Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5870/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 24 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(075)-518/2018 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, 31 dekabr 2006-cı il təvəllüdlü X3 və 17 sentyabr 2008-c i il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsinin və hər ay hər uşaq üçün 40 manat olmaqla sabit pul məbləğində 80 manat alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov sədrlik edən və məruzəçi, M.Əsədli və İ.Quliyev, İş № 2(107)-1507/2019) iş üzrə Şəki Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(075)518/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılması, Cavabdeh tərəfindən ver ilmiş аpellyasiya şikayəti təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş uşaqları-31 dekabr 2006-cı il təvəllüdlü X3 və 17 sentyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment miqdarını artıraraq Cavabdeh hər ay aylıq qazancının 1/3 hissəsi və əlavə olaraq hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində 200 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə onun maddi vəziyyətini nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəf üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respubl ikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanıl-masa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normaların düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxl anılması və araşdırılması kimi qiymətlən-dirilməməlidir. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh ilə 28 yanvar 2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahdan 31 dekabr 2006-cı il tarixdə X5, 17 sentyabr 2008- ci il tarixdə isə X4 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da sonradan ailə münasibətləri pisləşmiş və aralarında bağlanmış nikah Şəki rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozularkən X4 və X5 iddiaçının himayəsində saxlanılmış və onların yetkinlik yaşınlara çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin alınar aq iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 31 yanvar 2017-ci tarixli qətnaməsinə əsasən 31 dekabr 2006-cı il təvəllüdlü X3 və 17 sentyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşaq üçün 30 manat olmaqla sabit pul məbləğində 60 manat alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. İddiaçı hal-hazırda həmin məbləğdə alimentlə uşağının tələbatlarını ödəyə bilmədiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edimiş halları əsasında hesab etmişdir ki, birinci instansiya məhkəməsi uşaqların saxlanılması üçün zəruri tələbatları, İddiaçı 31 yanvar 2017-ci il tarixli, 2 (075)-593/2017 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq 31 dekabr 2006-cı il təvəllüdlü X3 və 17 sentyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsi və hər ay hər uşaq üçün 40 manat olmaqla sabit pul məbləğində 80 aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sabit pul məbləğində aliment tələbinin qalan hissəsi əsaslı olmadığından təmin edilməməsi barədə iddianı qismən təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbay can Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məb ləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyas ı qeyd etməyi zəruri hesab edir ki, kassator, ata kimi uşagın ehtiyaclarını minimum həddə ödənilməsini təmin etmə kimi vəzifəsini yerinə yetirmək üçün uşağının rifah halının yüksəldilməsi istiqamətində səylərini əsirgəməməli, atalıq borcunu yerinə yetirməsi üçün maksimum imkanlarını belə səfərbəy etməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 16 iyun 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri baxımından iş üzrə müvafiq nəticəyə gəlmiş apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslıdır, eyni zamanda qanunvericiliyin mənasına görə valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələri olsa da, uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Beləliklə, kassasiya şikayətində göstərilən dəlillərə ümumilkdə hüquqi qiymət verərək kollegiya hesab edir ki, həmin dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir və bu dəlillərlə işin faktiki halları mübahisələndirilməklə işin hallarının sübut olunmamasına və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad edildiyindən həmin dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflə rin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5870/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5870/2019
18.09.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver