Məhkəmə qərarları › İş №2(102)-5814/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5814/2020

01.12.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5814/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçılar İddiaçı3 MMC, İddiaçı1 vəkili Vəkil və cavabdeh “X9 Azərbaycan” QSC vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1706/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı3 MMC və İddiaçı1 kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4074/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.F.Cəfərov) İddiaçı1 və digərlərinin cavabdeh “X9 Azərbaycan” QSC qarşı “zaminlik müqavilələrinin ləğv edilməsi” barədə iddiası təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC ilə cavabdeh “X9 Azərbaycan” QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 001/1, 001/2 və 001/3 saylı zaminlik müqavilələrinə xitam verilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1706/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və X.Ə.Sarıyev) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia rədd olunub. İddiaçılar İddiaçı3 MMC və İddia çı1 ayrı-ayrılıqda qətnamədən kasasiya şikayətləri veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, onlarla cavabdeh “X9 Azərbaycan” QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 001/1, 001/2 və 001/3 saylı zaminlik müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı3 MMC və İddiaçı1 eyni məzmunlu kasasiya şikayətlərini onunla əsaslandırıblar ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Hər iki kasasiya şikayətlərində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçılar İddiaçı3 MMC və İddiaçı1 vəkili Vəkil kasasiya şikayətlərində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh “X9 Azərbaycan” QSC vəkili Muxtar Mustafayev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd edərkən, iddianın əsassız olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 470.2, 477.0.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnamə sinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, “X9 Azərbaycan” QSC tərəfindən “xxxx” MMC-nə 72 ay müddətinə 2.087.400 manat kredit xətti açılıb. Həmin kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi kimi üsulu kimi İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC ilə “X9 Azərbaycan” QSC arasında ayrı-ayrılıqda xx xxxxxx 2014-cü il tarixli, 001/1, 001/2 və 001/3 saylı zaminlik müqavilələri bağlanıb və həmin müqavilələrə əsasən onlar borclu “xxxx” MMC “X9 Azərbaycan” QSC qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz öhdələ rinə götürmüşlər. Eyni zamanda, sözügedən kredit xətti müqaviləsi əsas tutulmaqla “X9 Azərbaycan” QSC tərəfindən borclu “xxxx” MMC-nə xx xxxxxxxx 2015-ci il tarixli sazişə əsasən 12 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 500.000 manat; xx xxxxxxxx 2015-ci il tarixli sazişə əsasən 12 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 300.000 manat; xx xxxxxxxx 2015-ci il tarixli sazişə əsasən 12 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 300.000 manat; xx xxxxxx 2015-ci il tarixli sazişə əsasən 8 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 587.000 manat; xx xxxxxxxx 2015-ci il tarixli sazişə əsasən 12 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 400.000 manat kredit verilib. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları araşdırıb müəyyən etmişdir ki, xx xxxxxx 2014-cü il tarixd ə “X9 Azərbaycan” QSC ilə borclu “xxxx” MMC arasında 001 saylı kredit xətti müqaviləsi və eyni tarixdə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin təminatı üsulu kimi “X9 Azərbaycan” QSC ilə iddiaçılar arasında müvafiq olaraq 001/1, 001/2 və 001/3 saylı zaminlik müqavilələri bağlanılıb. Daha sonra sözügedən təminatlar əsasında “X9 Azərbaycan” QSC ilə borclu “xxxx” MMC arasında qeyd olunan sazişlər bağlanıb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayb, işə əlavə edilmiş sübutları, o cümlədən apelyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandıran zaman kredit xətti müqaviləsinin yalnız 1.3-cü bəndinə istinad etsə də, müqavilənin digər şərtlərini nəz ərə almayıb və müqavilənin şərtlərini düzgün təfsir etməyib. Halbuki, həmin müqavilənin qeyd edilən bəndində, “bu müqavilə bankın kredit vermək vədini ifadə elmir“ cümləsindən sonra bu cümləyə aydınlıq gətirilərək, müəyyən edilir ki, “kredit xətti çərçivəsində ayrı-ayrı kreditlərin verilməsi, “borcalan” həmin məbləğlərin ayrılması haqqında müraciətləri əsasında “borcverənin’’ səlahiyyətli orqanının (struktur bölməsinin) buna dair müsbət qiymətləndirmə rəyindən (qərarından) sonra verilməsi ilə müəyyənləşdirilə bilər”. Göründüyü kimi, sözügedən müqavilədə tərəflərin iradə ifadəsi açıq-aydın müəyyənləşdirilmişdir ki, “borcalan” kredit alması üçün müvafiq müraciət edir, “borcverən“ isə müsbət qiymətləndirmə rəyindən sonra kredit verilməsi barədə rəy (qərar) verir. “Borcalana” kreditlərin veril məsi də məhz bu prosedurlara riayət edilməklə, kredit xətti müqaviləsi ilə müəyyən edilmiş şərtlər daxilində həyata keçirilib. Mülki iş materiallarından, o cümlədən kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış əqdlərin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmayıb. İşin faktiki hallarından və müqavilənin digər şərtlərindən də görünür ki, tərəflər arasında niyyət kredit almaq və kredit vermək olub və bu iradə ifadəsinin bütün detalları müəyyən edilib. Bundan əlavə, həmin müqavilənin digər şərtlərində “borcalana” veriləcək kredit məbləğlərinin limiti, verilmə və qaytarılma müddətləri, həmçinin tərəflərin hüquq və vəzifələri də müəyyən edilib, müqavilədə “bu müqavilə üzrə verilən kreditlər “kredit xətti üzrə kreditlər” ifadələrində n istifadə edilmişdir ki, bu da birmənalı olaraq onu ifadə edir ki, “borcalana” kreditlər, əsas şərtləri bu müqavilə ilə müəyyən edilən ayrı-ayrı kreditlər şəklində veriləcəkdir və həm “borcalan” həm də “zaminlər” bu şərtləri qəbul edərək, təminat verdikləri öhdəliklərin həcmi və şərtləri barədə məlumatlı olmaqla zaminlik müqavilələrini imzalayıblar, yəni öz iradə ifadələrini bildiriblər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin “kredit vermək vədi ifadə etməyən” və “mülki hüquq münasibətləri yaratmayan“ hesab etdiyi müqavilədə kreditin verilməsi və təmin edilməsi şərtləri tam ifadə olunub və həmin müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində veriləcək kreditlər üzrə tərəflərin öhdəlikləri müəyyən edilib. Belə ki, sözügedən kredit xətti müqaviləsinin 1.3 bəndində göstərilmişdir ki, “..kreditdər “borcalan”a bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişlərinə əsasən hissə-hissə verilir”. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış zaminlik müqavilələrinin, həmçinin “X9 Azərbaycan” QSC ilə borclu “xxxx” MMC arasında bağlanmış sazişlərin şərtlərini təfsir edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bir sıra maddi hüquq normalarının, o cümlədən əqdlərin etibarsızlığını tənzimləyən Mülki Məcəllənin 269.5, 307.4, 337-ci maddələrinin tələblərinə istinad edərək iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, sözügedən maddələrin hazırki mülki mübahisəyə tətbiqi üçün birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslar mövcud olmayıb. Bundan ba şqa, işə əlavə edilmiş İddiaçı3 MMC təsisçilərinin ümumi yığıncağının “X9 Azərbaycan” QSC-dən “xxxx” MMC-nin kredit alınması üçün zamin durmalarına dair” xx xxxx 2014-cü il tarixli Qərarından görünür ki, “xxxx” MMC-nin maliyyə (dövriyyə) imkanlarını genişləndirmək məqsədilə “X9 Azərbaycan” QSC-dən 2.087.400 manat kredit vəsaitinin alınması üçün İddiaçı3 MMC-nin zaminliyi təklif edilib. Həmçinin, “X9 Azərbaycan” QSC-dən kredit alınmasına dair “xxxx” MMC-nin xx xxxx 2014-cü il tarixli Qərarından görünür ki, Cəmiyyətin maliyyə (dövriyyə) imkanlarını genişləndirmək məqsədilə “X9 Azərbaycan” QSC-dən 2.087.400 manat kredit vəsaitinin alınması üçün müraciət edilməsi və kreditin qaytarılmasının təminatı kimi İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC-nin zaminliyinin təklif edilməsi Qərara alınıb. Daha sonra işdən görünür ki, hazırki iş üzrə zamin İddiaçı2 eyni zamanda borcalan “xxxx” MMC-nin qanuni təmsilçisi olub və sözügedən kredit xətti müqaviləsi və sazişlər Cəmiyyətin direktoru kimi İddiaçı2 tərəfindən imzalanıb. Göründüyü kimi iddiaçıların əvvəldən kredit xətti müqaviləsinin şərtləri, o cümlədən öhdəliyin miqdarı, müddəti, valyutası və faizləri barədə ətraflı məlumatları olub və zamin kimi onların məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar, yəni kreditin ümumi məbləğinin artması; kreditin faizinin artması; kreditin valyutasının dəyişməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar baş verməmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 470.2, 477.0.1-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, həmin maddələrin mənasına görə zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər və zaminliyə kasasiya şikayətlərində göstərilən dəlillərə əsasən o, vaxt xitam verilə bilər ki, zaminin razılığı olmadan öhdəlik dəyişdirilsin və bu dəyişdirmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olsun. Hazırki halda, kredit xətti müqaviləsinin və sair şərtlərində “borcalana” veriləcək kredit məbləğlərinin limiti, verilmə və qaytarılma müddətləri, habelə tərəflərin hüquq və vəzifələri müəyyən edilib göstərilib. Eyni zamanda həmin müqavilədə qeyd edilib ki, “borcalana” kreditlər, əsas şərtləri bu müqa vilə ilə müəyyən edilən ayrı-ayrı kreditlər şəklində veriləcəkdir. Göründüyü kimi həm “borcalan” həm də “zaminlər” qeyd olunan şərtləri qəbul edərək, təminat verdikləri öhdəliklərin həcmi və şərtləri barədə məlumatlı olmaqla zaminlik müqavilələrini imzalayıblar, yəni öz iradələrini ifadə ediblər. İddiaçılar İddiaçı3 MMC və İddiaçı1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, onların razılığı olmadan öhdəliyin dəyişdirildiyini və bu dəyişdirmənin onların məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olduğunu və sair göstərsələr də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətlərində əsaslandırmayıblar və tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyiblər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdiril məsi üçün əsaslar yoxdur. Ona görə də kasasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçılar İddiaçı3 MMC və İddiaçı1 münasibətdə dəyişdirilmədən, kasasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçılar İddiaçı3 MMC və İddiaçı1 kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1706/2020 saylı qətnaməsi iddiaçılar İddiaçı3 MMC və İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar