Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5832/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdeh "xxxx" ASC-nə və maraqlı şəxs "xxxx" ASC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı X1 vəkili X6, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-87/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı ev "xxxx" ASC tərəfindən 20 iyul 2016-cı il tarixdən 19 iyul 2017-ci il tarixədək 25.000 manat məbləğində sığortalanmışdır. 2. "xxxx" ASC-nin 19.06.2017-ci il tarixli məktubuna əsasən, 04.02.2017-ci il, saat 11:14-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanının yaxınlığında su təchizatı xəttində baş vermiş qəza ilə bağlı Qaynar xətt (955) mərkəzinə edilmiş müraciət əsasında Xətai rayon Sukanal idarəsinin Su və Kanalizasiya şəbəkələri istismarı sahəsinin nümayəndələri tərəfindən həmin qəza aradan qaldırılmışdır. 3. "xxxx" MMC-nin 08.06.2017-ci il tarixli zərər aktına əsasən, İddiaçı məxsus evə dəymiş zərərin məbləği 31.100 manat müəyyən edilmişdir. 4. "xxxx" ASC-nin İddiaçı ünvanladığı 13.04.2018-ci il tarixli məktubda göstərilmişdir ki, onun əmlakına dəyən zərər sığorta şirkəti tərəfindən 6.260 manat müəyyən edilmişdir. Lakin İddiaçı qeyd olunan məbləğlə razı olmadığını bildirmişdir. Bununla əlaqədar müstəqil ekspertlərdən birini seçərək şirkətə məlumat verilməsi xahiş olunmuş, eyni zamanda zərərin qiymətləndirilməsi prosesində sığorta şirkətinin və "xxxx" ASC-nin əməkdaşlarının iştirakının zəruri olması da bildirilmişdir.
5. İddiaçı "xxxx" ASC-yə ünvanladığı 18.04.2018-ci il tarixli müraciətdən görünür ki, o, müstəqil ekspert dəvət etməkdən imtina etdiyini, mübahisənin həlli üçün məhkəməyə müraciət olunacağını bildirmişdir.
6. X5 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı ev "xxxx" ASC tərəfind ən 20 iyul 2017-ci il tarixdən 19 iyul 2018-ci il tarixədək 25.000 manat məbləğində sığortalanmışdır.
7. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının 29.08.2017-ci il tarixli, 356 nömrəli arayışına əsasən, İddiaçı müraciəti əsasında onun evinin yerləşdiyi əraziyə vizual mühəndis-geoloji baxış keçirilmiş, əraziyə düşən atmosfer yağıntıları və texnogen mənşəli suların yamac boyu süzülərək həmin ünvanın yerləşdiyi ərazidə toplanması səbəbindən və texnogen amillərin təsirindən torpaq qatında kiçik çatlar və deformasiyalar müşahidə olunmuşdur, təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılmışdır.
8. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 15.12.2017- ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş 29.08.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar 04.02.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fizikimexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzal ıdır.
9. Xətai rayon MKTB-nin, 25 saylı MKİS-nin əməkdaşlarının tərtib etdikləri 06.09.2017-ci il tarixli akta əsasən, sözügedən evə baxış zamanı evin fasadında, 1-ci mərtəbədə, dəhliz, mətbəx, hamam otağında, hamamın döşəməsində çatlar var, mətbəxdən həyətə çıxan qapı çökmə nəticəsində açılıb-bağlanmır, 2-ci mərtəbədəki dəhliz və mətbəxdə çatlar var, giriş qapısı çökmə nəticəsində açılıb-bağlanmır, evdə olan çatların gündəlik genişlənməsi müşahidə olunur. 10. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış 12.09.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı izahatına əsasən, 2016-cı il tarixində yağış sularının axması ilə baş vermiş subasma hadisəsi nəticəsində 2017-ci ilin aprel ayından etibarən yaşadığı evin divarlarında çatlar əmələ gəlmiş və əmlakına zərər dəymişdir. Sığorta şirkəti bil dirmişdir ki, baş vermiş hadisə əmlakının sığortalandığı sığorta müqaviləsinin qüvvəyə minmə tarixindən əvvəl baş vermiş və sığorta müqaviləsinin müddətini əhatə etmir. Sığorta hadisəsi Azərbaycan Respublikası MM-nin 922.1ci maddəsinə əsasən icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və bu hadisə üzrə heç bir sığorta təminatı nəzərdə tutula bilməz.
11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş e tmişdir. Qiymətqoyma mərkəzi 22.02.2018-ci il tarixli məktubla təqdim etdiyi rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin 141.548,38 manat məbləğində olduğunu qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı X8 cavabdeh "xxxx" ASC-nə və maraqlı şəxs "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış 20 iyul 2016-cı il tarixli BA 648444 saylı “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi”nə əsasən baş vermiş sığorta hadisəsi üzrə 25000 manat məbləğində sığorta ödənişinin, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş əlavə zərərə görə 116.548 manat məbləğinin, iddiaçıya vurulmuş mənəv i ziyanın əvəzi olaraq 10.000 manat məbləğinin, əlavə xərclərin (qiymətləndirmə ekspertizaları, dövlət orqanlarına müraciət və s.) əvəzi olaraq 3000 manat məbləğinin onun xeyrinə, habelə ödənilmiş 31 manat dövlət rüsumunun ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 20 iyul 2016-cı il tarixində "xxxx" ASC və onun arasında 1 (bir) il müddətinə BA 648444 saylı “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi” bağlanmışdır. Bu Müqavilə üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən əmlak cavabdeh tərəfindən sığortalanmışdır.2017-ci ilin yanvar ayının sonunda evin daxili divarlarından suyun sızdığını görüb, dərhal usta gətirmişdir. Usta suyun təzyiqi nəticəsində partlayışın baş verdiyini bildirdi və suyun axmasının qarşısını al mışlar. Fevral ayının əvvəlində isə küçədən suyun qaynadığını görüb, dərhal "xxxx" ASC-nin 955 qaynar xəttinə məlumat vermişdir. 2017- ci ilin aprel ayında evin divarlarında çatların əmələ gəldiyini görmüş və bu barədə dərhal cavabdehə məlumat vermişdir. 29 aprel tarixində hadisə qeydə alınmışdır. Cavabdeh tərəfindən baxış keçirildikdən sonra ona sığorta müqaviləsinin ancaq yanğın hadisələrini əhatə etdiyi və istilik sistemi kimi istifadə olunan samovarın düzgün yerdə yerləşmədiyinə görə su sızması olduğunu və bunun sığorta hadisəsi hesab olunmadığı bildirilmişdir. "xxxx" ASC-nin ona ünvanlanan 19 iyun 2017-ci il tarixli 07/03-3/1/10034 saylı cavab məktubunda qeyd olunmuşdur ki, həqiqətən tərəfindən "xxxx" ASC- yə evin yaxınlığında yerləşən boru ilə əlaqəli müraciət edilmiş və su təchizatı xəttində baş vermiş qəza dərhal aradan qaldırılmışdır. Bundan sonra cavabdeh şifahi qaydada 6250 manat məbləğində sığorta ödənişi edə biləcəyini ona bildirmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının məsləhəti ilə 08 iyun 2017-ci il tarixində evə dəymiş zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertə müraciət etmiş və həmin qiymətləndirmə şirkəti evə dəymiş zərərin 31100manat olmasını müəyyən etdi. Lakin cavabdeh ekspertizanın rəyi ilə razılaşmadı və ona evi özlərinin təmir edəcəklərini bildirdilər. O, bu təklif ilə razılaşmış, lakin təmirin hansı məbləğdə ediləcəyi ona bildirilmədi.2017-ci ilin iyul ayında sığorta müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq, həmin evi sığortalanması ilə bağlı cavabdeh ilə həm könüllü, həm də icbari sığorta müqavilələri imzalamışlar. Sonra cavab deh tərəfindən "xxxx" LLC Azerbaijan şirkəti evdə əmələ gələn çatların hansı səbəbdən yaranması ilə bağlı müraciət edilmiş və bu şirkətin rəyində çatların yaranma səbəbi kimi evin düzgün inşa edilməməsi göstərilmişdir. Cavabdeh tərəfindən sığorta ödənişin vaxtında edilməməsi və evin təmir edilməməsi səbəbindən, 2017-ci avqust ayında həmin çatlar böyüməyə başladı, evin qapı və pəncərələri sıxıldı və evə dəymiş zərər artmağa başladı. Çatların hansı səbəbdən yaranmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azkommunlayihə” KLİ-nin 15.12.2017-ci il tarixli rəyində göstərilmişdir ki, araşdırma aparılan zaman fərdi yaşayış evi qəzalı vəziyyətdədir və bunun səbəbi su borusunnan sızan su və evin vaxtında təmir edilməməsidir. Çatların əmələ gəlməsindən sonra bərpa gücləndirmə işləri aparılmadığından evin qəzalı vəziyyətə düşdüyü bildirilmişdir.22.12.2017-ci il tarixində həmin rəyi cavabdehə təqdim etmiş və 7 iş günü ərzində sığorta ödənişinin verilməsini tələb etmişdir. Lakin cavabdeh yenə öhdəliyini yerinə yetirmədi və o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmişdir. Qiymətqoyma mərkəzi öz rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin artaraq 141548.38 manat məbləğində olduğunu qeyd etmişdir. O, həmin zərər aktını cavabdehə təqdim etmiş, lakin cavabdeh həmin məbləğlə razı laşmayaraq yenidən 29.03.2018-ci il tarixində 6260 manat məbləğ ödəyə biləcəklərini bildirdilər. Bu məbləğin isə faktiki dəymiş zərərdən dəfələrlə az olduğundan 30.03.2018-ci il tarixində yenə onlara həmin məbləğlə razilaşmadığını bildirdi.Ona və "xxxx" ASC-yə ünvanlanmış 13.04.2018-ci il tarixli məktublarında hər üç tərəfin iştirakı ilə evə dəymiş zərərin yenidən qiymətləndirilməsinin keçirilməsini tələb etmişdir. Lakin həmin məktubda cavabdeh qeyd etmişdir ki, qiymətləndirmə ilə razılaşmaya bilər. Göründüyü kimi sığorta hadisəsi baş verən andan 1 (bir) ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ona sığorta ödənişi edilməmiş, işin araşdırılması və digər müxtəlif bəhanələr ilə sığorta ödənişinin edilməsi yubadılmış və bunun nəticəsində ona həm maddi həm də mənəvi zərər də ymişdir.
14. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianın qismən təmin olunmasını xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsindəki icraatda keçirilmiş Məhkəmə mühəndis-texniki ekspertizasının 26 noyabr 2018-ci il tarixli 20368 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 15.12.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 15.12.2017- ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xi dməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş 29.08.2017-ci il tarixli arayışına əsasən, fərdi yaşayış evində yaranmış çatlar 04.02.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bununda nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin 22.02.2018-ci il tarixli 37/36-00124 saylı mə ktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 29 yanvar 2019-cu il tarixli, 2(006)-283/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, dəymiş ziyanın əvəzi olaraq 119.956.25 (bir yüz on doqquz min doqquz yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən alınması və İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq, dövlət büdcəsinə köçürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir.
17. Məhkəmənin qənaətinə görə iddiaçının "xxxx" ASC ilə onun arasında bağlanmış 20 iyul 2016-cı il tarixli BA 648444 saylı “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi”nə əsasən baş vermiş sığorta hadisəsi üzrə 25000 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması” tələbinə dair iddiası həmin hissədə təmin edilə bilməz. Belə ki, 20 iyul 2017-ci il tarixində iddiaçı ilə "xxxx" ASC arasında əmlak sığortası üzrə sığorta müqaviləsi bağlanmışdır. 28 avqust 2017-ci il tarixində iddiaçı ASC-yə müraciət edərək sığortalanmış yaşayış evinə zərər dəyməsi barəsində məlumat vermişdir. Lakin 2016-cı il tarixində yağış sularının axması ilə baş vermiş s ubasma hadisəsi nəticəsində 2017-ci ilin aprel ayından etibarən iddiaçının yaşadığı evin divarlarında çatlar əmələ gəlmiş və əmlakına zərər dəymişdir. Baş vermiş hadisə əmlakının sığortalandığı sığorta müqaviləsinin qüvvəyə minmə tarixindən əvvəl baş vermiş və sığorta müqaviləsinin müddətini əhatə etmir. Sığorta hadisəsi Azərbaycan Respublikası MM-nin 922.1ci maddəsinə əsasən icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və bu hadisə üzrə heç bir sığorta təminatı nəzərdə tutula bilməz. Odur ki, iddia həmin hissədə rədd edil məlidir. Bununla belə, məhkəmə Mülki Məcəllənin 21.1-ci, 1096.1-ci və 1097.1-ci maddələrinə və yuxarıda qeyd olunan ekspertiza rəyinə istinadən hesab etmişdir ki, cavabdeh tərəfindən vurulmuş zərərin məbləği məhz 119956.25 manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçının həmin tələbinin təmin edilə bilməsi üçün mötəbər sübutlar təqdim etmədiyindən, həmin hissədə iddia rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli 10/3610 saylı “əlavə məhkəmə tikintitexniki ekspertizasının” keçirilməsinə dair rəyindən müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bünövrəsində çökmələr, yükdaşıyan divarlarında iki tərəfli (keçici) çatların olduğu müəyyən edilir. FHNnin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 15.12.2017- ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş 04.02.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin 22.02.2018-ci il tarixli 37/36-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 18 may 2021-ci il tarixli, 2(103)-87/21 nömrəli qətnaməsi ilə İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 y anvar 2019-cu il tarixli, 2(006)-283/2016 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC və maraqlı şəxs "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi və s. barədə iddiasının qismən təmin edilməsi, dəymiş ziyanın əvəzi olaraq 119.956,25 (bir yüz on doqquz min doqquz yüz əlli altı manat iyirmi beş qəpik) manat, iddiaçıya dəymiş mənəvi zərərə görə 2000 (iki min) manat, əlavə xərclərə görə ödənilmiş 3000 (üç min) manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 125006,25 (yüz iyirmi beş min altı manat iyirmi beş qəpik) məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçı X5 verilməsi, cavabdeh "xxxx" ASC-dən 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilmə si qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi baş vermiş hadisəni sığorta hadisəsi kimi qəbul etməmiş, lakin zərərin tutulmalı olması barədə nəticəyə gəlmiş, bununla da sığorta təminatı ərzində baş verməyən hadisəyə görə zərərin tutulmalı olması barədə gəldiyi nəticə əsaslı olmamışdır. İddiaçı X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən yaşayış evi (daşınmaz əmlak) BA648444 saylı, 20.07.2016-cı il tarixli Daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi ilə 25.000 manat sığorta haqqı müqabilində "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddiaçı qeyd edilən ünvanda ümumi su xəttində baş vermiş partlayış nəticəsində daşınmaz əmlaka dəymiş ziyana görə sığorta ödənişinin edilməsi üçün cavabd ehə sığorta tələbilə müraciət etmişdir (işin bu halını cavabdeh mübahisələndirmir). Lakin sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğu üçün sığorta ödənişi həyata keçirilməmişdir. Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində verdiyi izahatlarda sığorta hadisəsinin baş verdiyini qəbul edərək, iddianı qismən qəbul etmişdir. Kollegiya işin müəyyən edilmiş göstərilən hallarına əsaslanaraq hesab etmişdir ki, sığorta hadisəsi baş vermiş və cavabdeh sığorta hadisəsinə görə 20.07.2016-cı il tarixli Daşınmaz əmlakın icbari sığorta müqaviləsinə görə sığorta ödənişi üçün məsuliyyət daşıyır. Kollegiya iddia tələbinin dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı hesab etmişdir ki, həmin tələb də əsaslıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş ha llarına görə iddiaçının sığorta etdirdiyi daşınmaz əmlak su xəttində baş vermiş qəzadan sonra yaranmış, qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, ev qəzalı vəziyyətə düşmüşdür. Yəni cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyindən, qəzanın nəticələri vaxtında aradan qaldırılmamış, bunun nəticəsində də iddiaçı əlavə zərərə məruz qalmışdır. Bu da cavabdehin hüquqa zidd əməli kimi qiymətləndirilməlidir. Kollegiya hesab etmişdir ki, iddiaçı 2017-ci ilin fevral ayından pozulmuş hüquqlarının bərpası üçün müraciət etsə də, hüququ bərpa olunmamış, qəzalı vəziyyətdə olan yaşayış sahəsindən istifadə edə bilməmiş və bunun nəticəsində də mənəvi iztirab və sarsıntı keçirmişdir. Bu da cavabdehin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsi ndə baş vermişdir. İddiaçının mənəvi zərərin əvəzi kimi 10.000 manat tələb etməsini kollegiya ağlabatan hesab etməyərək qeyd etmişdir ki, mənəvi zərərin 2000 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir və eyni zamanda hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin əlavə xərclərin (dövlət orqanlarına müraciət, qiymətləndirmə ekspertizası və s.) əvəzi olaraq 3000 (üç min) manat məbləğinin ödənilməsi hissəsini də kollegiya əsaslı hesab edərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə tələb olunan məbləğin iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 21. "xxxx" ASC kassasiya şikayəti verər ək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk olaraq iddiaçı iddiasının hüquqi əsası kimi icbari sığorta müqaviləsinə istinad etmiş və sığorta hadisəsi də məhz icbari sığorta müqaviləsi qüvvədə olduğu müddətdə baş vermişdir. Belə olan halda hazırki münasibətlərə icbari sığortalar haqqında qanunun müddəaları şamil edilməlidir ki, məhkəmə qətnaməsi yalnız mülki məcəllənin sığorta münasibətlərini tənzimləyən normaların sıralanmasından ibarətdir. Hansı ki, mülki məcəllənin özündə birbaşa göstərilmişdir ki, hazırki münasibətlərə icbari sığortalar haqqında qanunun müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 904.2-ci maddəsinə görə sığorta mə bləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Daha sonra məhkəmə öz qərarında göstərmişdir ki, “Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının sığorta etdirdiyi daşınmaz əmlak su xəttində baş vermiş qəzadan sonra yaranmış, qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, ev qəzalı vəziyyətə düşmüşdür. Yəni cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyindən, qəzanın nəticələri vaxtında aradan qaldırılmamış, bunun nəticəsində də iddiaçı əlavə zərərə məruz qalmışdır. Bu da cavabdehin hüquqa zidd əməli kimi qiymətləndirilməlidir.” Bu əsaslandırma tamamilə absurddur və qanunsuzdur, eyni zamanda sığorta müqaviləsinin, institutunun təbiətinə zi ddir. Belə ki, həm mülki Məcəllədə, həm də İcbari Sığortalar haqqında qanunda sığorta məbləği və sığorta ödənişi sığortaçının öhdəliyinin son həddi kimi göstərilmişdir. Yəni sığortaçının məsuliyyətinin son həddi qanunla imperativ qaydada müəyyən olunmuşdur. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə görə sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Eyni zamanda Mülki Məcəllənin 904.1-ci maddəsinə görə sığorta məbləği sığortalanmış risklər üzrə sığort açının öhdəliyinin son həddidir. Həmin Məcəllənin 926.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmçinin İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 39.4-cü maddəsinə görə Bu Qanunun 39.3-cü maddəsində müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir. Həmin Qanunun 41.1-ci maddəsinə görə daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Göründüyü kimi həm Mülki Məcəllənin, həm İcbar i Sığortalar haqqında qanunun mənasına görə sığortaçının öhdəliyinin son həddi konkret olaraq qabaqcadan qanunla və ya müqavilə azadlığı prinsipinə görə razılaşdırılmış, müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 905-ci maddəsinə görə sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki vəziyyətdə sığorta öhdəliyinin yaranma əsası delikt (mülki hüquq pozuntusu) deyil, məhz tərəflər arasında bağlanmış müqavilədir və müqavilə ilə tərəflər arasında olan qarşılıqlı öhdəliklərin həcmi və həddi müəyyənləşdirilmişdir. Yəni delikt öhdəliklərinə görə məsuliyyət daşımalı olan şəxs sığortaçı şirkət deyil, həmin su borularında baş vermiş qəzaya görə məsuliyyət daşımalı olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə görə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Cavabdeh tərəfindən sığorta ödənişinin vaxtında edilməməsinə görə qanun sığortaçının məsuliyyətini birmənalı olaraq tənzimləmişdir. Belə ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyy ən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi məhkəmə tətbiq etməli olduğu hüquq normasını tətbiq etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərdən əlavə məhkəmə mənəvi zərəri və şəxsin çəkdiyi xərcləri, itkisini də sığorta təminatına, məbləğinə daxil etmişdir ki bu qanunun tələbinə tamamilə ziddir. Belə ki, İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 21.1.3-cü maddəsinə görə Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta Ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsaslan ilə yanaşı icbari sığorta müqavilələri üzrə sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda sığorta ödənişi verilmir. Eyni zamanda işin hallarından da görünür ki, zərərin artmasına səbəb olan hallardan biri iddiaçının özünün hərəkətsizliyidir. Belə ki, iddiaçı qeyd edir ki, zərərin müəyyənləşdirilməsi ilə bağlı xərclər çəkmişdir. Hansı ki, həmin vəsaiti zərərin daha da artmaması üçün təmir-bərpa işlərinə sərf edə bilərdi. Bu hərəkətsizlik onu göstərir ki, iddiaçı zərərin həcminin artmasında xüsusi ilə maraqlı olmuşdur. Əfsuslar olsun ki, məhkəmələr tərəfind ən bu əhəmiyyətli hallar hüquqi müəyyənlik prinsipi baxımından ümumiyyətlə nəzərə alınmamış, məhkəmə aktlarında bu hallara aydınlıq gətirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Aytəkin Nemətova kassasiya şikayətinə qarşı etiraz göndərərək onun təmin edilməməsini xahiş etmişdir.
24. Etiraz onunla əsaslandırlmışdır ki, kassasiya şikayətində kassator "xxxx" MMC tərəfindən aparılmış araşdırmaya əsasən qeyd edir ki, mənzildə yaranan çatların səbəbi su təchizatı xəttində baş vermiş qəza deyil, fərdi yaşayış evinin tikinti normalarına uyğun olaraq inşa edilməməsidir. Eyni zamanda kassator AR FHN Tikintidə X4 Agenti «Azkommunlayihə» KLİ tərəfindən verilmiş rəyə istinadən isə göstərir ki, yaşayış evində yaranmış çatlar əsasən 02.04.2017-ci il tarixində su təchizatı xəttində baş verən qəzadan sonra yaranmışdır və məhkəmə bu iki rəy arasında ziddiyyətli məqamların aradan qaldırılması üçün heç bir addım atmamışdır. Bu tamamilə əsassız və qeyriqanunidir. Belə ki, iddiaçıya məxsus Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 377 saylı fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin fasadında, 1-ci mərtəbəsində, dəhlizdə, hamamda, mətbəxdə çatlar olduğu, hamamın döşəməsinin yataraq çatladığı, mətbəxdən həyətə çıxan qapının çökmə nəticəsində açılıb-bağlanmadığı, 2-ci mərtəbədə dəhlizdə, mətbəxdə çatlar olduğu, 2-ci mərtəbədə olan giriş qapısının çökməsi nəticəsində açılıb-bağlanmadığı, evdə olan çatların gündəlik genişlənməsi müşahidə olunduğu müəyyən edilmişdir. Bundan əlavə, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci i l tarixli “məhkəmə mühəndis-texniki ekspertiza”sının keçirilməsinə dair rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agenti «Azkommunlayihə» KLİ tərəfindən təsdiq edilmiş l5.12.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. FHN-nin TTNDA-nın “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 15.12.2017-ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş 29.08.2017-ci il tarixli arayışına əsasən, fərdi yaşayış evində yaranmış çatlar 04.02.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN-nin TTNDA-nın Tikintidə Qiymətqoyma Mərkəzinin 22.02.2018-ci il tarixli 37/36-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesablanmasına əsasən 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119.956,25 manat (ƏDV-siz) olduğu müəyyə n edilmişdir. İddiaçının evində baş vermiş sığorta hadisəsi ilə əlaqədar dəfələrlə cavabdehə müraciətlər etmiş, lakin cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddətdə evə baxış keçirməmiş və şifahi olaraq 6250 manat məbləğində sığorta ödənişi edəcəyini bildirmişdir. Beləliklə, cavabdeh vaxtında sığorta müqavilələri üzrə öz öhdəliyini yerinə yetirmədiyinə görə evimə böyük məbləğdə maddi ziyan dəymişdir, lakin kassator kassasiya şikayətində qeyd edir ki, zərərin artmasına səbəb iddiaçının özünün hərəkətsizliyidir. Bu da tamamilə əsassızdır, belə ki, cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişi edilmədiyi halda o, evində çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri apara bilməzdi. Kassator kassasiya şikayətində ümumiyyətlə sığorta müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərdən imtina edərək göstərir ki, delikt öhdəliklərinə görə məsuliyyət daşımalı olan şəxs sığortaçı şirkət deyil, həmin su borularında baş vermiş qəzaya görə məsuliyyət daşımalı olan şəxsdir, halbuki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olmuş) və çatışmazlığını, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Buna görə də sığorta müqavilələri üzrə sığorta hadisəsi ilə əlaqədar maddi məsuliyyət daşıyan şəxs "xxxx" ASC-dir. Bundan əlavə 1-ci instansiya məhkəməsində izahat verən cavabdehin nümayəndəsi də iddianı qismən qəbul etməsini bildirmişdir. Beləliklə, Apellyasiya instansiyası Məhkəməsi bu işə baxıb qətnamə qəbul edərkən işin bütün hallarını hərtərəfli, obyektiv, əsaslı və qanuni araşdırmış, həmin h allara maddi və prosessual hüquq normalarının tələblərinə əsasən hüquqi qiymət vermişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
26. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kr editora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsini n sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
32. Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur.
33. Maddə 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu:
34. Maddə 6.1. İcbari sı ğorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
35. Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.
36. Maddə 10.1. Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.
37. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
38. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
39. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
40. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. İddiaçı bildirir ki, baş vermiş sığorta hadisəsi nəticəsində onun əmlakına zərər dəymiş (evində çatlar əmələ gəlmiş), cavabdeh sığorta ödənişini vaxtında ödəmədiyi üçün lazımi bərpagücləndirmə işlərini görə bilməmiş, bunun da nəticəsində çatlar böyümüş və evi yararsız vəziyyətə dü şmüşdür. Ona görə də cavabdehdən sığorta ödənişindən əlavə ona dəyən zərərin əvəzinin ödənilməsini tələb edir (§ 12-13, 24).
48. Cavabdeh isə bildirir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz (§ 22).
49. Tərəflər arasında iki dəfə - 20 iyul 2016-cı ildən 19 iyul 2017-ci ilədək və 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən daşınmaz əmlakın icbari sığorta müqavilələri bağlanmışdır. Müqavilələrdə sığorta məbləği 25.000 manat göstərilmişdir. Eyni zamanda iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin baş verməsi işdə mübahisə olunmur.
50. Bununla belə, 2017-ci ilin əvvəlində su xəttində baş verən qəzaya görə iddiaçının evin də çatların əmələ gəlməsi, habelə həmin ilin avqust ayından sonra çatların genişlənərək evin qəzalı vəziyyətə düşməsi haqqında işdə məlumatlar var. Məhkəmələr keçirdikləri ekspertizalarla iddiaçının evinə dəymiş zərərin ümumi həcmini 119.956,25 manat müəyyən etmişlər (§ 7-9, 15, 18).
51. Apellyasiya instansiyası məhkəməsi həmin məbləğdə pulu cavabdehdən tutarkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının sığorta etdirdiyi daşınmaz əmlak su xəttində baş vermiş qəzadan sonra yaranmış, qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, ev qəzalı vəziyyətə düşmüşdür. Yəni cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyindən, qəzanın nəticələri vaxtında aradan qaldırılmamış, bunun nəticəsində də iddiaçı əlavə zərərə məruz qalmışdır. Bu da ca vabdehin hüquqa zidd əməli kimi qiymətləndirilməlidir. Məhkəmə, qətnaməsində həm sığorta münasibətlərinə, həm də mülki-hüquq pozuntusu (deliktə) dair maddi hüquq normalarına istinad etmişdir.
52. Kollegiya 119.956,25 manatın ümumi şəkildə zərər kimi (özü də bir qisminin delikt normaları əsasında) cavabdehdən tutulması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
53. Ona görə ki, baş vermiş hadisəyə (hadisələrə) görə cavabdehin iddiaçı qarşısında məsuliyyətinin həcmi və əsası dəqiqliklə müəyyən edilməli, onun hüquqi əsasları aydın şəkildə göstərilməlidir.
54. Bunun üçün iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin nə vaxt və neçə dəfə baş verdiyi, hər bir sığorta müqaviləsinin əhatə etdiyi sığorta müddətinə daxil olub-olmadığı, sığorta hadisəsi nəticəsində (əgər bir dən artıq sayda hadisə baş veribsə hər biri üzrə ayrı-ayrılıqda) əmlaka dəyən zərərin miqdarı, beləliklə cavabdehin sığorta müqavilərindən irəli gələn öhdəliyinin həcmi müəyyən olunmalıdır. Bununla da, cavabdehdən tutulan məbləğin hansı hissəsinin sığorta müqavilələri əsasında verilməli olan sığorta ödənişini təşkil etməsi aydınlaşdırılamlıdır.
55. Bununla yanaşı, iddiaçının bildirdiyi hallar nəzərə alınmaqla, sığorta müqavilələrində göstərilən sığorta məbləğindən artıq olan zərərə görə cavabdehin məsuliyyətinin hüquqi əsas(lar)ı yoxlanılmalıdır.
56. Bu xüsusat üzrə cavabdehin mövqeyi ilə bağlı Kollegiya qeyd edir ki, sığorta şirkətinin müxtəlif şəxslərlə sığorta münasibətlərinə daxil olması, sığorta, azadolma və digər məbləğləri müəyyənləşdirməsi, sığorta ödənişlərinin həcmini razılaşdı rması, onun gecikdirilməsinə görə qanunda müvafiq gecikdirmə faizinin nəzərdə tutulması və s. sığorta müqavilələri və sığorta qanunvericiliyi ilə tənzimlənən hüquq münasibətləridir.
57. Bununla belə, sığortaçı, müqavilədən irəli gələn öhdəlik münasibətlərində borclu kimi də çıxış edir. Borclunun müqavilə öhdəliyini icra etməməsindən əmələ gələn zərərə görə məsuliyyət Mülki Məcəllənin öhdəliyə dair ümumi normalarında nəzərdə tutulmuşdur. Belə ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və s.) başa düşülür, öhdəliyini icra etməyən borclu, kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nətic ələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (§ 27-30).
58. Sığorta müqaviləsindən yaranan öhdəliklərin pozulmasından və ya lazımınca icra edilməməsindən əmələ gələn zərərə görə sadalanan normalar əsasında sığortaçının borclu kimi məsuliyyəti qanunvericiliklə istisna edilməmişdir.
59. O da nəzərə alınmalıdır ki, sığortaçının sığorta ödənişini gecikdirilməsi nəticəsində yaranan zərərə görə məsuliyyət daşıması üçün həmin ödənişin verilməsindən imtinanın əsassız olması, əlavə zərərin sığortaçının öhdəliyini təqsirli şəkildə pozması nəticəsində əmələ gəlməsi, başqa sözlə həmin zərərlə sığortaçının hərəkətsizliyi arasında səbəbli əlaqə müəyyən edilməlidir.
60. Apellyasiya məhkəməsi iddianı göstərilən həcmdə təmin edərkən onu əsas götürmüşdür ki, iddiaçının evində 2017-ci ilin avqust ayında kı qəzalı vəziyyət (həmin vəziyyətə görə müəyyən olunan 119.956,25 manat zərər) 2017-ci ilin əvvəlində yaranan çatların vaxtında aradan qaldırılmadığına (bərpa-gücləndirmə işləri aparılmadığına) görə yaranmışdır.
61. Halbuki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdeh "xxxx" ASC, İddiaçı əmlakına dəyən zərəri 6.260 manat qiymətləndirsə də, sığortalı həmin məbləğlə razı olmamış, daha böyük məbləğdə ödəniş tələb etmişdir.
62. Əgər 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsinə görə yaranan zərər məbləği cavabdehin qiymətləndirdiyi və təklif etdiyi məbləğdən çox olmamışsa, yəni bu məbləğdən artıq həcmdə ödənişə görə imtina əsaslı olmuşsa, sözügedən çatların vaxtında aradan qaldırılmaması nəticəsində əmələ gələn zərər üçün sığorta şirkəti məsuliyyət daşıya bilməz.
63. Buna baxmayaraq məhkəmə, 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin həcmini dəqiqliklə müəyyən etməmiş, bundan asılı olaraq həmin hadisəyə görə cavabdehin sığorta ödənişini verməkdən imtinasının əsaslı olub-olmamasını araşdırmamışdır. Halbuki bu xüssuatlar müəyyən edilmədən cavabdehin sığorta məbləğindən artıq olan həcmdə zərərə görə məsuliyyət daşıması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz.
64. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§41-43).
65. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-87/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov