Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5854/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4637/2019 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.S.Məmmədov) 2(004)-1423/2018 nömrəli, 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyy ətinə qarşı ipoteka və zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov E.C.Kazımov) 2(103)-4637/2018 nömrəli, 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı ipoteka və zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsasland ırılmışdır ki, X4 Cavabdeh ilə bağladığı 17 may 2013-cü il tarixli xxxxxxxxsaylı kredit xətt müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 5 000.000 (beş milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Bundan başqa, kredit xətti müqaviləsi üzrə X5 Cavabdeh ilə bağladığı 11.08.2014-cü il tarixli xxxxxxxx saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.2083% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. X5 ilə Cavabdeh arasında bağlanmış 11.08.2014-cü il tarixli xxxxxxxxxxxsaylı kredit müqaviləsinin təminatı kimi, İddiaçı ilə "Cavabdeh” QSC arasında 07 avqust 2014-cü il tarixdə xxxxxxxxxxxbağlanmış ipoteka müqaviləsi üzrə İddiaçının mülkiyyətində olan ünvan1 küçəsi, 101a nömrəli evin 4-cü mərtəbəsində yerləşən 201.1 kv.m ümumi, 118.1 kv.m yaşayış, 83 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 9 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında müqavilə bağlanan zaman Cavabdeh” QSC X9 arasında bağlanmış 4 ədəd kredit müqaviləsi barədə iddiaçı məlumat verilməmişdir. Daha sonra bildirdi ki, İddiaçı 2017-ci ilin yanvar ayında məlum olmuşdur ki, X5 vəfat etmişdir. X2 vəfat etdiyini bildikdən sonra Cavabdeh X3 götürdüyü kreditin vəziyyəti barədə şifahi müraciət etmişdir. Həmin vaxt məlum olmuşdur ki, X5 götürdüyü 500000 (beş yüz min) ABŞ dolları kredit borcundan 160376.66 (Bir yüz altmış min üç yüz yetmiş altı) ABŞ dolları 66 ödəmiş, onun 339623.34 ABŞ dolları məbləğində kredit borcu, 27764.21 (İyirmi yeddi min yüz altmış dörd) ABŞ dolları 21 sent faiz borcu və cərimə borcu 139480.64 (Bir yüz otuz min dörd yüz səksən) ABŞ dolları 64 sent, ümumilikdə 506868,19 (Beş yüz altı min səkkiz altmış səkkiz) ABŞ dolları 19 sent X5 Cavabdeh-yə borcu qalmışdır. İddiaçı mülkiyyətində olan ünvan1 küçəsi, 101a nömrəli evin 4-cü mərtəbəsində yerləşən 201.1 kv.m ümumi, 118.1 kv.m yaşayış, 83 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 9 nömrəli mənzil cavabdehin nümayəndələri tərəfindən 276073.60 (iki yüz yetmiş altı min yetmiş üç) manat 60(altmış) qəpik dəyərində qiymətləndirilmişdir. Bundan əlavə, bildirdi ki, X5 cavabdeh “Cavabdeh" QSC ilə əlaqəyə girərək, İddiaçı xəbəri olmadan 05.08.2015-ci il tarixli xxxxxxxxxxxxx-saylı, 20.10.2015-ci il tarixli, xxxxxxxxxxxxxxxxxxsaylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Beləliklə, Cavabdeh ilə X6 arasında 11.08.2014-cü il tarixli xxxxxxxxxxxxxxxxxxsaylı kredit müqaviləsi bağlandıqda, habelə İddiaçı ilə Cavabdeh OSC arasında ipoteka müqaviləsi bağlandıqda tərəflər mövcud şəraitin başqa cür dəyişməyəcəyini, X1 olmasını və müqavilə müddətində kredit öhdəliyini yerinə yetirməyə qadir olmasını əsas götürmüşlər. Kredit müqaviləsinin müddəti bitməmiş kredit alan X5 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kreditdən 160376.66 (Bir yüz altmış min üç yüz yetmiş altı) ABŞ dolları 66 sent ödədikdən sonra vəfat etmişdir. Onun vərəsələri kredit münasibətlərini davam etdirmək barədə kredit verən Cavabdeh-nə müraciət etməmişlər. İddiaçı onunla bağlanan ipotekamüqaviləsinə əsasən X5 t ərəfindən kredit müqaviləsini icra etməməyə görə məsuliyyəti üzərinə götürmüşdür. Lakin kredit müqaviləsinin vaxtında icra olunmaması İddiaçı təqsirli hərəkətləri ilə deyil, kredit götürən X2 vəfat etməsi ilə əlaqədar olmuşdur. Kredit alan X2 vəfat ipoteka müqaviləsi üzrə şəraitin dəyişməsini doğuran elə səbəbdir ki, həmin səbəb əmələ gəldikdən sonra ipoteka qoyan İddiaçı oğhı həmin səbəbi xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz. Daha sonra diqqətinizə çatdırdı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2.3-cü maddəsinə əsasən cavabdeh "Cavabdeh” QSC İddiaçı arasında bağlanılmış ipoteka müqaviləsinin qüvvədə saxlanılması və icraya yönəldilməsi onu müqaviləyə uyğun əmlak mənafeləri nisbətinin əhəmiyyətli dərəcədə pozulma sı və ona əsassız zərər dəyməsi ilə nəticələnə bilər. Elə bu baxımdan şəraitin dəyişməsi ilə əlaqədar olaraq, İddiaçı riski ilə bağlı olmadığına görə o, Mülki Məcəllənin 422-ci maddəsinə əsaslanmaqla onunla bağlanmış ipoteka müqaviləsinin xitam tələbi təmin edilməlidir. Əlavə olaraq qeyd etdi ki, iddiaçı ipoteka müqaviləsini ümumi şəkildə tanımadığı şəxslə bağlı deyil, məhz tanışı olan mərhumla bağlanmış kredit müqaviləsinin təminatı kimi imzalamışdır. Mərhum deyil ki, digər şəxsin həmin müqavilənin tərəfi olduğu halda da, bu şəkildə ipoteka müqaviləsinin iddiaçı tərəfindən bağlanmayacaq. O da qeyd edilməlidir ki, mərhumun uzun sürən xəstəlikdən deyil məhz ürək tutması nəticəsində ölməsi müəyyən edilmişdir ki, bunun da əvvəlcədən iddiaçının bilə-bilməsi və yaxud ehtimal belə etməsi qeyri-m ümkündür. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Mülki Məcəllənin 422.1-ci maddəsi baxımından qeyd edir ki, kredit alanın iddiaçı üçün kənar şəxs deyil, məhz yaxın tanışı olması, habelə onun ölməsini ehtimal belə edə bilməməsindən ibarət hallar, kredit alanın ölməsinin iddiaçı üçün müqavilə bağlayarkən əsas götürdükləri şəraitin məhz əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməsinə əsas verir. Eyni zamanda "qeyd edilməlidir ki, “İpoteka haqqında“ Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən əsas öhdəlik üzrə borc başqasına keçdikdə ipoteka qoyan ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı razılıq vermədikdə ipotekaya xitam verilir. Göründüyü kimi, kredit müqaviləsi üzrə yaranmış əsas öhdəlik üzrə borc mərhum kredit alanın vərəsələrinə keçməli olduğundan və ip oteka qoyan olan iddiaçı ipotekanın qüvvədə qalmasına ipoteka saxlayana yazılı vermədikdə ipotekaya xitam verilməlidir. Beləliklə, İddiaçı Cavabdeh arasında 07 avqust 2014 -cü il tarixdə xxxxxxxxxxxxxnömrəli ipoteka müqaviləsi bağlandıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində həmin müqaviləyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə müvafiq olaraq, xitam verilməsi üçün əsaslar yaranmışdır. Göstərilənlərə əsasən, İddiaçı Cavabdeh arasında 07 avqust 2014 -cü il tarixdə xxxxxxxxxxxxnömrəli ipoteka və 11 avqust 2014-cü il tarixli xxxxxxxxxxxxxx nömrəli zaminlik müqavilələrinə xitam verilməsi və ünvan1 küçəsi 101 a nömrəli evin 4-cü mərtəbəsində yerləşən 201.1 kv.m ümumi, 118.1 yaşayış, 83 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 9 nömrəli mənzilin ipoteka ilə yüklükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4637/2019 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının ye ri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)4637/2019 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərə findən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış 17.05.2013-cü il tarixli xxxxxxxxxxx saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən kredit alana 120 ay müddətinə 5 000 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi əsasında eyni tərəflər arasında bağlanmış 24.05.2013-cü il tarixli xxxxxxxxxxxxxx saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 ABŞ dolları məbləğində bank tərəfindən kredit verilmişdir. Habelə, 24.06.2013-cü il tarixli xxxxxxxxxxxxxxx saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 200.000 ABŞ dolları məbləğində; 25.07.20 13-cü il tarixli xxxxxxxxxxxx saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200.000 ABŞ dolları məbləğində; 27.09.2013-cü il tarixli xxxxxxxxxx saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 250 000 ABŞ dolları məbləğində; 11.08.2014-cü il tarixli xxxxxxxxxxx saylı kredit razılaşması əsasında isə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.2083% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, ayrı-ayrı şəxslərlə ipoteka və zaminlik müqavilələri bağlanılmışdır. O cümlədən, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 07.08.2014cu li xxxxxxxxxxxxxx saylı ipoteka müqaviləsinə əsasən ünvan1 küçəsi, 101a nömrəli evin 4-cü mərtəbəsində yerləşən 201.1 kv.m ümumi, 118.1 kv.m yaşayış, 83 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 9 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Habelə, eyni tərəflər arasında 11.08.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Göründüyü kimi iddiaçı 07.01.2017-ci il tarixdə kredit alan X3 ölümünü bununla da şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini əsas gətirərək, zaminlik və ipoteka müqavilələrinə xitam verilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab etmişdir ki, Mülki qanunvericiliklə, borclunun ölümü ipoteka və zaminlik müqaviləsinə xitam verilmə əsası kimi nəzərdə tutulmayıbdır, habelə, kredit alanın ölümünü şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməməlidir. Eyni zamanda işdə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının 4 kredit razılaşmasının (24.05.2013, 24.06.2013, 25.07.2013 və 27.09.2013-cü il tarixli) bankla kredit alan arasında onun xəbəri olmadan bağlanılması fikrinə qiymət verərək, haqlı olaraq qeyd etmişdir, ipoteka və zaminlik müqavilələri müvafiq olaraq, 07.08.2014-cü il tarixdə və 11.08.2014-cü il tarixdə bağlanmışdır. Habelə, 17.05.2013-cü il tarixli kredit xətti müqaviləsində göstərilmiş maksimum müddətlə maksimum məbləğ göstərildiyindən iddiaçının məlumtasız olmasına dair gətirdiyi dəlil tamamilə əsassızdır. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyə görə zaminliyə xitam verilmə əsası kimi, zaminin razılığı olmadan həmin öhdəliyin dəyişdirilməsi və bu dəyişdirilmənin onun məsuliyyətinə artmasına və ya digər nəticələrə səbəb olması göstərilibdir. Halbuki, iş materiallarından göründüyü kimi, 05.08.2015-ci il tarixli və 20.10.2015-ci il tarixli şərtlə rlə 11.08.2014-cü il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəf lərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələ blərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4637/2019 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4637/2019 nömrəli iş üzrə 11 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5854/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5854/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver