Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5807/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı barədə iddia vermək üçün subyektiv hüquq, sübutetmə yükü) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3936/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-3657/2017 saylı qətnaməsi ilə İddiaçı ünvan 1 ünvanında yerlşən mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh1 istifadəsinə və sahibliyinə verilməsi barədə ilkin iddia tələbi təmin edilmiş, İddiaçı 168000 manat məbləğində pulun qaytarılması və ünvan 1 ünvanda yerləşən mənzilə onun mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-178/2018 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-3657/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2479/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-178/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-7894/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1, X1 və “X4” MMC, “xxxx” MMC, Bakı şəhəri 12 saylı notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 28 A saylı evin 7-ci mərtəbəsindəki 22 saylı mənzil üzrə Cavabdeh1 ilə “X4” MMC ara sında bağlanmış xx.xx.2012-ci il tarixli AQD22/2012 saylı alqı-satqı müqaviləsinin, X1 ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, X1 ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1760/2018 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-7894/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(10 2)-6090/2018 saylı qərarı ilə kasasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1760/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı mənzilin alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu N.Rəfiyev küçəsi 28 A saylı evin 22 saylı mənzili üzrə Cavabdeh1 ilə “X4” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli AQD22/2012 saylı alqı-satqı müqaviləsini və AR ƏMDK DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil əri zə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 28 A saylı evin 22 saylı mənzili (hazırda N.Rəfiyev küçəsi 80, M7, m 2) üzrə Cavabdeh1 ilə “X4” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli AQD22/2012 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və “Mitsubishi” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı minik avtomaşına mülkiyyət hüququnun iddiaçının adına keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(011)-402/2020 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin mübahisəli mənzilə dair müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə mübahisələndirilən mənzilə dair müqavilə Cavabdeh1 v ə “xxxx” MMC arasında bağlandığından, iddiaçı həmin müqavilənin tərəfi kimi çıxış etmədiyindən iddiaçı həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Belə olan halda iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından onun təqdim etdiyi sübutlar da araşdırılmadan rədd olunmalıdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən prosessual tələbləri pozub və eyni zamanda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmayıb. Mübahisəli mənzil və “Mitsubishi Qutland” markalı, **-LK-*** dövlət qeydiyya t nişanlı avtomobil onun maddi vəsaiti hesabına alınmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qeyd olunan halları araşdırmamışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Mamedov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə apelyasiya şikayətində “Mitsubishi Qutland” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin maddi vəsaiti hesabına alınması dəlili ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı mübahisəli avtomobilin onun maddi vəsaiti hesabına alındığ ını qeyd etsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı işdə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etimişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olmamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermə diklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarı: “...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışını n bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olun mamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3936/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov