Məhkəmə qərarları › İş №2(102)-5780/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5780/2019

19.08.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5780/2019 19.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X9 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X5, iddiaçının digər nümayəndəsi və eyni zamanda vəkili X6, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)2160/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Sərd ar Mehrəliyev) 2(004)7794/2018 saylı 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyə görə 24726 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq özünə ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ümumi öhdəliklər üzrə yaranmış borca görə 24726 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş günü nə müəyyən etdiyi manat məzənnəsinə uyğun alınıb İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Yasamal rayon məhkəməsinin 05.07.2017-cı il tarixli 2(004)-4294/2017 saylı qətnaməsi ilə aralarında 09.09.2012-ci il tarixdə bağlanmış və nikah pozulmuş, 20.07.2015-ci il təvəllüdlü X3 anasının yanında qalması, ondan uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasına görə 28.03.2017-ci il tarixdən hesablanmaqla hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. 05.03.2016-cı il tarixdə tərəflər birgə nikahda olan zaman Abu-Dabi Commercial Bank-dan 49 ay müdd ətinə illik 6,25 faiz olmaqla 172000 AED dirhəm kredit götürmüşdür (1 ABŞ dolları=3,65 BƏƏ dirhəm). Həmin məbləğ işi ilə əlaqədar X4 yaşayan ailəsinin ehtiyaclarına xərclənmişdir. Kreditin son ödənilmə tarixi 05.05.2020-ci il nəzərdə tutulmuşdur. Bundan əlavə, birgə nikah dövründə həmin bankdan 51232 AED dirhəm də kredit götürmüşdür. 05.07.2017-ci il tarixinə qədər banka ödənilən kredit ödənişlərini çıxdıqda, banka ümumilikdə 181000 dirhəm, 1 ABŞ dolları = 3,66 dirhəm hesablanmaqla 49453 ABŞ dollar borcu qalmışdır. Göründüyü kimi, kredit məbləğlərini cavabdehlə birgə nikahları dövründə götürdüklərindən və həmin pul kreditlərini ailə ehtiyaclarına sərf etdiklərindən, buna görə də banka olan pul borcu birgə nikah dövründə yaranmış öhdəlik olduğundan borc öhdəliyi cavabdehlə aralarında yarı bölünməlidir və borc öhdəliyinin yarısı cavabdeh tərəfındən ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, kreditin götürüldüyü dövrdə tərəflər arasında münasibətlər normal olmuş və bu münasibətlər ondan sonra da bir müddət davam etmişdir. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə tərəflər 2017 -ci ilin mart ayına kimi bir ailədə yaşamışlar. Məhkəmənin belə bir nəticəyə gəlməsi özlüyündə mübahisəli qətnamənin əsassızlığını bir daha sübut edir. Belə ki, işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə vacib zəruri əhəmiyyət kəsb edən aşağıdakı 3 halı düzgün araşdırmamışdır: Kreditin götürülməsindən cavabdehin xəbərdar olması (cavabdehin razılığının olması); Kreditə götürülmüş pulun ailənin ümumi ehtiyaclarına sərf olunması; Kredit götürülən zaman tərəflərin ailə münasibətlərinin normal olması. Birinci halla bağlı istər birinci instansiya məhkəməsində irəli sürülmüş iddia ərizəsində, istərsə də apellyasiya instansiya məhkəməsinə verilmiş apellyasiya şikayətində iddiaçı mübahisəli kreditin götürülməsində cavabdehin xəbərinin olması barədə hər hansı bir münasibət bildirməmişdir. Ha lbuki, həm birinci, həm də apellyasiya instansiya məhkəməsində cavabdeh tərəf məhkəməyə təqdim etdiyi etirazlarda sözügedən kreditin götürülməsindən xəbərsiz olduğunu bildirmiş və bununla bağlı öz arqumentini əsaslandırmışdır. Sözügedən arqumentlərlə bağlı iddiaçı tərəf məhkəməyə hər hansı bir etiraz bildirməmişdir.Bundan başqa iş materiallarında olan Dövlət Sərhəd Xidməti X1 məhkəməsinə ünvanladığı 18.02.2019-cu il tarixli məktubundan görünür ki, mübahisəli kredit götürülən zaman iddiaçı X4, cavabdeh isə Azərbaycan Respublikasında olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki. iddiaçı mübahisəli krediti götürən zaman cavabdeh onunla birgə təsərrüfat aparmamış, başqa-başqa ünvanlarda yaşamışlar. Məhz iddiaçı kredit götürməsini cavabdehə bildirməsi, yaxud bu barədə onu xəbərdar etməsi halı isə ümumiyyətlə olmamışdır, əks halda iddiaçı bu barədə sübutları məhkəməyə təqdim edərdi. Beləliklə, istər iddiaçının məhkəməyə təqdim etdiyi yazılı sənədlərdə, istər cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi yazılı sənədlərdə, istərsə də Dövlət Sərhəd Xidməti X1 məhkəməsinə ünvanlanmış 18.02.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisəli kredit götürülən zaman cavabdeh bundan xəbərsiz olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hər hansı bir sübut olmadan iddiaçı tərəfin heç bir sübuta əsaslanmayan münasibətini əsas götürərək hesab etmişdir ki, kreditə götürülən pul məbləği ailənin ehtiyaclarına sərf olunmuşdur, həmçinin həmin məbləğin ailənin mənafelərinə zidd olaraq sərf olunması cavabdeh tərəfi sübuta yetirə bilməmişdir. Əvvəla, apellyasiya instan siya məhkəməsi unutmuşdur ki, hazırkı durumda sübutetmə yükü cavabdehin deyil, iddiaçının üzərinə düsür. Belə ki, iddiaçı təkidlə bildirir ki, kreditə götürülən pul ailənin ümumi ehtiyaclarına sərf olunmuşdur. Lakin bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Apellyasiia instansiya məhkəməsi sübut olmadan iddiaçının bu mövqeyini əsaslı hesab etmişdir. İddiaçının belə bir sübutunun olmaması ondan xəbər verir ki, iddiaçı kreditə götürdüyü pul məbləğini ailənin mənafelərinə deyil, basqa təyinat üzrə xərcləmişdir. Cavabdehin mübahisəli kredit götürülən zaman ailə münasibətlərinin normal olmaması dəlillərinə apellyasiya instansiya məhkəməsi münasibət bildirməmişdir. Baxmayaraq ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman bununla bağlı laz ımı və zəruri hesab olunan sübutlar məhkəməyə təqdim edilmişdir. Bundan başqa işə apellyasiya instansiya məhkəməsində baxılan zaman cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sözügedən sübutlar məhkəmə tərəfindən qəbul edilməmişdir. Həmçinin məhkəmə tərəflər arasında olan yazışmaları ümumiyyətlə sübutlar siyahısından cıxardaraq belə bir sübut növünün mümkünsüzlüyündən çıxış etmişdir. Məhkəmənin hansı səbəbdən belə bir mövqe tutması cavabdeh tərəfə qaranlıq qalsa da, qeyd etmək lazımdır ki, tərəfin məhkəməyə təqdim etdiyi sübut hətta elektron formada olsa belə məhkəmə üçün sübut əhəmiyyətinə malikdir. Cavabdehin iddiaçı ilə aralarında olan yazışmalar məhz ona dəlalət edir ki, tərəflər arasında ailə münasibətləri normal olmamışdır. Ən əsası kredit götürülməzdən tam 25 gün öncə, yəni 09.02.2016-cı il tarixli məktubda cavabdeh və iddiaçı arasında bir-birlərinə boşanma təklifinin edilməsi, bununla bağlı iddiaçının vəkil ilə danışdığını bildirməsi və buna qarşılıq olaraq cavabdehin ona razılıq məktubu yazması artıq sözügedən ailə münasibətlərinin hansı hədd olmasını sübut edir. Məhkəmənin belə bir əsassız nəticəyə gəlməsi ondan xəbər verir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sübutlar məhkəmə tərəfindən araşdırılmamışdır. Əgər araşdırılsaydı məhkəmə müəyyən edərdi ki, artıq 2015-ci ilin sonlarından tərəflərin ailə münasibətləri faktiki olaraq dağılmışdır. Həmçinin apellyasiya instansiya məhkəməsinin Dövlət Sərhəd Xidməti X1 məhkəməsinə ünvanlanmış 18.02.2019-cu iltarixli məktubuna istinad edərək Cavabdeh 29.04.2016-cı il tarixdən 10.03.2017-ci il tarixə kimi 6 dəfə X7 getməsini orada yaşayan ərinin yanına getməsi kimi qiymətləndirməsi və bu halın tərəflərin normal ailə münasibətində olmasını təsdiq edən sübut kimi qəbul etməsi də təəssüf doğurur. Apellyasiya instansiya məhkəməsi necə və hardan bilə bilərdi ki, Cavabdeh 6 dəfə X8 gedəndə məhz iddiaçı ilə ailə münasibətlərini bərpa, yaxud davam etdirməyə getmişdir. Bu səfərlərin sonuncusu onunla nəticələnmişdir ki, iddiaçı cavabdehə qarşı zorakılıq etmiş və cavabdeh bununla baqlı Bakı səhəri Yasamal rayon Polis İdarəsinə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsinin təəssüf doğuran daha bir nəticəsi ondan ibarətdir ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş alış-veriş sənədini əsas götürərək hesab etmişdir ki, İddiaçı tərəfindən 01.01.2017-ci il tarixdə 1880 dirhəmə ayaqqabı alınmış və iddi açının təsdiq etməsinə görə həmin ayaqqabını Nəzrin Abdullavevava almışdır. Cavabdeh tərəf bu münasibətə açıqlamasında bildirmişdir ki, İddiaçı tərəfindən ona ayaqqabı alınmamış, ümumiyyətlə sözügedən ayaqqabının kimə alınmasından məlumatsızdır. Lakin buna baxmayaraq məhkəmə tərəfindən iddiaçının tək bir sözü ilə onun ifadəsi sübut əhəmiyyətinə malik olmuş və məhkəmə bu sübutu mühüm hal kimi qiymətləndirmişdir. İddiaçı və onun nümayəndəsi və eyni zamanda vəkili X11 məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmi n edilməsini xahiş etdi. İddiaçı və onun nümayəndəsi X12, iddiaçının digər nümayəndəsi və eyni zamanda vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 09 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan 20.07.2015-ci il tarixdə bir uşaqları olmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05.07.2017-cı il tarixli 2(004)-4294/2017 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 09.09.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, 20.07.2015-ci il təvəllüdlü X3 anasının yanında qalması, İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay 250 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatana kimi hər ay 200 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı 18.09.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, birgə nikahda olduqları dövrdə “Abu-Dabi Commercial Bank” dan 49 ay müddətinə illik 6,25 faiz olmaqla 172000 AED (X10 dirhəmi) kredit götürmüş, həmin məbləğ işi ilə əlaqədar X4 yaşayan ailəsinin birgə təsərrüfatına və ehtiyaclarına xərclənmişdir. Kreditin son ödənilmə tarixi 05.05.2020-ci il nəzərdə tutulmuşdur. Bundan əlavə, birgə nikah dövründə həmin bankdan 51232 AED dirhəm də kredit götürmüşdür. 05.07.2017-ci il tarixinə qədər banka ödənilən kredit ödənişlərini çıxdıqda, banka ümumilikdə 181000 dirhəm, 1 ABŞ dolları = 3,66 dirhəm hesablanmaqla 49453 ABŞ dollar borcu qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.1 və 41.2-ci maddələrinin tələbinə müvafiq olaraq Cavabdeh birgə nikah dövründə yaranmış öhdəliyinin bölünməsi, 24726 ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, bankdan götürülmüş kredit ailənin ümumi ehtiyaclarına sərf olunduğundan onun qaytarılması üçün cavabdeh də məsuliyyət daşıyır. Cavabdeh isə kreditin onların ailə münasibətlərinin faktiki pozulduğu dövrdə götürüldüyünü, bundan xəbərsiz olduğunu, kreditin ailənin ümumi ehtiyaclarına sərf olunmadığını bildirərək onun qaytarılmasına görə məsuliyyət daşımadığını göstərir. İddia tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisəyə gətirib çıxaran kredit iddiaçı tərəfindən 05 mart 2016-cı il tarixdə, yəni tərəflərin birgə nikahda olduqları dövrdə götürülmüşdür. Yasamal rayon məhkəməsinin 05 iyul 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh nikahın pozulması və aliment tələbi ilə məhkəməyə 28 mart 2017-ci il tarixdə müraciət etmişdir və bu fakt alimentin həmin tarixdən tutulması ilə təsdiq olunur. Nikahın pozulması barədə iddia ərizəsində isə Cavabdeh əri ilə münasibətlərinin pozulmasına görə nikahlarının ləğv edilməsini iddia etsə də, bunu nə vaxtdan baş verməsini göstərməmişdir. Boşanma tələbi ilə Cavabdeh məhkəməyə müraciət etməsi isə kreditin götürüldüyü (05 mart 2016-cı il) vaxtdan 1 il 23 gün sonra baş vermişdir. Kreditin götürüldüyü dövr də tərəflər arasında münasibətlər normal olmuş və bu ondan sonra da bir müddət davam etmişdir. Tərəflər birgə nikahda olduqları dövrdə “X18” MMC-yə məxsus Bakı şəhəri, Ş.Mehdiyev (xx) küçəsi 89-da yerləşən yaşayış binasında ümumi sahəsi 152,14 kvadrat metr olan üç oataqlı mənzil almış və mənzilə dair müqavilə MMC ilə xxx arasında bağlanmışdır. 05 avqust 2016-cı il tarixdə xxx ərizə ilə MMC-yə müraciət edərək həmin mənzilin həyat yoldaşı İddiaçı adına sənədləşdirilməsini xahiş etmiş və 29 avqust 2016-cı il tarixdə həmin mənzilə dair müqavilə xxxnın xahişinə əsasən MMC ilə İddiaçı arasında bağlanmışdır. 2017-ci ilin mart ayında nikahın pozulması barədə məhkəmədə iddia qaldırdıqdan sonra xxx yuxarıda göstərilən paylarının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmiş və Yasamal rayon m əhkəməsinin 09 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq mənzilin 2/3 hissəsinə xxxnın, 1/3 hissəsinə isə İddiaçı mülkiyyət hüquqları tanınmışdır. Həmin qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanımaqla qanuni qüvvəyə minmişdir. Yasamal rayon məhkəməsinin 09 iyun 2017-ci il tarixli, iş materiallarına əlavə edilmiş qətnaməsinin surətindən görünür ki, xxxnın nümayəndəsinin məhkəmədə verdiyi izahatında tərəflərin BƏƏ-nin Abu-Dabi şəhərində yaşayarkən 08 mart 2017-ci il tarixdə növbəti dəfə İddiaçı tərəfindən döyüldükdən sonra azyaşlı uşağı ilə birlikdə Bakı şəhərinə qayıtmasını və şikayətlə Yasamal rayon Polis İdarəsinin 27-ci Bölməsinə müraciət etməsini göstərmişdir. İşin mübahisəsiz halları ilə təsdiq olunur ki, tərəflər 2017-ci ilin mart ayına kimi bir ailədə yaşamışlar. Tərəflərin həmin vaxtda kimi ailə münasibətlərinin davam etməsi Dövlət Sərhəd Xidməti X1 Məhkəməsinə ünvanlanmış 18 fevral 2019-cu il tarixli məktubu ilə də təsdiq olunur. Həmin məktubdan görünür ki, Cavabdeh (Abdullayeva) 29 aprel 2016-cı il tarixdə 10 mart 2017-ci il tarixə kimi 6 dəfə X13 getmişdir. X2 orada yaşayan ərinin yanına getməsi mübahisə doğurmadığından apellyasiya instansiyası məhkəməsi həmin halı tərəflərin normal ailə münasibətində olmasını təsdiq edən sübut kimi qəbul etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş alışveriş sənədindən də görünür ki, İddiaçı tərəfindən 01 yanvar 2017-ci il tarixdə 1880 dirhəmə ayaqqabı alınmış və iddiaçının təsdiq etməsinə görə həmin ayaqqabını xxxya almışdır. Cavabdeh xxx kredit g ötürülən ərəfədə iddiaçı ilə ailə münasibətlərinin pozulmasını və kreditin götürülməsindən xəbərsiz olmasını iddia etsə də, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları bunu təkzib edir. Göstərilənlərlə əlaqədar məhkəmə hesab etmişdir ki, tərəflər arasında mübahisəyə səbəb olan nikahda və normal ailə münasibətlərində olduqları dövrdə götürülmüş və İddiaçı iddia etməsinə görə həmin pul məbləği ailənin ehtiyaclarına sərf olunmuşdur. Cavabdeh məhkəməyə bunu təkzib edən sübutlar təqdim etmədiyindən və eləcə də iddiaçının kreditə götürdüyü pul məbləğini ailəsinin mənafelərinə zidd olaraq sərf etməsini sübuta yetirə bilmədiyindən mübahisə Ailə Məcəlləsinin 41-ci maddəsinin qüvvəsi tətbiq edilməklə həll olunmalı, iddiaçının kredit müqaviləsi üzrə borcun qaytarılmas ı ilə əlaqədar öhdəliyinə görə cavabdeh də iddiaçı ilə birgə məsuliyyət daşımalıdır. İşdən görünür ki, tərəflərin nikahlarının pozulduğu günə kimi iddiaçının Banka ödənilməmiş 49453 ABŞ dolları məbləğində borcu qalmaqla onun yarısı 24726 ABŞ dolları 24726 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bəra bər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Hazırki iddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin 41-ci maddəsi təşkil edir. Həmin normaya görə, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfində n müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Normanın mənasından göründüyü kimi, ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu müəyyən edildiyi təqdirdə həmin öhdəliklər üzrə ər-arvadın məsuliyyəti yaranır. Məhkəmə kollegiyası hesab edir ki, kredit götürülməsi tərəflərin birgə nikah dövrünə təsadüf etsə, həmin kreditin tərəflərin ümumi ehtiyaclarına sərf olunmasına dair apellyasiya instansiyası məhkəməsinin əsaslandığı sübutlar məsələnin həlli üçün kifayət olmamışdır. Məhkəmə borcun götürüldüyü dövrdə tərəflərin faktiki olaraq birgə yaşayaraq birgə təsərrüfat aparmalarını, götürülmüş kreditin tərəflərin ümumi ehtiyaclarına sərf olunmasında dair işdə olan sübutları tam, hərtərəfli və obyektiv baxmamışdır. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 24726 ABŞ dolları pul tələb edərkən iki dəfə bankdan kredit götürməsinə istinad etmişdir. Lakin iş materiallarına kreditin hansı tarixlərdə götürülməsinə, kredit müqavilələrinin, kreditə verilmiş pulların alınmasını və ödənilən kreditin ödənilməsini təsdiq edən mötəbər sübutlar əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin istinad etdiyi 05.03.2016-cı il tarixli kredit müqaviləsinə dair sənədlər isə kserosürət olmuşdur. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissə si aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi iddiaçının götürdüyünü qeyd etdiyi kreditin ailənin ümumi mənafeyinə uyğun, ailənn ümumi ehtiyaclarına sərf edilməsinə, həmin dövrdə tərəflərin faktiki ailə münasibətlərinin normal olmasına dair işdə hər hansı bir mötəbər sübut olmamasına da əhəmiyyət verməmişdir. Məhkəmə tərəflər arasında nikahın pozulmasına dair məhkəmə qətnaməsinə istinad edərək xxxnın həmin iş üzrə iddia ərizəsində aralarında olan ailə münasibətlərinin hansı vaxtdan pozulmasının göstərilmədiyinə istinad etmişdir. Lakin bu heç də tərəflərin kredit götürülən dövrdə münasibətlərinin normal olması anlamına gəlmir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən həmçinin cavabdeh həmin döv rdə X8 gedib-gəlməsinə əsaslanmışdır. Lakin bu hal, özü-özlüyündə tərəflər arasında ailə münasibətlərinin normal olması və iddiaçı tərəfindən götürülmüş kreditin ailənin ümumi mənafeyi üçün xərclənməsinin müəyyən edilməsi üçün kifayət hesab oluna bilməz. Digər tərəfdən məhkəmə tərəflərin birgə nikahda olduqları dövrdə “X18” MMC-yə məxsus vvvvvvv yerləşən yaşayış binasında ümumi sahəsi 152,14 kvadrat metr olan üç oataqlı mənzil alınmasına və mənzilə dair müqavilə MMC ilə xxx arasında bağlanmasına istinad etmişdir. Lakin məhkəmənin istinad etdiyi bu hala dair iş materiallarında hər hansı bir sübut mövcud olmamış, məhkəmənin bu qənaəti iş materiallarına əsaslanmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflərin ailə münasibətlərinin normal olmasına qənaətinə gələrkən iddiaçı tərəfindən cavabdehə 1880 dirhəm məbləğində ayaqqabı alınmasına istinad etmiş, lakin bu barədə iddiaçının göstərdiklərindən başqa hər hansı bir sübutun olmmamasına əhəmiyyət verməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi İddiaçı X10nin “Abu-Dabi Commercial Bank” qarşısında yaranmış 49453 ABŞ dolları məblğində borcun Cavabdeh ilə birgə nikah müddətində əmələ gəlməsi, bankdan aldığı həmin məbləğin ailənin ümumi ehtiyacları üçün istifadə olunması, Cavabdeh da İddiaçılə birgə bank qarşısında pul öhdəliyinə görə məsuliyyət daşımalı olması qənətinə gələrkən işdə olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üç ün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunverciliyin sadalanan normalarından görünür ki, tər əflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən məhkəmənin əsaslandığı sübutlar-mötəbər, aidiyyatı olan və əhəmiyyətli olmalı, həmçinin işin mahiyyəti üzrə həlli üçün kifayət etməlidir. Sübutların kifayətliliyi mülki prosessual qanunvercilikdə göstərilməsə də, qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri kimi əvvəlki üç şərtdən irəli gəlir və hər bir mülki iş üzrə ayrıca dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsində düzünə sübutlar sadalanmış, 106.1-ci maddəsində isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları yanakı sübutlar kimi qeyd edilmişdir. İşdə iştirak edən şəxslərin izahat larının yalnız iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığı halda sübut kimi qəbul edilən olması ilə şərtləndirilmişdir. Göstərilən normaya görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndər ilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2160/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar