Məhkəmə qərarları › İş №2(102)-5797/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5797/2022

11.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5797/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, mübahisələndirilən əqd, aldatma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğluvə Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2cavabdeh "xxxx" Məhdud Məsuli yyətli Cəmiyyətinə qarşı “müqavilənin və qeydiyyat sənədinin ləğv edilməsi” tələbinə dair ilk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin İddiaçı1 və İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3217/2022 nömrəli 28 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində ye rləşən 34 saylı evin (yataqxananın) 4 və 6 saylı otaqları Fizuli və Bella Məmmədov(a)ların istifadəsində olmuş, həmin ərazidə "xxxx" MMC tərəfindən çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulduğundan sakinlərə müvafiq mənzil verilməsi şərtilə istifadə etdikləri yaşayış sahələrini boşaltmaq təklif olunmuş, ilkin iddiaçılar bu təkliflə razılaşmadıqları üçün MMC onlara qarşı “mənzildən çıxarılma” tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, işə baxılarkən tərəflər arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 50 saylı notariat kontorunda Barışıq sazişi bağlanmiş, sazişin 2.1-ci bəndinə əsasən “Rahatlığın Məkanı" MMC 2 (iki) ay ərzində Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli binadan 2 otaqlı mənzili təmirli vəziyyətdə İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyy ətlərinə verməyi, sonuncular isə yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra istifadələrində olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) hər birinin sahəsi 24.0 kv.metr olan 4 və 6 saylı mənzillərini sökülməsi üçun Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazisinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi öhdələrinə götürmüşlər. Eyni məzmunlu barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunmuş və xx.xx.2016-cı il tarixli qərardadla işin icraatına xitam verilmişdir 2. xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı2 Şaqenovna və İddiaçı1 arasında müqavilə bağlanmış, müqavilədə “müqavilə imzalandığı andan tərəflərin aralarında əvvəllər bağladıqları hər hansı anlaşma və ya istinad hüquqlarını itirdikləri" vurğulanaraq ilkin iddiaçılar istifadələrindəki mənzilləri MMC-yə təhvil verməyi, MMC isə bunun əvəzində evin sökülməsindən sonra onun yerində inşa ediləcək 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili onların istifadəsinə verməyi öhdələrinə götürmüşlər. Məmmədovlar mübahisəli mənzildə şirkət tərəfindən edilmiş təmirdən əlavə müəyyən qədər təmir işləri apararaq faktiki olaraq həmin mənzildə yaşayırlar.

3. Eyni zamanda ünvan 1 ünvanında inşa olunan 1 saylı binasının 3-cü mərtəbəsindəki 3 №-li mənzilin alqı-satqısına dair 12 yanvar 2019-cu il tarixdə "xxxx" MMC ilə X4 arasında alqı-satqı müqaviləsi bağlanmış və qeyd olunan mənzil X1 mülkiyyətinə verilməklə, qeydiyyata alınaraq, Daşınmaz əmlakın dövlət reyestrində 3299 nömrəli reye str kitabının 308448 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 Şaqenovnanın "xxxx"MMC-yə qarşı qanunsuz tikilinin sökülməsinə dair ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx"MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna asında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin Rahatlığın Məkanı”MMC-nin üzərinə qoyulması, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılar aq "xxxx"MMC-nə təhvil verilməsi vəzifəsi İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovna həmin mənzildən çıxarılması, onların mənzildən çıxarılmaları və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qərardadı ilə, İddiaçı1 və İddiaçı2 Şaqenovna tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-169/2019 saylı iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisin də Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, "xxxx" MMC-nin həmin iddia tələbləri üzrə icraata xitam verilmişdir

6. Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-169/2019 saylı iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılıb "xxxx" MMC-nə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın h əmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmalarının və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv olunması, "xxxx" MMC-nin həmin iddia tələbləri təmin edilməməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, (müvafiq qərardadla "xxxx" MMC-nin "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbi üzrə icraata xita m verilməsi qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və bunun hüquqi nəticəsi olaraq DƏDRX tərəfindən ünvan 2 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 nömrəli mənzilə dair X2 verilmiş qeydiyyat sənədinin ləğv edil məsini xahiş etmişlər.

9. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, cavabdeh saxtakarlığa yol verərək mənzilə dair aralarında müqavilənin mövcud olmasına baxmayaraq xx.xx.2019-cu il tarixdə E.Mustafayevlə eyni mənzilə dair yeni müqavilə bağlamış, nəticədə sonuncuya mülkiyyət hüququ haqqında şəhadətnamə verilməklə mülkiyyət hüquqları pozulmuşdur.

10. Cavabdeh iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC ilə X3 və İddiaçı2 ilə ünvan 1 ünvanda tikilmiş 1 saylı yaşayış binasında, 3-cü mərtəbə, 3 saylı təmirli mənzilin cavabdehlərin istifadəsinə verilməsinə dair 03 yanvar 2017-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəl i mənzilin cavabdehlərin istifadəsinə verilməsinə dair 03 yanvar 2017-ci il tarixli müqavilə qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanməşdır. Belə ki, mənzilin istifadəyə verilməsinə dair müqavilə əslində icarə müqaviləsidir və bu müqavilənin bağlanması şərtləri qanunvericilikdə dəqiq müəyyən edilmişdir.

12. X4 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində tanınmasını xahiş etmiş, həmçinin, cavabdehlər İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və ünvan 4 ünvanındakı 2 otaqlı mənzilin boşaldılaraq X6 ogluna təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı 2 həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 13. 3-cü şəxsin tələbi belə əsaslandırılmışdır ki, "xxxx" MMC-nin rəhbərliyi ilə onun arasında bağlanan müqaviləyə əsasən o, ünvan 1 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzil almış və hazırda həmin mənzil onun mülkiyyətindədir. Həmin mənzil cavabdehlərin mülkiyyətinə deyil, yalnız istifadəsinə verilmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-862/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia və 3-cü şəxsin iddiası təmin edilməmişdir.

15. Məhkə mə, öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 354.2, 375.2, 386.1, 389.1, 390.1, 425.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 76.1, 77.1, 88,217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh və 3-cü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi qarşılıqlı iddia və 3-cü şəxsin iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş et mişlər.

17. Cavabdehin şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. 18. 3-cü şəxsin şikayəti onunla əsaslandırılmışdır ki, Məmmədovlarla "xxxx" MMC aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə mənzil onların istifadəsinə verilib. İstifadə hüququ Məmmədovlara həmin mənzilə köçüb yaşamaq hüququ verir, lakin mənzilə sərəncam hüququ vermir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3217/2022 nömrəli iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, xx.xx.2017-ci il tarixli müqavilə kirayə müqaviləsi deyil alqısatqı müqaviləsidir.Həmin müqavilənin etibarsız hesab olunması və ya ləğvi üçün əsaslar mövcud olmadığından iddia əsassızdır. Digər tərəfdən iddia müddəti ötürülmüşdür.İddiaçı MMC həm də əqdin etibarsızlığı ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir.

21. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin əsassız sayaraq hesab etmişdir ki, X4 "xxxx" MMC-nin təsisçisi olduğu üçün İddiaçı1 və İddiaçı2 ilə Cəmiyyət arasında baglanmış xx.xx.2017-ci il tarixli müqav ilə barədə və qeyd olunan şəxslərin orada yaşamalarından məlumatlı olmuş. Lakin buna baxmayaraq xx.xx.2019-cu il tarixdə Cəmiyyətlə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında inşa olunan 1 saylı binasının 3-cü mərtəbəsindəki 3 №-li mənzili, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəsi ilə Çıxarış alaraq xüsusi mülkiyyətinə çevirmişdir. Mustafayev Elnur müstəqil tələb irəli sürən üçüncü şəxs kimi ilkin iddianın maraqlarına toxunduğunu əsas gətirərək yalnız 17 fevral 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırmışdır ki, i, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 2 otaqlı mənzil iddiaçıların istifadəsinə verilib. İstifadə hüququ Məmmədovlara həmin mənzilə köçüb yaşamaq hüququ verir, lakin mənzilə sərəncam hüququ vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçıların nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərmiş və etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.6.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüqu q Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).

27. Maddə 354.2. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 389.1. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyy ənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməy ə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

43. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

44. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sub utetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiq ətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

47. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 03)-3217/2022 nömrəli iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar