Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5777/2020 30.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər XXX Rayon Notariat kontoru, X7, X6, X9, X8, X10) iş Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsızlığı, borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili X2, üçüncü şəxs X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-4064/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Dəvəçi rayonu X5 xx xxxx 1998-ci il tarixli 04 saylı qərarına əsasən İddiaçı (bundan sonra - iddiaçı) və ailə üzvlərinin (X4, X11, X7, X6, X9, X8 və X10) mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4.13 ha pay torpaq sahəsi (bundan sonra mübahisəli torpaq sahəsi) verilmişdir. xx.xx.2018-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq olunmuş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə iddiaçı və ailə üzvləri özlərinə məxsus XXX rayonu XXX kəndində yerləşən ümumi sahəsi 4.13 ha torpaq sahəsini 4500 manata Cavabdeh (bundan sonra - cavabdeh) satmışlar. Hal hazırda mübahisəli torpaq sahəsi cavabdehi n mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı (XXX Rayon Notariat Kontorunu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə) iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə verərək, onunla cavabdeh arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi əsasında cavabdehin adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsini cavabdehə 8000 manata satmış, lakin müqavilədə nədənsə alğı-satqının məbləği 4500 manat göstərilmiş dir. Həmin torpaq sahəsini oğlunu cavabdehin əli ilə işə qoymaq üçün satmışdır. Lakin oğlunun işə düzəlməsi mümkün olmamışdır, ona görə də torpaq sahəsini geri almaq istəyir. Bundan başqa, cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, iddiaçıdan mübahisəli torpaq sahəsinin alğı-satqısı ilə əlaqədar aralarında bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı 20000 manat torpağın pulu, alğı-satqı ilə əlaqədar ödənilmiş dövlət rüsumu və nəqliyyat xərcləri 500 manat və ondan borc qismində alınan 2000 manat olmaqla, cəmi 22500 manat pulun birdəfəlik nəğd qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən müqavilə tam sərbəst və qanuni surətdə iddiaçının öz təklifi, daha doğrusu xahişi ilə bağlanmışdır. Onunla iddia çı arasında bağlanmış alğı-satqı müqaviləsi hər hansı təzyiq və ya təsir altında bağlanmamışdır. Belə ki, iddiaçı özü də keçirilən məhkəmə iclasında hər şeyi olduğu kimi etiraf edərək bildirmişdir ki, torpaq sahəsini satmaqda məqsədi oğlunu işə düzəltmək üçün ona pul lazım olması səbəb olmuşdur. İddiaçı ona torpağını satmaqla yanaşı, əlavə olaraq ondan daha 2000 manat borc pul almışdır. İddiaçının etiraf etdiyi kimi iddiaçı ona torpağın hər hektarını 2000 manata satmışdır. Beləliklə, iddiaçıya satdığı torpaq sahəsinə görə 8000 manat, əlavə borc olaraq isə 2000 manat, cəmi 10000 manat nağd pul vermişdir. Bundan başqa, torpaqlar alğı-satqı zamanından bu günə xeyli bahalaşıb, hazırda onun aldığı torpağın 1 ha sahəsinin qiyməti 5000 manat olub. Həmçinin, torpağın alğı-satqısına görə notariat ə məliyyatının aparılması üçün 500 manata yaxın dövlət rüsumu ödəmiş, lazım olan sənədlərin hazırlanmasından ötrü rayon mərkəzinə gedib-gəlmiş, yəni nəqliyyat xərcləri, vaxtı getmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 göstərmişdir ki, cavabdehin əmisi oğlu onun qardaşını, yəni iddiaçının oğlunu işə düzəltmək üçün pul istəmiş, onlar da bildirmişlər ki, torpaqları var, satıb verərlər. Bu zaman cavabdehin əmisi oğlu bildirmişdir ki, torpağı cavabdehə ala bilərlər. Onlar da razılaşıb torpaqlarını 8 min manata (hər hektarına 2000 manat) cavabdehə satmışlar, hətta iki min manat da cavabdehdən borc alaraq cavabdehin əmisi oğluna vermişlər. Lakin sonuncu onun qardaşını işə düzəltməmişdir, bu zaman onlara məlum olmuşdur ki, qardaşını işə düzəltmək bəhanəsi ilə cavabdeh və onun əmisi oğlu əlbir olub, onları aldadıb, torpaqlarını ucuz qiymətə almışlar. XXX Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(031)577/19 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) ilkin iddia təmin edilmişdir. Qətnamə ilə, həmçinin qarşılıqlı iddia qismən təmin edilərək, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixdə bağlanmış 4Ə-667 nömrə ilə reyestrdə qeydə alınmış müqavilə əsasında torpağa görə verilmiş 8000 manat, 500 manat alqı-satqı ilə əlaqədar ödənilmiş dövlət rüsumu və nəqliyyat xərcləri, 2000 manat borca görə, ümumilikdə 10500 manat pulun iddiaçıdan alınaraq cavabdehə verilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər ara sında bağlanmış alğısatqı müqaviləsi iddiaçıya zərər vurmaqla bağlanmış, onun mülkiyyətində olan torpaq ucuz qiymətə satılmaqla ailə üzvlərinin öz torpaqlarını əkib-becərib qazanc əldə etməkdən məhrum edərək, onların dolanacaq vəziyyətini ağırlaşdırmış, uşaqları işə düzəlməmiş, beləliklə müqavilə iddiaçının mənafelərinin ziddinə bağlanmışdır. İddiaçı cavabdehə müqavilənin aldadılmaqla bağlandığından geri götürməsi təklifini etmiş, cavabdeh isə bundan imtina etmişdir. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq ilkin iddianı təmin etmişdir. Məhkəmə iddiaçının torpağa görə 8000 manat və 2000 manat borc aldığını etiraf etməsini, eləcə də cavabdehin notariat əməliyyatlarının aparılması, çıxarışın alınması və nəqliyyat xərcləri olaraq 500 manat pul məsrəfini nəzərə alaraq hesab etmişdir ki, qarşıqlı iddia qismən təmin edilməli, müqavilə əsasında torpağa görə verilmiş 8000 manat, 500 manat alqı-satqı ilə əlaqədar ödənilmiş dövlət rüsumu və nəqliyyat xərcləri və 2000 manat borca görə, ümumilikdə 10500 manat pul iddiaçıdan alınaraq cavabdehə verilməli, qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya baxışı zamanı məhkəmənin protokol qərardadı ilə mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri olan iddiaçının ailə üzvləri - X4, X11, X7, X6, X9, X8 və X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-4064/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Məmmədova və M.Rzayev) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçıdan 2000 manat məbləğində pul vəsaitinin alınıb cavabdehə verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi işin hallarına Mülki Məcəllənin 178.1, 567, 324.4, 337.1 və 339-cu maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhə miyyəti olan bütün faktiki halları araşdırmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin tərəfləri həmin əqdi öz razılaşdırılmış iradə ifadələri əsasında bağlamış, həmin müqavilə bağlanarkən mübahisə edilməmiş, həmin əqd aldadılma nəticəsində imzalanmamış və ya hər-hansı şərtdən asılı edilməmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, müqavilə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmamışdır. İlkin iddia tələbinin çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən çıxarış alğı-satqı müqaviləsi nəticəsində verildiyindən və həmin müqavilənin də etibarsızlığı barədə iddiaçının dəlilləri əsassız olduğundan, ilk iddia tələbi ç ıxarışın etibarsızlığı hissəsində də təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı Məhkəmə kollegiyası Mülki Məcəllənin 740.1, 739.1 və 385.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi qismən - borc olaraq alınan 2000 manat pulun tutulması hissəsində təmin edilməlidir. Qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, cavabdehdən iddiaçının 2000 manat borc alması və borcun qaytarılmaması işin mübahisəsiz halıdır. Həmin halı iddiaçı öz izahatında təsdiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qə rar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən verilmiş yazılı etirazda kassasiya şikayətinin təmin olunmaması, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və üçüncü şəxs X10 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək şika yətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər üçüncü şəxslər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. XXX Rayon Notariat Ofisi ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı yalnız iddiaçı tərəfindən mübahisələndirildiyindən həmin məhkəmə aktı ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (maddə178.1). Alğ ı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (maddə 337.1, 339). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olmasını əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-40 64/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın rədd, qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5777/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5777/2020
30.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver