Məhkəmə qərarları › İş №2(102)-5795/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5795/2021

24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5795/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh XX oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 21 may 2021ci il tarixli qətnaməsindən cavabdeh XX oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh x 17.03.2016-cı il tarixdə İddiaçı məxsus olan “BMW X6” minik markalı, **ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq qəza törətmiş və maşına maddi zərər vurmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh XX oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus avtomobilin cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi zamanı istismara yararsız vəziyyətə düşməsi nəticəsində ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 70.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdeh, ona məxsus “BMW X6” markalı, **ER-*** dövlət qeydiyyat nişanlı avtomobili 2016-cı il m artın 18-nə keçən gecə idarə edərkən ünvan 1 ünvanında yol nəqliyyat hadisəsi törətmişdir. Bu zaman iddiaçının oğlu da avtomobildə, cavabdehin yanında olmuş və cavabdehdən avtomobili yavaş sürməsini dəfələrlə xahiş etmişdir. Cavabdeh iddiaçıya məxsus avtomobili idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş, yolun sağ kənarında dayanmış “Volkswagen Passat”, “BMW 520”, “Toyota Prado” və “Toyota RAV4” markalı avtomobillərlə toqquşmuşdur. Hadisə zamanı bir neçə şəxs bədən xəsarəti almış, iddiaçıya məxsus avtomobil isə istismara yararsız vəziyyətə düşmüşdür ki, bunun nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymişdir. İddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin həcmi 70.000 ABŞ dolları təşkil edir. Yol nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhər Səbail Rayon Polis İdarəs ində müvafiq araşdırma aparılmış və araşdırma zamanı sübuta yetirilmişdir ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermişdir. İddiaçı iki dəfə nümayəndəsi vasitəsi ilə pretenziya qaydasında cavabdehə müraciət edərək dəymiş zərərin əvəzinin ödənilməsini tələb etsə də, müraciətinin müsbət nəticəsi olmamışdır.

4. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı etiraz təqdim etməmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) 09 aprel 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək vurulmuş maddi zərərin əvəzi olaraq 70.380 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur.

6. Məhkəmə Mülki Məcəllənin 1097.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə cavabdeh XX oğlu tərəfindən hüquqa zidd mülki hüquq pozuntusu törədilmiş və bunun nəticəsində İddiaçı mülkiyyətində olan avtomobilə maddi ziyan vurulmuşdur. Sübutların məcmusu ilə təsdiq edilmişdir ki, İddiaçı mülkiyyətində olan «BMW X6» minik markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 70.380 (yetmiş min üç yüz səksən) manat həcmindədir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Şamayev) 17 may 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edi lməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) x nömrəli iş üzrə 11 fevral 2021cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının x nömrəli iş üzrə 17 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi ndə cavabdeh tərəf vəsatət verərək mülki işin obyektiv, tam və hərtərəfli həlli üçün təkrarən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini, deformasiyaya uğramış avtomaşına onların iştirakı ilə baxılmasını, konkret olaraq avtomaşının zədələnmiş hissələrinin real bazar qiymətinə uyğun olaraq qiymətləndirilməsini, ilkin rəydə göstərilən kimi rentabelli hesab olunmayan avtomaşının hissələrinin real bazar qiyməti ilə qiymətləndirilməsini, həmçinin də hal-hazırda həmin avtomaşının ümumi defromasiyaya uğramış vəziyyətdə real bazar qiymətinə uyğun olaraq qiymətləndirilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsinin apellyasiya instansiya məhkəməsində vermiş olduğu izahatla müəyyən olunur ki, «… ekspertiza zamanı yəqin ki, avtomobilə baxış keçirilib və qiymət qoyulub» Məhkəmə ca vabdeh tərəfin vəsatətini əsassız hesab edərək təmin etməmiş, lakin bu zamanı hansı əsaslarla vəsatətin əsassız olmasına dair mövqeyini əsaslandırmamışdır. Vəsatətə baxarkən məhkəmə rəy verilərkən nəqliyyat vasitəsinə baxış keçirilməsi, nəqliyyat vasitəsinin bazar dəyəri ilə yanaşı qalıq hissələrinin hansı hissələrdən ibarət olması və həmin hissələrin dəyəri, nəqliyyat vasitəsinin hansı hissələrinin təmirə yararsız olması və təmirin rentabelli olmamasının hansı əsaslarla müəyyən olunmasını yoxlamalı idi. Lakin ekspert tərəfindən göstərilən hallarını heç bir üzrə ətraflı araşdırma aparılmamış və nəqliyyat vasitəsinin təmirinin rentabelli olmaması nəticəsinə gələrək hansı metodikadan istifadə edildiyi müəyyən olunmamış qalmışdır. Belə olan halda isə vəsatətin təmin etməyən məhkəmənin mövqeyi kifayət qədər əsaslandırılmış hesab oluna bilməz. İşə olan sübutlar əsasında həmin halların müəyyən edilməsində çatışmazlığın olduğu təqdirdə isə vəsatətin təmin olunması ilə bağlı müvafiq prosessual hərəkətlər edilməli idi. Cavabdehin vəsatəti faktiki olaraq işin tam, obyektiv və hərtərəfli araşdırılımasına yönəlmişdir, lakin apellyasiya intansiya məhkəməsi MPM-nin 88-ci maddəsinin tələbləri baxımından vəsatəti təmin etməli olduğu halda hər hansı əsaslandırma olmadan vəsatətin əsasız olması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən əsaslı olması ilə bağlı nəticəsini ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyin tədqiqat hissəsində göstərilənlərə diqqət yetirməmiş, ekspert rəyinin işin digər sübutları ilə yanaşı hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin hazırkı vəziyyətə araşdırılmış hallarına görə nəqliyyat vasitəsinin 90 faizi sıradan çıxmış və avtomobil tam məhv olmuş vəziyyətdədir. Əmlakın tam məhv olması vəziyyətini müəyyən edən məhkəmə onun qalıq hissələrinin dəymiş zərərin məbləğinə aid edilib-edilməməsini, qalıq hissələrinin tərəflərin hansında saxlanmalı olmasını və qalıqların həqiqi dəyərinin müəyyən edilməsi ilə bağlı halların araşdırılmasını təmin etməli idi. Digər tərəfdən işin halları ilə müəyyən olunur ki, artıq nəqliyyat vasitəsi satılmış və iddiaçının mülkiyyətindən çıxarılaraq başqa şəxsin mülkiyyətinə keçmişdir. Bu halda həmin alqısatqı dəyərinin faktiki olaraq müəyyən olunmuş qalıq hissələrinin dəyərinə uyğunluğu, həmin zərər aid edilməsi mümkünlüyü yoxlanmalı və bundan sonra kassasiya şikayətində göstərildiyi kimi iddiaçının əsassız varlanması ilə bağlı əsasların mövcud olmasına qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışova və X.Cəmilova) 21 may 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Riad Hənifəyev kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini, həmçinin birinci və apellyasiya məhkəməsinin hakimləri barədə intizam icraatının başlanması üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim Ali Məhkəmənin 11 fevral 2021ci il tarixli qərarını mülki-prosessual qanunvericiliyə uyğun olaraq icra etməyərək nəzərə almamışdır ki, mübahisəli araşdırılan nəqliyyat vasitəsini 90% sıradan çıxmasını və avtomobil tam məhv olunmuş vəziyyətdə olmasını, avtomobil tam məhv olması vəziyyətini həmçinin də onun qalıq hissələrinə dəymiş zərərin məbləğinin aid edilib-edilməməsini, qalıq hissələrinin tərəflərin hansında saxlanılmalı olmasını və qalıqların həqiqi dəyərinin müəyyən edilməsi ilə bağlı ha lların araşdırılmasını, digər tərəfdən işin halları ilə müəyyən olunduğu kimi, artıq nəqliyyat vasitəsi satılmış və iddiaçının mülkiyyətindən çıxarılaraq başqa şəxsin mülkiyyətinə keçməsi, bu halda həmin alqı-satqının dəyərini faktiki olaraq müəyyən olunması və qalıq hissələrinin dəyərə uyğunluğunu, həmin zərərə aid edilməsi mümkünlüyünün yoxlanılması, bu səbəbdən iddiaçının əsassız varlanması ilə bağlı əsasların mövcud olmasını və işdə olan digər sübutlarla uzlaşmayan və qanunvericiliyin tələblərinə cavab verməyən ekspert rəyi üzrə yenidən ekspert keçirilməsi və mülki-prosessual qanunvericiliyə uyğun olaraq sübutların yoxlanılması apellyasiya məhkəməsi tərəfindən yoxlanılmayaraq 3(üç) dəqiqəli məhkəmə prosesində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Məhkəmə qətnamələrinin əsasını Az ərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.02.2018-ci il tarixli 1286 saylı məhkəmə ekspertizasının rəyi təşkil edir. Həmin rəy absurd və konkret olaraq hansı meyarlarla zədələnmiş avtomobilin qiymətləndirilməsini dəqiq göstərə bilməyərək, rəydə təxminən göstərilərək və avtomaşın ekspert tərəfindən müayinə edilməyərək, sadəcə olaraq "xxxx" MMC tərəfindən verilmiş 23.06.2017-ci il tarixli qiymətləndirməyə dair hesabatı və cavabdehə məlum olmayan saytdan çıxarış etməklə qanunsuz olaraq rəy tərtib edilərək nəzərə alınmamışdır ki, müayinə edilən avtomobilin hansı hissələri əsaslı təmir edilməli və həmçinin də konkret olaraq hansı hissələri təmirə yararsız olduğunu və ümumiyyətlə avtomaşının deformasiyaya uğraması nəticəsində hansı məyarla qiyməti ekspert tərəfin dən dəqiq göstərilməmişdir. Bununla yanaşı, əgər ekspertin rəyində göstərilən kimi avtomaşın dəyərləndirilirsə, onda iddiaçı yararsız avtomaşını cavabdehə qaytarmalı olan halda bunu etməmiş və həmin avtomaşını bizdə olan məlumata görə yüksək qiymətlə sataraq ikinci dəfə avtomaşına zərərin dəyməsinə görə bizdən pul vəsaiti tələb etməsi absurd bir tələbdir, ona görə ki, həmin avtomaşına görə iki dəfə dəyərindən çox, məhkəmə qətnaməsi olmayan halda tələbin özü əsassız və qanunsuzdur. Həmçinin də məhkəmə qətnaməsinin əsasını Mülki-Prosessual Məcəlləsinin maddəsinə istinad edərək bildirilir ki, cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə dair vəsatət birinci instansiya məhkəməsində verilməli olan halda bu edilməmişdir, ona görə də 04.03.2019-cu il tarixli vəsatət təmin edilməyərək, nəzərə alınmamışdır ki, birinci instansiya məhkəməsində qiyabi qətnamə qəbul edilmişdir və məhkəmənin yeri və vaxtı barədə cavabdeh məlumatlandırılmamışdır. Qətnamə bir ildən sonra Nərimanov İcra və Probasiya şöbəsində cavabdehə təqdim edilmişdir. Belə olan halda hakim mülki-prosessual qanunvericiliyi kobud şəkildə pozaraq, çəkişmə və obyektivlik prinsiplərini pozmaqla düzgün qərar qəbul etməmişdir. Belə ki, hakim, kompleks-təkrarən ekspertiza keçirməli olan halda, bunu etməmiş və heç bir əlavə araşdırma aparmadan, nəzərə almamışdır ki, qətnamə qəbul edilərkən, ekspertin rəyi qeyri-obyektiv olduğun halda, hakim əsaslandırılmış qərar qəbul etməli olduğu halda, qəsdən bunu etməmiş və iddiaçının vəkili rolunda çıxış etməklə bildirmişdi ki, cavabdeh tərəfindən məhkəməyə hansısa bir mötəbər sübutlar təqdim olunmamışdır və o, məhkəməyə mübahisəli maşın üzrə yeni qiymətlər təqdim etməmişdir. Bu hakimin absurd və cəfəngiyyat fikri olmaqla yanaşı, hakim onu nəzərə almamışdır ki, real bazar qiyməti anlayışı hal-hazırda bazarda mövcuddur və həmin meyarlar respublikada daşınan və daşınmaz əmlaklar qiymətləndirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbi q edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasi tələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıda kıları müəyyən etmişlər.

26. Sözügedən yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş verib və bunun nəticəsində iddiaçının avtomobilli zədələnib. İş üzrə keçirilmiş məhkəməəmətəəşünaslıq ekspertizasının rəyindən görünür ki, avtomobilin zədələnməsi nəticəsində vurulmuş zərərin məbləği 70.380 manat təşkil edir.

27. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin mövqeyi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş “təkrar ekspertiza təyin edilməsi barədə” vəsatət təmin edilə bilməz.

28. Belə ki, ekspertiza rəyi (o cümlədən təkrar ekspertizanın rəyi) mülki prosesdə sübutetmə vasitələrindən biridir. Mülki-Prosessual Məcəllənin 371 və 372.2-ci maddələrinin tələbləri baxımından təkrar ekspertiza keçirilməsi barədə vəsatət 2 hald a apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin oluna bilər: 1) birinci instansiya məhkəməsində bu vəsatətin verilməsi cavabdehin özündən asılı olmayan səbəblərə görə mümkün olmasın; 2) həmin vəsatət birinci instansiya məhkəməsində verilsin, lakin məhkəmə onu təmin etməsin.

29. Cavabdeh bu vəsatəti birinci instansiya məhkəməsində verməyib, həmin məhkəmədə keçirilən məhkəmə iclasında şəxsən və ya nümayəndəsi vasitəsilə iştirak etməyib, baxmayaraq ki, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilib.

30. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə təkrar ekspertiza təyin edə bilər. Bununla belə, hazırda avtomobilə baxış keçirilməklə zərərin məbləğinin müəyyən edilməsi mümkün deyil. Belə ki, əvvəla yol-nəqliyyat hadisəsinin baş verməsindən 5 ildən artıq vaxt keçib, ötən mü ddətdə avtomobilin qəzadan sonrakı vəziyyətində saxlanması ağlabatan deyil. İkincisi, avtomobil iddiaçı tərəfindən başqa şəxsə satılıb. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən və icra vərəqəsi verildikdən sonra iddiaçı avtomobili satıb. İş materiallarından görünür ki, icra vərəqəsi 14.04.2018-ci il tarixdə verilib, avtomobil isə 16.10.2018-ci il tarixdə satılıb. Alıcının 16.08.2018-ci il tarixdən sonra ötən 3 ilə yaxın müddətdə aldığı avtomobili qəzadan sonrakı vəziyyətdə saxlaması ağlabatan deyil. Ona görə də avtomobilə baxış keçirilməklə təkrar ekspertizasının keçirilməsi mümkün deyil.

31. Ekspert rəyi ilə avtomobilin təmirə yararsız olduğu müəyyən edilib, 2016-cı il buraxılışlı “BMW X6” markalı avtomobilin bazar dəyərinin 2016-cı ilə (yəni yol-nəqliyyat hadisə si baş verdiyi ilə) təxminən 78.200 manat olduğu müəyyən edilib, avtomobilin salamat qalan dəyərli hissəsinin avtomobilin dəyərinin 10 faizini (yəni 7.820 manat) təşkil etdiyi müəyyən olunub, avtomobilin dəyərindən (78.200 manatdan) avtomobilin salamat qalan hissələrinin dəyəri (7.820 manat) çıxıldıqdan sonra zərərin məbləği 70.380 manat müəyyən edilib. Birinci instansiya məhkəməsi zərərin əvəzi kimi həmin məbləğin 70.380 manatın tutulmasını qət edib.

32. Apellyasiya kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edib ki, hazırkı vəziyyətdə ekspert rəyi yeganə mötəbər sübut sayılır. Rəy verilərkən "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatına istinad edilib. Həmin hesabat verilərkən avtomobilə baxış keçirilib, avtomobilin qəzadan sonrakı görüntülərini əks etdirən fotol ar hesabatda yerləşdirilib və hesabat əsaslandırılıb.

33. Avtomobilin başqa şəxsin mülkiyyətinə keçməsi, belə olan halda alqı-satqı müqaviləsində müəyyən edilmiş dəyərin (qiymətin) ekspert rəyində müəyyən olunmuş qalıq dəyərinə (yəni 7.820 manata) uyğunluğuna, bunun zərərə aid edilməsinin mümkünlüyünün yoxlanılmasına, iddiaçının əsassız varlanıb-varlanmadığına qiymət verilməsinə dair kassasiya məhkəməsinin mövqeyi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 1-ci, avtomobil qətnamə qəbul edildikdən sonra satılıb. Belə ki, qətnamə 09.04.2018-ci il tarixdə qəbul olunub, avtomobil isə bundan 6 ay sonra - 16.10.2018-ci il tarixdə satılıb (cild 1, iş v. 262). Qətnamənin qəbul edilməsindən sonra baş vermiş hadisə və ya hərəkətlər əsas götürülməklə qətnamənin qanuniliyi yoxlanıl a bilməz. 2-ci, avtomobil yol-nəqliyyat hadisəsinin baş verməsindən 2 il sonra satılıb. Belə ki, hadisə 17.03.2016-cı il tarixdə baş verib, avtomobil isə 16.10.2018-ci il tarixdə satılıb. Bu müddətdə iddiaçının avtomobili bərpa edərək satması mümkündür. Avtomobilin təmirə yararsız olması barədə ekspert rəyi avtomobili bərpa etməyi heç kəsə qadağan etmir. 3-cü, alqı-satqı zamanı qiyməti müəyyən etməkdə tərəflər sərbəstdir, bu sərbəstliyi onlara müqavilə azadlığı verir. Ona görə də alqı-satqı müqaviləsində göstərilən qiymət avtomobilin qalıq dəyərini (salamat qalan hissələrin dəyərini) əks etdirməyə bilər. Bundan əlavə, avtomobilin satış qiyməti barədə sübutu cavabdeh tərəf məhkəməyə təqdim etməlidir, lakin cavabdeh bu barədə sübut təqdim etməyib.

34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişd ir ki, iddiaçının sığorta ödənişi alması barədə sübut yoxdur. Əgər iddiaçı mülki məsuliyyətin icbari sığortası və ya kasko sığortası üzrə sığorta ödənişi alıbsa, bunu cavabdeh sübut etməlidir.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilmiş, eyni zamanda kassasiya instansiyası məhkəməsinin göstərdikləri işin faktiki halları və hüquq qaydaları əsasında təhlil edilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

36. Kollegiya mübahisənin yekun həllinə dair apellyasiya məhkəməsinin gəldiyi qənaət və əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgü n tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: XX oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 21 may 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar