Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-592/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı alimentin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: alimentin uşağın adına açılmış bank hesabına köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5399/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şik ayəti üzrə işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh ilə bağlanmış nikah Yasamal rayon Məhkəməsinin 2(004)-3039/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan 22.02.2019-cu il təvəllüdlü X2 və 05.12.2015-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalması və 22.02.2019cu il təvəllüdlü X2 və 05.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. “Oceaneering İnternational Services“ LTD Şirkətinin Azərbaycan Respublikasındakı fililalı tərəfindən verilmiş 23.02.2021-ci il tarixli arayışa əsasən İddiaçı 14.12.2015-ci il tarixdən “Oceaneering İnternational Services“ LTD Şirkətində çalışır və onun aylıq ümumi əmək haqqısı 7240 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2(004)-3039/2020 saylı qətnaməsi ilə İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin 50% məbləğinin yetkinlik yaşına çatmayan 22.02.2019-cu il təvəllüdlü X2 və 05.12.2015-ci il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıdan yanvar ayında 2725 manat məbləğində, fevral ayında isə 2961.59 manat məbləğində aliment tutulmuşdur. Uşağın tə hsil haqqını da iddiaçı ödəyir. Həmçinin cavabdeh "xxxx" QSC-də çalışır və aylıq 1200 manat məbləğində əmək haqqı alır. Tutulan alimentin məbləği yüksək olduğundan, həmçinin cavabdehin əmək haqqısı kifayət qədər yüksək olduğundan alimentin bir hissəsinin uşaqların adına açılan bank hesabına köçürülərək uşaqların gələcəkdə tələbatlarının ödənilməsinə sərf edilməsinin uşaqların mənafeyinə uyğun olduğunu hesab edir. İddiaçı tələbini Azərbaycan Respubliksı Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən əsaslandırmışdır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək, iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı indiyə qədər cəmi 1-2 dəfə aliment ödəmişdir. Cavabdehin əmək haqqısına gəldikdə isə bildirir ki, cavabdeh işdən azad edilə bilər. Əgər iddiaçı əlavə bank hesabına pul köçürmək istəyirsə, bank hesabı açaraq hesaba alimentdən əlavə pul köçürə bilər. İddianın rədd olunmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Günay Axundova) 04 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 29.10.2020ci il tarixli, 2(004)-3039/2020 saylı qətnaməsi ilə İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin 50% məbləğinin yetkinlik yaşına çatmayan 22.02.2019-cu il təvəllüdlü X2 və 05.12.2015-ci il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı əmək haqqısının 7240 manat təşkil etməsini və İddiaçı hər ay qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulacaq al imentin miqdarının bir uşaq üçün yaşayış minimumundan bir neçə dəfə artıq olmasını, uşağın təhsil haqqının iddiaçı tərəfindən ödənildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, alimentin müəyyən hissəsinin yetkinilk yaşına çatmayan uşağın adına açılacaq hesaba köçürülməsi, uşağın yetkinlik yaşına çatdıqdan sonra həmin puldan özü üçün istifadə edilməsinə xidmət edir ki, bu da uşağın gələcək təminatı üçün zəruridir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən uşaq 18 yaşına çatdıqdan sonra tam fəaliyyət qabiliyyətli və müstəqil hesab olunur. Bu səbəbdən yetkinlik yaşına çatmış uşağın valideyn himayəsindən çıxdıqdan sonra hesabda pul vəsaitinə malik olması, bir müddət təhsilinə və digər xərclərinin ödənilməsinə köməklik edəcəkdir ki, bu da uşağın maraqları ilə uzlaşır. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, uşaq yetkinlik yaşına çatanadək ehtiyac meyarı əsaslandırılmaqla pulun çıxarılmasına zərurət yarandığı halda isə pulun çıxarılması hər iki valideynin qarşılıqlı razılığı ilə həyata keçirilməlidir. Hesab üzrə hər hansı məbləğin çıxarılması iddiaçının razılığı ilə yalnız uşağın yetkinlik yaşına çatanadək olan dövr üçün tətbiq edilməli, uşaq yetkinlik yaşına çatdıqdan sonra həmin hesab üzrə uşaq özü müstəqil şəkildə sərəncam verməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların validey nlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 82/2016 saylı qərarının 8.7-ci bəndinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, birgə yaşadıqları dövrdə uşağın yaşayış səviyyəsi həmişə yüksək olub, hətta uşağın saxlanmasına, əyləncələrinə iddiaçı hazırda ödədiyi məbləğdən daha artıq miqdarda vəsait sərf edib. Həmçinin məhkəmə iddiaçı tərəfindən ödənilən alimentin həqiqətən uşaqların mənafeyinə uyğun sərf olunub-olunmamasını da araşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, oğlu iddiaçının öz təşəbbüsü ilə xarici dil təmayüllü məktəbdə oxuyur, həmin məktəbin illik ödənişi 5600 manat təşkil edir (birinci sinifdən isə 7000 manat təşkil edəcəkdir). Təhsil haqqını özü ödəyir. Bundan başqa, bütün dünyada baş verən inflyasiya, pul kütləsinin get-gedə dəyərdən düşməsi, bankların bağlanma ehtimalı da qaçılmaz risklərdəndir. Hesab edir ki, Konstitusiya Məhkəməsinin 27.07.2016-cı il tarixli qərarlarında nəzərdə tutduğu – tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə alınmalıdır-göstərişləri hazırkı məhkəmə mübahisəsində də nəzərə alınmalı və övladları indiyədək ataları tərəfindən onlar üçün təmin edilmiş yüksək təminat səviyyəsindən məhrum edilməməlidirlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Vəfaddin İbayev) 24 iyun 2021-ci il tarixli 2(103)5399/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1473/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “alimentin 50% məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, uşağın haqlarının pozulmasını önləm ək üçün mövcud olan Ailə Məcəlləsinin 55.3-cü maddəsi qarantiyalar müəyyən edir. Aliment ödəyən ailə üzvü, məsələn, uşağa verilən alimentdən düzgün istifadə olunmadığını görərsə, məhkəmə yolu ilə ödədiyi alimentin yarıdan çox olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini tələb edə bilər. Bu tələb uşağın maraqları ilə uzlaşdıqca məhkəmə onu təmin etməlidir. Hazırki vəziyyətdə isə həmin tələbin təmin edilməsinin uşağın maraqlarına uyğun olması, eyni zamanda uşağa verilən alimentdən düzgün istifadə olunmadığını düşünməyə əsas verəcək hər hansı hal məhkəmə tərəfindən müəyyən olunmamış və iddiaçı tərəf tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələr inə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Apelyasiya instansiyası hesab etmişdir ki, cavabdehin rəsmi iş yeri və gəliri olması iddianın əsaslı olmasını təsdiq etmir. Həmçinin də, alimentin bir hissəsinin uşaqların adına açılan bank hesabına köçürülməsi qanunda nəzərdə tutulsa da, qeyd edilən Plenum qərarının tövsiyyəsinə görə bunun üçün məhkəmə aliment alan valideynin buna münasibətinin əsasını (razılığına və ya etirazına) təşkil edən dəlillərinə, daha sonra belə qərarın uşağın mənafeyinə uyğun olubolmamasına qiymət verməlidir. Apelyasiya instansiyası həmçinin qeyd etmişdir k i, aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi uşağın əvvəlki təminat səviyyəsinə müəyyən təsirini göstərə bilər. Apelyasiya icraatı zamanı iddiaçı tərəf izahatında aylıq əmək haqqının 5000 manat civarında olmasını və hazırda ödədiyi alimentin məbləğinin çox olmasının aliment görə yığılmış borcla əlaqədar olmasını göstərmişdir. Apelyasiya instansiyası hesab etmişdir ki, iddiaçının tələbi ilə bağlı verdiyi izahatlar özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı y oxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçın ın uşaqlarının adına bank hesabı açdırmaq və alimentdən kənar vəsaitləri bu hesaba köçürməsi kimi hüququ vardır ki, bu hüquqdan istifadə edilməsi uşaqlarının gələcəkdə tələbatlarının ödənilməsinə sərf edilməsi məqsədi ilə onların mənayeyinə uyğundur. Apelyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 55.3, MPM-nin 4.2-ci maddələrinə əsaslanaraq qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual normalarının tələblərini pozduğu üçün qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. İddiaçı kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5399/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi tam, obyektiv və qərəzsiz araşdırmamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının əmək haqqının 7240 manat təşkil etməsi və həmin məbləğin 1/3 hissəsinin bir uşaq üçün yaşayış minimumdan bir neçə dəfə artıq olmasını və əlavə olaraq cavabdehin əmək haqqının 1200 manat məbləğində olmasını nəzərə almamışdır. Həmçinin alimentin uşaqları ehtiyaclarına sərf edilməsini sübtetmə yükü cavabdehin üzərinə düşməlidir. Cavabdeh tərəfindən kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı işti rakçılarının izahatları İddiaçının vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, onun təin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər tərəf və vəkili məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarə ləri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/ 2016 saylı qərarının 8.7-ci bəndinə əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası mə hkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlük lə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Hazırki işdə apellyasiya məhkəməsi həmin qərarın tövsiyyələrinə uyğun olaraq, bu tələbin uğaqların mənafeyinə uy ğun olmaması, onlara əvvəlki həyat şəraitinin qorunub saxlanmasına əsas verən aliment məbləğinin ödənildiyinə, bu məbləğin yarısının bank hesabına köçürülməsinin həmin həyat şəraitinə təsir edəcəyinə əsaslanaraq, bu iddianın təmin edilməsini uşaqların mənafeyinə uyğun hesab etməməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ödənilən alimentin məbləğinin yüksək olmasına istinad etməklə bu iddianı qaldırmışdır. İddiaçı ödənilən alimentin uşağın saxlanması, tərbiyəsi, təhsili üçün xərclənməməsinə, aliment alan valideyn tərəfindən alimentin başqa məqsədlər üçün istifadə edilməsi ilə bağlı heç bir dəlilə istinad etməmişdir ki, alimentin düzgün istifadəsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşsün. Məhkəmə kollegiy ası hesab edir ki, sadəcə ödənilən aliment məbləğinin yüksək olması isə bu tələbin təmin edilməsi üçün əsas vermir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməm əli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5399/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.