Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-588/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Cəlilabad rayon X1 Hüquqi Şəxsə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-588/22 (Açar sözlər: dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2021-ci il tarixli, 2(103)3195/2021 saylı qətnaməsindən cavabdeh Cəlilabad rayon X1 Hüquqi Şəxsin kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh Cəlilabad rayon X1 Hüquqi Şəxsə və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada dəymiş mənəvi zərərə görə 5.000.000 manat kompensasiyanın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Mustafayeva) iddia qismən təmin edilərək, cavabdeh Cəlilabad rayon X1 Hüquqi Şəxsdən dəymiş mənəvi zərərə görə 30.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsas landırıb ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Privolnoye həkim məntəqəsində mama işləyən Xanım Hüseynova 11 aprel 2018-ci il tarixdə, saat 02 radələrində Vəfa Yusubovanı doğuş sancıları ilə əlaqədar işlədiyi həkim məntəqəsinə qəbul etdikdən sonra sonuncuda vizual, laborator və ultrasəs müayinələri əsasında anemiya və böyrəklərdə zəif iltihab əlamətləri və risk qrupuna daxil edilən hamiləlik müəyyən edildiyi, risk qrupuna daxil edilən hamiləliyin “kesar kəsiyi” cərrahiyə əməliyyatı yolu ilə ixtisaslaşmış tibb müəssisəsində başa çatdırılmalı olduğu və doğuşu təkbaşına icra etməyə səlahiyyəti olmadığı halda, Vəfa Yusubovanın və doğulacaq uşağın həyat və sağlamlığına təhlükə yaratdığını qabaqcadan görsə də, Səhiyyə Nazirliyinin 23 iyun 2012-ci il tarixli, 22 saylı qərarı ilə təsdiq olunm uş “Normal doğuş üzrə protokolun” və 19 sentyabr 2012-ci il tarixli, 70 saylı əmri ilə təsdiq edilmiş “Mamanın nümunəvi vəzifə təlimatının” 6-9-cu bəndlərinin tələblərini pozmaqla hamiləlik vəziyyətini düzgün qiymətləndirməyərək kifayət qədər əsas olmadan mənfi nəticələrin qarşısını alacağını güman edib saat 08 radələrində Vəfa Yusubovanın doğuşunu təkbaşına icra etməyə başlayıb. Doğuş vaxtı dölün doğuş yollarından keçdiyi zaman yol verdiyi kobud texniki səhv nəticəsində ehtiyatsızlıqdan yeni doğulmuş uşağa başının sağ təpə nahiyəsinin kefalohematoması, sağ körpücük sümüyünün orta üçdə birinin yerdəyişməyən sınığı və iki tərəfli pnevmotoraksla müşayiət olunan, həyat üçün təhlükəli olmaqla dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan yeni doğulmuş uşağın sağlamlığına ağır zərər vurub. Doğuş vaxtı və doğuşdan sonra tibbi yardımla bağlı yol verdiyi kobud texniki səhvlərlə əlaqədar ehtiyatsızlıqdan Vəfa Yusubovaya kəskin qanitirmə səbəbindən inkişaf etmiş posthemorragik şok nəticəsində ölümü ilə səbəbli əlaqə təşkil edən, uşaqlıq boynunda və uşaqlıq yolunda olan çoxsaylı natamam cırılmalarla müşayiət olunan xəsarətlər yetirməklə və Səhiyyə Nazirliyinin 10 may 2011-ci il tarixli, 20 saylı qərarı ilə təsdiq edilmiş “Zahılıq dövrünün qanaxmaları üzrə klinik protokolun” tələblərini pozmaqla doğuşdan sonra sonuncunun kəskin qanitirmə əlamətləri olduğu halda, bunu aşkar etməyərək və müvafiq profilaktik tədbirlər görməyərək iki saat həkim məntəqəsində saxlayıb vaxtında daha ixtisaslı tibb məntəqəsinə göndərilməsini təmin etməməklə ehtiyatsız lıqdan Vəfa Yusubovanı öldürüb və nəticədə sonuncu Cəlilabad rayon məhkəməsinin 02 oktyabr 2018ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 124.1 və 131.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli sayılaraq məhkum edilib. Göründüyü kimi, cavabdehin işçisi Xanım Hüseynovanın vəzifə öhdəliklərini düzgün icra etməməsi nəticəsində Vəfa Yusubova ölüb, yeni doğulmuş körpənin isə sağlamlığına zərər vurub. Cavabdehin işçisi Xanım Hüseynovanın törətmiş olduğu cinayət hadisəsi nəticəsində arvadının ölməsi və uşağının ağır xəsarət alması nəticəsində iddiaçı mənəvi sarsıntı keçirib və bu işin mübahisə olunmayan halıdır. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.2, 1097.1-ci maddələrinin və dig ər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və E.E.Nağıyeva) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzi kimi tutulan pulun məbləğinə aid hissədə dəyişdirilib, cavabdeh Cəlilabad rayon X1 Hüquqi Şəxsdən dəymiş mənəvi zərərin əvəzi kimi 50.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan müb ahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də iddiaçıya dəymiş mənəvi zərərin məbləğini düzgün müəyyən etməyib. Ona görə də qətnaməyə mənəvi zərərin əvəzi kimi tutulan pulun məbləğinə aid hissədə dəyişiklik edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 22, 1112-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1- ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki müba hisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd olunması üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Privolnoye həkim məntəqəsində mama işləyən Xanım Hüseynova 11 aprel 2018-ci il tarixdə, saat 02 radələrində Vəfa Yusubovanı doğuş sancıları ilə əlaqədar işlədiyi həkim məntəqəsinə qəbul etdikdən sonra sonuncuda vizual, laborator və ultrasəs müayinələri əsasında anemiya və böyrəklərdə zəi f iltihab əlamətləri və risk qrupuna daxil edilən hamiləlik müəyyən edildiyi, risk qrupuna daxil edilən hamiləliyin “kesar kəsiyi” cərrahiyə əməliyyatı yolu ilə ixtisaslaşmış tibb müəssisəsində başa çatdırılmalı olduğu və doğuşu təkbaşına icra etməyə səlahiyyəti olmadığı halda, Vəfa Yusubovanın və doğulacaq uşağın həyat və sağlamlığına təhlükə yaratdığını qabaqcadan görsə də, Səhiyyə Nazirliyinin 23 iyun 2012-ci il tarixli, 22 saylı qərarı ilə təsdiq olunmuş “Normal doğuş üzrə protokolun” və 19 sentyabr 2012-ci il tarixli, 70 saylı əmri ilə təsdiq edilmiş “Mamanın nümunəvi vəzifə təlimatının” 6-9-cu bəndlərinin tələblərini pozmaqla hamiləlik vəziyyətini düzgün qiymətləndirməyərək kifayət qədər əsas olmadan mənfi nəticələrin qarşısını alacağını güman edib saat 08 radələrində Vəfa Yusubovanı n doğuşunu təkbaşına icra etməyə başlayıb. Doğuş vaxtı dölün doğuş yollarından keçdiyi zaman yol verdiyi kobud texniki səhv nəticəsində ehtiyatsızlıqdan yeni doğulmuş uşağa başının sağ təpə nahiyəsinin kefalohematoması, sağ körpücük sümüyünün orta üçdə birinin yerdəyişməyən sınığı və iki tərəfli pnevmotoraksla müşayiət olunan, həyat üçün təhlükəli olmaqla dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan yeni doğulmuş uşağın sağlamlığına ağır zərər vurub. Doğuş vaxtı və doğuşdan sonra tibbi yardımla bağlı yol verdiyi kobud texniki səhvlərlə əlaqədar ehtiyatsızlıqdan Vəfa Yusubovaya kəskin qanitirmə səbəbindən inkişaf etmiş posthemorragik şok nəticəsində ölümü ilə səbəbli əlaqə təşkil edən, uşaqlıq boyununda və uşaqlıq yolunda olan çoxsaylı natamam cır ılmalarla müşayiət olunan xəsarətlər yetirməklə və Səhiyyə Nazirliyinin 10 may 2011-ci il tarixli, 20 saylı qərarı ilə təsdiq edilmiş “Zahılıq dövrünün qanaxmaları üzrə klinik protokolun” tələblərini pozmaqla doğuşdan sonra sonuncunun kəskin qanitirmə əlamətləri olduğu halda, bunu aşkar etməyərək və müvafiq profilaktik tədbirlər görməyərək iki saat həkim məntəqəsində saxlayıb vaxtında daha ixtisaslı tibb məntəqəsinə göndərilməsini təmin etməməklə ehtiyatsızlıqdan Vəfa Yusubovanı öldürüb və nəticədə sonuncu Cəlilabad rayon məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 124.1 və 131.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli sayılaraq aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına mə hkum edilib. Göründüyü kimi, cavabdehin işçisi Xanım Hüseynovanın vəzifə öhdəliklərini düzgün icra etməməsi nəticəsində Vəfa Yusubova ölüb, yeni doğulmuş körpənin isə sağlamlığına zərər vurub. Cavabdehin işçisi Xanım Hüseynovanın törətmiş olduğu cinayət hadisəsi nəticəsində arvadının ölməsi və uşağının ağır xəsarət alması nəticəsində iddiaçı mənəvi sarsıntı keçirib və bu, işin mübahisə olunmayan halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin 1-ci hissəsinə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən maddədə “tibbi yardım” deyiləndə lazımi keyfiyyətdə tibbi yardım nəzərdə tutulur. Lakin, cavabdeh tərəfindən iddiaçının a rvadı Vəfa Yusubovaya və onun övladına lazımi keyfiyyətdə tibbi yardım göstərilməyib. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddənin mətnində zərərin kim tərəfindən (həkim, tibb müəssisəsi və s.) ödənilməli olduğu göstərilməsə də maddənin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi göstərilib. Maddənin adından belə başa düşülür ki, bu maddədə tibb müəssisəsinin vurduğu zərərdən bəhs olunur. Doğuş tibb müəssisəsində həyata keçirilib. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun təhlilindən görünür ki, tibb müəssisəsində tibbi yardım göstərildiyi halda düzgün olmayan diaqnoz, müalicə və s. nəticəsi ndə pasiyentin sağlamlığına vurulmuş zərərə görə tibb müəssisəsi mülki məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, tibbi yardım göstərilməsi ilə bağlı münasibətin sübyektləri tibbi yarıdım alan subyekt və tibbi yardım göstərən subyektdir. Tibbi yardım alan subyekt pasiyent, tibbi yardım göstərən subyekt isə pasiyentə tibbi yardım göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxsdir. Hazırki halda, mama Xanım Hüseynova tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərib. Bu zaman tibb müəssisəsi - Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tibbi yardım göstərən subyekt kimi çıxış edir. Apellyasiya instansiyası məhkəməsi, müəyyən etmişdir ki, iddiaçı mənəvi sarsıntı keçirib. Belə ki, onun uşaqlarının anası həyatını itirib, üç uşağı anasız qalıb, yeni doğulan uşağının sağlamlığına i sə ağır zərər vurulub. Yəni, cavabdehin işçisi Xanım Hüseynovanın təqsirli hərəkətləri nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması işin mübahisə olunmayan halıdır. Mənəvi zərər- bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.2-ci maddələrinin tələblərinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsus iyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsirinin dərəcəsi təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərinin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai-təhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimai-təhlükəli nəticəni görür, arzu edirlər (daha təhlükəli əməl). Ümumiyyətlə, mülki qanun vericilikdə mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə müxtəlif ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransada və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə praktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadis ə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının müəyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkə nin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndi rir. Məsələn: şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsə qəsdən ağır xəsarət yetirilməsi nəticəsində onun məruz qaldığı mənəvi zərərin miqdarı fərqləndirilməlidir. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət k əsb edir. Mənəvi təzminatın miqdarına təsir edən ünsürlərdən biri də zərərçəkənin maddi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq nəzəriyyəçiləri tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qane edici olmaz. Həmçinin, təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin miqdarının müəyyən edilməsində əhəmiyyətli faktorlardan biri hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin miqdarı məsələsi həll edilərkən, ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahi sə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn: məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında verilən şərhlərə əsaslanaraq ha qlı olaraq qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olub. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzinin tutulmasını qət etməklə düzgün nəticəyə gəlsə də, zərərin əvəzini düzgün müəyyən etməyib. Ona görə də mənəvi zərərin əvəzinin 50.000 manat müəyyən edilməsi ağlabatan olmaqla, işin yuxarıda müəyyən edilmiş hallarına tam uyğundur. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazında göstərilən digər dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hi ssədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Cəlilabad rayon X1 Hüquqi Şəxsin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2021-ci il tarixli, 2(103)-3195/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-588/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-588/2022
22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver