Məhkəmə qərarları › İş №2(102)-5894/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5894/2021

20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5894/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızına qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borcun paylara uyğun bölünməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3800/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh Abdullayeva (Yusifova) Təyminə Şamil qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 oktyabr 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 26 dekabr 1990-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha girmiş, həmin nikahdan bir uşaqları olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsi ilə X2 İddiaçı qarşı 473.000 ABŞ dolları məbləğində pul tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı R.Ş.İmanovun xeyrinə 425.000 ABŞ dollarının tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsi ilə isə İddiaçı X1 xeyrinə 750.000 ABŞ dollarının manata uyğun məzənnə ilə tutulması qət edilmişdir. Həmin qətnamələr qanuni qüvvəyə mindikdən sonra onlara dair müvafiq olaraq 2016cı ilin may və iyul aylarında icra vərəqələri verilmişdir. Bakı ş əhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş və sonuncunun adına rəsmiləşdirilmiş əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilərək Bakı şəhərində yerləşən 4 və 5 otaqlı mənzillərə, qeyri-yaşayış sahələrinə, torpaq sahəsinə və avtomobillərə dair Cavabdeh ½ hissədə pay hüququ müəyyən olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qətnaməsi ilə Barat və Təranə Abdullayevlərin nikahı pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin yanvar ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2016-cı il və 23 may 2016-cı il tarixli qət namələri ilə ondan tutulmuş pul məbləğlərini Rövşən İmanov və Həsənağa Qasımdan borc almasını və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ½ hissədə pay hüququ müəyyən olunmuş əmlakların həmin vəsait hesabına əldə etməsini əsas göstərməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2016-cı il və 23 may 2016-cı il tarixli qətnamələri ilə ondan tutulmuş pul məbləğinin ½ hissəsini təşkil edən cəmi 587.500 ABŞ dollarının birgə nikah dövründə yaranmış borc kimi Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Ş.Z.Abdullayev) iddia qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2016- cı il və 23 may 2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1.175.000 ABŞ dolları) ½ hissəsinin (587.500 ABŞ dolları) Cavabdeh aid edilməklə həmin məbləğin Cavabdeh İddiaçı xeyrinə manata uyğun məzənnə ilə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızı apellyasiya şikayəti verərək onun ½ hissədə pay hüququnun müəyyən olunduğu əmlakların iddiaçının Rövşən İmanov və Həsənağa Qasımdan aldığı və məhkəmə qətnamələri ilə ondan tutulan borc hesabına almasını təsdiq edən sübutların müəyyən olunmamasını, işin həmin hallarının olduqca səthi araşdırılmasını, əmlakların əksəriyyətinin 2002-2007-ci illərdə əldə edilməsinin nəzərə alınmam asını, sübutlara obyektiv, tam və hərtərəfli qiymət verilməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1936/2020 saylı, 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Cəmilova (sədrlik edən və məruzəçi), Ü.A.Mayılov və V.M.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddian ın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-172/21 saylı, 08 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəkila və E.Y.Şamayev) kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1936/2020 saylı, 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3800/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) Cavabdeh apellyasiya şikayəti təm in edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızı kassasiya şikayəti verərək qətnamənin mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyəti olan halların tam və hərtərəfli yoxlanılmadan, sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Maddə 41.2 Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbinin təmin edilməsini əsaslı sayarkən tərəflər arasında bərabər paylarda bölünmüş üç qeyri-yaşayış sahəsinin otel kimi fəaliyyət göstə rməklə iddia olunan borcun həmin otelin tikintisinə sərf olunmasını və Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borclarının onun payına uyğun olaraq müəyyən olunmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticəsi səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlara əsaslandığından qətnamə qanuni və əsaslı sayıla bilməz. İşin 8-9-cu səhifəsində olan Səbail Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh nikahın pozulması barədə məhkəməyə müraciət edərkən onunla İddiaçı arasında son bir neçə il ərzində mübahisə yarandığından ailə münasibətləri pozulmuş, bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Həmin işə baxan məhkəmənin nəticəsindən də görünür ki, tərəflərin ailə münasi bətləri xeyli müddət əvvəl pozulmuş, ailənin bərpası mümkün deyildir. İddiaçıdan borcun tutulması barədə qətnamələr isə, işdən göründüyü kimi, 2016-cı ilin aprel, may aylarında, yəni nikahlarının pozulmasından təxminən 1 il əvvəl qəbul edilmişdir. İşdən isə görünür ki, tərəflər arasında notariatda təsdiq olunmuş borc müqavilələri bağlanmamışdır. Həmin işlərə baxılarkən İddiaçı tələb olunan borcu almasını etiraf etdiyi üçün ona qarşı yönəlmiş iddia tələbləri təmin edilmişdir. Beləliklə, işdən görünür ki, iddiaçıdan borcun tutulması barədə qətnamələr tərəflərin ailə münasibətləri pozulduğu dövrdə qəbul edilmişdir. Həsənağa Qasım iddiaçıya 2010-cu ilin sonlarında, Rövşən İmanov isə 2012-ci ilin əvvəllərində borc verməsini iddia etsələr də, işdən görünür ki, onlar uzun müddət ərzində borcun qa ytarılmasını iddiaçıdan tələb etməmişlər. Halbuki, iddiaçı Rövşən İmanovun təqdim etdiyi 07 yanvar 2012-ci il tarixli qəbzə görə iddiaçı aldığı borcu 2 il müddətinə qaytaracağına söz vermişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən işin həmin hallarına qiymət verməmiş, tərəflərin ailə münasibətlərinin pozulduğu vaxtın müəyyən olunması istiqamətində araşdırma aparmamışdır. İddiaçı iddia ərizəsindən görünür ki, o, mübahisə predmeti olan borc pul vəsaitinə onların pay hüquqları müəyyən olunmuş bütün əmlakları əldə etmişdir. Həmin əmlaklar isə, işdən göründüyü kimi 2 mənzildən, 3 qeyri-yaşayış sahəsindən, iki avtomobildən, torpaq sahəsindən və digər daşınmaz əmlaklardan ibarətdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, nə iddiaçı, nə də cavabdeh heç vaxt işləmədikləri üçün dəyəri milyonlarla ölçülən həmin əmlaklar başqalarından götürülmüş borc hesabına alınmış, onlar təmir və rekonstruksiya edildikdən sonra baha qiymətə satılmaqla ailə biznesi inkişaf etdirilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 2 qeyri yaşayış sahəsi 2007-ci ildə, bir qeyri-yaşayış sahəsi 2014-cü ildə, Əhməd Cavad küçəsində yerləşən mənzillər isə 2013-cü ildə və s. əldə edilmişdir. Göründüyü kimi əldə olunmuş əmlakların bir qismi borcun alındığı iddia olunan vaxtdan əvvəl əldə edilmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin həmin hallarına qiymət verməmişdir. Mübahisə predmeti olan borcların iddiaçıdan tutulması barədə məhkəmə qətnamələrinin mövcudluğu da həmin əmlakların məhz Rövşən İmanov və Həsənağa Qasımdan alınmış borc hesabına əldə edilməsi barədə qəti nəticəyə gəlmək üçün əsas verməmişdir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin təmir olunma, istifadəyə hazır olma və otel kimi fəaliyyət göstərməsi vaxtları müəyyən olunmamış və borcun məhz otelin fəaliyyətinin təmin olunmasına sərf olunması araşdırılmamışdır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 20 aprel və 23 may 2016-cı il tarixli qətnamələri üzrə icra vərəqələri verilsə də, həmin icra sənədlərinin icra olunma vəziyyəti yoxlanmamış, iddiaçının həmin borcları Rövşən İmanov və Həsənağa Qasıma qaytarıbqaytarmaması müəyyən olunmamışdır. İddiaçının həmin borcları qaytarmadığı təqdirdə onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olub-olmamasına məhkəmə tərəfindən qiymət verilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. İşdən görünür ki, Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və payların müəyyən olunması barədə məhkəmədə 2017-ci ildə iddia qaldırmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək tərəflərə məxsus əmlakdan hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. Həmin işə baxılarkən İddiaçı nümayəndəsi tərəflərin uzun müddət ərzində birgə yaşamamaqla birgə təsərrüfat aparmamalarını və mübahisə predmeti olan əmlakların da İddiaçı tərəfindən onların ayrı yaşadıqları dövrd ə alınmasını və ər-arvadın ümumi birgə mülkiyyəti olmamasını əsas göstərməklə iddianın rədd olunmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın başqalarından götürülmüş borcların hesabına alınmasını göstərməmiş, eləcə də Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin borcların onların ümumi əmlakdakı paylarına uyğun olaraq müəyyən edilməsi barədə tələb irəli sürməmişdir. Həmin işə birinci instansiya məhkəməsində baxıldıqdan 2 il sonra İddiaçı məhkəmə qətnaməsi ilə ondan tutulması qət olunmuş pul vəsaitinin ½ hissəsini təşkil edən 587.500 ABŞ dollarının Cavabdeh onun xeyrinə tutulmasını tələb etmişdir. Həmin tələb, onun məzmunundan göründüyü kimi, Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələbinə uyğun qal dırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərkən həmin hallara, eləcə də, birgə nikah dövründə əldə olunmuş əmlakın hansı vəsait hesabına əldə edilməsi ilə əlaqədar iddiaçının ziddiyyətli izahatlarına qiymət verməmiş, səbəblərini araşdırmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən bölünməsi tələb olunan əmlaklar ailə büdcəsi hesabına əldə edilməklə onların ümumi birgə mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Müəyyən olunduğu ki mi, həmin işə tərəflərin hər ikisinin iştirakı ilə baxılmış və həmin əmlakların məhz ailənin büdcəsi hesabına, yəni ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi müəyyən olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi işin həmin halını da nəzərə almamış və MPM-nin 82.3-cü maddəsinin qüvvəsinin tətbiqi imkanını müzakirə etməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh Abdullayeva (Yusifova) Təyminə Şamil qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 2(103)-3800/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar