Məhkəmə qərarları › İş №2(102)-5829/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5829/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5829/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin (keçmiş "xxxx" İKB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1286/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şik ayətinə dair işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli, xxx saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 26 faiz olmaqla, 33.200 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. 17.11.2014-cü il tarixli və 06.11.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. 3. "xxxx" İKB ASC ilə Cavabdeh1arasında bağlanmış 17.11.2014-c ü il tarixli, 15-G-10-858-14 saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 öhdəliklərin təminatı kimi "xxxx" İKB ASC-yə ipotekaya qoyulmuş, ipoteka predmeti 65.000 manat məbləğində qiymətləndirilmişdir. 4. "xxxx" İKB ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 banka 30269,02 ABŞ dolları əsas borcu, 25219,6 ABŞ dolları faiz borcu, 1940,3 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 57428,92 ABŞ dolları məbləğində borcu vardır. 5. "xxxx" MMC-nin 24.05.2019-cu il tarixli, xxx saylı qiymətləndirmə hesabatından görünür ki, xxx küçəsində yerləşən 23 nömrəli evin 45 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 67.000 manat təşkil edir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11393 saylı, 30 avqust 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 17.11.2014-cü il tarixli, xxx saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, iddia ərizəsində borcun hesablandığı 24.01.2019- cu il tarixə Cavabdeh1 "xxxx" İKB ASCyə olan borcu əsas borc üzrə 30.256,77 ABŞ dolları, faiz borcu üzrə 24.814,42 ABŞ dolları olmaqla, cəmi borcun 55.071,19 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir. 7. "xxxx" MMC tərəfindən verilmiş 18.02.2020-ci il tarixli ekspert rəyindən görünür ki, xxx küçəsində yerləşən 23 nömrəli evin 45 saylı mənzilin bazar dəyəri 80.000 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ASC (keçmiş "xxxx" İKB ASC) cavabdeh lər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" İKB ASC-in xeyrinə 2014-ci il 17 noyabr tarixli kredit müqaviləsi üzrə 30 269,02 ABŞ dolları əsas, 25 219,6 ABŞ dolları faiz, 1 940,3 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 57 428,92 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan xxx küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə yönəldilməsi, hə min mənzilin açıq hərracdan satılması və borcun xxx küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan xxx küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 xxx küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, "xxxx" İKB ASC il ə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 17 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 X İKB ASC-nin “5 saylı” filialından illik 26%-lə 60 ay müddətinə 33 200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki xxx küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzili 2014-ci il 17 noyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2014-ci il 17 noyabr tarixli, Cavabdeh3 ilə 2015-ci il 06 noyabr tarixli zaminlik müqavilələri bağlanmışdır, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışd ır. 2014-ci il 17 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün bank gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il yanvarın 24-dək Cavabdeh1 2014-ci il 17 noyabr tarixli kredit müqaviləsi üzrə banka 30 269,02 ABŞ dolları əsas, 25 219,6 ABŞ dolları faiz, 1940,3 ABŞ dollari cərimə borcu olmaqla, cəmi 57 428,92 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 2(006)-198/2020 saylı 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 30.256,77 (otuz min iki yüz əlli altı ABŞ dolları, yetmiş yeddi sent) ABŞ dolları, faiz borcu üzrə 24.814,42 (iyirmi dörd min səkkiz yüz on dörd ABŞ dolları, qırx iki sent) ABŞ dolları, cərimə borcu üzrə 300 (üç yüz) ABŞ dolları olmaqla, cəmi 55371,19 (əlli beş min üç yüz yetmiş bir ABŞ dolları, on doqquz sent) ABŞ dolları, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 (altmış) manat, ümumilikdə isə 55371,19 (əlli beş min üç yüz yetmiş bir ABŞ dolları, on doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 60 (altmış) manat məbləğində pul alınaraq idd iaçı "xxxx" İKB ASC-yə verilməsi, tutma ipotekaya qoyulmuş Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə yönəldilməsi, xxx küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan xxx küçəsində yerləşən, 2 otaqlı, 41,37 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 45 nömrəli mənzilinə tutma yönəldikdə və o, sat ıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli, 15-G-1-0-858-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq həmin MMC-nin hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlər kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Ona görə də borclular onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanına yönəldi lməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq həmin əmlak boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh1 qaytarılmalıdır.

12. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı ipoteka predmetinin mülkiyyətçisi olmadığı üçün iddia tələbi «mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin əmlakın Banka təhvil verilməsi» hissələrində əsassız hesab edilməli və təmin edilməməlidir.

13. Həmçinin hazırkı halda məhkəmə hesab etmişdir ki, iddia cərimə borcu hissəsində qismən təmin edil ərək 17.11.2014-cü il tarixli kredit müqaviləəsi üzrə cərimə borcu 300 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən kredit müqaviləsi bağlandıqdan sonra ölkəmizdə baş vermiş manatın devalvasiyasını, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə almışdır.

14. Həmçinin, məhkəmə ekspert rəyini nəzərə almaqla hesab etmşdir ki, cavabdehlərdən 17.11.2014-cü il tarixli, xxx saylı kredit müqaviləsi üzrə əsas borc 30.256,77 ABŞ dolları, faiz borcu üzrə 24814,42 ABŞ dolları məbləğində tutulmalıdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 442, 443.1, 448.1, 449.1, 467, 470.1, 472.1, 739-cü, “İpoteka haqqında” Qanunun 33, 34.1, 39.1, 39.3.3, 59.3, 59.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1286/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) Cavabdeh3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-198/2020 saylı 18 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaq la mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin daha yüksək oluduğunu qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh3 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2

1. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işi n hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh3 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

28. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. (maddə 295)

29. Öhdəliyə əsasən bir şəxs (borc lu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

30. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

31. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs lər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

32. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

33. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

34. Öhdəliyin icra e dilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

35. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

36. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) “İpoteka haqqında” Qanun

37. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)

38. Əsas öhdəliyin, yaxud onun bir hissəs inin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)

39. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)

40. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər (maddə 41.1).

41. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə not ariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükdə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (maddə 59.3) Mülki Prossesual Məcəllə

42. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

43. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

44. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

45. Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hes ab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsi nin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1286/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar