Məhkəmə qərarları › İş №2(102)-5842/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5842/2021

07.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5842/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(105)-630/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. X6 ilə İddiaçı arasında sonuncuya 25.000 manat borc pul verilməsi barədə 03.10.2015-ci il tarixdə borc müqaviləsi bağlanmış və notariat qaydada təsdiqlənmişdir.

2. X6 notariat kontoruna müraciət edərək, sözügedən müqavilə üzrə ödənilməmiş 13.500 manat pulun cavabehdən tutulması barədə icra qeydi verilməsini xahiş etmiş və Quba Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisində X3 xeyrinə İddiaçı 13.500 manat pulun tutulması barədə 09.01.2020-ci il tarixli icra qeydi verilmişdir.

3. Quba rayon İcra və Probasiya Şöbəsinın 13.01.2020-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra qeydi üzrə icraata başlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Resgional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 09.01.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 09.01.2020-ci il tarixli icra qeydi tam qanunsuz və əsassızdır. Belə ki, 03.10.2015-ci il tarixli kredit müqaviləsində X6 tərəfindən həmin tarixdə guya 25.000 manat borc pul verildiyi qeyd edilsə də, əslində həmin məbləğ ona verilməmiş və borc müqaviləsi formal olaraq bağlanmışdır. X1 heç bir pul borcu yoxdur.

6. Quba Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əslində X2 borc pu l almadığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflərin notariat qaydada hər hansı kənar təsir olmadan könüllü şəkildə imzaladıqları müqavilənin mühüm şərti barədə müddəaları iddiaçının izahatı ilə şübhə altına alına və ya etibarsız hesab edilə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.3,339.1, 339.2, 340.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. İddiaçı Quba Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(105)-630/2021 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov) İddiaçı oğlunun apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Quba Regional “ASAN Xidmət” Notariat Kontoruna qarşı Quba Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 09.01.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin predmetini Quba Resgional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 09.01.2020-ci il tarixli icra qeydinin ləğv e dilməsi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Mülki Məcəllənin 567, 646.1-ci maddələrinə, əqdin etibarsızlığını nəzərdə tutan Mülki Məcəllənin 337.1, 337.3, 339.1, 340.2. maddələrinə istinad etmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

13. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, sübut etmə yükü üzərinə düşən İddiaçı icra qeydinin ləğvi ilə bağlı tutarlı sübut təqdim etməli olduğu halda, heç bir sübut təqdim etməmişdir. İddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, maddi hüquq normaları düzgün tətbiq edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsi tələb üzrə tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməmiş, nəticədə qətnamə qəbul edərkən yenə maddi və prosessual hüquq normalarını pozmuşdur. İddia tələbindən görünür ki, tələb Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 09 yanvar 2020-ci il tarixli icra qeydinin ləğvi ilə bağlıdır. Məhkəmə həmin tələbə hüquqi qiymət verərkən icra qeydi verilərkən qanunvericiliyin tələblərinə düzgün əməl olunub-olunmamasına, icra qeydinin ləğvi üçün əsasların olub-olmamasına münasibət bildirməli idi. Lakin məhkəmə qətnamədə icra qeydinə ümumiyyətlə münasibət bildirm əmişdir. İcra qeydi verilərkən borcun mübahisəsiz olması araşdırılmamış, icra qeydinin verilməsi barədə borclu məlumatlandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdeh Quba Resgional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X4 məktubla müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 19. “Notariat haqqında” Azərbaycan Respublikas ının Qanunu Maddə

76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron s ənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borc luya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” İ. Notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notaria t qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlə rə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və h üquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən və məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya kollegiyası hesab edir ki, kassator un apellyasiya instansiyası məhkəməsinin tələb üzrə tətbiq edilməli olan qanunu və normativ hüquqi aktı tətbiq etməməsi, nəticədə qətnamə qəbul edərkən yenə maddi və prosessual hüquq normalarını pozması dəlili mücərrədir və konkret olaraq hansı maddi və prosessual hüquq normalarının pozulması halı ifadə edilməmişdir.

28. İcra qeydinin verilməsi qaydaları və əsasları “Notariat haqqında” qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Mübahisələdirilən icra qeydi verilərkən bu aktların tələblərinin pozulması müəyyən olunmamışdır. İddiaçının istinad etdiyi əsas dəlil, cavabdehlə bağlanmış borc müqav iləsinin formal olaraq bağlanması barədədir. Lakin işə baxmış məhkəmələr iddiaçının bu dəlilini araşdıraraq müəyyən etmişdir ki, iddiaçı bu halı təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmışdır və kassasiya kollegiyası həmin nəticə və əsaslandırma ilə razılaşır.

29. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmal ı, kassasiya şikayəti təmin olunmamalıdır.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(105)-630/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar