mənzilinə dair bağlanmış 28 iyul 2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Elşad Şamayev sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Xəyal Sarıyev) 02 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 2(011)-8300/2018 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmuş, H8 Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmşidir. İşin halları: İddiaçı H8 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Bakı şəhəri, *********************** saylı mənzilinə dair bağlanmış 28 iyul 2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz; İddiaçı H8 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, onun tərəfindən həm iddia ər izəsində, həm də məhkəmə baxışı zamanı irəli sürülmüş dəlillərə düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh keçmiş əridir, ilk vaxtlar onunla mehriban ailə kimi yaşasalar da, sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pozulmuş, rəsmi nikahları 13 sentyabr 2017-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən ləğv edilmişdir. X7 1999-cu ildən mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzili 30 may 2016-cı ildə ona bağışlamışdır. Bundan sonra Cavabdeh fiziki və psixi təsirlərə məruz qoyaraq həmin mənzili öz adına sənədləşdirməyə onu məcbur etmiş, 28.07.2016-cı ildə mənzilin cavabdehə bağışlanmasına dair müqavilə bağlatdırmışdır. Mənzili ələ keçirdikdən sonra isə Cavabdeh ona qarşı təzyiqləri, zorakılığı, saymamazlığı daha da artmış, bu hərəkətlərinə etiraz etdikdə isə uşaql arla birlikdə onu küçəyə atması ilə hədələmişdir. Sonradan həqiqətən onu evdən çıxarmış, başqa bir qadın gətirib yaşamağa başlamışdır. Lakin həm özü, həm də uşaqları mübahisəli mənzildə qeydiyyatı qalmışdır. Cavabdeh onun (iddiaçının) qardaşı Hüseynov İlkinə xəsarət yetirməklə yanaşı qanunvericiliklə üzərinə qoyulmuş ailə hüquq münasibətlərini onun və yaxın qohumları barəsində kobudcasına pozmuşdur. Cavabdeh onu və uşaqları döyə-döyə məcburi vəziyyətdə mübahisəli evi özünə bağışlatdıqdan sonra onu və azyaşlı 2 oğlunu həmin evdən qovmuş və bügünədək onlar ayrıayrı qohumların evində yaşamağa məcbur olmuşlar. Bakı Apellyasiya Məhkəməsi işi düzgün araşdırmamış, Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, sübutları düzgün qiymətləndirilməmişdir. Tərəflərin izahatları: İd diaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh və H8 26 avqust 2008-ci il tarixdə nikaha daxil olmuş və nikahları Bakı şəhəri Xətai rayon məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahları dövründə, 30 may 2016-cı il tarixdə iddiaçının atası X5 mülkiyyətində olmuş Bakı şəhəri, ********************* saylı mənzili İddiaçı2 bağışlamış, sonuncu isə öz növbəsində 28 iyul 2016-cı il tarixdə həmin mənzili cavabdehə bağışlamışdır. Tərəflər arasında münasibətlər pozulduqdan sonra İddiaçı1 müraciət əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanmış, Bakı Hərbi Məhkəməsinin 02 mart 2018-ci il tarixli hökmü ilə aylıq pul təminatının 10 faizi dövlət nəfinə keçirilməklə 3 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. Bundan başqa Cavabdeh keçmi ş qaynı X4 xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İddiaçı hazırda məhkəməyə müraciət edərək mübahisəli mənzili cavabdehə bağışlaması barədə 28 iyul 2016-cı il tarixli müqaviləni mübahisələndirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsi bağlamasa da, qanunvericiliyin tələbinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməməli, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudçasına pozmamalı, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etməkdən imtina etməməlidir. Məhk əmə hesab etmişdir ki, əmlak bağışlandıqdan sonra cavabdeh iddiaçının qohumlarına xəsarət yetirdiyi üçün bağışlama müqaviləsi ləğv olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə qətnaməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, habelə birinci instansiya məhkəməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməlidir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidm əti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir:

1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi,

2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya

3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianın əsaslığını müəyyən etmək üçün iddiaçı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibətlərində yuxarıda qeyd olunan şərtlərin hansının mövcud olması yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, bağışlama müqaviləsi hər hansı öhdəliklə şərtləndirilməmişdir. Həmçinin birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, bağışlama müqaviləsi bağlanıldıqdan sonra tərəflərin arasında ailə hüquq münasibətləri po zulmuş və hadiyyə verənin bağışlamadan imtinası cavabdehin ailə münasibətlərindən irəli gələn vəzifələrin pozulması ilə əsaslandırılmamışdır. Ən azı iddiaçı tərəfindən bununla əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən faktiki olaraq Azərbaycan Respublikası MM-in 673.1.1-ci maddəsini, yəni cavabdehin iddiaçının qardaşına qarşı cinayət törətməsini əsas götürmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki, qanunvericiliyin tələblərinə əsasən hədiyyə alan tərəfindən hədiyyə verənə (onun yaxın qohumuna) qarşı hər hansı cinayətin törədilməsi deyil, ağır cinayətin törədilməsi bağışlamadan imtina üçün əsas ola bilər. Hazırki iş üzrə isə müəyyən olunur ki, Cavabdeh iddiaçının qardaşına qarşı Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini, yəni Azərbaycan Respublikası CMin 15-ci maddəsinə uyğun böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aid cinayətləri törətmişdir. Odur ki, birinci instansiya məhkəməsi əsassız olaraq Azərbaycan Respublikası MM-in 673.1.1-ci maddəsini hazırki mübahisəyə tətbiq etməklə, iddia tələbini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” və Cavabdeh arasında bağlanmış Mənzil alqı-satqı müqaviləsinə əsasən sonuncuya məxsus olmuş Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 1, 13 saylı, sahəsi 69,50 kvadrat metr olan 2 otaqlı mənzilin 28 iyul 2016-cı il tarixdə, yəni mübahisələndirilən bağışlama müqaviləsi bağlanılarkən iddiaçının q ardaşı X4 verilməsinə dair sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən Azərbaycan Respublikası MPM-in 372.2-ci maddəsinin tələblərinə uyğun olaraq onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə maddi hüquq normalarının pozulması ilə baxdığından, habelə qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya qaydasında ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və məhkəmə həmin dəlillərə hüquqi qiymət vermişdir. İddiaçının iddia tələbinin faktiki əsası kimi istin ad etdiyi hallara apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına əsasən qiymət vermiş və hazırki işdə bağışlamadan imtinanın əsasının təsbit olunduğu Mülki Məcəllənin 673.1.1-ci maddəsində əks olunmuş halın, yəni cavabdehin iddiaçıya və ya yaxın qohumlarına qarşı ağır cinayətin törədilməsi halının mövcud olmaması müəyyən edilmişdir. Məhkəmə maddi hüquq normasını hazırki işin hallarına düzgün tədbiq etmişdir. Ona görə də, kollegiya hesab edir ki, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara alır: İddiaçı H8 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4173/2019 nömrəli iş üzrə 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar