Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5848/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv Prosesində Olan İddiaçı2 Açıq Səhimdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5848/2022 (Açar sözlər: müqavilənin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər,Həsənov Vüqar Təvəkgül (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1286/2022 nömrəli, 0 5 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında 11 mart 2014-cü il tarixli lizinq müqaviləsi tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 11 mart 2014-cü il tarixli, 11032014/105760 nömrəli X1 müqaviləsinə xitam verilmə sinə; cəmi 3653,99 ABŞ dolları məbləğində borcun –3073,49 ABŞ dolları əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 580.50 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 mart 2014-cü il tarixli 11032014/105760 nömrəli X1 müqaviləsinə (bundan sonra Lizinq Müqaviləsi) əsasən İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti Lizinq alanın sifariş etdiyi və həmin Lizinq müqaviləsində göstərilən əmlakı (bundan sonra Lizinq obyekti) yəni “JAC HFC5020K” markalı (Tip:furqon soyuducu, Buraxılış ili-2008, rəngli ağ, Şassi:LJl 1KBBC6********) öz m ülkiyyətində əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 8050 (səkkiz min əlli) ABŞ dolları, o cümlədən lizinq obyektinin qiyməti 8050 (səkkiz min əlli) ABŞ dolları təşkil etmişdir. Lizinq obyekti Lizinq alana 36 (otuz altı) ay müddətinə lizinq ödənişi illik 24 (iyirmi dörd) faiz olmaqla lizinqə verilmişdir. Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********041 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci inst ansiya məhkəməsi) 2(006)-2789/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim: Musayeva Cəmilə) ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 3073,49 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra borc məbləğinin gecikdirildiyi vaxt üçün illik 5% hesablanmaqla faiz borcu üzrə 580,80 ABŞ dolları, cəmi 3653,99 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və iddianın digər hissədə ləğv edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq müna sibətləri yaranmışdır.
6. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
7. Birinci instansiya məhkəməsi iddianın “11 mart 2014-cü il tarixli, 11032014/105760 nömrəli X1 müqaviləsinə xitam verilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan müqavilə 11 mart 2014-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman müqavilənin qüvvədə olma müddəti artıq qurtarmış, faktiki olaraq mövcudluğuna son qoyulmuşdur. Bu hal məhkəmə iclasında iştirak edən LPO İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən öz təsdiqini tapmışdır.
8. Həmçinin birinci instansiya məhkəməsi bildirmişdir ki, mövcud olmayan müqaviləyə xitam verilməsi yolverilməz olduğundan iddia bu hissədə rədd edilməlidir.
9. Lakin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarmasının müqavilədən irəli gələn öhdəliklərin xitam verilməsinə əsas deyildir və bu iddia tələbinin rədd olunması iddanın digər tələblərinə təsiri yoxdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.7, 747.1, 747-5.1, 747-5.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində cavabdeh iddiaya etiraz edərək sözügedən müqavilədən xəbərinin olmadığını, həmin müqavilənin cavabdeh tərəfindən imzalanmadığını bildir miş və prosesdə müqavilədəki imzaların ona aid olmadığını göstərmək üçün şəxsiyyət vəsiqəsindəki imza ilə müqayisə etmiş və hakimin diqqətinə çatırmışdır ki, müqavilədəki imza ilə şəxsiyyət vəsiqəsindəki imza eynilik təşkil etmir. Bundan sonra xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, həmin vəsatət təmin edilmişdir. Vəsatətin icrası üçün həmin iclasda 4 nüsxədə imza nümunələri götürülmüş və iş ekspertizaya göndərilmişdir. Daha sonra cavabdeh bir daha məhkəmə haqqında məlumat ala bilməmişdir. 2021-ci il dekabr ayında Nəsimi icra və probasiya idarəsindən cavabdehlə əlaqə saxladıqları zaman məlumatı olmuşdur ki, artıq iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə əsassız olaraq cavabdehin məhkəmə iclasının vaxtı və yer i barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsi və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməməyi qeyd edilmişdir. Həmçinin, hakim cavabdehin iştirakını təmin etməyərək, məhkəmə çəkişməsi və bərabərlik prinsipini açıq aydın pozmuşdur. Belə ki, cavabdeh xx.xx.2021 tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməmişdir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmçinin, ekspertizanın keçirilməsi barədə vəsatət, ekspertizanın keçir ilməsi qeyd edilməmiş, hakim həmin hallara qiymət verməmişdir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göründüyü kimi, işə baxan birinci intansiya məhkəməsi iş üzrə yanlış hüquqi nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə işin faktiki hallarını və sübütları tam araşdırmamış, müqavilədəki imzanın mənə aid olub-olmamasını sübüta yetirməmiş, ekspert rəyinə əsaslanmamışdır. Qeyd edilmiş əsaslardan açıq-aşkar göründüyü kimi məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir.
13. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq qeyd etmişdir ki, hazırki mübahisənin həllində müqavilədəki imzanın cavabdehə aid-olub olmaması məsələsinin vacib rol oynaması nəzərə alındıqda, məhkəmənin ekspert vəsatətini cavablandırmaması iş üzrə yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur.
14. Belə ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 mart 2014-cü il tarixli 11032014/105760 nömrəli X1i müqaviləsindəki imza Cavabdeh tərəfindən icra olunmuşdurmu? – sualı qoyulmuşdur.
15. Məhkəmə Ekspertizası Mərkəzinin 4/865 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, İddiaçı2 ASC ilə Cavabdeh arasında bağlanmış 11 mart 2014-cü il tarixli 11032014/105760 nömrəli X1i müqaviləsinin 1-9-cu vərəqlərində aşağı sağ künclərindəki imzalar və sonuncu vərəqdə “Lizinq alan” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
16. Daha so nra iddiaçı məhkəməyə vəsatət göndərərək təkrar ekspertizanın keçirilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdeh vaxtilə bankın əməkdaşı olduğu dövrdə müqavilənin mövcudluğu barədə məlumatlı olmasına baxmayaraq onu mübahisələndirməmişdir. Ekspert ekspertizanın keçirilməsinə səthi yanaşmış, mülki işdə ola bütün sübutlar əsasında deyil, yalnız kredit müqaviləsinin əslində və cavabdehin şəxsiyyət vəsiqəsinin surətində olan imzalar əsasında ekspertizanın keçirilməsi ilə kifayətlənmişdir.
17. Məhkəmə kollegiyası iddiaçının vəsatətinə münasibətdə qeyd etmişdir ki, cavabdehin vaxtilə bankın əməkdaşı olması onun hazırki müqaviləni imzalamasını qeydşərtsiz qəbul etmək üçün əsas deyildir. Həmçinin, ekspert rəyindən görünür ki, ekspertiza yalnız kredit müqaviləsinin əsli və cavabdehin şəxsiyyət v əsiqəsinin surətində olan imzalar əsasında deyil, iş materiallarının 140-cı vərəqində olan qəbzdəki imza, eksperimental xətt və imza nümunəsi qismində mülki işin 85-93 və 156-160-cı vərəqlərində olan xətt və imza nümunələri əsasında aparılmışdır. Odur ki, iddiaçının vəsatətində ekspertin ekspertizaya səthi yanaşması ilə bağlı göstərdiyi dəlilləri əsassızdır.
18. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 05 avqust 2022-ci il tarixli, 2(103)-1286/2022 saylı qətnaməsi ilə (hakimlər Tanrıverdiyev Anar (sədrlik edən və məruzəçi), Şirinov İkram və Həmidov Həmid) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamənin qəbul edilməsi və iddianın rədd edilməsi qət etmişdir.
19. Apellyasiya in stansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hallar aşkar edilmədiyindən ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilərək, hazırki mübahisənin həllində əsas götürülməlidir.
20. Həmçinin, apellyasiya instasiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbi müqavilə üzrə börc öhdəliyinin icrası ilə bağlı olduğundan, həmin öhdəliyin yaranmasına səbəb olan müqavilənin olması iddia tələbinin təmin edilməsində əsas amildir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, öhdəliyin əsası olan müqavilə cavabdehin iradə ifadəsini əks etdirmədiyindən tərəflər arasında hüquq münasibətinin yaranmasına səbəb olan əsas kimi çıxış edə bilməz. Yəni, mübahisələndirilən X1i müqaviləsi cavabdeh tərəfindən imzalanmadığından həmin mü qavilənin hüquqi nəticələri cavabdehə aid edilə bilməz.
22. Apellyasiya instasiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 386.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 101.4, 101.5, 384.0, 384.0.2, 385.1, 385.1.2, 386, 387.1, 388-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
24. Kassator şikayətini onunla əsaslandırmışdır ki, bankın keçmiş əməkdaşı olmuş cavabdehin əmək haqqı hesabından tutulmaların olması, eləcə də kassa məxaric orderi üzərindən pulun nağd laşdırılmasına baxmayaraq, kredit borcunun olmaması barədə nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir rəsmi arayış təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı aşkara çıxan xüsusatlara aydınlıq gətirilməsi üçün həlledici məhkəmə iclasında cavabdehin iştirakını təmin etməmişdir. Ümumiyyətlə, məhkəmə cavabdehin iddianı qəbul etmədiyi təqdirdə, müvafiq kassa qəbzlərini təqdim etməsini tələb etməmiş və kredit borcunun mövcud olması barədə iddiaçı tərəfin kassa məxaric qəbzini də nəzərə almamışdır.
25. Həmçinin, kassator bidirmişdir ki, məhkəmə kollegiyası iş materiallarında olan ekspert rəyində olan şübhəli məqamlara səthi yanaşmaqla bərabər, kredit borcunun olmasını təsdiq edən sənədlərin mövcudluğu baxımından iddianın əsaslılığına da hü quqi qiymət verməmişdir. Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.
26. Bundan başqa kassator MPM-in 418-ci maddəsini rəhbər tutaraq qeyd etmişdir ki, məhkəmə kollegiyası iş üçün əhəmiyyətli olan halın, yəni imzanın həqiqi sahibinə məxsus olması məsələsinin əlavə sənədlər təqdim edilməklə, təkrar ekspertizaya göndərilməsi barədə iddiaçı tərəfin vəsatətlərini təmin etməmiş və nəticə etibarilə iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməməsi ilə nəticələnən qətnamə çıxarılmışdır.
27. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 418.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.Əz imovun şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Milli X2 "07" noyabr 2005-ci il 33№-li kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydalarının 2.8 və 12.6-cı, Azərbaycan RespublikasıMilli X3 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydalarının 6.4.3-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüqu q Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edər kən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının h ədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
38. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xah iş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kollegiya kassasiya şikayətinin dəlillərini əsaslı saymır, ona görə ki, apellyasiya instansiyası məhkəməsində cavabdehin vəsatəti əsasında ekspertiza təyin olunmuş, alınmış rəylə müqavilədəki imzanın cavabdehə aid olmadığı müəyyən olunmuşd ur. Belə olan halda cavabdehlə iddiaçı arasında öhdəlik münasibətlərinin olması və bunun nəticəsində cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olmasını sübut etmək vəzifəsi iddiaçıya aid olsa da belə sübutların mövcud olmaması müəyyən edilmişdir.
41. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəli llərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1286/2022 nömrəli, 05 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.