Məhkəmə qərarları › İş №2(102)-591/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-591/2024

21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-591/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vindikasiya, qızıl-zinət əşyalarının qaytarılması, birgə əmlak dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyaları, cehiz əmlakı, birgə yaşayış dövründə əldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 2(106)1242/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh1 14 fevral 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 28 mart 2022-ci il tarixində aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. 2. 03.05.2017-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/10, 23 nömrəli mənzil X5 tərəfindən 32.500 manata Cavabdeh1 satılmışdır. 3. 05.05.2017-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/10, 23 nömrəli mən zil Cavabdeh1 tam mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Qumbaşı kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsus evdə olan 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan; qiyməti 860 manat olan 1 cüt qızıl sırğanın 585 prob çəkisi 8,6 qram, olmadıqda isə qiyməti olan 860 manatın, qiyməti 755 manat olan qızıl gül üzüyün 585 prob çəkisi 7,55 qram, olmadıqda isə qiyməti olan 755 manatm, qiyməti 800 manat olan 1 cüt qızıl sırğanın halqa formasında 585 prob çəkisi 7,2 qram, olmadıqda isə qiyməti olan 800 manatm, qiyməti 855 manat olan qızıl qolbağın 585 prob çəkisi 8,71 qram, olmadıqda isə qiyməti olan 855 manatm, q iyməti 100 manat olan İcüt sırğanın delfin formasında 585 prob çəkisi 1 qram, olmadıqda qiyməti olan 100 manatın, qiyməti 1910 manat olan lədəd boyunbağının (18 K) 750 prob çəkisi 19,85 qram, olmadıqda isə qiyməti olan 1910 manatın, qiyməti 1580 manat olan 1 cüt qızıl sırğanın (18 K) 750 prob çəkisi 17,47 qram, olmadıqda isə qiyməti olan 1580 manatın, qiyməti 200 manat olan adi qızıl üzüyün 585 prob çəkisi 2 qram, olmadıqda isə qiyməti olan 200 manatın, qiyməti 6000 manat olan komplekt üzük boyunbağı klon sırğa və qolbaq dəstinin 750 prob birliyantla işlənmiş ağ qızıldan, olmadıqda isə qiyməti olan 6000 manatın, qiyməti 950 manat olan qolbağın İtalyan qızılından düzəldilmiş bantiçkalı 750 prob çəkisi 10 qram, olmadıqda isə qiyməti olan 950 manatın, qiyməti 430 manat olan qızıl boyunbağının klonla birlikdə 585 prob çəkisi 4 qram, olmadıqda isə qiyməti olan 430 manatın, qiyməti 540 manat olan 1 cüt qızıl uzun sırğanın dairəli formada 585 prob çəkisi 5,05 qram, olmadıqda isə qiyməti olan 540 manatın, qiyməti 480 manat olan 1 cüt qızıl saçaqlı sırğanın 585 prob çəkisi 4 qram, olmadıqda isə qiyməti olan 480 manatın, qiyməti 485 manat olan 1 cüt su damcısı formasında qızıl sırğanın 585 prob, 4,01 qram, olmadıqda isə qiyməti olan 485 manatın, qiyməti 1200 manat olan üzüyün birliyantla işləmiş ağ qızıldan 750 prob çəkisi 12 qram, olmadıqda isə qiyməti olan 1200 manatın, qiyməti 390 manat olan klonun İtalyan qızılından düz və uzun formada 750 prob çəkisi 3,8 qram, olmadıqda isə qiyməti olan 390 manatın, qiyməti 280 manat olan qızıl üzüyün 583 prob 3,2 qram, olmadıqda isə qiyməti o lan 280 manatın, qiyməti 480 manat olan qızıl üzüyün 750 prob 4,1 qram, olmadıqda isə qiyməti olan 480 manatın, qiyməti 630 manat olan qızıl boyunbağının klonla birlikdə 585 prob 9,8 qram, olmadıqda qiyməti olan 630 manatın, qiyməti 2400 manat olan Ərəb qızılından düzəldilmiş klonun 916 prob, olmadıqda isə qiyməti olan 2400 manatın, qiyməti 490 manat olan birliantla işlənmiş qızl üzüyün 585 prob, olmadıqda qiyməti olan 490 manatın, qiyməti 3300 manat olan 1 cüt Ərəb qızılından düzəldilmiş sırğanın 916 prob, olmadıqda isə qiyməti olan 3300 manatın, qiyməti 1700 manat olan Ərəb qızıləmdan düzəldilmiş boyunbağının 916 prob, olmadıqda isə qiyməti olan 1700 manatın, qiyməti 3200 manat olan Ərəb qızılından düzəldilmiş qolbağının 916 prob, olmadıqda isə qiyməti olan 3200 manatın, qiyməti 2000 man at olan Ərəb qızılından düzəldilmiş üzüyün 916 prob, olmadıqda isə qiyməti olan 2000 manatın, qiyməti 700 manat olan qızıl qolbağının (namdora) 585 prob 9,8 qram, olmadıqda isə qiyməti olan 700 manatın, qiyməti 330 manat olan qızıl klonun oval şəklində 585 prob 4 qram, olmadıqda qiyməti olan 330 manatın, qiyməti 250 manat olan qızıl klonun damcı formasında yastı 585 prob 3 qram, olmadıqda isə qiyməti olan 250 manatın, qiyməti 480 manat olan 5-lik qızılın, olmadıqda isə qiyməti olan 480 manatın, qiyməti 490 manat olan 1 cüt qızıl sırğanın 585 prob 4,8 qram, olmadıqda isə qiyməti olan 490 manatın, qiyməti 650 manat olan qızıl qol saatının (VERSACE), olmadıqda isə qiyməti olan 650 manatın, 34.915 manat dəyərində qızıl-zinət əşyalarının, onlar olmadıqda cəmi dəyərləri olan 34.915 manatın; Qiym əti 2500 manat olan Şubanın (norka, DİRSA firs; Yunanıstan istehsalı) Cavabdeh1 alınaraq iddiaçıya verilməsi; Cavabdeh1 adına qeydiyyata alınmış Lənkəran şəhəri, X10 küçəsi ev 78/10, 23 nömrəli mənzildə idiaçının payının müəyyən edilməsi; Mediasiya xərclərinə görə ödənilmiş 55 manatın, dövlət rüsumuna görə ödənilmiş 328 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, toydan sonra iddiaçı cavabdehlərin Lənkəran rayonu Qumbaşı kəndində yerləşən evlərinə gəlin köçmüşdür. Buna görə də adları və qiyməti iddia tələbində göstərilən cehiz əmlakını həmin evə aparmışdır. Ayrıldıqdan sonra cavabdehlər iddiaçının cehiz əmlakını, t oy vaxtı ona hədiyyə qismində verilmiş qızıl-zinət əşyalarını, geyim əşyalarını qaytarmaq istəmirlər və birgə yaşayış dövründə əldə etdikləri yaşayış mənzilindən iddiaçının payının müəyyənləşdirilməsinə razı deyillər. Lənkəran rayonunun Qumbaşı kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qızma məxsus olan evdə iddiaçının iddia tələbində adlarını göstərdiyi cehiz əmlakı və adları, əlamətləri, qiymətləri aşağıda göstərilmiş geyim paltarları qalmışdır. Toy ərəfəsində və toy zamanı Orxangil tərəfindən iddiaçıya adları, çəkisi, əlamətləri və probları göstərilmiş qızıl-zinət əşyaları hədiyyə verilmiş və həmin qızıl-zinət əşyaları da hazırda Orxandadır. Qanunun tələbi baxımından həmin qızıl-zinət əşyaları Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, iddiaçı əri ilə birlikdə L ənkəran şəhəri, X10 küçəsi ev 78/10-də 23 nömrəli mənzili alaraq daimi yaşamaq üçün həmin mənzilə köçmüşlər. Əslində həmin mənzilin pulunu iddiaçının atası Nurəddin Əliyev vermiş və sonradan Orxangil həmin pulun yarısını Nurəddinə qaytarmışlar. Həmin mənzilə Xəyalənin valideynləri adları və qiyməti aşağıda göstərilmiş əmlakları cehiz kimi vermişlər. Cavabdeh1 həmin cehiz əmlakı və Qumbaşı kəndində olan cehiz əmlaklarını qaytarmağa əvvəlcə vəd versə də, sonradan vədini danaraq cehiz əmlakı verməkdən imtina etmişdir. Bu səbəbdən də məhkəmədə iddia qaldırmağa zərurət yaranmışdır. Odur ki, Lənkəran şəhəri, X10 küçəsi ev 78/10, 23 nömrəli mənzildə iddiaçının payı məhkəmə qərarı əsasında müəyyən edilməlidir. Əgər mübahisəli mənzil Cavabdeh1 tərəfindən hər hansı bir qaydada özgəninkiləşdirilmişsə, bu barədə bağlanmış müqavilə MM-nin 225.6-cı maddəsinin tələbinə əsasən etibarsız hesab edilməlidir.

6. Birinci instansiya məhkəməsində hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddianın həcmini azaldılması barədə ərizə verərək bütün cehiz əmaklarının qəbul etdiyini, lakin 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və bir ədəd 2500 manat dəyərində paltar, qızıl-zinət əşyaları və Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/10, 23 nömrəli mənzildə payların müəyyən edilməsi barədə iddianın davam etdirdiyini bildirmişdir.

7. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı ilə toylarından təxminən iki ay sonra, aprel ayında atası Cavabdeh2 ona Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/10, 23 nömrəli mənzili almışdır. Atası həmin evi öz dostu Asif Məmmədov dan almışdır. İddaçı ilə uşaqları olmadığı üçün xeyli müddət təxminən 4 ildən çox vaxt həkimlərə getmişlər. Həmin dövrdə müalicə pulu çox olduğu üçün iddiaçı qızıl zinət əşyalarını satmış, habelə o, özü xeyli miqdarda borca düşmüşdür. İddiaçı onun evindən müalicə almaq üçün getmiş, ondan sonra geri qayıtmamışdır, iddiaçı evdə nə qoymuşdursa heç birinə əl vurmamışdır. Məhkəmə hazırlıq iclası zamanı da nə var idisə iddiaçı tərəf gəlib götürmüşdür. İddiaçının atasından pulu hazırda iddia olunan Lənkəran şəhəri, Zərifə Əliyev küçəsi, ev 78/10, mənzil 23 üçün deyil, Lənkəran şəhəri, Vidadi küçəsi, ev 53 üçün almışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, oğlu Cavabdeh1 toyu 2017-ci ilin fevral ayında olmuşdur. Toyd an iki ay sonra aprel ayında, o, dostu X8 şəhəri, Zərifə Əliyeva küçəsi, ev 78/10, 23 nömrəli mənzili 34.000 manata almışdır. Bundan sonra oğlu ilə gəlini həmin evə köçmüşlər. Həmin evi o, almış, heç kimdən borc almamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, Cavabdeh2 onun dostudur, uzun müddət birlikdə işləmişlər. 2017-ci ilin əvvəllində Cavabdeh2 ona oğlu üçün ev almaq istədiyini dedikdə, o, öz evini satdığını bildirmişdir. Razılığa gəldikdən sonra aprel ayında evini 34.000 manata rəsmi qaydada Cavabdeh2 satmışdır.

10. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cehiz əmlaklar aktla cavabdehin evindən g ötürülmüşdür.

11. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş fotoşəkildən görunur ki, İddiaçı əyinində açıq rəngli qış paltosu (şuba) vardır.

12. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş vatsap ani mesajlaşma sosial şəbəkəsinə aid çıxarışdan görünür ki, Orxan adlı şəxs “mənim sizə ev pulundan 17000 manat (AZN) Borcum qalıbdı, onu da sizə ən qısa müddətdə qaytaracam.” yazmışdır.

13. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş tibbi sənədlərdən görünür ki, İddiaçı və Cavabdeh1 2017, 2020 və 2021-ci il tarixlərdə həkim müayinələrində olmuşlar.

14. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 aprel 2023-cü il tarixli, 2(049)-328/2023 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia təmin edilməmişdir.

15. Məhkəmə hazırkı iş üzrə tələb olunan 1 ədəd soyuducu, 1 ədəd paltaryuyanla bağlı mövqeyini belə əsaslandırmışdır ki, iddia tərəfi həmin əşyaların cehiz qismində məhz cavabdehin evində olması barədə hər hansı sübut təqim edə bilməmişdir. Məhkəmə hazırlıq iclası zamanı da iddiaçının nümayəndəsinə bu barədə təklif edilsə də, iddiaçının nümayəndəsi belə bir sübutu olmadığını bildirmişdir. İş üzrə cehiz əmlakının təhvil verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli aktın mövcudluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə, yəni 1 ədəd soyuducu, 1 ədəd paltaryuyanla bağlı hissədə əsassızdır.

16. Bundan başqa, iddia tələbi üzrə tələb olunan bir ədəd bir ədəd 2500 manat dəyərində paltar (şuba) ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin palta rın hazırda məhz cavabdehdə olmasına dair sübut təqdim edilməmişdir. Məhkəməyə həmin iddia tələbi ilə bağlı təqdim edilən yeganə sübut bir ədəd fotoşəkildir ki, həmin fotoşəkilin nə vaxt, harada çəkilməsi, tələb olunan paltarın məhz həmin paltar olması, qiymətinin məhz 2500 manat olması, nə vaxt yəni birgə nikah dövründəmi yoxsa nikah pozulduqdan sonramı (nikah pozulduqdan sonra İddiaçı Rusiya Federasiyasına getmişdir) əldə olunması məhkəmə üçün müəyyən deyil. İddia tərəfinə bu halla bağlı sübut təqdim edilməsi təklif olunsa da, iddia tərəfinin bu hala dair sübutu olmamışdır.

17. Bundan başqa, iddia tələbi üzrə tələb olunan qızıl zinət əşyalarına dair məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı, xüsusilə məhkəmə hazırlıq iclası zamanı iddia tərəfi cavabdehin evində olan əmlakı göt ürmüş (xüsusilə qeyd edilməlidir ki, bu təklif cavabdeh tərəfindən edilmişdir) və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda da qızıl zinət əşyalarının götürülmədiyi bildirilmişdir. İddia tərəfinin iddiasına görə qızıl zinət əşyalarının ümumi dəyəri 34.915 manat təşkil etmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini, yaşayış səviyyəsini nəzərə alaraq hesab edir ki, qeyd olunan məbləğ inandırıcı olmamaqla yanaşı həddən artıq şişirdilmiş rəqəmdir. Qızıl zinət əşyalarına dair Cavabdeh1 məhkəmə zamanı bildirmişdir ki, həmin əşyalar uşaqları olmadığı üçün müalicə olunmalarına xərclənmişdir və bu barədə müvafiq həkim arayışı resept, ödəniş çeklərini təqdim etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qızıl zinət əşlayarına dair cavabdeh tərəfin bildirdiyi ağlabatan olma qla yanaşı müvafiq sənədələrlə (tibbi sənədlər) təsdiq edildiyi üçün əsaslı hesab edilməlidir. İddia tərəfinin qızıl zinət əşlyarına dair təqdim etdiyi fotoşəkillərə dair məhkəmə qeyd edir ki, həmin fotoşəkillər toy və toydan az müddət sonra çəkilmişlər və həmin dövrdə qızıl zinət əşyalarının mövcud olması şübhəsiz haldır və cavabdeh tərəfindən də təsdiq edilmişdir. Qızılların məhz hazırkı vaxtda, habelə nikah pozulduqdan sonra cavabdehin evində qalmasına dair iddia tərəfinin hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir.

18. Məhkəmə, iddia tələbi üzrə Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/10, 23 nömrəli mənzildə payların müəyyən edilməsinə dair bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 14 fevral 2017-ci il tarixdə evlənərək nikaha daxil olmuşlar, mübahisə mövzusu olan mənzil isə 03 may 2 017-ci il tarixdə Cavabdeh1 tərəfindən X2 alğı-satqı ilə alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21 dekabr 2012-ci il tarixli Plenum Qərarının hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/10, 23 nömrəli mənzil Cavabdeh1 ilə İddiaçı ümumi birgə mülkiyyəti sayıla bilməz. Belə ki, yuxarıda sadalanan sənədlərdən aydın olunur ki, qeyd olunan ev 34.000 manat əldə edilmişdir. Tərəflərin 2017-ci ilin fevral ayında evlənərək cəmi iki aydan sonra 34.000 manat kimi kifayət qədər yüksək məbləğə ev almaları ağlabatan deyildir. Xüsusilə tərəflərin, həminki hala münasibətdə Cavabdeh1 və İddiaçı heç bir biznes və ya fərdi sahibkarlıq fəaliyyəti, əmklak icarəsindən gəlir əldə etmək, bank hesabından divindent götürmək, vərəsəlik y olu ilə hər hansı varidata sahib olmaq kimi fəaliyyətləri olmamışdır. Tərəflər orta stastistik ailə hesab olunur ki, 2017-ci il üçün də orta aylıq əmək haqqı 520 manatdan az miqdara çox olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş həmin mənzilə dair çıxarış, evin alğı-satqısına dair müqavilə, habelə cavabdeh tərəfin vəsatəti ilə məhkəmədə dindirilmiş şahidin ifadəsindən aydın olur ki, tərəflər arasında mübahisə predmeti olan ev Cavabdeh2 pulu ilə Cavabdeh1 adına rəsmiləşdirməklə əldə edilmişdir. Yuxarıda şərh olunan Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması vacib şərtdir. Hazırda isə İddiaçı Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/10, 23 nömrəli mənzili ümumi gəli rləri hesabına əldə etməsini təsdiq edən heç bir sübut yoxdur. Şərh olunan halla bağlı iddia tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut kimi qəbul edilməsi təklif olunan dəlil- vatsap ani mesajlaşma sosial şəbəkəsinə aid çıxarışdır ki, həmin çıxarışda da qeyd edilmişdir Orxan adlı şəxs “mənim sizə ev pulundan 17000 manat (AZN) Borcum qalıdı onuda sizə ən qısa müddətdə qaytaracam.” yazmışdır. Məhkəmə, sübutlara qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir.

19. Məhkəmə, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə iddianın mənzilə payin müəyyən edilməsi tələbinə dair təqdim edilmiş yeganə sübut (kağız formasında) m ötəbərlilik kriteriyasına cavab vermir. Həmin sübutun iş üzrə mötəbərliyi, mümkünlyü və yetərliliyi kifayət qədər deyil. Belə ki, məhkəməyə iddiaçının iddiasının təsdiq edilməsinin əsası kimi təqdim edilmiş kimin tərəfindən yazılması müəyyən edilməyən kağız parçasının iş üzrə sübut kimi qəbul edilməsi əsassız olmaqla, həm də qanunvericiliyin tələbinə tamamilə ziddir. Bununla yanaşı həmin halla bağlı Cavabdeh1 bildirmişdir ki, iddiaçının atasından Lənkəran şəhəri, Vidadi küçəsi, ev 53 üçün əldə olunması üçün pul borc almışdır. Məhkəmə həmin kağız parçasında mobil nömrə deyil, ad yazılmasını nəzərə alaraq hesab edir ki, həmin yazının məhz Cavabdeh1 tərəfindən yazılması da məhkəmə üçün aydın deyil.

20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2, Azərbaycan Respublikasının Ailə Məıcəlləsinin 31 və 32-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tərəflər 14 fevral 2017-ci il tarixdə nikaha daxil olmuş, mübahisəli mənzil isə 03 may 2017-ci il tarixdə mülki-hüquqi əqd, yəni alqı-satqı müqaviləsinə əsasən alınmış, 05 may 2017-ci il tar ixdə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qanunun tələbi baxımından həmin mənzildə İddiaçı payının müəyyən edilməsi mütləq olduğu halda, qərar qəbul edən məhkəmə qəbul etdiyi qərarla kobud maddi hüquq normalarının pozulmasına yol verməklə İddiaçı payını müəyyən etməmişdir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak əravadın hər birinin ayrıca əmlakıdır. Mübahisəsiz qaydada məlum olur ki, soyuducu və paltaryuyan İddiaçı valideynləri tərəfindən toy zamanı hədiyyə verilmiş və ona aid olan əmlaklardır. Həmçinin iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyaları Orxangil tərəfindən toydan əvvəl və toy zamanı hədiyyə verilmiş qızıl-zinət əşyalarıdır. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə təsdiq olunur ki, həmin qızıl-zinət əşyaları İddiaçı hədiyyə verilmiş, 28 may 2021-ci il tarixə qədər olan müddət ərzində İddiaçı isifadəsində olmuş, həmin vaxt İddiaçı Cavabdeh1 tərəfindən Rusiyaya yola salınarkən mübahisəli mənzildə qalmışdır. İddiaçı bir daha həmin evə qayıtmadığından, qızıl-zinət əşyaları Cavabdeh1 sərəncamında olmuş və onlar barəsində istədiyi kimi qaydada ixtiyarlı olmuşdur. Məhz buna görə də cehiz əmlakları götürülərkən Cavabdeh1 tərəfindən qızıl-zinət əşyaları kimi bir kiloqramdan artıq bijuteriya bəzək əşyaları iddiaçı tərəfə təqdim edilmişdir. İddiaçı tərəf isə onları qəbul etməkdən imtina etmişdir. Həmçinin 30 yanvar 2023-cü il tarixdə İddiaçı cehiz əmlakı Cavabdeh1 mülkiyyətində olan mənzildən götürülərkən soyuducu və pa ltaryuyan həmin mənzildə olmuş, lakin Cavabdeh1 həmin cehiz əmlakını verməkdən imtina etmişdir. Lakin qərar qəbul edən məhkəmə işin bu halını nəzərə almadan iddianın həmin hissədə rədd edilməsi barədə qanunsuz və əsassız qərar qəbul etməklə kobud şəkildə maddi hüquq normasının pozulmasına yol vermişdir. Xüsusi olaraq bildirmək istəyirlər ki, hamıya bəlli olduğu kimi, hər bir azəri-türk qızına toy vaxtı oğlan evi tərəfindən qızıl-zinət əşyaları hədiyyə verilir. İddiaçı də azəri türk qızı olaraq toy vaxtı qızıl-zinət əşyaları hədiyyə verilmişdir. 28 may 2021-ci ildə Rusiyaya gedərkən həmin qızıl-zinət əşyaları onun istifadəsində olmuş, həmin vaxtdan sonra isə Cavabdeh1 sərəncamında olmuşdur. Qızıl-zinət əşyaları Orxanda olduğu halda əsassız olaraq məhkəmə tərəfindən iddianın həmin hissəsi rə dd edilmişdir. Lakin məhkəmə qətnamədə əsassız olaraq göstərir ki, guya iddiaçı tərəfindən qızıl-zinət əşyalarının Cavabdeh1 qalması barədə heç bir sübut təqdim edilməmişdir. Qızıl-zinət əşyalarının satılaraq İddiaçı müalicəsinə sərf olunması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Sadəcə İddiaçı müəyyən müayinələrə aparılması bardə tibbi sənədləri təqdim etmişdir. Hər şeydən əvvəl bildirmək istəyirlər ki, məhkəmə İddiaçı cehiz əmlakı olan soyuducu və paltaryuyanın, şubanın, hədiyyə şəkilində İddiaçı verilmiş qızılzinət əşyalarının və Cavabdeh1 birgə yaşayış dövründə İddiaçı ilə birlikdə əldə etdikləri yaşayış mənzilinə dair münasibətdə qanun normalarını düzgün tətbiq etməmiş, həmin əmlakların, yəni soyuducu və paltaryuyanın, qızıl-zinət əşyalarının Mülki Məcəllənin 22 5.2, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən İddiaçı hədiyyə şəkilində verilməsini, İddiaçı Cavabdeh1 razılığı ilə RF-na getməsini, bir daha geri qayıtmamasını, həmin vaxt İddiaçı qızıl-zinət əşyalarını özü ilə Rusiya RF-na aparmamasını və bu faktın Cavabdeh1 özü tərəfindən təsdiq edilməsini, iddia ərizəsində qeyd edilmiş həcmdə qızıl-zinət əşyalarının adi vətəndaş tərəfindən sərhəd buraxılış-keçid məntəqəsindən keçirilməsinin qeyrimümkün olmasını, uzun ətək şubanın İddiaçı yay mövsümündə RF-na getməsi səbəbindən özü ilə aparmamasının ağılabatan olmamasını, əgər aparmış olsa belə, Cavabdeh1 bundan məlumatlı olmasını və ən azından Cavabdeh1 şubanı apararkən həmin faktı görə bilməsini Mülki Məcəllənin 225.3 və Ailə Məcəlləsinin 34.2-cı maddələrinin tələbləri baxımından, Cavabdeh1 İddiaçı ilə birlikdə birgəyaşayış dövründə mübahisəli mənzili əldə etmələrini Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1, 32.2.1 və 32.2.2-ci maddələrinin tələbləri baxımından aydınlaşdırılmamış, məhkəmə mübahisə ilə əlaqədar tətbiq etməli olduğu maddi hüquq normalarını tərbiq etməmiş, əksinə mübahisə ilə əlaqədar tətbiq etməli olmadığı maddi hüquq normalarını tətbiq etmiş, mübahisəli mənzillə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş Qəranına istinad etməli olmadığı halda, iddianı rədd edərkən həmin Qərara istinad etmişdir. Əgər məhkəmə tərəfindən mübahisəyə Mülki Məcəlləsinin, Ailə Məcəlləsinin müvafiqnormaları və Konstitusiya Məhkəməsi Plenumunun qərarı düzgün tətbiq edilsəydi, iddianın tam təmin olunması barədə qərar qəbul edilmiş olcaqdı. Buna görə də hesab etmişlər ki, məhkəmə kollegiyası mübahisə ilə əlaqədar tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmış qərar qəbul edəcəkdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçıya məxsus əksər cehiz əşyaları qarşılıqlı razılıq əsasında götürülsə də soyuducu, paltaryuyan maşın, uzun ətək şüba və iddia tələbində göstərilən təxminən 34 915 manat dəyərində qızıl-zinət əşyaları iddiaçıya qaytarılmamışdır. Bildirmişdir ki, cavabdeh Orxan bildirir ki, qeyd ed ilən cehiz əşyalarını sataraq iddiaçının müalicəsinə xərcləmişlər. Bu halı qət surətdə təkzib edirlər. Belə ki, iddiaçının atası Nurəddin RF-da yaşayır, oradakı bazarların birində mermeyvə və tərəvəz sahəsinə yaxşı biznesi vardır. Buna görə də iddiaçının müalicəsi üçün qızılların satılmasına ehtiyacları belə olmamışdır. Həmçinin göstərmişdir ki, iddiaçının atası Nurəddin qızının sərbəst yaşaması üçün Lənkəran şəhəri, X10 küçəsində ev almaları üçün Orxana 34000 manat pul vermiş, Orxan da həmin pul vəsaiti hesabına qızı və özü üçün həmin evi almışlar. Bu hal işə əlavə edilmiş WhatsApp yazışmasında, həmçinin birinci instansiya məhkəməsinin gedişində Orxanın etirafı ilə təsdiq edilir. Bildirmişdir ki, Orxan 34000 manat pulu məhz Lənkəran şəhəri, X10 küçəsindəki evi alması üçün almışdır. Orxanı n pulu iddiaçının atasından həmin ev üçün deyil, Lənkəran şəhəri, Vidadi küçəsindəki ev üçün alması ilə bağlı dəlilləri doğrü deyil. Həmin ev iddiaçının atası Nurəddinin öz şəxsi evidir və həmin ev hazırda da Nurəddinin mülkiyyətindədir.

24. Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 Babalı oğlu apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə xx.xx.2017-ci ildə ailə qursa da toyları həmin ilin aprel ayında baş tutmuşdur. Qeyd etmişdir ki, iddiaçı gəlin gələrkən özü ilə cehiz əşyaları gətirmişdir. Həmin əşyalar onun Qumbaşı kəndində olan ata evinə yığılmışdır. Sonradan Z.Əliyeva küçəsində ev almış və iddiaçı ilə həmin evdə yaşamağa başlamışlar. Bildirmişdir ki, iddiaçıya toy və nişan ərəfəsində qızıl-zinət əşyaları hədiyyə etmişl ər. Lakin onun tərəfindən iddiaçıya 34 915 manat məbləğində qızıl-zinət əşyaları hədiyyə edilməmişdir. İddiaçıya məxsus cehiz əşyalarının əksəriyyətini birinci instansiya məhkəməsi dövründə qarşılıqlı razılığa əsasən ona qaytarılmışdır. Göstərmişdir ki, onun tərəfindən iddiaçıya hədiyyə edilən qızıl-zinət əşyaları aşağıdakılardır. 1. 585 əyarlı, 7,55 qram çəkidə olan qızıl üzük- qiyməti 755 manat; 2. 585 əyarlı, çəkisi 8,71 qram olan qızıl qolbaq- qiyməti 855 manat; 3. 750 əyarlı, çəkisi 19,85 qram 1 ədəd boyunbağı (18K)- qiyməti 1910 manat; 4. 750 əyarlı, çəkisi 17,47 qram olan 1 cüt qızıl sırğa (18 K)- qiyməti 1580 manat;

5. Qolbaq İtalyan qızılından düzəldirlmiş bantiçkalı 750 əyarlı, çəkisi 10 qramqiyməti 950 manat; Bildirmişdir ki, həmin əşyalar toy öncəsi iddiaçıya hədiyyə olaraq ver ilmişdir. Lakin həmin qızılları uşaqları olmadığı üçün iddiaçının razılığı ilə sataraq Xəyalənin müalicəsinə xərcləmişlər. Göstərmişdir ki, həmin qızıl-zinət əşyalarından əlavə iddiaçıya hər hansı digər qızıl əşyaları hədiyyə etməmişlər. Həmçinin bildirmişdir ki, iddia ərizəsi üzrə ondan tələb edilən soyuducu, paltaryuyan maşın atası tərəfindən toydan sonra alınmışdır. Həmin əşyalar iddiaçıya hədiyyə edilməmiş əşyalar olmuşdur. Tələb olunan şubaya münasibət qeyd edir ki, iddiaçı digər paltarları kimi şübasınıda götürüb özü ilə aparmışdır. Bildirmişdir ki, iddiaçı uzun ətək şüba tələb edir. Lakin onun belə geyim paaltarı olmamışdır. Ona məxsus qısa ətək şuba olmuşdur ki, həmin geyim paltarı RF-da atasının evinə olmuşdur. Çünki, iddiaçı müalicəsi ilə əlaqədar tez-tez RF-na getmişdir. Bir söz lə onda iddiaçıya məxsus uzun ətək şuba qalmamışdır. Mübahisə predmeti olan Lənkəran şəhəri, X10 küçəsindəki evlə əlaqədar bildirmişdir ki, həmin evi öz atası onun üçün almışdır. Həmin evin alınmasına iddiaçı hər hansı vəsait qoymamışdır. Belə ki, evi nikaha girdikdən 2 ay sonra almışlar. Həmin vaxta isə iddiaçı uşaq baxçasında tərbiyəçi işləməklə 70-100 manat maaş almışdır. Özü rayonda Ford avtomobili ilə yük daşımaqla qazanc əldə edir. Ayda 200-300 manat qazancı olur. Göstərmişdir ki, işin 86-cı vərəqində olan 04 may 2021-ci il tarixli “WhatsApp” yazışması onunla qaynatası Nurəddin arasında olmuşdur. Bununla bağlı qeyd etmişdir ki, qaynatası Nurəddin RF-da bizneslə məşğul olmaqla orada yaşayır. Qaynatasının Lənkəran şəhərində evi mövcud olmuşdur. Qaynatası ona demişdir ki, həmin evdən istifadə etmir, əgər istəyirsə evi ona sata bilər. O da razılaşmış və hissə-hissə pulunu ödəməklə evi qaynatasından almışdır. Lakin qaynatasına 17000 manat borcu qalmış və ən qısa zamanda qaytarmasına söz vermişdir. Lakin ev onların arasında rəsmləşdirilməmişdir.

25. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1242/2023 nömrəli 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X9 (sədrlik edən və məruzəsi), X6 və X7) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(049)-328/2023 saylı qətnaməsi– cavabdehlərdən qızıl-zinət əşyaların alınmasının və mənzildən payın müəyyən edilməsinin təmin edilməməsinə dair hissələrdə ləğv edilmiş və həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməsi, 585 əyarlı, 7,55 qram çəkidə olan qızıl üzük- qiyməti 755 manat; 585 əyarlı, çəkisi 8,71 qram olan qızıl qolbaq- qiyməti 855 manat; 750 əyarlı, çəkisi 19,85 qram 1 ədəd boyunbağı (18K)- qiyməti 1910 manat; 750 əyarlı, çəkisi 17,47 qram olan 1 cüt qızıl sırğa (18 K)- qiyməti 1580 manat; qolbaq İtalyan qızılından düzəldilmiş bantiçkalı 750 əyarlı, çəkisi 10 qram- qiyməti 950 manat; adi qızıl üzük 585 əyyarlı, 2 qram, 200 manat dəyərində olan qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə onların dəyərinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi, seriya RX ******* mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmış Lənkəran şəhəri, X10 küçəsi ev 78/10, 23 nömrəli mənzildə İddiaçı ½ hissədə payı müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə qızıl-zinət əşyalarını tədqiq edərkən iddiaçının təqdim etdiyi fotoşəkillər və SD disk üzrə tərəflərin izahatları üzrə araşdırma aparmışdır.

28. Belə ki, iddiaçı iddia ərizəsi üzrə tələb etdiyi bütün qızıl zinət əşyalarının ona hədiyyə edilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübütlar təqdim edə bilməmişdir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərdə 585 əyarlı, 7,55 qram çəkidə olan qızıl üzük- qiyməti 755 manat, 585 əyarlı, çəkisi 8,71 qram olan qızıl qolbaq- qiyməti 855 manat, 750 əyarlı, çəkisi 19,85 qram 1 ədə d boyunbağı (18K)- qiyməti 1910 manat, 750 əyarlı, çəkisi 17,47 qram olan 1 cüt qızıl sırğa (18 K)- qiyməti 1580 manat, qolbaq İtalyan qızılından düzəldirlmiş bantiçkalı 750 əyarlı, çəkisi 10 qram- qiyməti 950 manat, adi qızıl üzük 585 əyyarlı, 2 qarm, 200 manat dəyərində olan qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə olaraq verilməsi və həmin əşyaların onun üzərində olması müəyyən edilmişdir.

29. Cavabdeh1 məhkəmə araşdırması zamanı adi qızıl üzük 585 əyyarlı, 2 qarm, 200 manat dəyərində olan qızıl əşyası istisna olmaqla digər 585 əyarlı, 7,55 qram çəkidə olan qızıl üzük- qiyməti 755 manat, 585 əyarlı, çəkisi 8,71 qram olan qızıl qolbaq- qiyməti 855 manat, 750 əyarlı, çəkisi 19,85 qram 1 ədəd boyunbağı (18K)- qiyməti 1910 manat, 750 əyarlı, çəkisi 17,47 qram olan 1 cüt qızıl sırğa (18 K )- qiyməti 1580 manat, qolbaq İtalyan qızılından düzəldirlmiş bantiçkalı 750 əyarlı, çəkisi 10 qram- qiyməti 950 manat, adi qızıl üzük 585 əyyarlı zinət əşyalarının iddiaçıya hədiyyə edildiyini bildirmişdir.

30. Lakin iddiaçıya aid olan fotoşəkil tədqiq edilərkən 585 əyyarlı, 2 qarm, 200 manat dəyərində adi qızıl üzük əşyasının iddiaçının barmağında olması müəyyən olunmuşdur. Buna görə də məhkəmə iddianın həmin əşyaya münasibətdə də təmin edilməsini əsaslı hesab etmişdir.

31. Cavabdeh1 kollegiyanın iclasında bildirmişdir ki, iddiaçıya hədiyyə edilmiş yuxarıdakı qızılları uşaqları olmadığı üçün iddiaçının razılığı ilə sataraq onun müalicəsinə xərcləmişlər.

32. Lakin iddiaçı tərəfi bunu təkzib etmişdir. Bildirmişdir ki, zinət əşyalarının hamısı cavabdehlərdə qalmış, həmin əşyalar qəsdən ona qaytarılmır. Həmçinin müalicə üçün qızılları satmağa ehtiyac olmamışdır.

33. Buna görə də məhkəmə kollegiyası iddia tələbinin 585 əyarlı, 7,55 qram çəkidə olan qızıl üzük- qiyməti 755 manat; 585 əyarlı, çəkisi 8,71 qram olan qızıl qolbaq- qiyməti 855 manat; 750 əyarlı, çəkisi 19,85 qram 1 ədəd boyunbağı (18K)- qiyməti 1910 manat; 750 əyarlı, çəkisi 17,47 qram olan 1 cüt qızıl sırğa (18 K)- qiyməti 1580 manat; qolbaq İtalyan qızılından düzəldirlmiş bantiçkalı 750 əyarlı, çəkisi 10 qram- qiyməti 950 manat; adi qızıl üzük 585 əyyarlı, 2 qarm, 200 manat dəyərində olan qızıl-zinət əşyaları hissəsində təmin edilməsi. Qalan hissədə isə qətnamənin dəyişdirilməməsi qənaətinə gəlmişdir.

34. Həmçinin məhkəmə kollegiyası iddia ərizəsi üzrə cavabdehdən tələb edilən soyuducu, paltaryuyan maşın və paltar (şüba) hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmışdır.

35. Məhkəmə kollegiyası mübahisə predmeti olan Lənkəran şəhəri, X10 küçəsi ev 78/10, 23 nömrəli evlə əlaqədar bildirir ki, həmin ev tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlak hesab edilməli və iddiaçının həmin ev üzərində ½ hissə payı müəyyən olunmalıdır.

36. Belə ki, iddiaçı qeyd edilən evi birgə nikahları dövründə əldə etdiklərini bildirmişdir. Qeyd etmişdir ki, iddiaçının atası Nurəddin qızının sərbəst yaşaması üçün Lənkəran şəhəri, X10 küçəsində ev almaları üçün Orxana 34000 manat pul vermiş, Orxan da həmin pul vəsaiti hesabına Xəyalə və özü üçün həmin evi almışlar.

37. Cavabdeh1 mübahisəli evin ona atasının vəsaiti ilə onun tərəfindən alındığını bildirmiş, həmçinin qaynatası Nurəddindən onun ev ini 34000 manata almağa razılaşmasını bildirmişdir. Göstərmişdir ki, işin 86-cı vərəqində olan 04 may 2021-ci il tarixli “WhatsApp” yazışması onunla qaynatası Nurəddin arasında olmuşdur. Bununla bağlı qeyd etmişdir ki, qaynatası Nurəddin RF-da bizneslə məşğul olmaqla RF-da yaşayır. Qaynatasının Lənkəran şəhərində evi mövcud olmuşdur. Qaynatası ona demişdir ki, həmin evdən istifadə etmir, əgər istəyirsə evi ona sata bilər. O da razılaşmış və hissəhissə pulunu ödəməklə evi qaynatasından almışdır. Lakin qaynatasına 17000 manat borcu qalmış və ən qısa zamanda pulu qaytarmasına söz vermişdir. Lakin ev onların arasında rəsmləşdirilməmişdir.

38. Məhkəmə kollegiyasın iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olaraq ilk əvvəl cavabdehin atasına məxsus Lənkəran rayonu, Qumbaşı kəndindəki evə gəlin gəlir və cehiz əşyalarının əksər hissəsi həmin evə yığılır. Tərəflər nikaha girdikdən təxminən 2-2.5 ay sonra Cavabdeh1 adına Lənkəran şəhəri, X10 küçəsi ev 78/10, 23 nömrəli mənzil alınır və tərəflər orada yaşamağa başlayırlar. Tərəflərin uşaqları olmur və münasibətləri pozularaq boşanırlar. Bundan sonra onlar arasında məhkəmə mübahisələri yaranır.

39. Məhkəmə kollegiyası cavabdehin qaynatası Nurəddinə məxsus Lənkəran şəhərində yerləşən evi 34000 manata alması ilə bağlı razılaşmaya tənqidi yanaşır və hesab edir ki, qeyd edilən 34000 manat pul vəsaiti məhz Nurəddinin qızı Xəyaləyə hədiyyə etmiş olduğu pul vəsaitidir. Belə ki, belə qısa zamanda Cavabdeh1 2 mənzili əldə edə bilməzdi. Çünki Cavabdeh1 kollegiyanın iclasında bildirmişdir ki, Ford avtomobili ilə yük daşımaqla ayda 200-300 manat qazanc əldə edir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birl ərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

41. Kollegiyanın iclasında müəyyən olunur ki, Lənkəran şəhəri, X10 küçəsi ev 78/10, 23 nömrəli mənzil Xəyalənin atasının Xəyaləyə hədiyyə olaraq verdiyi 34000 manat pul vəsaiti hesabına alınmışdır. Baxmayaraq ki, həmin mənzil Orxanın adına rəsmləşdirilb mənzilin əldə edilməsinə sərf edilmiş pul vəsaiti Xəyalənin atası tərəfindən edilən hədiyyədir. Nə qədər ki, Xəyalə həmin mənzil üzərində ½ payının müəyyən edilməsini xahiş edir və buna razıdır, belə olan halda iddianın mənzilə mü nasibətdə təmin olunmaması üçün əsaslar müəyyən edilmir.

42. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(049)-328/2023 saylı qətnaməsi– cavabdehlərdən qızıl-zinət əşyaların alınmasının və mənzildən payın müəyyən edilməsinin təmin edilməməsinə dair hissələrdə ləğv edilməli və həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 585 əyarlı, 7,55 qram çəkidə olan qızıl üzük- qiyməti 755 manat; 585 əyarlı, çəkisi 8,71 qram olan qızıl qolbaqqiyməti 855 manat; 750 əyarlı, çəkisi 19,85 qram 1 ədəd boyunbağı (18K)- qiyməti 1910 manat; 750 əyarlı, çəkisi 17,47 qram olan 1 cüt qızıl sırğa (18 K)- qiyməti 1580 manat; qolbaq İtalyan qızılından düzəldirlmiş bantiçkalı 750 əyar lı, çəkisi 10 qram- qiyməti 950 manat; adi qızıl üzük 585 əyyarlı, 2 qarm, 200 manat dəyərində olan qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə onların dəyəri Cavabdeh1 alınaraq İddiaçı verilməli, Seriya RX ******* mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmış Lənkəran şəhəri, X10 küçəsi ev 78/10, 23 nömrəli mənzildə İddiaçı ½ hissədə payı müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 82.31 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir.

44. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6,,8.2, 152, 157.2, 157.4, 225.1, 666.1, 668.1.3, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2.2, 34.1, 34.2, 36.3 və 37.1-ci maddələrini rəhbər tutaraq əs aslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

45. Cavabdeh1 (Vəkil2 Babalı oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

46. Kassator şikayətini əsaslandırarkən qeyd etmişdir ki, hesab edir ki, çıxarılmış qətnamə qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, Cavabdeh1 ilə İddiaçı arasında olan rəsmi nikah 2017-ci il tarixdə bağlansa da, toyları 2017-ci ilin aprel ayının axırında olmuş və iddiaçıQasımovOrxan Şakir oğlunun evinə gəlin getmişdir.

47. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2017-ci ilin əvvəlində, yəni 03 may 2017-ci ildə ******* №-li daşınmaz əmlakı n alqı-satqı müqaviləsindən görünür ki, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/10, 23 saylı mənzil Cavabdeh2 tərəfindən ona 32500 manatpul verilərək oğlu QasımovOrxan Şakir oğlunun adına sənədləşdirilmişdir.

48. Birinci instansiya məhkəməsi Cavabdeh1ciddi sənədlər məhkəməyə təqdim olunmuş və həmin sənədlərdən görünür ki, İddiaçı uşağı olmadığına görə həkim müayinələrindən keçmiş və sərf olunmuş pulların çekləri təqdim olunmuşdur. Cavabdeh1 həmin sənədlərlə məhkəmədə ifadə verərək bildirimişdir ki, müalicə xərcələri çox vəsait tələb etdiyindən iddiaçıya toy ərəfəsində bəxşiş kimi verilmiş qızıl-zinyət əşyaları Bakı şəhəri, Moskva Univermağında satılaraq iddiaçının müalicəsinə sərf olunmuşdur.

49. İş materiallarında olan vatsap ani mesajlaşma sosial şəbəkəsinə aid çıxarışda mənim sizə ev p ulumdan 17000 manat borcum qaldı, onu da sizə ən qısa müddətdə qaytaracağam yazısı iddiaçının atasına ünvan 1 ünvanda yaşadığı evinin ona satılması ilə əlaqədar yazılmışdır.

50. Azərbaycan RespublikasıAilə Məcəlləsinin 31 ve 32-ci maddələrinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların emlakının qanuni rejimi hesab olunur; nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyet göstərir; nikah müddetində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyy ətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ərarvadın ümumi birgə mülkiyyətinə daxildir; ər-arvadın ümumi birgə mülkiyyətinə: -onların hər birinin əmək, sahibkarlıq ve intelektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinatlar, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri; erarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı sair əmlak daxildir. Məhkəmə, hazırkı üzrə tələb olunan 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan la bağlı qeyd edir ki, iddia tərəfi həmin əşyaların cehiz qismində məhz cavabdehin evində olması barədə hər hansı sübut teqim edə bilməmişdir.

51. Azerbaycan Respublikası KonstitusiyaMəhkəməsinin Plenumu 21 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci ve 12-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinintələblərinə əsasən əmlakın ar-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir əmlakın ər-arvadın nikah müddətində əldə olunması, əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvad ın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Hazırkı işin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 14 fevral 2017-ci il tarixdə evlənərək nikaha daxil olmuşlar, mübahisə mövzusu olan mənzil isə 03 may 2017-ci il tarixdə Cavabdeh1 tərəfindən X1-satqı ilə alınmışdır Azərbaycan Respublikası Konstitusiya MəhkəməsininPlenumu 21 dekabr 2012-ci il tarixli Plenum Qərarının hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/10, 23 nömrəli mənzil Cavabdeh1 ilə İddiaçı ümumi birgə mülkiyyəti sayıla bilməz. Belə ki, yuxarıda sadalanan sənədlərdən aydın olunur ki, qeyd olunan ev 34.000 manat əldə edilmişdir. Tərəflərin 2017-ci ilin fevral ayında evlənərək cəmi iki aydan sonra 34.000 manat kimi kifayət qədər yüksək məbləğə ev almaları ağlabatan dey ildir. Xüsusilə tərəflərin, həminki hala münasibətdə Cavabdeh1 ve İddiaçı heç bir biznes va ya fərdi sahibkarlıq fəaliyyəti, emklak icarəsindən gəlir əldə etmək, bank hesabından divindent götürmək, vərəsəlik yolu ilə hər hansı varidata sahib olmaq kimi fəaliyyətləri olmamışdır. Tərəflər orta stastistik ailə hesab olunur ki, 2017-ci il üçün də orta aylıq əmək haqqı 520 manatdan az miqdara çox olmuşdur.

52. ŞirvanApellyasiya Məhkəməsində İddiaçı nümayəndəsi Vəkil1 məhkəmədə bildirmişdir ki, “evin alınmasına sərf olunan məbləğ iddiaçıya məxsus deyil, həmin pulun sahibi Əlizadə Nurəddindir, yəni iddiaçının atasıdır. Belə olan təqdirdə İddiaçı həmin pulu tələb etməsi üçün subyektiv hüququ yoxdur. Nurəddin qızının həmin pulu tələb etməsi üçün subyektiv hüququ yoxdur.

53. Eyni zamanda Şirvan Apel lyasiya Məhkəməsində iddiaçı və onunnümayəndəsi heç bir sübut təqdim etməmiş, məhkəmə hakimləri özləri qərəzli sübutlarla qətnamə qəbul etmişlər.

54. Avropa İnsan Hüquqları Məhkəməsi"Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

55. Hesab edir ki, hazırkı iş üzrə iddianın mənzilə payin müəyyən edilməsi tələbinə dair təqdim edilmiş yeganə sübut kağız formasında) mötəbərlilik kriter iyasına cavab vermir. Həmin sübutun iş üzrə mötəbərliyi, mümkünlyü və yetrəliliyi kifayət qədər deyil. Belə ki, məhkəməyə iddiaçının iddiasının təsdiq edilməsinin əsasıkimi təqdim edilmiş (kimin tərəfindən yazılması müəyyən edilməyən kağız parçasının iş üzrə sübut kimi qəbul edilməsi əsassız olmaqla, həm də qanunvericiliyin tələbinə tamamilə ziddir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakı nı geri tələb edə bilər.

22. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi

23. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

24. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

25. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

26. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

27. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası kassasiya şikayətiniun dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiy ası məhkəməsi tərəfindən qətnamənin ləğvinə və ya dəyişdirilməsinə səbəb olacaq kassasiya şikayətinin dəlillərində göstərilmiş maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

37. Məhkəmə kollegiyası mübahisə predmeti olan Lənkəran şəhəri, X10 küçəsi ev 78/10, 23 nömrəli evlə əlaqədar bildirmişdir ki, həmin ev tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlak hesab edilməli və iddiaçının həmin ev üzərində ½ hissə payı müəyyən olunmalıdır.Kollegiya bu nəticəyə gələrkən, iddiaçının qeyd edilən evi birgə nikahları dövründə əldə etdiklərini bildirməsinə, mənzilin birgə nikah dövründə əldə edilməsini təsdiq edən sənədlərə də istinad etmişdir.Lakin həmin hissədə cavabdehin etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməsi iş materialları ilə təsdiq edilmir.Eləcə də iş materialları ilə qızıl-zinət əşyaslarına dair iddianın təmin edilən hissəsində də cavabdehin etirazlarının əsaslı olmasını təsdiq edən, həmin hissədə iddianın rədd edilməsinə imkan verən sübutları məhkəməyə təqdim etməsi təsdiq edilmir.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin mövqeyi, o cümlədən gəldiyi nəticə ilə razılaşır.

39. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarını n araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2023-cü il tarixli 2(106)-1242/2023 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar