Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5760/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 Tevid qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5760/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(105)-303/2021 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Qusar rayonu, Qayakənd kəndində yerləşən 0,056 ha torpaq sahəsinin 0,04 ha hissəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış notarial qaydada təsdiq edilmiş 16 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən Cavabdeh2 adına verilmiş 19 mart 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Qusar Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.V.Kazımov) iddia təmin edilib. Birinci instan siya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı özünə məxsus olan Qusar rayonu, Qayakəndində yerləşən 0,136 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən 10.600 manata Cavabdeh1 satıb. Cavabdeh1 həmin puldan 5.000 manatını ödəyib, yerdə qalan 5.600 manatını isə 01 noyabr 2017-ci il tarixədək qaytaracağını öhdəsinə götürüb, lakin öhdəliyini yerinə yetirməyib. Bundan sonra, Cavabdeh1 iddiasına əsasən, Qusar Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2017-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilib. Lakin Cavabdeh1 əvvəlcə həmin torpaq sahəsinə dair öz adına 18 may 2017-ci il tarixli Çıxarış alıb və 0.136 ha torpaq sahəsinin 0.08 ha hissəsini 01 fevral 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Əzimə Əliyevaya bağışlayıb və həmin əqd notarial qaydada təsdiq edilib. Daha sonra, Cavabdeh1 sənəd üzrə özündə qalan 0.056 ha torpaq sahəsinə dair öz adına 13 fevral 2018-ci il tarixli Çıxarış alıb və həmin torpaq sahəsinin 0.04 ha hissəsini 16 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satıb və sonuncunun adına həmin torpaq sahəsinə dair 19 mart 2018-ci il tarixli Çıxarış verilib. Qusar Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 adına verilmiş 18 may 2017-ci il tarixli Çıxarışın, Cavabdeh1 ilə Əzimə Əliyeva arasında Qusar rayonu, Qayakənd kəndində yerləşən 0.136 ha torpaq sahəsinin 0.08 ha hissəsinə dair bağlanmış 01 fevral 2018-ci il tarixli bağışlama müqaviləsinin, Əzimə Əliyevanın adın a verilmiş 12 mart 2018-ci il tarixli Çıxarışın, Əzimə Əliyeva ilə Xatirə Mahmudova arasında Qusar rayonu, Qayakənd kəndində yerləşən 0.08 ha torpaq sahəsinin 0.07 ha hissəsinə dair bağlanmış 17 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına verilmiş 13 fevral 2018-ci il tarixli Çıxarışın və Xatirə Mahmudovnın adına verilmiş 21 may 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi qət edilib. Göründüyü kimi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Qusar rayonu, Qayakənd kəndində yerləşən 0.056 ha torpaq sahəsinin 0.04 ha hissəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericiliyin tələblərinə əməl edilməyib. Ona görə də Qusar rayonu, Qayakənd kəndində yerləşən 0.056 ha torpaq sahəsinin 0.04 ha hissəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 fevral 2 018-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 19 mart 2018-ci il tarixli Çıxarış etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qusar Rayon Məhkəməsini n 12 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh1 məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. Cavabdeh1 vəkili Şahlar Xıdırov, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 05 saylı Xaçma z Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edili r. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əq d bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi x ahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın rədd edilməsi üçün əsasların olmas ını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 28 fevral 2017-ci il tarixli Çıxarışa əsasən, Qusar rayonu, Qayakənd kəndində yerləşən 0,136 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. 02 may 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı sözügedən torpaq sahəsini 10.600 manata Cavabdeh1 satıb. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Cavabdeh1 sözügedən pul vəsaitinin 5.000 manatını nağd şəkildə İddiaçı ödəyib, qalan 5.600 manatı isə 01 noyabr 2017-ci il tarixədək ödəməyi öhdəsinə götürüb. 18 may 2017-ci il tarixli Çıxarışa əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alın ıb. Bundan sonra, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Qusar rayon məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə 0,136 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 02 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilib. Bundan sonra, 01 fevral 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, Cavabdeh1 Qusar rayonu, Qayakəndində yerləşən 0,136 ha torpaq sahəsinin 0,08 ha hissəsini Əzimə Əliyevaya bağışlayıb. 12 mart 2018-ci il tarixli Çıxarışa əsasən 0,08 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Əzimə Əliyevanın adına, qalan 0,056 ha torpaq sahəsi isə 13 fevral 2018-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Daha sonra, 17 aprel 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, X1 rayonu, Qayakənd kəndində yerləşən 0,08 ha torpaq sahəsinin 0,07 ha hissəsini Xatirə Mahmudovaya satıb və 21 may 2018-ci il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Eyni zamanda, 16 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 Qusar rayonu, Qayakənd kəndində yerləşən 0,056 ha torpaq sahəsinin 0,04 ha hissəsini Cavabdeh2 satıb və 19 mart 2018-ci il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Həmçinin, Qusar Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “müqavilələrin və Çıxarışların etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, Qusar rayonu, Qayakənd kəndində yerləşən 0,136 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 18 may 2017-ci il tarixli Çıxarışın, həmin torpaq sahəsinin 0,08 ha hissəsinə dair Cavabdeh1 ilə Əzimə Əliyeva arasında bağlanmış 01 fevral 2018-ci il tarixli bağışlama müqaviləsinin; həmin torpaq sahəsinə dair sonuncunun adına verilmiş 12 mart 2018-ci il tarixli Çıxarışın; 0,08 ha torpaq sahəsinin 0,07 ha hissəsinə dair Əzimə Əliyeva ilə Xatirə Mahmudova arasında bağlanmış 17 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsinin; Cavabdeh1 adına verilmiş 13 fevral 2018-ci il tarixli Çıxarışın; Xatirə Mahmudovanın adına verilmiş 21 may 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi qət edilib. Göründüyü kimi qanuni qüvvəyə minmiş Qusar rayon məhkəməsinin 07 noyabr 2018-ci il v ə 20 iyun 2019-cu il tarixli qətnamələri ilə Qusar rayonu, Qayakənd kəndində yerləşən 0,136 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2017-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilməsinə və sonradan həmin torpaq sahəsinə dair Cavabdeh1 ilə ayrı-ayrı şəxslər arasında bağlanmış bağışlama, alqı-satqı müqavilələri, habelə torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 18 may 2017-ci il və 13 fevral 2018-ci il tarixli Çıxarışlar etibarsız sayılmasına baxmayaraq, sonuncu mübahisəli 0,056 ha torpaq sahəsinin 0,04 ha hissəsini 16 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satıb və sonuncu həmin torpaq sahəsinə mülkiyyət hüququna dair 19 mart 2018-ci il tarixli Çıxarış alıb. Hazırda, iddiaçı mübahisəli 0,04 ha torpaq sahəsinə dair Cavabdeh1 i lə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən sonuncunun adına verilmiş Çıxarışın etibarsız hesab edilməsini iddia edir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli 0,04 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında sözügedən alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıb. Belə ki, Cavabdeh1 sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız sayılmış Çıxarışa əsasən özünə aid olmayan torpaq sahəsini Cavabdeh2 satıb və onun torpaq sahəsinə dair digər ş əxslərlə bağladığı bağışlama, alqısatqı müqavilələri isə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən etibarsız hesab edilib və İddiaçı həmin torpaq sahələrinə olan pozulmuş mülkiyyət hüququ bərpa edilib. Mülki Məcəllənin 140-sı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmı şsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 kassasiya şikayətinə əsasən ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, iş üzrə məhkəmə aktları Cavabdeh2 tərəfindən ümumiyyətlə mübahisələndirilməyib və sonuncu ilə İddiaçı arasında gələcəkdə mübahisəli 0,04 ha torpaq sahəsinə dair təmənnasız alqı-satqı müqaviləsinin bağlanmasına dair notarial qaydada təsdiq edilməklə 17 iyul 2020-ci il tarixli müqavilə bağlanıb. Daha sonra, Cavabdeh1 kassasiya şikayətində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvə yə minmiş məhkəmə qətnaməsi olduğu üçün hazırki iş üzrə icraata xitam verilməli olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmır. Belə ki, Qusar Rayon Məhkəməsinin nə qanuni qüvvəyə minmiş 07 noyabr 2018-ci il tarixli qətnaməsində, nə də 20 iyun 2019-cu il tarixli qətnaməsində hazırki mübahisə predmetinə dair hər hansı məsələ həll edilməyib və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı yoxdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa məhkəmə iş üzrə icraata xitam verməyə borcludur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normadlarının tələblərini pozduğunu, işin həqiqi halları üzrə səhv nəticəyə gəldiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddia çının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbi q edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(105)-303/2021 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5760/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5760/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver