Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5888/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5888/21 (Açar sözlər: aliment tələbi) Bakı şəhəri, 16 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1420/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 04 aprel 2015-ci il tarixdə ailə qurmuş, birgə nikahdan 18 fevral 2016-cı il tarixdə X4, 20 noyabr 2017-ci il tarixdə X5 və X6 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuş, uşaqlar ana ilə qalmışdır. Ona görə, iddiaçı uşaqların saxlanması üçün aliment tutulması barədə hazırkı iddia tələbini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2016-cı il təvəllüdlü X4, 20 noyabr 2017-ci il təvəllüdlü X6 və X5 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 200 ( iki yüz) manat və 20 noyabr 2017-ci il təvəllüdlü X6 və 20 noyabr 2017-ci il təvəllüdlü X1 3 yaşlarına çatanadək 50 (əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya uşaqların saxlanılmasında heç bir maddi köməklik göstərmir, iddiaçı heç bir yerdə işləməsə də, cavabdehin aylıq gəliri 2000-3000 manat təşkil edir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2(005)-3670/2020 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin edilərək Cavabdeh 30.07.2020-ci il tarixdən başlayaraq, 18.02.2016-cı il təvəllüdlü X2, 20.11.2017ci il təvəllüdlü X1 və 20.11.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 manat olmaql a 510 (beş yüz on) manat alimentin hesablanaraq İddiaçı xeyrinə tutulması, Cavabdeh 30.07.2020-ci il tarixdən başlayaraq, 20.11.2017-ci il təvəllüdlü X1 və 20.11.2017-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək, yəni 20 noyabr 2020-ci ilədək hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 84.2; Azərbaycan Rеspublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa istinad etmişdir.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – X.Sarıyev (sədrlik ed ən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) 10.02.2021-ci il tarixli, 2(103)-1420/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(005)3670/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Əhmədağa oğlundan 30.07.2020-ci il tarixindən başlayaraq, 18.02.2016-cı il təvəllüdlü X2, 20.11.2017-ci il təvəllüdlü X1 və 20.11.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının 1/2 hissəsi və hər ay hər uşağa görə sabit pul məbləğində 101,7 (yüz bir manat yetmiş qəpik) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda ca vabdehin aylıq əmək haqqı 410 manat təşkil etdiyindən, həmin gəlirin 1/2 hissəsi 205 manat, hər uşaq üçün isə 68,3 manat təşkil edir. Belə olan halda həmin məbləğ 2020-ci il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan aşağı məbləğ olacaqdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin hər ay əmək haqqından üç uşaq üçün 1/2 hissəsi, həmçinin əlavə olaraq 101,7 manat sabit pul məbləği tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əs aslandırılmışdır ki, iddiaçının işləməsi, cavabdehin əmək haqqısından yüksək əmək haqqı alması araşdırılmamışdır. Uşaqların saxlanması yalnız cavabdehin deyil, həm də valideyn kimi iddiaçının vəzifəsidir. O, rəsmi olaraq 410 manat əmək haqqı alır və başqa gəliri yoxdur. İddiaçı ondan çox pul qazanır. Tutulan alimentin məbləği onun əmək haqqından artıqdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etdilər.
13. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiy ası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
14. Maddə. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Maddə. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. Maddə. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir.
19. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir.
23. Birgə nikahdan tərəflərin üç uşağının doğulması, ailə münasibətlərinin pozulması, uşaqların ananın yanında qalması işin mübahisəsiz hallarıdır. Mübahisə uşaqların saxlanması üçün cavabdehdən aliment tutulması ilə bağlıdır.
24. Cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetində liftçi vəzifəsində işləyir və onun plastik kart hesabına hər ay 410,37 manat ə mək haqqı köçürülür. (mülki iş, səhifə 96)
25. İddiaçı cavabdehin avtomobil təmiri ilə məşğul olub, aylıq 2000-3000 manat məbləğində pul qazanmasını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir.
26. İddiaçı sabit pul məbləğində aliment tutulmasını tələb edir. Apelyasiya Məhkəməsi iddiaçının tələb etdiyi qaydada deyil, cavabdehin aylıq qazancının aylıq qazancının 1/2 hissəsi və hər ay hər uşağa görə sabit pul məbləğində 101,7 (yüz bir manat yetmiş qəpik) manat sabit pul məbləğində aliment tutulmasını qət etmişdir.
27. Məhkəmənin məntiqi belə olmuşdur ki, cavabdehin aylıq əmək haqqı 410 manat təşkil etdiyindən, həmin gəlirin 1/2 hissəsi 205 manat, hər uşaq üçün 68,3 manat təşkil edir. Həmin məbləğ 2020-ci il uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan aşağı məbləğdir. Buna görə də, cavabdehin hər ay əmək haqqından üç uşaq üçün 1/2 hissə, həmçinin əlavə olaraq 101,7 manat sabit pul məbləği aliment tutulmalıdır.
28. Əvvəla, nəzərə almaq lazımdır ki, qanunverici aylıq qazanc dedikdə təkcə əmək haqqını deyil, şəxsin əldə etdiyi başqa gəlirləri də nəzərdə tutur. Ona görə, məhkəmə cavabdehin əmək haqqından başqa, digər gəlirləri olması qənaətinə gəlmişdirsə, deməli hesablamanı düzgün aparmamışdır. Məhkəmənin hesablaması ona xidmət etmişdir ki, hər bir uşaq üçün yaşayış minimumu məbləğində aliment tutulması təmin edilsin.
29. Kollegiya ilk növbədə analoji işlərə baxılması ilə bağlı ümumi bir məhkəmə təcrübəsi yaranması üçün qeyd edir ki, alimentlə bağlı işlərə baxılanda sabit pul məbləğinin kəsirlə olan hissəsinin qəpiklərlə hesablanması təcrübəsindən çəkinsinlər. Buna zə rurət yoxdur. Aliment uşaqların mənafeyi və saxlanması üçün tutulan pul məbləğidir. Bu, hansısa mühasibat hesablaşmalarının düzgün aparılması ilə bağlı mübahisə deyil. Alimentin yuvarlaq olaraq müəyyən edilməsi onun hesablanması və icrasını da asalnlaşdırmış olar. Eyni zamanda alimentin belə dəqiq qəpiklərlə hesablanması tərəflərdə elə təəsürat yaradır ki, yaşayış minimumu alimentin məbləği kimi müəyyən edilən məbləğdir və ona görə hər yeni ilin başlanğıcında onun artırılması ilə bağlı iddia irəli sürmək hüquqları yaranır.
30. Bundan başqa, hazırkı işdə iddiaçı alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Ona görə tutulmalı olan məbləğin qazancın bir hissəsi və əlavə olaraq sabit pul məbləğində müəyyən edilməsinə zərurət yoxdur. İddiaçı alimenti sabit pul məbləğində tələb edirsə və məhkəmə sabit pul məbləğində aliment tutulmasını mümkün hesab edirsə iddia tələbi çərçivəsində alimentin sabit pul məbləğində müəyyən edilməsində qəbahət yoxdur.
31. Alimentin məbləğinə gəldikdə isə, məhkəmələr onun məbləğini müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir (Ailə Məcəlləsinin 78.2. maddəsi).
32. Maddənin dispozisiya şərtləri tərəflərin üzərinə müəyyən sübutetmə öhdəliyi qoyur. Şəxsin daimi iş yeri, əmək haqqısı varsa, digər gəlirlərinin olması halını sübut etmə vəzifəsi tələb edənin üzərinə düşür. İstisna deyil ki, uşaqların mənafeyi nəzərə alınaraq müəyyən hallarda ümumi qəbul edilmiş kriteriyalardan çıxış edərək şəxsin gəlirlərinin olması qənaətinə gəlmək olur. Məsələn, şəxsin adına bir neçə əmlakın olması (məs, bir neçə avtomobili. Mənzili), əlavə gəlir gətirə biləcək peşə sahibi olması(məs: kompyutopr proqramist olması), və.s hallarda şəxsin əlavə qazanca malik olması istisna deyil. Məhkəmə təcrübəsində bu məntiqdən çıxış edərək alimentin sabit məbləğinin müəyyən edilməsi hallarına rəst gəlmək olar. Amma, hər bir halda şəxsin əlavə qazanc əldə etməsinə ehtimal edən həmin sübtlar məhkəməyə təqdim edilməlidir. Şifahi bəyanat xarakterli məlumatlar əsasında sabit pul məbləğini müəyyən etmək əsaslı hesab oluna bilməz.
33. Kolegiya bir məsələni də qeyd edir ki, yaşayış minimumu özlüyündə alimentin məbləğini müəyyən etmək üçün əsas deyil. Alimentin məbləği həmin məbləğdən artıq ola bilər, eləcə də aşa ğı olması da istisna deyil. Bu, yuxarıda qeyd olunduğu kimi bir sıra faktorlardan asılıdır. O cümlədən, uşağın əvvəlki təminatı, uşaqların sayı, aliment ödəməli olan şəxsin maddi vəziyyəti, və.s. Eyni zamanda onu da nəzərdən qaçırmaq olmaz ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Bu baxımdan həmin halı cavabdeh tərəf sübuta yetirməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi aylıq əmək haqqısı 410 manat təşkil edən cavabdehdən hər ay 510 manat məbləğində alimentin tutulması qənaətinə gəlmişdir.
35. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37. “Məhkəmə qətnaməsi haqqında” A zərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır.” Qərarının 2.4-cü bəndində qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin məbl əği sabit pul məbləğində müəyyən edilməlidir. Ona görə sabit pul məbləğində müəyyən edilməlidir ki, cavabdehin əlavə qazancı barədə halı iddiaçı tərəf sübuta yetirə bilməsə də, uşaqların əvvəlki təminatı cavabdehin belə bir qazancının olmasını ehtiva edir. Beləki, tərəflər birlikdə yaşadıqları dövrdə ailənin cavabdehin aylıq əmək haqlı olan 410 manata yaşaması istisnadır. Bu hal cavabdehin gəlirlərinin dəyişən olması deməkdir. Lakin iddiaçı tərəf əlavə qazancın məbləğini sübuta yetirə bilməmişdir. Ona görə kollegiya uşaqların saxlanması üçün alimentin məbləğini hər ay hər uşaq üçün 110 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmin məbləği müəyyən edərkən tərəflərin maddi vəziyyətini, uşaqların sayını, onların əvvəlki təminatını, iddiaçının da uşaqları saxlama q vəzifəsi olmasını və digər diqqətəlayiq halları nəzərə alır.
39. Azərbaycan Respublikası MPM-nin 417.1.4. maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1420/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əhmədağa oğlundan 30.07.2020-ci il tarixindən başlayaraq, 18. 02.2016cı il təvəllüdlü X2, 20.11.2017-ci il təvəllüdlü X1 və 20.11.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 110 (yüz on) manat aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova