Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-593/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliklərə icra nəticəsində xitam verilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi, müqavilənin ləğvi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-517/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank və ya cavabdeh) arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 19% hesabı ilə 48 ay müddətinə 16.000 manat məbləğində kredit xətti açılmışdır. Eyni tarixli ipoteka müqaviləsi ilə iddiaçının atası Qardaşov Əhməd Əli oğlunun xüsusi mülkiyyət hüququ ilə özünə məxsus İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 16 ünvanında yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 48,2 kv.m yaşayış, 45,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış e vini (bundan sonra – ipoteka predmeti) kredit müqaviləsinin təminatı kimi Bank qarşısında ipoteka ilə yüklü etmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçı ərizə ilə müraciət edərək, kredit müqaviləsinin müddətinin 18 ay müddətinə artırılmasını xahiş etmiş və Bankın Kredit komitəsinin xx.xx.2016-cı il tarixli, 37 saylı protokolundan çıxarışa əsasən, xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsinin restrukturizasiya olunaraq: 1) kredit xətti müqaviləsi üzrə əsas və faiz borcun qalığı cəmləşdirilərək, müddətli kreditə çevrilməsinə; 2) kredit müqaviləsinin müddətinin 18 ay artırılaraq, 66 aya çatdırılmasına; 3) yeni ödəniş cədvəlinin tərtib edilməsinə (annutitet qrafikə əsasən–707,07 AZN); 4) kredit müqaviləsi üzrə təminat qismində çıxış edən Əhməd Qardaşova məxsus İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus İsmayıllı şəhəri, R.Bədəlov küçəsi, ev 8 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evi ilə əvəz olunmasına qərar verilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixli məktubla Banka müraciət edərək, kredit komitəsinin xx.xx.2016-cı il tarixli protokolundan çıxarışın ilk 3 bəndi ilə razı olduğunu, lakin özündən asılı olmayan səbəbə görə 4-cü bəndin, yəni ipoteka predmetinin ona məxsus fərdi yaşayış evi ilə əvəz edilməsinin mümkün olmadığını bildirmiş və 15% dərəcəsi ilə hesablanan cərimə faizlərinin dayandırılmasını xahiş etmişdir. Qardaşov Əhməd Əli oğlu xx.xx.2015-ci il tarixdə ölmüş və ipoteka predmetinin ½ hissəsi vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2012-ci il tarixli, **********12 nömrəli kredit xətti müqaviləsinin və həmin kredit müqaviləsi üzrə hesablanmış cərimə borcunun ləğv olunması, müqavilə şərtlərindən artıq ödədiyi pul vəsaitinin cavabdehdən tutulub ona qaytarılması, cavabdehlə bağlanılmış xx.xx.2012-ci il tarixli, 132001\0184\09 nömrəli ipoteka müqaviləsinin ləğv olunması və cavabdeh qarşısında ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, N.Nərimanov küçəsindəki 16 saylı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin (bundan sonra – ipoteka predmeti və ya fərdi yaşayış evi) ipoteka öhdəliklərindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandı rmışdır ki, kredit müqaviləsi bağlanılmış 48 ay ərzində borcunu heç bir gecikmə olmadan vaxtlı-vaxtında ödəmişdir. xx xxx 2016-cı il tarixə onun banka 10.250,81 manat məbləğində kredit öhdəliyi mövcud olmuşdur. Bununla bağlı banka müraciət edərək kredit müqaviləsinin müddətini 48 aydan 72 ay müddətinədək, yəni daha 24 ay uzadılmasını xahiş etmişdir. Cavabdeh onun müraciətini nəzərə almamış, kreditin ödənilməsini 18 ay, beləliklə ümumi müddətini 66 ay müddətinədək uzatması barədə razılıq vermişdir. xx xxxx 2018-ci il tarixə kimi, Banka olan daha 13.555 manat məbləğində pul vəsaiti ödəyərək cavabdeh qarşısında borc öhdəliklərini tam yerinə yetirmiş və Banka heç bir borcu qalmamışdır. Buna baxmayaraq cavabdeh bununla razılaşmamış, ondan əsassız olaraq borc məbləğinə hesablanmış 15 faiz cəri mə faizini də - 2008 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb edir. Kredit öhdəliklərinin yalnız 18 ay müddətə artırılmasına onun razılığı olmamış, üzərinə götürdüyü öhdəliklərini tam və vicdanlı şəkildə yerinə yetirmişdir. Bank müqavilə şərtlərini və qanunvericiliyin şərtlərini pozmuşdur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 5884 saylı rəyinə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış və maliyyə arayışı məlumatları, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, iddiaçının müqavilə müddəti bitən xx.xx.2016-cı il tarixə cavabdeh Banka borcunun olmadığı və 2517,61 manat artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məh kəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1243/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə) iddia təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsinin və həmin müqavilə üzrə hesablanmış cərimə borcunun ləğv olunması, cavabdehdən artıq ödənilmiş 16.072,61 manat məbləğində pulun alınaraq, iddiaçıya ödənilməsi, xx.xx.2012-ci il tarixli, 132001/0184/09 nömrəli ipoteka müqaviləsinin ləğv olunması və cavabdeh qarşısında ipoteka ilə yüklü edilmiş iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, ekspertiza tədqiqatının dəyəri kimi cavabdehdən 145 manat tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə bitdikdən sonra və iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada tam icra olunduqdan sonra əsassız olaraq borc hesablanmışdır. Beləliklə, cavabdeh əsassız olaraq varlanmışdır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya cərimə və əldən çıxmış faydaya görə pul hesablanması əsassızdır. Belə ki, iddiaçı müqavilənin müddəti bitdiyi tarixə üzərinə düşən öhdəlikləri icra etmiş və vəzifələrin icrasından boyun qaçırmamışdır. Hazırda tərəflər arasında müqavilə münasibətlərinə xitam verilmişdir və iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilməz. Əsassız varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın – iddiaçının tələbi ilə ona qaytar malıdır. Məhkəmə ipoteka müqaviləsinə münasibətdə hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etdiyinə görə, onun mülkiyyətində olan fərdi yaşayış evi ilə bağlı ipotekaya xitam verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 421.1, 421.2, 442, 445.2, 448.1, 449.1, 465.2, 528, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 46.1, 48.1.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya baxışı zamanı təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 30567 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının müqavilə müddəti bitən xx.xx.2016-cı il tarixə Banka borcu yoxdur, 2517,61 manat artıq ödəniş aparılmışdır. Rəydə qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də, hazırkı tədqiqatla iddiaçıya cərimə hesablanmır. Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-517/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan artıq ödənilmiş məbləğ hissəsində qismən ləğv olunmuş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdehdən artıq ödənilmiş 2517,61 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə təkrar ekspertizanın rəyinə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdeh qarşısında öhdəliyinə icra səbəbilə xitam verildiyindən birinci instasniya məhkəməsinin Bank tərəfindən iddiaçıya əsassız hesablanmış borcun silinməsi, iddiaçı tərəfindən artıq ödənilmiş məbləğin qaytarılmalı olması, kredit və ipoteka müqavilələrinin ləğv edilərək, ipotekaya xitam verilməsi barədə qənaəti əsaslıdır. Bununla belə, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin Bank tərəfindən iddiaçıya qaytarılmalı olan artıq ödənişin məbləği hissəsində gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, məhkəmə həmin hissədə iddia tələbinin həcmindən kənara çıxmış, bununla da MPM-nin 218.3-cü maddəsini pozmuşdur. Həmin maddəyə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən artıq ödənilmiş 16.072,61 manat məbləğ in alınaraq iddiaçıya ödənilməli olmasını qeyd edərkən, bunu onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən, müqavilə müddəti bitən tarixə 2517,61 manat, işdəki qəbzlərə əsasən müqavilə müddəti bitəndən sonra isə 13.555 manat olmaqla, cəmi 16.072,61 manat məbləğində artıq pul vəsaiti ödəmişdir. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdən etibarən 18 ay müddətinə uzadılmış və tərəflər arasında vaxtı keçmiş borc üzrə yeni ödəniş qrafiki razılaşdırılmışdır. Digər tərəfdən, iddia ərizəsinin məzmunundan da görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi iddiaçı tərəfindən ödənilmiş 13.555 manat onun Bank qarşısında borc öhdəliklərinin icrasına yönəldilmişdir. Belə ki, iddiaçı ərizəsində xx.xx.20 18-ci il tarixə kimi Banka daha 13.555 manat ödəyərək, cavabdeh qarşısında borc öhdəliklərini tam yerinə yetirdiyini, heç bir borcu olmadığını qeyd etmişdir. Bu halda, birinci instansiya məhkəməsinin həmin məbləği də artıq ödənilmiş məbləğə əlavə etməklə cavabdehdən tutması əsassız olmuşdur. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 421.1, 421.2, 527.1, 528, 739.1, 741-ci, “İpoteka haqqında” Qanunun 48.1.2-ci, MPM-nin 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə q ərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə görə, kredit müqaviləsinin şərtləri müqaviləin qüvvədə olma müddətində etibarlı olduğuna görə, xx.xx.2016-cı il tarixdən sonrakı dövr üçün faiz borcunun hesablanmasının hüquqi əsası olmamışdır. xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilənin vaxtı bitəndən sonra ödənilmiş 13.555 manat məbləğində pul vaxtı keçmiş kreditə çevrildiyinə görə restrukturizasiya olunmalı idi. Kassator Mülki Məcəllənin 385.1, 386.1, 399, 445.2, 449.1, “Banklarda kreditlərin verilməsi qaydaları”nın 4.1.4, MPM-nin 14.1, 14.2, 77-ci maddələrinə istinad edərək şikayətinin təmin olunmasını xahiş etmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tamamilə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə görə, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasının rəyində hesablamalar aparılarkən xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəni tərəflər arasında sərbəst iradə ifadəsinə əsaslanan müqavilə şərtlərinə uyğun həll etməmiş, kreditləşmə müddətinin bitməsini həmin müqavilə üzrə öhdəliklərə xitam verilməsi ilə əlaqələndirməklə səhv nəticəyə gəlmiş, ekspert hesablamalarının müqavilə şərtlərinə uyğun aparılmadığına diqqət yetirməmiş, təkrar ekspertiza keçirilməsi barədə Bankın vəsatətini təmin etməyərə k prosessual pozuntuya yol vermişdir. Kassator qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi hüquq normaları - Mülki Məcəllənin 6.1, 324.1, 399.3, MPM-nin 88, 101, 102, 103 maddələri tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda iddiaçının kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Cavabdehin vəkili cavabdehin kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verildiyinə görə həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə al dıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (maddə 527.1). Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir (maddə 528). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.1, 421.2). “İpoteka haqqında” Qanun Əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir (48.1.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, cərimə borcunun ləğv olunması, artıq ödənilmiş 2517,61 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, ipotekaya xitam verilməsi, habelə iddianın təmin olunmayan hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin həmin hissələrlə bağlı dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. İş üzrə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tətbiqi üçün əsaslar müəyyən edilmir. Cavabdeh kassasiya şikayətində, həmçinin iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatətinin təmin olunmadlığını bildirir. Nəzərə alınmalıdır ki, işin apellyasiya baxışı zamanı yenidən ekspertiza təyin edilmiş və ekspert tərəfindən eyni məzmunlu rəy verilmişdir. Həmç inin kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə sadalanan hallar müəyyən edilmir. Eyni zamanda Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kredit və ipoteka müqavilələrinin ləğv oluması tələblərinin təmin olunması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ni qüvvədə saxlamaqla maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iddiaçının tələbi ona əsaslanır ki, o, kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmişdir. Ona görə də Bankın ona əlavə borc hesablaması və ipoteka predmeti üzərində yüklülüyün qalması əsassızdır. Başqa sözlə iddia tələbi öhdəlik icra edildiyi üçün əsas və aksessor öhdəliyə xitam verilməsi ilə bağlıdır. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, həqiqətən də iddiaçı kredit müqaviləsi üzrə öhdəiliyini yerinə yetirdiyi (hətta müqavilə üzrə artıq ödəmələr etdiyi) üçün onun kredit müqaviləsi öhdəliyinə və həmin öhdəliyin təminatı olan ipotekaya xitam verilməlidir. Məhkəmələrin bu mövqeyi Mülki Məcəllənin 528-ci və “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddələrinə uyğundur. Lakin məhkəmələr eyni əsasla kredit və ip oteka müqavilələrini ləğv etməklə Məcəllənin 421-422-cü maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrə əsasən müqavilənin ləğvi və ya dəyişdirilməsi əsaslarına tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozdması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi aiddir. Göründüyü kimi mülki qanunvericilik müqavilənin ləğvi üçün konkret əsaslar müəyyən etmişdir. Həmin əsaslardan çıxış edərək belə qənaətə gəlmək olar ki, müqavilənin ləğvi tələbinin irəli sürülməsi həmin müqavilə üzrə öhdəliklər icra edilənədək, yaxud tərəflərin müqavilə öhdəliklərinə xitam verilənədək mümkündür. Qeyd olunan halların baş verməsi tərəflərin müqavilə müddəalarına istinad edərək bir-birilərinə qarşı pul, öhəliyin icrası, zərərin öənilməsi və s. tələblər irəli sürməsini istisna etməsə də, müqavilənin ləğ vi (müqaviləyə xitam verilməsi) tələbinin təmin olunmasını qeyri-mümkün edir. Bu baxımdan işə baxmış məhkəmənin müqavilə üzrə əsas və aksessor öhdəliyə icra nəticəsində xitam verildiyini müəyyən etdiyi halda həmin öhəliklərin müəyyən ediliyi müqavilələrin ləğvi tələbini də təmin etməsi Mülki Məcəllənin 421-423-cü maddələrinə uyğun hesab edilə bilməz. Ona görə də Bankın kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kredit və ipoteka müqavilələrinin ləğvi tələbinin təmin olunması hissəsində ləğv edilməli, iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin hissədə yeni qərar qəbul edilməli və iddia həmin hissədə təmin olunmamalı, qətnamə mübahisələndirilən qalan hisədə də yişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-517/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi kredit və ipoteka müqavilələrinin ləğvi tələbinə aid hissədə ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2012-ci il tarixli, **********12 nömrəli kredit xətti müqaviləsinin və xx.xx.2012-ci il tarixli, 132001\0184\09 nömrəli ipoteka müqaviləsinin ləğv olunması barədə iddiası təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən
Məhkəmə qərarları › İş №2(102)-593/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-593/2021
08.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver