Məhkəmə qərarları › İş №2(102)-582/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-582/2021

01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-582/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və əldə ediləcək pulun bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4179/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci i l tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərələr arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş iki övladından yetkinlik yaşına çatmamış 2003-cü il təvəllüdlü Əli anası İddiaçı yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmuşdur. Tərəflər birgə nikah dövründə Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 40 saylı evin 37 saylı mənzilini əldə etmişlər, həmin mənzil xüsusi mülkiyyət kimi Cavabdeh adına hüquqi qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansi ya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və əldə ediləcək pulun tərəflər arasında paylarına uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 40 saylı evin 37 saylı mənzilinin 2/3 hissəsi üzərində onun, 1/3 hissəsi üzərində isə Cavabdeh mülkiyyət hüququnun tanınması, mənzilin açıq hərracda satılması, əldə edilmiş pul məbləğinin paylarına mütənasib şəkildə onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışının gedişində İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 40 saylı evin 37 saylı mənzilinin 3/5 h issəsi üzərində onun, 2/5 hissəsi üzərində isə Cavabdeh mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdehlə birgə nikahda olduqları dövrdə əldə etdikləri vəsait hesabına Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 40 saylı evin 37 saylı mənzilini almışlar. Cavabdehlə aralarında bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş övladlarından biri yetkinlik yaşına çatmadığına görə onun yanında saxlanılmış, yetkinlik yaşına çatmış digər övladları isə onun yanında qalır. Hal-hazırda cavabdehlə münasibətləri normal deyil, eyni evdə yaşamaq onun və övladlarının psixi sağlamlığına ciddi ziyan vurur. Buna görə də ev üzərində cavabd ehlə onun paylarının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Bu istiqamətdə cavabdehlə məhkəmədən kənar razılığa gəlinməsi mümkün olmadığı üçün, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, övladlarının onunla qalmasını nəzərə alaraq, mənzilin 3/5 hissəsi onun, qalan 2/5 hissəsi isə cavabdehin mülkiyyətinə verilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov, iş № 2(006)-2565/2019) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 40 saylı evin 37 saylı mənzilinin İddiaçı və Cavabdeh arasında payları bərabər olmaq şərti ilə bölünməsi, həmin mənzil üzərində 1/2 pay nisbətində İddiaçı, 1/2 pay nisbətində Cavabdeh paylı mülkiyyət hüququnun tanınması, mə nzilin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bərabər şəkildə bölünməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin təcrid şəkildə paylara mütənasib olaraq 1/2 və 1/2 nisbətində 2 hissəyə bölünməsi texniki cəhətdən mümkün deyil. Bundan başqa, tərəflər biri digərinə kompensasiya ödəməklə öz aralarında razılığa gələ bilməmişlər, iddiaçının və cavabdehin birgə yaşamaları qeyri-mümkündür və bu səbəbdən mübahisə Mülki Məcəllənin 220.6-cı maddəsinin tətbiqi ilə həll edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-4179/20 20) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-2565/2019 saylı qətnaməsi qismən, mənzilin açıq hərracdan satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bərabər şəkildə bölünməsi hissəsində ləğv edilmiş, iddia qismən təmin edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilə dair ½ hissədə tərəflərin pay hüquqlarının müəyyən edilməsi barədə düzgün nəticəyə gəlsə də, həmin mənzilin açıq hərracdan satılmasına dair gəlmiş olduğu nəticə qanunsuzdur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə mənzilin açıq h ərracdan satılması və satış pulunun tərəflərin paylarına uyğun şəkildə bölünməsi barədə tələb olmadığı halda, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq mənzilin açıq hərracda satılaraq, əldə olunacaq pul vəsaitinin tərəflərin paylarına uyğun olaraq aralarında bölünməsini qət etmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizası keçirmədən öz mülahizəsinə əsasən payın naturada ayrılmasının mümkün olmaması qənaətinə gəlmiş, habelə tərəflərin fikrini soruşmadan tərəflərin biri digərinə kompensasiya ödəməklə aralarında razılığa gələ bilmədiklərini göstərmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbindən kənara çıxmaqla Azərbaycan Res publikası MPM-in 218.3-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq normalarını, habelə mənzilin açıq hərracda satılmasını qət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulmuş maddi hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4179/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsinin mənzilin bğlünməsi hissəsində dəyişdirilərək birgə nikah dövründə əldə edilmiş əmlak olan Bakı şəhəri Nəsimi rayonu Cavadx an küçəsində yerləşən 40 saylı evin 37 saylı mənzilinin 3/5 hissəsi üzərində İddiaçı, 2/5 hissəsi üzərində Cavabdeh mülkiyyət hüququnun tanınması və payların müəyyən edilməsi barədə iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, məhkəmə birgə nikah dövründə əldə olunmuş əmlakın bərabər paylarda bölünməsi ilə bağlı nəticəyə düzgün gəlməmişdir və bununla bağlı işdə olan sübutlar və onun dəliləri nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, pro sessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4179/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsinin mənzilin bölünməsi hissəsində dəyişdirilərək birgə nikah dövründə əldə edilmiş əmlak olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən 40 saylı evin 37 saylı mənzilinin 3/5 hissəsi üzərində İddiaçı, 2/5 hissəsi üzərində Cavabdeh mülkiyyət hüququnun tanınması və payların müəyyən edilməsi barədə iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdehin vəkili X2 izahatında göstərmişdir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, İddiaçı kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şika yəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 225.1 və 225.2-ci maddələrinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habel ə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar kimin adına əldə olunmasından asılı olmayaraq ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 36.1-cı maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə görə, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlə dən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə bax maqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı k assasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Kassasiya şikayətində göstərilən dəlillər eyni zamanda apelyasiya şikayətində göstərilən dəlillərlə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, «… iddia ərizəsində mənzilin 3/5 hissəsi üzərində onun, 2/5 hissəsi üzərində cavabdehin pay hüququnun tanınmasını tələb etsə də, iddia tələbini kifayət qədər əsaslandıra bilməmişdir. Tərəflər arasında birgə mülkiyyətin bölünməsi zamanı payların qeyri-bərabər bölünməsi üçün Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud deyil. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış uşaqların analarının yanında qalması payların qeyri-bərabər şəkildə bölünməsinə əsas vermir». Kollegiya apelyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır və qeyd edir ki, birgə nikah müddətində əldə olunmuş əmlakın qeyri bərabər vəziyyətdə, iddiaçının göstərdiyi qaydada bölünməsini mümkün edən heç bir hal mövcud deyildir. Məhkəmə haqlı olaraq yetkinlik yaşına çatmış və çatmamış uşaqların iddiaçının yanında yaşamalarını belə bölünmənin aparılması zamanı payların qeyri bərabər bölünməsini mümkün edən əsas kimi qəbul etməmişdir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4179/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar