Məhkəmə qərarları › İş №2(102)-590/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-590/2024

01.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-590/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (Bakı şəhəri 3 saylı Notariat Ofisi və Bakı şəhəri 44 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsız hesab edilməsi, daşınmaz əmlakın qaytarılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cav abdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 3 saylı Notariat Ofisi və Bakı şəhəri 44 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) əqdin etibarsız hesab edilməsi, daşınmaz əmlakın qaytarılması və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5369/2023 saylı iş üzrə 9 oktyabr 2023-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən dövlət əmlakı - "Ekspress" kafesi start qiymətinin 15%-i özəlləşdirmə çekləri ilə və 53133000 manat pul t am ödənilməklə xx.xx.1997-ci il tarixli alqısatqı müqaviləsi əsasında İddiaçı2 və X1. Alıcılara bu barədə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixli, 7575 nömrəli Qeydiyyat şəhadətnaməsi verilmişdir. 2. ünvan 2 ünvanda yerləşən "Ekspress" kafesi xx.xx.2005-ci il tarixli, AN-1 № ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 ********* manata satılmışdır. Alqı-satqı müqaviləsini satıcıların adından etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. Qeyriyaşayış sahəsinə Cavabdeh1 adına 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.

3. Cavabdeh1 18 mart 2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin 555100 manata Cavabdeh2 satmışdır. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv metr olan qeyri-yaşayış binasına DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli çıxarışla Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına a alınmışdır.

4. DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə isə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv metr olan qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı2 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı2 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı (İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin maraqlı şəxs qismində göstərildiyi) "ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin, bu alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi" barədə iddia tələbi rədd edilmiş, Cavabdeh1 İddiaçı1 və Yaqub Müseyibova qarşı mülkiyyətində olan sahədən çıxarılmaları tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhə ri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı2 apellyasiya şikayəti təmin edilməmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 41 saylı Dövlət notariat kontoruna qarşı "alğısatqı müqaviləsində təqdim olunmuş sənədlərin tam göstərilməsi"nə dair iddiası təmin edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 m ay 2008-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

10. Ali Məhkəmənin Mülki kollegiyasının 26 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 yanvar 2009-cu il tarixli qərardadı ilə hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi İddiaçı2 aid hissədə, həmçinin Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılmışdır.

13. Ali Məhkəmənin Mülki kollegiyasının 11 mart 2011-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

15. Ali Məhkəmənin Mülki kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən İddiaçı2 iddia tələbi qismən təmin edilmiş, 41 saylı Dövlət Notariat Kontoru tərəfindən 4Ə/749 saylı reyest rlə təsdiq edilmiş 26 oktyabr 2005-ci il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsi və Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə İddiaçı2 aid hissədə ləğv edilməklə, onun mülkiyyət hüququ bərpa edilmiş, Cavabdeh1 41 saylı DNK-ya qarşı "26 oktyabr 2005-ci il tarixli alğı-satqı müqaviləsində notariat kontoruna təqdim edilmiş digər etibarnamələrlə yanaşı, Cavabdeh3 adına verilmiş etibarnamənin əks etdirilməsinin notariusa həvalə edilməsi" barədə iddia tələbi isə rədd edilmişdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2012-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı ilə isə Ali Məhkəmənin 06 fevral 2012-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi İddiaçı2 aid hissədə, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarıxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair hissədə ləğv olunaraq, Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı "Bakı şəhəri, A.Neymətulla küçəsi 45-də yerləşən "Ekspress" kafesinin alğı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilədə İddiaçı2 tərəfindən X2 verilmiş 02 iyun 2004-cü il tarixli Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhər notariat kontorunda təsdiq edilmiş etibarnamənin əks etdirilməsinin Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna həvalə olunması" tələbinə dair iddiası rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 19. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2014 -cü il tarixli qərarı ilə Cavabdeh2 Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs İddiaçı2 qarşı daşınmaz əmlaka hüququn rəsmiləşdirilməsinin qanunsuz sayılması və çıxarışın etibarsızlığının tanınması tələbi təmin olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti, 119B ünvandakı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi qanunsuz sayılmış və həmin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı çıxarış etibarsız hesab edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 20 sentyabr 2017ci il tarixli qərarı ilə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadına əsasən, İddiaçı2 X3, Cavabdeh1, DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə və Bakı şəhər Vergilər Departamentinə qarşı "Dövlət reyestrində ilkin olaraq ünvan 5 ünvanı ilə qeydə alınmış "Ekspres s" kafesinin 2-ci ünvanı olan F.X.Xoyski 119B ünvan qeydiyyatının ləğv olunması, "Ekspress" kafesinin dövlət reyestrindəki əvvəlki ünvan 6 ünvanın bərpa edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı, onlar tərəfindən edilmiş ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin («Ekspress» kafesinin) üzərində ləğv edilməmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərardadı ilə həbs olarkən və barəsində altı ilə yaxın məhkəmə mübahisəsi davam edərkən, eləcə də heç bir qanuni əsas olmadan həmin ünvanın F.X.Xoyski 119B ünvanına dəyişdirilməsi və əsassız ünvan adı altında qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabde h1 adına verilmiş Bakı şəhəri, X17 prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsi (A.Neymətulla küçəsi 45) ünvanında yerləşən 352,1 kv metr qeyri-yaşayış sahəsinə dair 001448 N°-li, xx.xx.2009-cu il tarixli şəhadətnamənin və şəhadətnamənin verilməsinə əsas hesab edilən bütün sənədlərin ləğv olunması" tələbləri ayrıca icraata ayrılmış və baxılması üçün aidiyyatı üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli digər qərardadına əsasən "ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ("Ekspress" kafesi) F.X.Xoyski 119B ünvanı adı altında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış ******* saylı, xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması, həmin əmlak üzərində Cavabdeh2 mülkiy yət hüququna xitam verilməsi və dövlət reyestrindəki ********* saylı xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ("Ekspress" kafesinin) F.X.Xoyski 119B ünvanı adı altında Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsi və Dövlət reyestrindəki ********* saylı, xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması, Cavabdeh2 dövlət reyestrindəki ********** saylı, xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması və həmin qeydiyyatla əlaqədar hüquq verən bütün sənədlərin ləğv olunması, o cümlədən, ünvan 5 ünvanda yerləşən qeyriyaşayış sahəsinin ("Ekspress" kafesinin) F.X.Xoyski 119B ünvanı adı altında əldə etmiş bütün hüquqlarına xitam verilməsi, "Ekspress" kafesi və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ilə A.Neymətulla küçəsinin kə sişməsində yerləşən "Samir" restoranı üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələr və müdaxilələrin Cavabdeh1 və Cavabdeh2 qadağan olunması, "Ekspress" kafesindən Cavabdeh2 çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş mənəvi ziyanın həcminin 50000 manat müəyyən edilməsi və ödənilməsi" tələbinə dair mülki iş üzrə icraatın 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmış tələblər üzrə yekun qərar qəbul edilənə qədər dayandırılması qərara alınmışdır.

24. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına əsasən, İddiaçı2 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və X11 qarşı " Bakı şəhəri, F.X.Xoyski prospekti 119B (Ağa Neymətulla 45) ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair 18 mart 2011-ci ildə bağlanmış AN-İ ******* saylı alğı-satqı müqaviləsinin, həmin alğı-satqı müqaviləsi əsasında X10 adına xx.xx.2011-ci ildə verilmiş ******* saylı, MA seriyalı şəhadətnamənin ləğv edilməsi, onun xx.xx.2013-cü il tarixdə verilmiş seriya RX ******* saylı qeyri yaşayış sahəsinə və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət şəhadətnaməsində paylı mülkiyyətinin ləğv edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarını bərpa olunması tələbinə dair iddia ərizəsi üzrə mülki iş icraatı dayandırılan mülki işlə bir icraatda birləşdirilmişdir.

25. Ayrıca icraata ayrılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş tələblər, İddiaçı2 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması səbəbilə həmin məhkəmənin 03 mart 2015-ci il tarixli qərarı əsasında geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

26. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə işin icraatına xitam verilməsi qərara alınmışdır.

27. Həmin qərardaddan İddiaçı2 verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərardadı ilə təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində birinci icraat

29. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbi nin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək 11 may 2005-ci il tarixli 7E-1866 nömrəli saxtalaşdırılmış, legitim olmayan etibarnamə əsasında, həmçinin 2 iyun 2004-cü il tarixli saxta etibarnamə əsasında, 13 oktyabr 2005-ci il tarixli saxta etibarnamə əsasında Bakı şəhəri 41 saylı Dövlət notariat kontorunda 4Ə/749 nömrə ilə İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi (əvvəlki ünvanı Bakı şəh, Ağa Neymətulla küç., 45, hazırda Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti 119 B, əvvəlki adı "Ekspress" kafesi, hazırda həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsi) ilə bağlı bağlanmış ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin bundan sonra saxta yolla özgəninkiləşdirməklə, Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorund a ******* nömrə ilə bağlanmış, 18 mart 2011-ci il tarixli, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətində olan daşınmaz əmlakın İddiaçı2 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

28. İddia tələbi onunla əsaslandırılmışdır ki Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti 119 B ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı2 mülkiyyətində olmuş, bununla bağlı xx.xx.2013-cü il tarixdə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Ancaq cavabdehlər tərəfindən bir sıra etibarnamələrin saxtalaşdırılması yolu ilə qeyri-yaşayış sahəsinin bir hissəsi başqa şəxslərə satılmış və əmlak birgə mülkiyyətə çevrilmiş, bir müddət sonra isə cavabdehlər digər sənədləri də saxtalaşdıraraq əmlakın İddiaçı2 qalan hissəsini də mənimsəmişlə r. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 178.4-cü, 308.2-ci və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır və hazırda cinayət işinin icraatı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda davam etdirilir. Cinayət işinin icraatı zamanı cavabdehlərin, müxtəlif etibarnamələri saxtalaşdıraraq əmlakı etibarsız əqdlər əsasında ələ keçirdikləri müəyyən olunmuşdur.

29. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (nümayəndələri və vəkilləri) vəsatət təqdim edərək göstərmişdir ki, mübahisəsi gedən əmlakla bağlı tərəflər arasında əvvəllər çoxsaylı məhkəmə çəkişmələri olmuşdur və qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur, buna görə də işin icraatına xitam verilməldir. Daha sonra da ərizə verərək qeyd etmişlər ki, iddiaçılar hazırda mübahisələndirdikləri müqav ilə barədə 2006-cı ildən davam edən məhkəmə proseslərindən məlumatlı olmuş, belə olan halda iddia müddətini ötürmüşlər, ona görə də iddia tələbləri rədd olunmalıdır.

30. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi)20 iyun 2022-ci il tarixli, 2(005)-1563/2022 saylı qərardadı ilə (hakim A.Novruzova) mülki iş üzrə icraata xitam verilmişdir.

31. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş müxtəlif illərdə baxılmış yekun məhkəmə aktlarından görünür ki, İddiaçı2 tərəfindən 18 mart 2011-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi mübahisələndirilmiş və hazırkı iddia tələbində göstərilmiş əsaslarla iddialara baxılmışdır. Göründüyü kimi, İddiaçı2 və İddiaçı1 hazırki tələblə Cavabdeh1, Cavabdeh 2, Cavabdeh3 qarşı artıq müqavilənin ləğv edilməsi, bağlanmış əqdlər etibarsız hesab edilməklə, qanuni mülkiyyətdə olan daşınmaz əmlakın qaytarılması tələbinə dair iddia qaldırmış bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı bundan sonra qeyd edilən tələb ilə cavabdehə qarşı iddia irəli sürə bilməz.

32. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 261.0.2-ci maddəsinə və Mülki Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

33. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyas iya instansiyası məhkəməsi) 2(103)-6420/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları (§13, 15-24) ilə müəyyən olunmuşdur ki, ünvan 10 ünvanda yerləşən “Ekspress” kafesi Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Dövlət Əmlakının Hüquqi və X9 haqqında 01 oktyabr 1997-ci il tarıxlı Şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında İddiaçı2 və X2 məxsus olmuş, Rusiya Federasiyası, İrkutsk vilayəti, Ust-İlimsk şəhərində yaşayan İddiaçı2 Şükur qızı Bakı şəhərində yaşayan qardaşı X2 Bakı şəhərı, A.Nemətulla küçəs i 45- də yerləşən “Ekspress” kafesi və “Samir” restoranı uzərındə sərəncam hüququ verən 02 iyun 2004-cü il tarixli etibarnamə vermiş, həmin tarixdə eyni zamanda İddiaçı2 əri X7 etıbarnamədə göstərilən əmlakların satılması barədə razılıq imzalamış, həm etibarnamə, həm də razılıq Rusiya Federasiyası İrkutsk vilayətinin Ustİlimsk şəhərinin notariusu S.İ.Frolova tərəfindən təsdiq olunmuş, 11 may 2005-ci il tarixdə İddiaçı2 qardaşı X5 Bakı şəhərində yaşayan Cavabdeh3 üç il müddətinə ona məxsus olan əmlak üzərində sərəncam hüququ verən etibarnamə vermiş, Cavabdeh3 Bəhram Məhərrəmovun verdiyi 11 may 2005-ci il tarixlı etıbarnamə və eləcə də İddiaçı2 tərəfindən Cavabdeh3 adına verılmış ona məxsus olan “Samir” restoranı və “Ekspress” kafesi üzərində sərəncam huququ verən və 13 oktyabr 2005-ci il ta rixdə Rusiya Federasiyası Perm vilayətinin Perm şəhərınin notariusu tərəfindən təsdiq edilmiş etibarnamə əsasında “Ekspress” kafesinin 26 oktyabr 2005-ci il tarixdə Bakı şəhərinin 41 saylı notariat kontorunda təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 460 000 000 manata satmış, alğı-satqı müqaviləsinə əsasən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti “Ekspress” kafesinə mülkiyyət hüququnu bildirən 18 noyabr 2005-ci il tarixli şəhadətnamə vermiş, 05 mart 2006-cı il tarixdə X6 vəfat etmiş, 2006-cı ilın sentyabr ayında İddiaçı2 Cavabdeh3, Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ekspress” kafesinin 80 faizinin ona, qardaşı Bəhram Məhərrəmova məxsus olmaqla onların mülkiyyətində olmasını, qardaş ı İddiaçı1 iş üzrə Cavabdeh3 borcunun olması ilə əlaqədar borcun təminatı kimi kafenin sənədlərini və eləcə də əmlakı üzərində sərəncam hüququ verən Bəhram Məhərrəmov tərəfindən imzalanmış etibarnaməni təqdim etməsini, İddiaçı1la Cavabdeh3 arasında olan razılaşmaya əsasən İddiaçı1 borcunu qaytardıqdan sonra Cavabdeh3 kafeyə aid olan sənədləri qardaşına qaytarmalı olmasına baxmayaraq Cavabdeh3 borcun təminatı məqsədi ilə ona müvəqqəti etibar edilmiş əmlakı Cavabdeh1 satmasını və bununla da onun mülkiyyətindən məhrum olunmasını əsas göstərməklə 26 oktyabr 2005-ci il tarixli alğı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli şəhadətnamənin ləğv edilməsinə və "Ekspress" kafesinə onların mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, mübahisəli kafeni alqı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 İddiaçı1, X4 qarşı cavabdehlərin kafedən çıxarılmaları barədə qarşılıqlı tələb irəli sürmüş, İddiaçı2 iddiasına və Cavabdeh1 qarşılıqlı iddiasına mahiyyəti üzrə məhkəmədə baxılana qədər Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla “Ekspress” kafesinin mülkiyyətçiləri İddiaçı2 və Bəhram Məhərrəmovun etibarnamə üzrə nümayəndəsi arasında kafenin alqı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilənin bağlanması zamanı notariat kontoruna İddiaçı2 Rusiya Federasiyası, Urkutsk vilayəti, Ust-İlimsk şəhərinin notariusu tərəfındən təsdiq olunmaqla Bəhram Məhərrəmova verilmiş 02 iyun 2004-cü il tarixli etibarnamənin təqdim edilməsinə baxmayaraq, alğı-satqı müqaviləsində həmin etibarnamənin qeyd edilməməsini əsas göstərməklə alğı-satqı müqaviləsində həmin etibarnamənin əks etdirilməsinin 41 saylı Dövlət Notariat Kontorunun notariusuna həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, işə məhkəmə instansiyalarında baxılan ərəfədə mübahisəli “Ekspress” kafesi Cavabdeh1 tərəfindən 18 mart 2011-ci il tarixdə notariatda təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış və onun həmin əmlak üzərində mülkiyyət hüququ 25 avqust 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

36. Məhkəmələr hesab etmişlər ki, Cavabdeh1 mübahisəli əmlakı notariatda təsdiq olunmuş müqavilə əsasında dəyərini ödəməklə əldə etmiş və bu zaman təmsilçi Cavabdeh3 mülkiyyətçi İddiaçı2 aid hissədə əmlakı özgəninkiləşdirməyə hü ququnun olmamasını bilməmiş, eləcə də Cavabdeh1 əldə etdiyi əmlaka münasibətdə vicdansız sahib olması İddiaçı2 tərəfindən sübuta yetirilməmişdir. Məhkəmələr İddiaçı2 iddia tələblərinin rədd olunmasını həm də belə əsaslandırmışlar ki, mübahisəli əmlak Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmaqla həmin əmlak mülkiyyət hüququ əsasında hazırda sonuncuya məxsusdur.

37. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı2 əvvəlki iddiaları (o cümlədən ona qarşı irəli sürülmüş iddia tələbləri) hazırkı iddianın əsaslarını təşkil edən eyni əsaslar və eyni predmet üzrə, eyni tərəflərə qarşı irəli sürülmüş, həmin işlərə baxılarkən hazırkı iddiada mübahisələndirilən alğı-satqı müqaviləsinə və onun nəticələrinə faktiki olaraq hüquqi qiymət verilmiş, İddiaçı1 da həmin işlərin birində tərə f (cavabdeh) olmuş, onun mübahisələndirilən əmlaka hüquqlarına dair məsələyə də aydınlıq gətirilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı1 hazırkı iddia tələbi üzrə iddiaçı kimi göstərilsə də, ona münasibətdə (ona aid hissədə) konkret tələb irəli sürülməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı2 (İddiaçı1) hazırkı iddia tələbləri ilə eyni predmetli və eyni əsaslı iddia tələbləri üzrə qanuni qüvvədə olan məhkəmə qərarları olduğundan, hazırkı tələblərə mahiyyəti üzrə yenidən baxılması mülkiprosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 261.0.2, 233.3, 398-ci maddələrinə və nsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Feder asiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat:

39. İddiaçılar İddiaçı2 və İddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişlər.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlərİ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) 2(102)-6047/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)-6420/2022 nömrəli qərardadının İddiaçı1 cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qərardadın İddiaçı2 aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

41. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya məhkəməsinin “İddiaçı1 da həmin işlərin birində tərəf (cavabdeh) olmuş, onun mübahisələndirilən əmlaka hüquqlarına dair məsələyə də aydınlıq gətirilmişdir” əsaslandırılması iş üzrə icraata xitam verilməsi üçün kifayətedici əsas deyildir. Əvvəla, məhkəmənin özü də qeyd edir ki, İddiaçı1 işlərin birində tərəf olmuşdur. Bundan başqa, onun mübahisələndirilən əmlaka hüquqlarına dair məsələyə hansı aydınlıq gətirilməsi qeyd olunmamışdır.

42. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 4.1, 261.0.2, 233.3, 417.1.3 və 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

43. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1685/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı1 (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş şikayət qismən təmin edilərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1563/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərardadı İddiaçı1 cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə işə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində ikinci icraat

44. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1734/2023 saylı, 18 may 2023-cü 45. il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) İddiaçı1 iddiası rədd edilmişdir.

46. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisəli əmlakı notariatda təsdiq olunmuş müqavilə əsasında dəyərini ödəməklə əldə etmiş və bu zaman təmsilçi Cavabdeh3 mülkiyyətçi İddiaçı2 aid hissədə əmlakı özgəninkiləşdirməyə hüququnun olmamasını bilməmiş, eləcə də Cavabdeh1 əldə etdiyi əmlaka münasibətdə vicdansız sahib olması İddiaçı2 tərəfindən sübuta yetirilməmişdir. Məhkəmələr İddiaçı2 iddia tələblərinin rədd olunmasını həm də belə əsaslandırmışlar ki, mübahisəli əmlak Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmaqla həmi n əmlak mülkiyyət hüququ əsasında hazırda sonuncuya məxsusdur. Cavabdeh1 18 mart 2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin 555100 manata Cavabdeh2 satmış, Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv metr olan qeyri-yaşayış binasına Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınaraq, M A seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

47. Hazırda İddiaçı1 qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmüşdür.

48. Məhkəmə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibətdə hesab etmişdir ki, həmin tələb hər hansı hüquqi əsasa söykənmir, eyni zamanda iddiaçının belə bir iddia irəli sürməsi üçün yuxarıda qeyd olunduğu kimi subyektiv hüququ da olmamışdır. İddiaçı1 hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti, 119B saylı ünvanda yerləşən qeyri-yaşayış binası üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, həmin qeyriyaşayış sahəsinə münasibətdə alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır.

49. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda ******* nömrə ilə bağlanmış, 18 mart 2011-ci il tarixli, daşı nmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbina dair iddia ərizəsi üzrə iddiaçının subyektiv hüququ yaranmadığından hazırki iddia tələbi rədd edilməlidir.

50. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıların subyektiv hüququnun olmadığı qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir.

51. Məhkəmə iddia tələbinin “əmlakın qanunsuz yolla əldən çıxması nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, müqavilənin etibarsızlığı tələbi rədd olunduğundan və maddi və mənəvi zərər tələbi onda n törəmə tələb olduğundan həmin hissədə də iddia təmin oluna bilməz.

52. Birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. d)Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat:

53. İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

54. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5369/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1734/2023 saylı, 18 may 2023-cü il tarixli qəqətnaməsi dəyişdir ilmədən saxlanılmışdır.

55. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 hazırki iddianı qaldırsa da, belə bir tələblə məhkəməyə müraciət etməsinə subyektiv hüquqlarının olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, iddiaçının subyektiv hüququ olmadığından onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti yoxdur. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

56. İddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətn aməsinin ləğv, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli əsassız və qanunsuz qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(103)-5369/2023 saylı qətnaməsi ilə heç bir araşdırma aparılmayaraq, bütün deyilən hallara və qərarlara düzgün qiymət verməyərək, iş üzrə qəbul edilmiş qərarın işin hallarına uyğun qəbul edilməməsinə gətirib çıxarmışdır. Bundan başqa, Ali Məhkəmənin göstərişləri məcburi olan 29 noyabr 2022-ci il tarixli qərarında göstərdiyi, cavabdehlər arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı qeyd etmişdir ki, bu hal legitimliyi şübhə altına alınan saxta eti barnamə ilə baş versə də, ancaq bu məsələnin hazırki işlə əlaqədar, məhkəmənin baxmaq səlahiyyətindən kənara çıxır, bununla əlaqədar həmin hala qiymət verə bilmir. Ancaq eyni zamanda iş materiallarına əlavə olunmuş, çoxsaylı etibarnamələrdən görünür ki, İddiaçı1 iş üzrə tam səlahiyyətli, hüquqlu, iddia vermək səlahiyyəti olan şəxsdir. İş materialları ilə bir daha araşdırılarkən, təsdiq olunur ki, həmin daşınmaz əmlaklar, İddiaçı1 tərəfindən ilk olaraq əldə edilmiş, daha sonra, bacısının adına keçirilmiş, ancaq formal olaraq bu olmuşdur, əsas mülkiyyətçilərdən biri İddiaçı1 olmuşdur.

58. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qtnaməsini dəyişdirmədən saxlayarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2, 324.1, 3 37.1, 337.2 və 337.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 82.3, 88, 217.4, 372.1, 372.6, 372.7, 384.0, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

60. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xey rinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

61. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

62. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman

63. Maddə 324.1. Əqd mülki hüqu q münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

64. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

65. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.

66. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Prosessual Məcəllə

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

70. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

77. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüq uqi aktlara təsir göstərə bilər.

78. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

80. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan z aman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

81. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

82. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5369/2023 saylı iş üzrə 9 oktyabr 2023-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar