Məhkəmə qərarları › İş №2(102)-5839/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5839/2019

22.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5839/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, vəkili X2 oğlunun və cavabdeh “xxxx” ASC-nin vəkili X2 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)3081/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim N.Bağırov) 19.11.2018-ci il tarix li, 2(009)-3055/2018 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı cаvаbdeh “xxxx” ASC-yə qаrşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) 09.04.2019-cu il tarixli, 2(103)-3081/2019 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 19.11.2018-ci il tarixli, 2(009)-3055/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilərək, cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-dən 9000 ABŞ dolları pulun (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cаvаbdeh “xxxx” ASC iş üzrə Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişdir. İşin halları: İddiаçı İddiaçı cаvаbdeh “xxxx” ASC-yəvə manraqlı tərəf “Kred Aqro” BOKT-na qаrşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 31.08.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən 9000 ABŞ dolları məbləğində pul vəsaitinin onun xeyrinə tutulması və ödənilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh “xxxx” ASC-nin vəkili X2 oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini p ozmuş, bununla da düzgün qətnamə qəbul etməmişdir. Tərəflərin imzaladıqları şəhadətnamədə həmin sənədin kredit sığortasının qaydalarına əsasən tərtib edildiyi barədə qeyd Qaydaları avtomatik olaraq şəhadətnamənin tərkib hissəsinə çevirən müddəa kimi qəbul edilə bilməz. Bu müddəada nəzərdə tutulur ki, tərəflər arasında yaranmış sığorta müqaviləsinin bütün mühüm şərtləri Qaydalara uyğun tərtib edilmiş şəhadətnamə ilə tənzimlənir. Eyni zamanda, şəhadətnamənin sonunda da sığortalının imzası üzərində “Bu sığorta şəhadətnaməsinin qaydaları ilə tanış oldum və qəbul edirəm” sözləri qeyd edilmişdir. Qeyddən də göründüyü kimi, sığortalı məhz bu şəhadətnamənin qaydaları ilə tanış olduğunu və onun şərtlərini qəbul etdiyini təsdiq etmişdir. Bu baxımdan tərəflər arasında yaranmış sığorta münasibətlərind ə cavabdehin sığorta müqaviləsinin tərtib hissəsinə çevrilməmiş və sığortalının məlumatsız olduğu Qaydaların müddəalarına istinad edilməsi əsassızdır. Məhkəmənin bu əsaslandırması ziddiyyətli olmaqla, ifadələr biri digərini təkzib edir. Cavabdeh sığortaçının yanlış məlumat verdiyini deyil, lazımi məlumat vermədiyini iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə maddi hüquq normalarının tələblərinə düzgün əməl etməmişdir. İddiaçının sığorta müqaviləsi bağlayarkən xəstə olması faktını cavabdehdən gizlətməsi işin mübahisə edilməyən halıdır. Bu isə məhz sığortalının sığortaçıya yanlış məlumsat verməsidir. Məhkəmə isə bu halı düzgün qiymətləndirməmişdir. Göstərilənlərə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)3081/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin 3-cü şəxs “Kred Aqro” BOKT-un səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili X2 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X2 oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)-3081/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 BOKT arasında bağlanmış KAGab117148/14 saylı, 03.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 3-cü şəxs iddiaçıya 30 ay müddətinə illik 29.5% dərəcəsi ilə 12700 ABŞ dolları kredit vermiş, iddiaçı krediti və ona hesabalanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” ASC tərəfindən iddiaçı 03.06.2014-cü il t arixdən 02.02.2016-cı il tarixədək sığorta şəhadətnaməsinin təsdiq olunması yolu ilə sığortalanmışdır. 01.02.2015-ci il tarixdə iddiaçının yaşadığı ev yanmış və 04.02.2015-ci il tarixdə o, geniş miokard infarktı keçirmişdir. 25.02.2016-cı il tarixdə səlahiyyətli orqan tərəfindən iddiaçıya 25.02.2021-ci il tarixədək İİ qrup əlillik təyin edilmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehə heç bir yanlış məlumat verilməmişdir. Cavabdeh sığortalının yanlış məlumat verdiyini deyil, lazımi məlumatı vermədiyini iddia etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 911.2-ci maddəsinə əsasən, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilə dən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Məcəllənin 935.2-ci maddəsinə əsasən, bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavabdeh verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin qüvvədə olduuğ müddət ərzində 04.02.2015-ci il tarixdə infakt keçirdikdən sonra 25.02.2016- cı il tarixdə iddiaçıya 25.02.2021-ci il tarixədək İİ qrup əlillik verilməsi işin mübahisə edilməyən halıdır. İddiaçının əlillik qrupu əldə etdiyi tarixdə kredit müqaviləsi üzrə 3-cü şəxsə 9447 ABŞ dolları əsas borcunun olduğu qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə cavabdeh müqaviləni bağlamaqdan imtinaya əsas verən hallar (xəstəliklər) barədə iddiaçını məlumatlandırdığına görə, iddiaçının belə halların mövcud olmadığı barədə hər hansı sənəd imzaladığına (öhdəlik götürdüyünə) dair hər hansı sübut təqdim etməmişdir. Mövcud vəziyyətdə iddiaçının üzərinə müqavilə imzalanarkən cavabdehin bütün risklərini müəyyən etmək və belə risklərə səbəb ola biləcək betün hallar barədə bilikli olmaq öhdəliyinin qoyulmasına hüquqi əsası yoxdur. Bununla yanaşı,cavabdeh tərəfindən 3-cü şəxsə ünvnalanmış 01.09.2016-cı il tarixli məktubda sığortsa ödənişindən imtina qismində Qaydaların 4.1, 13.1.2 və 15.1.3-cü bəndlərinə istinad edilmişdir. Halbuki Qaydaların müvafiq bəndləri həmin məzmunlu müddalar əks etdirmir, tamamilə fərqli, imtina ilə əlaqəsi olmayan halları tənzimləyir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh iddiaçıya etirazında iddiaçının 2012-ci ildən hipertonik kriz formalı, kəskin işemik insult keçirdiyinə, onun 04.02.2015-ci il tarixdə geniş miokard infarktı keçirməsinin və sonrakı əlilliyinin məhz həmin xəstəliyin inkişafı nəticəsində əmələ gəldiyinə əsaslanmışdır. Halbuki, dünya üzrə xəstəliklərin diaqnozunun formalaşdırılması üçün ən etibarlı mənbə sayılan və Azərbayca n Respublikası Səhiyyə Nazirliyi tərəfindən tövsiyyə olunan X1 miokard infarktı və beyin infarktı (insult) 2 müxtəlif diaqnoz kimi təsvir olunmuşdur. Həmin təsnifatda hər iki xəstəliyin ağırlşamaları da aydın şəkildə ifadə edilmişdir. Miokard infarktının ağırlaşmaları arasında serebral infarkt (insult), serebral infarktın ağırlaşmaları arasında miokard infarktı qeyd olunmamışdır. Hər iki xəstəlik qan dövranı patologiyası hesab olunsa da, bu xəstəliklərin birinə digərinin nəticəsi kimi baxmaq olmaz, hər iki xəstəlik müstəqil şəkildə, biri digərindən asılı olmayaraq inkişaf edə bilər. Göstərilənlərə əsasən apellyasiya kollegiyası iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlil ləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya araşdırmasının əsaslarını təşkil etmişdir və apellyasiya kollegiyası haqlı olaraq işin halları əsasında iddiaçının cavabdehə yanlış məlumat verməməsi, ona sığorta ödənişinin ödənilməli olması qənaətinə gəlmişdir. Odur ki, kassasiya şikayətində göstərilən hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(103)-3081/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar