Məhkəmə qərarları › İş №2(102)-5859/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5859/2019

19.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5859/2019 19.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və X1 ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-7595/2018 hakim K.B.Əsədov) İddiaçı1 cavabdeh Azər baycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı hərbi xidmət zamanı həlak olan hərbi qulluqçuların varislərinə qanunla nəzərdə tutulan sığorta pulunun ödənilməsinin təmin edilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3457/2019 hakimlər X.A.Cəmilova, İ.K.Xəlilov, İ.Ə.Kərimli) İddiaçı1apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehdən 11.000 manat sığorta ödənişinin alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 11 may 2 017-ci il tarixdə İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli qətnaməsi ilə ölmüş elan edilən oğlu, mərhum hərbi qulluqçu X2 11.000 manat məbləğində sığorta pulunun Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsi baş verəndən 17 il sonra, 2017-ci ildə sığortaçıya müraciət etm işdir. Halbuki, apellyasiya məhkəməsinin istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta ödənişi həmin vaxt 1.100 manat olmuş, 20.10.2006-cı il tarixdə edilmiş dəyişikliyə əsasən 01.01.2007-ci il tarixdən həmin məbləğ 11.000 manat müəyyən edilmişdir. Bu halda 2000-ci ildə ölmüş elan edilən şəxsin vərəsəsinə 11.000 manat sığorta ödənişinin verilməsi qanunaziddur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən sax lanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı1 oğlu mərhum oğlu X3 08 oktyabr 1999-cu il tarixdə, hərbi xidmət zamanı ölməsi qanuni qüvvəyə məhkəmə qətnaməsi və ölüm haqqında şəhadətnamə ilə təsdiq edilir. Cavabdeh faktiki olaraq ölmüş şəxsin varisinə sığorta məbləğinin verilməsindən imtina edir və səbəb kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsinə əsasən sığorta hadisəsi günündən 3 ildən artıq mü ddətin keçdiyi göstərilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin 1-ci hissəsinə görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin on min misli məbləğində sığorta edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən sığorta edilən xidmətdə (toplanışda) olduğu zamanı həlak olduqda (öldükdə)- 100 faiz sığorta ödənişləri verilir. Göründüyü kimi iddiaçının oğlu hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. Onun ölmüş hesab edilməsi ilə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən sözügedən qətnamənin qəbul edilməsindən təxminən 2 il sonra- 11 may 2017-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar