Məhkəmə qərarları › İş №2(102)-5772/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5772/2019

16.09.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5772/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X2 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, vəkili Cəfərov Ceyhun Bəykişi oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2018-ci il tarixli 2(103)5926/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN E TDİ: İddiaçı, iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş və birgə mülkiyyət sayılan “Porsche Cayenne” markalı, **-XO-*** dövlət nömrə nişanlı avtomobilin (bundan sonra - mübahisəli avtomobil) üzərində ½ hissədə payının müəyyən edilməsini və 000-cü məhəllədə yerləşən yaşayış kompleksindəki 6 №-li binanın 16-cı mərtəbəsindəki 3 otaqdan ibarət 103 №-li mənzilə (bundan sonra – mübahisəli mənzil) görə birgə nikah dövründə banka ödənilmiş 91.049 manat pulun ½ hissəsinin, yəni 45.524,50 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Birgə nikah dövründə tərəflər mübahisəli avtomobili və mənzili almışlar. Mənzil “ipoteka müqaviləsi” əsasında alınmış və birgə nikah dövründə 91.049 manat məbləğində pul vəsaiti onlar tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, mübahisəli avtomobil üzərində onun payı ½ hissədə müəyyən edilməli və mənzilə görə banka ödənilmiş məbləğin ½ hissəsi, yəni 45.524,50 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin (hakim Xuraman Məhərrəmova) 12.02.2018-ci tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X5) 05.06.2018-ci il tarixli 2(103)-5926/2018 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.02.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.06.2018-ci il tarixli 2(103)-5926/2018 saylı qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühü m əhəmiyyəti olan bütün faktiki və hüquqi halların aydın olmasına baxmayaraq qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyi üçün qanunsuz və əsassızdır. Belə ki, iş üzrə tərəflər arasında olan nikah Yasamal Rayon Məhkəməsinin 18.12.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Qətnamədən də göründüyü və iddiaçının da təsdiq etdiyi kimi cavabdeh 16 avqust 2016-cı il tarixindən etibarən iddiaçı ilə birgə yaşamır, onunla birgə təsərrüfat idarə etmir. Cavabdeh isə mübahisəli avtomobili 04 noyabr 2017-ci il tarixdə almışdır. Yəni həmin vaxt iddiaçı ilə cavabdeh artıq bir il dörd aydır ki, ayrı yaşayırdılar. Rayon və Apellyasiya Məhkəmələri qətnamə qəbul edərkən iş materiallarına, işdə təqdim olunan sənədlərə, avtomobilin hansı vaxt və hansı şəraitdə alınması na, həmin avtomobilin birgə rəsmi nikahda olmalarına baxmayaraq, nikahın pozulmasına dair məhkəmədə işə baxılarkən alındığına diqqət etməmişdir. Bununla da, məhkəmənin qəbul etdiyi qətnamə heç bir araşdırma aparılmadan və cavabdehin hüquqlarını kobudcasına pozaraq qəbul edilmişdir. Bundan başqa, mübahisəli mənzilin hansı formada alınması, kimin adına alınması, mənzilin alınması üçün ödənişin hansı qaydada aparılması, həmin mənzil alınarkən cavabdehin bank və mənzili satan təşkilat qarşısında hansı öhdəliklər daşıdığını qəti formada nəzərə alınmamışdır. Belə ki, həmin mənzil ipoteka şərti ilə alınmışdır və hal-hazırda da ipoteka girovundadır. Cavabdeh məhkəmə zamanı həmin mənzilin satılaraq əldə edilən məbləğin aralarında bölünməsinə dair qətnamə qəbul edilməsini və ya 35.000 manat pul ödən ilməsini təklif etmişdir. Çünki hal-hazırda mənzil satılmadan iddiaçıya hər hansı məbləğ ödəyə bilməyəcəyini bildirmişdir. Çünki mənzil alınarkən bank və mənzil satışını həyata keçirən təşkilat qarşısında üzərilərinə götürülmüş öhdəlik iddiaçı və cavabdehin hər ikisinə aiddir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasında İddiaçı və vəkili Cəfərov Ceyhun Bəykişi oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iş üzrə tərəflər 2010-cu ildə nikaha daxil olmuş, bu nikah 18.12.2017-ci il tarixdə məhkəmə qaydasında ləğv edilmişdir. Mübahisəli avtomobil və mənzil birgə nikah dövründə əldə edilmişdir. Hazırda iddiaçı mübahisəli avtomobil üzərində payların müəyyən edilməsini və mənzilin alınmasına görə ödənilmiş vəsaitin yarısının cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi mübahisəli avtomobilin tərəflər arasında bərabər şəkildə paylara bölünməsi və mübahisəli mənzilə görə birgə nikah dö vründə banka ödənilmiş 91.049 manat pulun ½ hissəsinin, yəni 45.524,50 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin müxtəlif vaxtlarda mübahisəli mənzilə görə ümumilikdə 88.949 manat məbləğində vəsait ödəməsi iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh özü də Rayon Məhkəməsində işə baxılarkən etiraf etmişdir ki, o, iş materiallarında olan qəbzlərdən müəyyən olunan 28.11.2017-ci il tarixdən sonra da əlavə olaraq ödəniş etmiş və buna görə də, sözügedən mənzil üçün ümumi ödəniş 91.049 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun olduğundan və maddi hüquq normaları düzgün tətbiq edildiyindən əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitalda n olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir (maddə 32.2.2.). - 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin dəyəri tam ödənilmədiyindən və mənzilə mülkiyyət hüququ yaranmadığından tərəflər arasında həmin mənzilin alınmasına sərf edilmiş vəsaitin birgə əmlak hesab edilərək bölünməsi barədə apellyasiya instansiyası məh kəməsinin gəldiyi qənaət düzgündür. Eyni zamanda, avtomobilin birgə nikah dövründə əldə edilməsi iş materialları ilə təsdiq edilməklə yanaşı, tərəflərin 16 avqust 2016-cı il tarixindən etibarən birgə yaşamaması, avtomobilin birgə vəsait hesabına əldə edilməməsi barədə kassasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edilir. Cavabdehin kassasiya şikayətinin işin hallarının sübut olunmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görü nür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyə tinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 05 iyun 2018-ci il tarixli 2(103)5926/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar