Məhkəmə qərarları › İş №2(102)-5894/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5894/2019

13.09.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5894/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(107)1299/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(037)-722/2018 nömrəli qətnаməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 *** bələdiyyəsi ilə aralarında bağl anmış 14 avqust 2006-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinə daxil olmalarına qadağa qoyulması, maneələrin aradan qaldırılması və maddi zərərə görə 22.600 (iyirmi iki min altı yüz) manat məbləğinin alınaraq ona verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(107)1299/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 23 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli qətnaməsindən kassa siya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 *** bələdiyyəsi ilə aralarında bağlanmış 14 avqust 2006-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılması, cavabdehlərin həmin torpaq sahəsinə daxil olmalarına qadağa qoyulması, maneələrin aradan qaldırılması və maddi zərərə görə 22.600 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün *** bələdiyyəsinə müraciət edərək 60 hektar torpaq sahəsini icarə hüququ əsasında istifadəsinə verilməsini xahiş etmişdir. *** Şöbəs inin 12 avqust 2006-cı il tarixli rəyi ilə *** bələdiyyəsinin mülkiyyətində olan 60 hektar əkinə yararlı torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün onun icarəsinə verilməsinin məqsədə uyğun olduğu göstərilmiş, həmin torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə etirazlarının olmadıqlarını bildirmişlər. 12 avqust 2006-cı il tarixli 09 nömrəli iclasın qərarı ilə *** bələdiyyəsi mülkiyyətində olan 60 hektar torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 15 il müddətinə onun icarəsinə verilmişdir. Bundan sonra *** bələdiyyəsi ilə onun arasında 14 avqust 2006-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən 60 hektar torpaq sahəsinə görə hər il üçün 1200 manat icarə haqqı müəyyən edilmişd ir. Qeyd edilən müqaviləyə dair DTXK-nin İsmayıllı rayon Şöbəsində torpaq sahələrinin icarəyə verilməsinə dair sənədlərin qeydiyyat kitabında 15 avqust 2006-cı il tarixdə 29/2 saylı qeydiyyat aparılmış, torpaq sahəsi bələdiyyənin və DTXK-nin İsmayıllı rayon Şöbəsinin nümayəndələrinin iştirakı ilə naturada göstərilərək 14 avqust 2006-cı il tarixli aktla ona təhvil verilmişdir. O, həmin vaxtdan qeyd edilən torpaq sahəsinə sahiblik etməyə başlamış, hər il torpaq sahəsini koldan-kosdan, daşdan və kəsəkdən təmizləyərək təyinatı üzrə əkib becərmişdir. 20 oktyabr 2007-ci il tarixli BNŞ seriyalı 121123 nömrəli kassa mədaxil orderi ilə 60 hektar torpaq sahəsinə görə 2007-ci il üçün icarə haqqı olaraq 1200 manat, 28 noyabr 2009-cu il tarixli BNŞ seriyalı 121132 nömrəli kassa mədaxil orderi ilə isə h əmin torpaq sahəsinə görə 2008-2021-ci illər üçün 15.600 manat məbləğini icarə haqqı olaraq *** bələdiyyəsinin hesabına ödəmişdir. 2017-ci ilin yay aylarında o, biçindən dərhal sonra icarəsində olan torpaq sahəsini şumlamış, aqrotexniki işləri görüb əkinə hazır vəziyyətə gətirərək həmin əraziyə buğda əkmişdir. Cavabdehlər icarəsində olan torpaq sahəsinin 28 hektarını təkrar şumlayaraq əkilmiş sahəyə yenidən buğda əkmişlər. O, icarəsində olan torpaq sahəsinin 28 hektarının ikinci cavabdeh tərəfindən şumlandığını öyrənmiş, onunla əlaqə saxladıqdan sonra məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsini ikinci cavabdeh birinci cavabdehin sözü ilə birlikdə əkmişlər və qeyd edilən torpaq sahəsindən çıxmaq niyyətləri yoxdur. O, cavabdehlərin qanunsuz əməlləri ilə icarəsində olan 60 hektar torpaq sa həsinin 28 hektarından məhsul əldə edə bilməmişdir. 2017-ci ildə həmin ərazidə orta hesabla 50 sentiner məhsul əldə edilmiş və 1 kq buğdanın topdan satış qiyməti 31 qəpik olmuşdur. 2018-ci il üçün isə həmin ərazidən orta hesabla hər hektardan 40 sentiner məhsul götürülməsi ehtimal edilir və 1 kq buğdanın topdan satış qiymətinin 30 qəpik olması nəzərdə tutulmuşdur. Cavabdehlər qanunsuz əməlləri ilə icarəsində olan 60 hektar torpaq sahəsinin 28 hektarını əkməsi nəticəsində ona orta hesabla 22.600 manat məbləğində maddi zərər vurmuşlar, həmçinin zəbt etdikləri 28 hektar torpaq sahəsindən çıxmaq istəmirlər və ona icarəsində olan torpaq sahəsindən istədiyi kimi istifadə etməyə mane olurlar. Cavabdehlər qanunsuz olaraq zəbt etdikləri 28 hektar torpaq sahəsini boşaldıb təhvil verməkdən imtina etd iklərinə və ona vurduqları maddi zərəri aradan qaldırmadıqlarına görə o, məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, cavabdehlərin *** bələdiyyəsi ilə aralarında bağlanmış 14 avqust 2006-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılmasını, cavabdehlərin həmin torpaq sahəsinə daxil olmalarına qadağa qoyulmasını, manelərin aradan qaldırılmasını və maddi zərərə görə 22.600 manat məbləğinin alınaraq ona verilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il ta rixli qətnaməsindən kassasiya şikayəti verərək, onun qismən ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə bilavasitə işin nəticəsində marağı olan və iddiaçıya qarşı qərəzli olan X3 Mərkəzinin sorğuya cavab məktubuna, həmin təşkilatda çalışan mütəxəssis qismində işə cəlb edilmiş X1 və şahid qismində dindirilmiş X2 və cavabdehlərin işin faktiki hallarına aşkar zidd izahatlarını mötəbər sübut kimi qəbul etmiş, lakin bunu əsaslandıra bilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdeh1 vəkili *** tərəfindən iclas ın təxirə salınması barədə ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 24.04.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən müəyyən edilmiş işin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən X5 İnkişaf Mərkəzinin və iddiaçının nümayəndəsinin, həmçinin birinci cavabdehin iştirakı ilə mübahisə predmetinə aid olan torpaq sahəsinə yerində baxış keçirilmişdir. Yerində baxış zamanı *** bələdiyyəsinin mülkiyyətində olan 14 avqust 2002-ci il tarixli 03 nömrəli və 07 oktyabr 2002-ci il tarixli icarə müqavilələri əsasında *** və ***in icarəsinə verilmiş 10 hektar və 6.0 hektar əkinə yararlı torpaq sahələri iddiaçının icarəsində olan 60 hektar torpaq sahəsini əkib becərən nümayəndəsi *** tərəfindən zəbt edilərək əkilmişdir. İşdə olan 07 sentyabr 2018-ci il tarixli 186 nömrəli X5 İnkişaf Mərkəzinin sorğuya cavab məktubuna əlavə edilmiş rəydən görünür ki, Aqrar İslahat aparılan zaman “***” X6 İsl ahat Komissiyasının 01 sentyabr 1997-ci il tarixdə iclası keçirilmiş, *** bələdiyyəsinin “***” sahəsindən ehtiyyat fondu üçün 60 hektar torpaq sahəsi ayrılması barədə qərar qəbul olunaraq X9 Komissiyasının 4 nömrəli protokolu ilə rəsmiləşdirilmişdir. Bununla əlaqədar “***” kolxozunun ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu lahiyyəsi hazırlanmış və bu məqsədlə 57.70 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçı *** bələdiyyəsindən 60 hektar örüş təyinatlı torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. DTXK-nin İsmayıllı rayon Şöbəsi ilə İddiaçı arasında 14 avqust 2006-cı il tarixdə 01 nömrəli icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əlavə edilmiş sənədlərdə *** təsərrüfatının yerquruluşu lahiyyəsindən çıxarış, DTXK-nin İsmayıllı rayon Şöbəsinin rəyi, Akt və iclas protokolundan çıxarışda İddiaçı icarəyə verilmiş 60 hektar torpaq sahəsinin örüş sahəsi olması qeyd edilməsinə baxmayaraq sonuncu həmin torpaq sahəsinin təyinatını dəyişdirərək əkin məqsədi ilə istifadə etmişdir. X7 bələdiyyəsinin sədri seçilənədək olan dövrdə ümumi sahəsi 57.90 hektar olan torpaq sahəsi 2002-2004-cü illərdə *** kənd sakinlərinə uzun müddətli icarəyə verilmişdir. X7 bələdiyyəsinin sədri seçildikdən sonra 2002-2004-cü illərdə *** kənd sakinlərinə uzun müddətli icarəyə verilmiş *** bələdiyyəsinə məxsus torpaq sahələrinə dair icarə müqavilələrini ləğv etmədən, həmin torpaq sahələrini 14 avqust 2006-cı il tarixli icarə müqaviləsi ilə hazırki iş üzrə iddiaçı oğlu İddiaçı icarəyə vermişdir. İddiaçı *** bələdiyyəsinin ehtiyyat fondundan torpaq sahəsinin verilməsi ilə əl aqədar təqdim etdiyi “***” təsərrüfatının yerquruluşu lahiyyəsindən çıxarış və 14 avqust 2006-cı il tarixli aktın saxta olduğu rəydə qeyd edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 01 oktyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı rayonu *** kəndi ərazisində yerləşən *** bələdiyyəsinə məxsus 8.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ***nın adına qeydə alınmışdır. İddiaçı və cavabdehlər İsmayıllı rayonu *** kəndində yaşayırlar. Aqrar İslahat aparılan zaman “***” X6 İslahat Komissiyasının 01 sentyabr 1997-ci il tarixdə iclası keçirilmiş, *** bələdiyyəsinin “***” sahəsindən ehtiyyat fo ndu üçün 60 hektar torpaq sahəsi ayrılması barədə qərar qəbul olunaraq X9 Komissiyasının 4 nömrəli protokolu ilə rəsmiləşdirilmişdir. Bununla əlaqədar “***” kolxozunun ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu lahiyyəsi hazırlanmış və bu məqsədlə 57.70 hektar torpaq sahəsi ayrılmışdır. 2002-ci ildə birinci cavabdeh *** bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyənin mülkiyyətində olan 10 hektar əkinə yararlı torpaq sahəsini 20 il müddətinə 14 avqust 2002-ci il tarixli 03 nömrəli icarə müqaviləsinə əsasən illik icarə haqqı 500.000 manat olmaqla ***ya, 07 oktyabr 2002-ci il tarixli icarə müqaviləsinə əsasən isə 6,0 hektar əkinə yararlı torpaq sahəsini 20 il müddətinə illik icarə haqqı 390.000 manat olmaqla *** kənd sakini ***in icarəsinə vermişdir. İddiaçıya *** bəl ədiyyəsindən 60 hektar örüş təyinatlı torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. DTXK-nin İsmayıllı rayon Şöbəsi ilə iddiaçı arasında 14 avqust 2006-cı il tarixdə 01 nömrəli icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əlavə edilmiş sənədlərdə *** təsərrüfatının yerquruluşu lahiyyəsindən çıxarış, DTXK-nin İsmayıllı rayon Şöbəsinin rəyi, Akt və iclas protokolundan çıxarışda iddiaçıya icarəyə verilmiş 60 hektar torpaq sahəsinin örüş sahəsi olması qeyd edilməsinə baxmayaraq sonuncu həmin torpaq sahəsinin təyinatını dəyişdirərək əkin məqsədi ilə istifadə etmişdir. İddiaçının nümayəndəsi X7 bələdiyyəsinin sədri seçilənədək olan dövrdə ümumi sahəsi 57.90 hektar olan torpaq sahəsi 2002-2004cü illərdə *** kənd sakinlərinə uzun müddətli icarəyə verilmişdir. X7 bələdiyyəsinin sədri seçildikdən sonra 2002-2004-cü illərdə *** kənd sakinlərinə uzun müddətli icarəyə verilmiş *** bələdiyyəsinə məxsus torpaq sahələrinə dair icarə müqavilələrini ləğv etmədən həmin torpaq sahələrini 14 avqust 2006-cı il tarixli icarə müqaviləsi ilə hazırki iş üzrə iddiaçı oğlu İddiaçı icarəyə vermişdir. *** DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş İsmayıllı rayonu, *** kəndi “***” təsərrüfatının yerquruluşu layihəsinin çıxarışında qanunsuz olaraq dəyişiklik etdirərək birinci cavabdehin *** bələdiyyəsinin sədri işlədiyi müddətdə 14 avqust 2002-ci il tarixli 03 nömrəli və 07 oktyabr 2002-ci il tarixli icarə müqavilələri əsasında *** kənd sakinləri *** və ***in icarəsinə verilmiş torpaq sahələrinə dair icarə müqavilələrini ləğv etmədən həmin torpaq sahələrinə dair iddiaçı ilə 1 4 avqust 2006-cı il tarixli icarə müqaviləsi bağlamışdır.14 avqust 2002-ci il tarixli 03 nömrəli icarə müqaviləsinə əsasən birinci cavabdeh tərəfindən ***ya icarəyə verilmiş 10 hektar torpaq sahəsinin 8.26 hektarına sonuncu öz adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən 01 oktyabr 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçı cavabdehlərin *** bələdiyyəsi ilə aralarında bağlanmış 14 avqust 2006-cı il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən istifadəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılması, cavabdehlərin həmin torpaq sahəsinə daxil olmalarına qadağa qoyulması, manelərin aradan qaldırılması və maddi zərərə görə 22.600 manat məbləğinin alı naraq ona verilməsini tələb edir. Birinci cavabdeh iddia tələbini etiraf etmir, iddiaçının icarəsində olan torpaq sahəsini zəbt etmədiyini və iddiaçının iddia tələbində qeyd etdiklərinin heç bir hüquqi əsası olmadığını bildirərək həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci cavabdeh iştirak etdiyi məhkəmə prosesində birinci cavabdehin izahatına uyğun izahat verərək iddia tələbini etiraf etmədiyini bildirdi və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı icarəsində olan 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 28 hektarının cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunduğunu iddia etsə də məhkəmə araşdırması zamanı mütəxəssis rəyi ilə və məhkəmə tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, Aqrar İslahat aparılan zam an “***” X6 İslahat Komissiyasının 01 sentyabr 1997-ci il tarixdə iclası keçirilmiş və *** bələdiyyəsinin “***” sahəsindən ehtiyyat fondu üçün 60 hektar torpaq sahəsi ayrılması barədə qərar qəbul olunaraq X9 Komissiyasının 4 nömrəli protokolu ilə rəsmiləşdirilmişdir. Bununla əlaqədar “***” kolxozunun ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu lahiyyəsi hazırlanmış, bu məqsədlə 57.70 hektar torpaq sahəsi ayrılmış və İddiaçı *** bələdiyyəsindən 60 hektar örüş təyinatlı otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. DTXK-nin İsmayıllı rayon Şöbəsi ilə İddiaçı arasında 14 avqust 2006-cı il tarixdə 01 nömrəli icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əlavə edilmiş sənədlərdə *** təsərrüfatının yerquruluşu lahiyəsindən çıxarış, DTXK-nin İsmayıllı rayon Şöbəs inin rəyi, Akt və iclas protokolundan çıxarışda İddiaçı icarəyə verilmiş 60 hektar torpaq sahəsinin örüş sahəsi olması qeyd edilməsinə baxmayaraq İddiaçı həmin torpaq sahəsinin təyinatını dəyişdirərək əkin məqsədi ilə istifadə etmişdir. İddiaçı istifadəsində olan torpaq sahəsi X7 bələdiyyəsinin sədri seçildiyi dövrədək olan müddətdə ümumi sahəsi 57.90 hektar olan torpaq sahəsi 2002-2004-cü illərdə *** kənd sakinlərinin uzun müddətli icarəsinə verilmişdir. X7 bələdiyyəsinin sədri seçildikdən sonra 2002-2004-cü illərdə *** kənd sakinlərinə uzun müddətli icarəyə verilmiş *** bələdiyyəsinə məxsus torpaq sahələrinə dair icarə müqavilələrini ləğv etmədən həmin torpaq sahələrini 14 avqust 2006-cı il tarixli icarə müqaviləsi ilə hazırki iş üzrə iddiaçı oğlu İddiaçı icarəyə vermişdir. İddiaçı icarə sində olan 60 hektar torpaq sahəsinin 28 hektarının Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunması məhkəmə iclasında öz təsdiqini tapmamış, iddiaçının dəlilləri, mütəxəssis rəyi, iş materialları və yerində müayinənin nəticələri ilə sübut olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdi kləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tam bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qət namə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq ed ilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutl arın məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(107)- 1299/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar