Məhkəmə qərarları › İş №2(102)-5814/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5814/2019

16.09.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5814/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X3 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin və dövlət rüsumunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli 2(107)-1339/2019 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayə ti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 dekabr 2016-cı ildə Oğuz şəhərindən yaşadığı Mingəçevir şəhərinə avtomobil ilə gələrkən Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəki rayonun Turan qəsəbəsində qanunsuz olaraq saxlanılmış və Şəki rayon Polis Şöbəsinə gətirilərək üzərinə qanunsuz olaraq baxış keçirilmişdir. Üzərində heç bir narkotik vasitə olmadığı halda, xəbəri olmadan cibinə narkotik vasitə qoyulmuş və guya ki, üzərində 5.42 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuananın çıxması barədə sənədləşdirmə aparılmışdır. Bununla əlaqədar Şəki rayon Polis Şöbəsində haqqında cinayət işi başlanılmış və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “həbs” qət imkan tədbiri seçilmişdir. Barəsində olan cinayət işi həmin maddə ilə məhkəməyə verilmişdir. Şəki rayon məhkəməsinin 13 aprel 2017-ci il tarixli hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində bəraət hökmü çıxarılmış və həbsdən azad olunmuşdur. Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya və kassasiya protestləri təmin edilməmişdir. Özü 12 dekabr 2016-cı il tarixdən 13 aprel 2017-ci il tarixədək həbsdə saxlanılmışdır. Bu müddət ərzində ailəsindən, övladlarından, yaşlı valideynlərindən ayrı düşmüşdür. Ailəlikcə mənəvi iztirab keçirtmişlər. Barəsində müxtəlif şayiələr gəzmiş, şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, cəmiyyət içərisində hörmətdən dü şmüşdür. Hər kəs ondan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində sarsıntı keçirtmiş və ona mənəvi ziyan vurulmuşdur. Təhqiqat və istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan da vurulmuşdur. Belə ki, həbs olunana qədər müxtəlif yerlərdə işləyib fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. Orta aylıq qazancı təxminən 500 manat təşkil etmişdir. Bu hesabla 4 aya 2000 manat qazanc əldə edəcəkdi ki, həmin fayda əldən çıxmışdır. Həmçinin məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilə 1060 manat məbləğdə pul ödəmişdir. Buna görə də qanunsuz cinayət məsuliyyətinə cəlb olunması, 4 ay 3 gün qanunsuz həbsdə saxlanılması ilə əlaqədar vurulmuş mənəvi ziyanın əvəzi kimi 30000 manat, işləmədiyi səbəbdən itirdiyi gəlirin hesabına 2000 manat, hüquqlarının müdafiəsi üçün vək ilə ödənilmiş 1060 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 33090 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı Qanunsuz olaraq qətimkan tədbiri kimi həbsə alınmaqla, təqsirləndirilən şəxs qismində cəlb edilməklə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat və müdafiəçiyə ödənilmiş vəsaitin əvəzi olaraq 1060 manat olmaqla, cəmi 6060 manat məbləğdə pul alınıb İddiaçı verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən, İnşallah Quliyev məruzəçi, Mahir Əsədli) 25.04.2019-cu il tarixli 2(107)-1339/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni mənəvi zərərin 5000 (beş min) manat təmin edilməsi və bununla bağlı cəmi tutulan məbləğ 6060 manat hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərərlə bağlı tələbi 10000 (on min) manat məbləğində təmin edilmiş, bununla bağlı cəmi alınan məbləğ 11060 man at müəyyən edilmiş, mənəvi ziyanla bağlı tələbin qalan hissəsi əsassız olduğundan təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və vəkili Vəkilkassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmi şdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də Şəki Apellyasiya Məhkəməsi iddianı cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Həmin orqanlar və onların vəzifəli şəxsləri mülki hüquq münasibətlərinin ayrı-ayrı sahələrində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşımalıdır. Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mənəvi ziyana görə kompensasiya kimi müəyyən etdiyi 5.000 manat məbləği iki dəfə a rtıraraq mənəvi ziyanı 10.000 manat qiymətləndirmişdir. Məlumdur ki, mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəmə işləri üzrə respublikada formalaşmış məhkəmə praktikası mövcuddur. Mövcud praktika qanunvericilik çərçivəsində məhkəmələrin müvafiq iddialar üzrə yanaşmasını müəyyən etmişdir. Sözügedən iddialar üzrə hazıradək qəbul edilmiş məhkəmə qərarları bu praktikaya uyğun olmuşdur. Hazırkı iş üzrə Şəki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmiş kompensasiya isə kifayət qədər şişirdilmişdir, müvafiq məhkəmə praktikasına və mənəvi ziyana uyğun deyildir. Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət m əsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar. X1 Məhkəməsi tərəfindən nəzərə alınmamış, kompensasiya məbləği əsassız olaraq şişirdilmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Kamil Yunusov kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü ma ddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, İddiaçı 12 dekabr 2016-cı ildə Şəki rayon Polis Şöbəsi tərəfindən şübhəli şəxs kimi tutulmuş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Şəki rayon məhkəməsinin 13 aprel 2017-ci il tarixli hökmünə əsasən İddiaçı Azərba ycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Həmin hökmdən verilmiş apelyasiya və kassasiya protestləri təmin edilməmişdir. İddiaçı heç bir əsas olmadan 4 ay 3 gün müddətində qanunsuz olaraq cəmiyyətdən təcrid olunmuş şəraitdə həbsdə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etsə də, lakin qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə 4 ay 3 gün qanunsuz həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi ziyanla bağlı tələbin təmin edilmiş hissəsini düzgün müəyyənləşdirməmiş, onun uzun müddət qanunsuz olaraq əsassız ittihamla həbsdə saxlanmaqla çəkdiyi sarsıntıya müqabil kompensasiya hesablanmamışdır. Buna görə də, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərərlə bağlı tələbi 10000 (on min) manat məbləğində təmin edilməsi, bununla bağlı cəmi alınan məbləğin 11060 manat müəyyən edilməsi nəticəsinə gəlmişdir Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəz inin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinin tələbinə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi;... nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın ödənilməsi hüququ yaranır. Həmin Qanunun 5-ci maddəsinin 4-cü hissəsinə əsasən hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilir. Həm in Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iş üzrə cavabdehin Azərbaycan Respublikasi Maliyyə Nazirliyinin olması qanunvericiliklə müəyyən edildiyindən və ödənilməli ziyan cavabdehdən deyil, cavabdeh vasitəsilə Azərbaycan Respublikası büdcəsindən tutulduğundan şikayətin bununla bağlı dəlili əsassızdır. Eyni zamanda, iddiaçının 4 ay 3 gün heç bir əsas olmadan, qanunsuz həbsdə saxlanılması işin mübahisəsiz halıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsanhüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8 -cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçının qanunsuz olaraq 4 aydan artıq həbsdə qalması, azadlıq hüququnun məhdudlaşdırılması nəticəsində mənəvi sarsıntı keçirməsi aşkardır. Tutulan mənəvi zərərin məbləğinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər ödənilərkən mənəvi və fıziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəz iyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərər məbləği iddiaçı tərəfindən keçirilmiş mənəvi iztirabın xarakteri və dərəcəsinə uyğundur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülk i kollegiyasının 2(107)-1339/2019 nömrəli iş üzrə 25 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar