Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5765/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçının, iddiaçının vəkili X3, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçınıncavabdeh "xxxx" MTK-ya qarşı əmlaka dəymiş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair ilkin, "xxxx" MTK-nın İddiaçına qarşı dəymiş zərərin ödənilməsitələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 aprel 2019-cu il tar ixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) İddiaçı nın cavabdeh "xxxx" MTK-ya qarşı əmlaka dəymiş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair ilkin, "xxxx" MTK-nın İddiaçı na qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Səbail rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Dəmirov, hakimlər A.İsgəndərov və Ə.Əhmədov) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş iddianın təmin olunmayan hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseyn, hakimlər E.Nəbiyev və R.Qurbanov) Səbail rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı X1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail ryonu, Q. Abbasov küçəsi, 27 nömrəli evin 35 nömrəli mənzili ona məxsus olmuşdur. 13 avqust 2016-cı il tarixdə, saat 21:00 radələrində cavabdeh "xxxx" MTK-nın əməkdaş ları mənzilin qapısını sındırmaqla ora daxil olmuş, iddiaçı və ailə üzvlərinə zor tətbiq edərək onları mənzildən çıxarmış, mənzildəki əşyaları balkondan həyətə atmışlar. Daha sonra, mənzil yerləşən bina MTK tərəfindən sökülmüşdür. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, guya iddiaçı ona zərər vurulduğunu sübut edə bilməyib. Halbuki iş materiallarında müvafi disk vardır, şahid ifadələri ilə də iddiaçının mənzilinə qanunsuz daxil olma və əşyaların çölə atılması öz təsdiqini tapır. Hesab edir ki, malkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması haqqında yeni qərarın qəbulunu xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X1 cavabdeh "xxxx" MTK-ya qarşı daşınar əşyalara vurulmuş zərərə görə kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə daşınar əşyalara vurulmuş zərərin əvəzi kimi 67.691 manat pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Səbail ryonu, Q. Abbasov küçəsi, 2 mərtəbəli 27 nömrəli binada yerləşən 35 nömrəli mənzil mülkiyyət hüquq u ilə iddiaçı X1yə məxsus olmuşdur. Həmin binanın piloy layihə çərçivəsində sökülməsi barədə Səbail rayon icra hakimiyyətinin 2016-cı il tarixli sərəncamı vardır. Hazırda bina sökülmüşdür və yerində cavabdeh MTK tərəfindən yüksəkmərtəbəli binanın tikintisi aparılır. Bina sökülməzdən əvvəl iddiaçı və ailə üzvləri onlara məxsus mənzildə yaşamışlar. 13 avqust 2016-cı il tarixdə, saat 21:00 radələrində aralarında MTK-nın əməkdaşları da olan mülki və polis geyimində olan şəxslər iddiaçıya məxsus mənzilə qanunsuz olaraq daxil olmuş, mənzildəki şəxsləri oradan çıxarmış, mənzildə olan əşyaları balkondan çölə tullamışlar. Bundan sonra, binanın söküntüsü həyata keçirilmişdir. Eyni zamanda işin mübahisə edilməyən hallarına görə Bakı şəhəri Səbail rayon məhkəməsinin 12 avqust 2016-cı il tarixli qərard adı ilə Bakı şəhəri, Səbail ryonu, Q. Abbasov küçəsi, 27 saylı evin 25 saylı mənzilənin (bu mənzil iddiaçının qonuşusu və iş üzrə şahid qismində dindirilmiş X1 məxsus olmuşdur) sökülməsi cavabdeh MTK-ya və digər şəxslərə qadağan edilmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona zərər vurulduğunu sübut edə bilməyib. Belə ki, iş materiallarında 2 ədəd video disk vardır. Həmin disklərdən birində iddiaçıya məxsus mənzilə həqiqətən də qapının sındırılması, zor gücünə daxil olunması müəyyən edilir, lakin həmin şəxslərin kimliyi, mənzildə iddia ərizəsində göstərilmiş əşyaların mövcudluğu, zor gücünə mənzilə daxil olanların həmin əşyalara zərər verdiyi təsdiqlənmir. İkinci video diskdə isə, görüntünün evin həyətində aparıldığı, həyətdə zibil yığının olduğu müəyyən edilir. Lakin həmin əşyaların nədən ibarət olduğu, iddiaçı ilə bağlı olub-olmadığı aydın deyildir. Şahid qismində dindirilmiş şəxslərdən X2 iddiaçının sürücüsü, X3 isə qonuşusudur. Şahidlər hansı əşyaların atıldığını görmədiklərini, yalnız iddiaçının qışqıraraq onların içərisində dəyərli əşyaların olduğunu dediyinin şahidi olduqlarını bildirmişlər. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iddiaçı və cavabdeh arasında hər hans müqavilə münasibətlərinin olmadığı nəzərə alındığı halda, mübahisəyə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn öhdəliklərə dair normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 1096.1-ci maddəsinə görə, mülki hüquq poz untusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, deliktdən irəli gələn öhdəliklər üzrə məsuliyyətə cəlb etmə üçün 4 elementin (hüquqa zidd əməl, zərər, təqsir (təqsirsiz məsuliyyət halları istisnadır), səbəbli əlaqənin məcmu halda mövcudluğu tələb e dilir. Apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsasını cavabdehin hüquqa zidd hərəkətinin və zərərin vurulması faktının iddiaçı tərəfindən təsdiqlənə bilmədiyi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu cür qiymətləndirməsi ədalətli və ağlabatan deyildir. Belə ki, işin aşağıda göstərilən hallarından görünür ki, iddiaçıya məxsus mənzilə qanunsuz daxil olan şəxslər (və ya onların bir hissəsi) cavabdeh MTK-nın əməkdaşları və ya cavabdehin təlimatı ilə hərəkət edən şəxslər olmuşdur. Ona görə ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın pilot layihə çərçivəsində sökülməsi və yerində çoxmənzilli binanın inşası cavabdeh MTK-ya həvalə edilmişdir. Bu barədə məlum sərəncamın qəbulundan sonra binada yaşayan sakinlərlə MTK arasında mübahisələrin olduğu, hətta bi nanın söküntüsünün qərardad əsasında qadağan edildiyi mübahisəsizdir. İddiaçı X1nin də bina sökülənə qədər mənzilini tərk etmədiyi mübahisəsizdir. Deməli, binanın söküntüsündə tək maraqlı tərəf cavabdeh MTK olmuşdur. İkincisi, iddiaçı və ailə üzvləri mənzildən çıxarıldıqdan dərhal sonra binanın söküntüsü MTK tərəfindən həyata keçirilmişdir. Bu baxımdan, apellyasiya məhkəməsi, iddiaçıya məxsus mənzilə daxil olan şəxslərin (və ya onların bir hissəsinin) MTK-nın əməkdaşları olmaması ehtimalında belə, MTK binanın söküntüsünü dərhal həyata keçirdiyi sualını cavablandıra bilməmişdir. Deməli, mənzilə daxil olan şəxslərlə, binanın söküntüsünü həyata keçirmiş şəxslər eynidir. Üçüncüsü, mənzilə daxil olan şəxslərin mənzildəki heç bir əşyaya toxunmadığı ehtimalında belə, məsuliyyətin cavabdeh MTK-nın üzərində olduğu şübhəsizdir. Belə ki, iddiaçı və ailə üzvlərinin 13 avqust 2016-cı il tarixdən öz mənzillərindən iradələrinə zidd çıxarıldıqları müəyyən edilir; işdə iddiaçı və ailə üzvlərinin həmin tarixdən sonra mənzillərinə gəlmələri və bütün əşyalarını özləri ilə aparmaları, yəni mənzili könüllü şəkildə boşaltdıqları müəyyən edilmir. Nəzərə almaq lazımdır ki, mənzil iddiaçı və ailə üzvlərinin daimi yaşadıqları yaşayış sahəsi olmuşdur və iddiaçı mənzili könüllü tərk etməmiş, əksinə zorla mənzildən kənarlaşdırılmışdır. Belə olan halda bina sökülərkən mənzilin əşyalarla dolu olması faktnın və cavabdeh MTK-nın hüquqa zidd əməli törətdiyinin qəbulu zəruridir. Məhkəmə kollegiyası, iddiaçının ona zərər vurulduğunu sübut edə bilməməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı saymır. Əvvəla, iddiaçı 13 avqust 2016-cı ilə kimi həmin mənzildə yaşamışdır. Deməli, sözügedən mənzilin boş olması mümkün deyildir; əksinə, mənzildə daimi yaşayış üçün zəruri olan əşyaların mövcudluğunun qəbulu ağlabatandır. İkincisi, iş üzrə şahidlər X2 və X3 iddiaçıya məxsus mənzildəki bütün əşyaların çölə atıldığını bildirmişlər. Göründüyü kimi, mənzildə daşınar əşyaların olduğunun qəbulu zəruridir. Yəni zərər vurulma faktı da öz təsdiqini tapır. Bundan əlavə, cavabdehin etirazının, habelə apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsası həm də ondan ibarətdir ki, iddia ərizəsində sadalanan əşyaların mənzildə olduğu müəyyən edilmir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, bir qayda olaraq, deliktdən irəli gələn öhdəliklər üzrə zərər faktını s übuta yetirmək vəzifəsi zərər çəkənin üzərinə düşür. Lakin hazırki işin halları baxımından bu cür yanaşmanın qəbulu ədalətsiz olmaqla birlikdə həm də hüquqa zidd əməli törətmiş cavabdeh MTK-nın bu cür davranışının "mükafatlandırılması"na səbəb ola bilər. Ona görə ki, iddiaçı və ailə üzvləri onlara məxsus mənzilə bu cür basqın ediləcəyini və mənzillərinin zorla sökülə biləcəyini ehtimal edə və görə bilməzdilər. Deməli, iddiaçılardan mənzildəki əşyalarının dəqiq siyahısını və bu əşyalara sahib olmalarını təsdiqləyən sübutları məhkəməyə təqdim etmələrinin gözləmək həyatın normal axarına uyğun (yəni ağlabatan) deyildir. Bunun əksinə hərəkət edən, yəni iddiaçıya məxsus mənzilə qanunsuz daxil olaraq iddiaçı və ailə üzvlərini oradan zorla çıxarmış və əşyalarını da çölə tökmüş şəxs cavabdeh MTK- dır. Əgər həqiqətən də cavabdeh MTK iddiaçıya məxsus daşınar əşyaları çölə tökməmişdirsə, onda mənzili həmin əşyalarla birlikdə sökmüşdür ki, bunun da cavabdehin daşınar əşyalara vurulmuş zərərə görə məsuliyyətə cəlb olunması baxımndan bir əhəmiyyəti yoxdur. Əgər cavabdeh MTK mənzili sökərkən onun boş olduğunu iddia edirsə, onda mənzilin iddiaçı tərəfindən könüllü şəkildə boşaldıldığı müəyyənləşdirilməlidir ki, bu da öz təsdiqini tapmır. Deməli, mənzildəki daşınar əşyaların məhv edilməsinə yönəlmiş hərəkətlərə cavabdeh yol vermişdir. Bu mənada, hüquqa zidd əməli törətmiş cavabdeh MTK-nın sübutetmə ilə bağlı etirazı irəli sürməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə görə, İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şə xslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. MM-in 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MPM-in 47.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Digər tərəfdən, iddiaçıya məxsus mənzildəki daşınar əşyaları məhv edən cavabdeh MTK-nın gələcəkdə bununla bağlı məhkəmə mübahisəsinin meydana gələcəyini qabaqcadan gördüyü və ya ən azı, görməli olduğunu demək mümkündür. Bu halda, həmin daşınar əşyaların nədən ibarət olduğunu təsdiqləyən sübutları (yazılı akt, video çəkiliş, foro şəkillər və s.) lazımi qaydada rəsmiləşdirmək cavabdeh MTK-nın öz mənafeyi üçün əhəmiyyətli idi. Lakin cavabdeh MTK öz mənafeyinin müdafiəsi üçün zəruri hərəkətləri etməmiş, iddiaçının sübutetmə yükü altında olduğunu irəli sürməklə məsuliyyətdən yayınmağa çalşmışdır. Belə olan halda cavabdeh MTK-nın öz mənafeyinin müdafiəsi üçün görməli olduğu, lakin görmədiyi hərəkətlərin mənfi nəticələrinin iddiaçının üzərinə qoyulması ədalətli deyildir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməs i üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nın kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5765/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5765/2019
10.09.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver