Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5835/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.05.2021-ci il tarixli, 2(105)693/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2015-ci il tarixli, 2(060)-3328/15 saylı qətnaməsi ilə Cavabdeh 126000 (bir yüz iyirmi altı min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniləcək günə məzənnə üzrə manatla alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, Sumqayıt şəhər icra və probasiya şöbəsində 10.06.2016-cı ildə icraata başlanmışdır. Qətnamə 19.05.2021-ci il tarixə kimi icra edilməmişdir (səh. 149).
2. Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilmiş, "xxxx" MMC-dən “Komatsu” texnikasının 43 adda ehtiyat hissələrinin və “Mersedes 4140” texnikasının 3 adda ehtiyat hissələrinin dəyərinin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş və 27 iyul 2018-ci il tarixdə Binəqədi rayon icra və probasiya şöbəsində qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata başlanmışdır. İcra sənədi icra 13.05.2021-ci il tarixə kimi icra olunmamışdır (səh. 145). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən öhdəliyi icra edilməməsi nəticəsinə görə 170100 ABŞ dolları gecikdirilmiş beş faiz borcun və "xxxx" MMC-yə dəymiş 350000 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 151200 ABŞ dolları və 350000 manat məbləğində vurulmuş zərərin əvəzinin tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə Cavabdeh ilə aralarında razılaşmaya əsasən cavabdeh ona Dubaydan ucuz qiymətə 6 ədəd “Mersedes” 4140 markalı özüboşaldan yük avtomobili gətirməli idi. Bunun müqabilində nağd şəkildə cavabdehə hissə - hissə 131500 ( yüz otuz bir min beş yüz ) ABŞ dolları məbləğində pul vermişdir. Bir qədər keçdikdən sonra aldadıldığını başa düşmüş, cavabdehlə görüşüb sadə formada əqd yazmasını tələb etmiş və həmin əqdin əsasında Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsi qərar çıxararaq 126000 (yüz iyirmi altı min) ABŞ dolları məbləğində borcun qaytarılması barədə iddiasını təmin etmişdir. Həmin qətnamə Apellyasiya və Ali Məhkəmədə baxılaraq q üvvədə saxlanılmışdır. Lakin cavabdeh məqsədyönlü olaraq borcu qaytarmaqdan yayınır. Dəfələrlə icraçı tərəfdən qanuna müvafiq tədbirlərin görülməsinə baxmayaraq cavabdeh borcu qaytarmır, bunun nəticəsində rəhbəri olduğu "xxxx" MMC tam gücü ilə işləyə bilmir, real gəlirdən məhrum olur və maddi cəhətdən çətinliklərlə üzləşir. Bunun nəticəsində müəssisəyə külli miqdarda ziyan dəymişdir, iş yerlərinin azaldılması məcburiyyəti ilə üzləşmişdir. Həmin pulu aldıqdan sonra cavabdeh onunla razılaşdıqları kimi avtomobil deyil, əvəzinə yararsız ehtiyat hissələri gətirərək onu aldatmışdır. Bundan sonra 2017-ci il tarixdə Cavabdeh bir qədər irəli gedərək onun direktoru olduğu "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir və Binəqədi Rayon Məhkəməsi gömrük bəyannaməsi olmadan onun iddiasını təmin etmişdir. Hal - hazırda cavabdeh onlara olan borcla həmin borcu əvəzləşdirmək üçün ondan 30.000 ABŞ dolları məbləğində pul almışdır, lakin barışıq müqaviləsi imzalamır. Bununla əlaqədar o, Binəqədi rayon polis idarəsinə müraciət etmişdir və hal - hazırda araşdırma aparılır. Hal - hazırda qətnamə üzrə cavabdehin iddiaçıya olan borcu 126000 ABŞ dolları təşkil edir. Gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmə borcu (126000 * 5 % = 6300 * 7 = 44100 + 126000 = 170100 ABŞ dollar) yaranıbdır. Bununla da 126000 ABŞ dolları əsas borc, 6300 illik beş faiz, 7 il ərzində faiz borcu 44100 ABŞ dolları olmaqla, ümumilikdə 170100 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün borc yaranıbdır. Eyni zamanda Binəqədi Rayon Məhkəməsində qaldırılmış "xxxx" MMC-yə qarşı iddia il ə əlaqədar müəsissəyə külli miqdarda zərər vurulmuşdur və real gəlirdən məhrum edilmişdir. Bu iddia ilə əlaqədar "xxxx" MMC Cavabdeh 20000 manata yaxın Binəqədi icra şöbəsi vasitəsilə ödəniş etmişdir və cavabdehin özünə əlbə - əl ödənilmiş 30000 ABŞ dolları məbləğində pul Sumqayıt icra idarəsinin icraatında olan işlə əvəzləşdirilməli idi. Lakin cavabdeh bu pulları aldıqdan sonra barışıq müqaviləsi yazmaqdan yayınır.
6. Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh 25200 ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) alınaraq "xxxx" MMC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı X4 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd ed ilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə cavabdeh tərəfindən iddiaçıya verilməli olan 126000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehin əsassız olaraq qaytarmaqdan boyun qaçırması məhkəmə qətnaməsi və iş materialları ilə təsdiq edildiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə əsasən həmin vəsait məbləğindən faizlər ödəməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının pulunun gecikdirilməsi 4 il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, 126000 ABŞ dolları x 5% = 6300 x 4 ilə=25200 (iyirmi beş min iki yüz) ABŞ dolları təşkil etdiyi müəyyən olunur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin onlara 350.000 manat məbləğində dəymiş zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448, 449.1 və 449.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Göstərilən qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.05.2021-ci il tarixli, 2(105)-693/2021 saylı qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cav abdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 24832 (iyirmi dörd min səkkiz yüz otuz iki) ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi, mübahisələndirməyən halı isə qanuni qüvvədə olan məhkəmə aktı ilə tutulmuş 126.000 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh barəsində məcburi gətirmə tədbirinin tətbiq edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 14.08.2017-ci il tarixli qərardadı və Sumqayıt şəhər İcra İdarəsinin 30.07.2020-ci il tarixli, o cümlədən 19. 05.2021-ci il tarixli məktublarından görünür ki, 10.06.2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı qeyd olunan tədbirlərlə yanaşı borclu Cavabdeh İXM-nin 528.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Onun tərəfindən tələbkar M.Alıyevə 3000 (üç min) manat məbləğində ödəniş edilsə də, başqa vaxtlarda hər hansı bir ödəniş aparılmamışdır. Cavabdeh məhkəmə aktı ilə tutulmuş 126000 ABŞ dolları pul vəsaitinin icrası ilə bağlı 27.09.2016-cı il tarixdə 3000 manat ödəniş etməsinə baxmayaraq, keçən müddət ərzində iddiaçıya ödənilməli olan qalıq məbləği ödəməməklə icranı gecikdirmiş və bu gecikmə 4 il təşkil edir.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən pul vəsaitinin icrası gecikdirildiyindən və bu gecikmə işdə olan sənədlərlə öz təsdiqini tapdığından, 126000 ABŞ dolları məbləğindən cavabdeh tərəfindən ödənilmiş (3000 manat ödəniş gününə hesablanmış ABŞ dollarına münasibətdə 1840 ABŞ dolları) 1840 ABŞ dolları çıxıldıqdan sonra yerdə qalan məbləğ (124160 x 5% = 6208 x 4 = 24832 ABŞ dolları) Cavabdeh alınaraq iddiaçı Mahir Alıyevə verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə əsas borcla bağlı artıq məhkəmə qətnaməsinin olmasına baxma yaraq iddia tələbinin 214200 manat pulun tələbi ilə bağlı hissəsi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Borcun vaxtında qaytarılmaması ilə bağlı hissəsi ilə əlaqədar qeyd edilmişdir ki, cavabdeh iddiaçının rəhbərlik etdiyi "xxxx" MMC-yə qarşı 2013-cü ildə ona vermiş olduğu 218400 ABŞ dolları dəyərində maşın ehtiyat hissələrinin dəyərinin ödənilməsi barədə Bakı şəhər Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmə qətnaməsi ilə sübut olunmuşdur ki, bu şirkət onun direktoru X1 9 il bundan qabaq aldığı ehtiyat hissələrinin pulunu cavabdehə qaytarmamışdır və 6 il bundan qabaq isə həmin pul vəsaitinin cavabdehə qaytarılması barədə qətnamə çıxarılmış, lakin qarşı tərəf hələ də cavabdehə ola n borcu qaytarmamışdır. Məhkəmə kimin kim qarşısında öhdəlik daşıması və bu öhdəliyə görə əlavə təzminat ödəməli olması məsələsinə qiymət verərkən onu da nəzərə almalı idi ki, iddiaçının cavabdehin qarşısında pul öhdəliyi cavabdehin onun qarşısında olan öhdəliyindən 2 dəfə çoxdur. Bu halları əsas götürən məhkəmə iddia tələbini rədd etməli olduğu halda bunu etməmişdir. Bundan başqa əvvəlki məhkəmə qətnamələrində məhkəmə iddiaçı kimi X5 tanımış və 126000 ABŞ dolları məbləğində pulun məhz bu şəxsə qaytarılmalı olması qənaətinə gəlmişdir. Lakin iddiaçı iddia tələbində cavabdehdən ona deyil, direktoru olduğu şirkətə zərər dəydiyini iddia edir və bu zərəri də cavabdehdən tələb edir, göründüyü kimi əgər o bu zərərin direktoru olduğu şirkətə dəyməsini düşünürsə iddia tələbini öz adından deyil, şir kətin adından qaldırmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdr. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçılar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş i cra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
20. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştir ak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hal ları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiy ası məhkəməsinə göndərə bilər. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdeh tərəfin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
26. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında cavabdehin ödəməli olduğu pul vəsaitini 4 il ərzində gecikdirdiyinə görə cavabdehdən gecikdirilmiş vaxt üçün zərərin ödənilməsini tələb edir.
27. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 449.1 və 449.4-cü maddələrinə istinad etmiş, ödəməli faiz məbləğini isə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan beş faizlə müəyyən etmişdir.
28. Lakin məhkəmə işə Mülki Məcəllənin 449-cu maddəsinin tətbiq olunması üçün zəruri olan dispozisiya şərtlərinin mövcud olub-olmadığını müəyyən etməmişdir. Çünki Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsini seçməkdə haqlı olsa da, işin digər hallarını maddi hüquq normasının tətbiqi baxımından nəzərə almamısdır.
30. Belə ki, işin hallarından göründüyü kimi Cavabdeh 126000 ABŞ dolları məbləğində pul vəsaitinin alınıb iddiaçı X4 verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2015-ci il tarixli qətnaməsi ilə yanaşı, Azərnəqliyyat İnşaat” MMCdən “Komatsu” texnikasının 43 adda ehtiyat hissələrinin və “Mersedes 4140” texnika sının 3 adda ehtiyat hissələrinin dəyərinin alınıb Cavabdeh verilməsi barədə Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi vardır. X6 "xxxx" MMC-nin direktorudur. Qeyd olunan qətnamələr icra olunmamışdır.
31. Həmçinin iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qərarı ilə borclu Cavabdeh İXM-nin 528.1-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir.
32. Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi əsasında başlanmış icra icraatında borclunun mülkiyyətində nəqliyyat vasitələri və texnikaların olması müəyyən edilmiş və həmin nəqliyyat vasitələrinə və texnikalarına icra məmurunun vəsatəti əsasında Binəqədi Rayon Məhkəməsinin 24.06.2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuşdur. H əmin qərardadın icrası ilə əlaqədar əmlakların sərbəst qiymətləndirici tərəfindən müəyyən olunan qiyməti borclu tərəfindən mübahisələndirildiyinə görə əmlakların satılması üzrə icraat yekunlaşmamışdır.
33. Göründüyü kimi həm iddiaçı, həm də cavabdeh müxtəlif qətnamələrlə müəyyən olunmuş qarşılıqlı tələblərə malikdir. Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi üzrə cavabdeh "xxxx" MMC olmasına baxmayaraq, X6 "xxxx" MMC-nin direktorudur. Bu hal onu ehtiva edir ki, tərəflər qətnamələrin icrası üzrə eyni vəzifələr daşıyır. Belə olduğu halda iddiaçının onun rəhbərlik etdiyi MMC-dən pulun tutulması barədə qətnaməni icra etmədən, özünün tələbi üzrə qətnamənin cavabdeh tərəfindən icra edilməməsinə görə faiz şəklidə ödənc tələb etməsi təkcə Mülki Məcəllənin 445.7-ci maddəsin ə istinadla deyil, həm də digər əlaqəli normalar əsasında həllini tapmalıdır.
34. İlk növbədə məhkəmə iddia tələbinə Mülki Məcəllənin 560-ci maddəsində müəyyən olunmuş hüquqlardan sui-istifadənin yolverilməzliyi baxımından qiymət verməli idi. Çünki həmin normaya görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.
35. Bu baxımdan, tərəflərin hər biri barələrində olan icra sənədləri üzrə icra icraatında tərəflərdir - müvafiq olaraq borclu və tələbkardır. İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, əd alətlilik prinsiplərinə əsaslanır. Sözügedən qətnamələr üzrə icra sənədini birinin digərindən sonra icra etməli olması barədə hər hansı əsas (qətnamənin icra olunmasına möhlət verilməsi, hissə-hissə icra edilməsi və c.) yoxdur.
36. Bundan başqa, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliyə qarşılıqlı əvəzləşdirmə ilə xitam verilməsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 540.1-cı maddəsində deyilir ki, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 37. “İcra haqqında” Qanunda icra sənədi üzrə icraata xitam verilməsi üçün bu cür müstəqil əsas nəzərdə tutulmasa da, icra icraatında qarşılıqlı tələblərə malik şəxslərin barışıq sazişi bağlamaqla icraatı yekunlaşdırmaq imkanları vardır. Belə ki, “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə görə məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra icraatı üzrə icraata xitam verilir.
38. Baxılan işdən də göründüyü kimi əslində tərəflər qarşılıqlı tələbləri üzrə razılaşmaya nail olmaq istəyirlər. Lakin Cavabdeh tələbinin məbləği, M.Alıyevin tələbi üzrə məbləğdən çox olduğuna görə tərəflər ortaq mövqe tuta bilmirlər. İddiaçı iddia ərizəsində barışıq sazişi bağlamaq istədiyini bildirir. Cavabdehin icra məmuruna yazdığı ərizəsində də tələbin əvəzləşdirilməsi barədə müqavilə təqdim etdiyi bildirilir və qanuni tədbir görülməsi xahiş olunur (səh. 62,63).
39. Bu baxımdan, hazırki işdə tərəflər barışığa yaxın olduqlarına görə məhkəmə tərəflərin barışığa gətirilməsi üçün hüquqi əsasları tərəflərə ətraflı izah etməli, bu i mkan tükənənə qədər onlara barışığı təşviq etməlidir. 40. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır.
41. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.05.2021-ci il tarixli, 2(105)693/2021 saylı qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.