Məhkəmə qərarları › İş №2(102)-593/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-593/2022

10.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-593/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqı, boş vəzifə üzrə əmək funksiyasının icrası, əmək funksiyasının dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əlavə əmək haqqının ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7093/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə dair işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya Bank) İdarə Heyəti sədrinin 16.06.2020-ci il tarixli 56/k nömrəli “vəzifənin həvalə edilməsi və əmək haqqı dəyişikliyi haqqında” adlanan əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 82-ci maddəsi rəhbər tutularaq cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası İddiaçı (bundan sonra – iddiaçı) 16.06.2020-ci il tarixdən müvəqqəti olaraq həmin şöbənin rəisi vəzifəsinin icrası həvalə edilmiş və bununla əlaqədar onun aylıq əmək haqqının məbləği 2.000 manat həddində müəy yən edilmişdir. Həmin əmrdə qeyd olunmuşdur ki, iddiaçı ilə bağlanmış 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavəyə əsasən 16.06.2020-ci il tarixdən müqavilənin 1.2 və 4.1-ci bəndləri aşağıdakı redaksiyada qəbul edilmişdir: 1.2. İşçi Cavabdeh ASC-nin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə işə qəbul edilir. Müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilir. İşçinin əsas iş yeridir. 4.1. İşçiyə hər ay 2.000 manat (bütün vergilər və məcburi ödənişlər daxil olmaqla) məbləğində əmək haqqı ödənilir. X6 sədrinin 17.11.2020-ci il tarixli 138/k nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən, Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası olan i ddiaçı ilə əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə əmək funksiyasını 16 iyun 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixə qədər icra etdiyinə görə 7.650 manat əlavə əmək haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 oktyabr 2004-cü il tarixdən başlayaraq 02 aprel 2018-ci il tarixə qədər Bankda hüquqi işlər üzrə mütəxəssis assistenti, hüquqi işlər üzrə mütəxəssis, Hüquq Departamentinin baş mütəxəssisi, Hüquq Depa rtamentinin direktor vəzifəsinin icra edicisi, Hüquq Departamentinin direktor müavini – şöbə rəisi, Hüquq Departamentinin Məhkəmə və İcra orqanları ilə iş şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Bundan sonra Bankda struktur dəyişikliyi edilmiş, o, 02 aprel 2018-ci il tarixdə Məhkəmə və İcra orqanları ilə iş şöbəsinin rəisi vəzifəsindən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə təyin edilmiş (02.04.2018, əmr № 57k) və onun əmək haqqı 2.700 manatdan 1.800 manata endirilmişdir. Bundan sonra, Bank tərəfindən “vəzifənin həvalə edilməsi və əmək haqqı dəyişikliyi haqqında” 16 iyun 2020-ci il tarixli 56/k saylı əmr verilmiş və ona müvəqqəti olaraq Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilmişdir. Həmin tarixdən ona ştat cədvəli üzrə əmək haqqı həddi çərçivəsində 2.000 manat məbləğində aylıq əmək haqqı müəyyən edilmişdir. Əmrdən göründüyü kimi, ona Hüquq Departamentində boş vəzifə olan Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilmişdir, yəni 16 iyun 2020-ci il tarixdən baş hüquqşünas kimi Vəzifə Təlimatı üzrə icra etdiyi öz işindən əlavə boş vəzifə olan Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirməyə başlamışdır. Bununla yanaşı, Bankla 12 iyul 2010-cu il tarixdə bağlanmış 56 saylı əmək müqaviləsinə 10 saylı əlavədən göründüyü kimi, 2.000 manat əmək haqqı baş hüquqşünas vəzifəsinə görə müəyyən edilmişdir. O, Bankda qüsursuz 14 illik iş təcrübəsindən sonra 02 aprel 2018-ci il tarixdə Məhkəmə və İcra orqanları ilə iş şöbəsinin rəisi vəzifəsindən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə endirilməsindən ehtiyat edərək, belə qənaətə gəlmişdir ki, boş vəzifə olan Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə ona əlavə əmək haqqı müəyyən edilərək ödəniləcəkdir. 20 ilə yaxın qüsursuz iş təcrübəsi nəzərə alınaraq, ona başqa işəgötürən tərəfindən daha yaxşı şərtlərlə daha yüksək vəzifəyə iş təklifi gəlmiş, həmin təklifi qəbul edərək, Banka 18 noyabr 2020-ci il tarixdən işdən çıxması barədə ərizə vermiş və həmin gün onun cavabdeh Bankda son iş günü olmuşdur. 19 noyabr 2020-ci il tarixdə ona son haqq-hesab ödənilmiş və ödəniş məbləğindən gör müşdür ki, Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə ona əlavə əmək haqqı ödənilməmişdir. Pozulmuş hüquqlarının bərpası ilə bağlı 01 dekabr 2020-ci il tarixdə Banka müraciət etmişdir. Bank əlavə əmək haqqının ödənilməsinə dair müraciətinə cavab olaraq 11 yanvar 2021-ci il tarixli 11/08-65 saylı məktub göndərmiş və həmin məktubda onun vəzifəyə təyin edilməsi və vəzifə üzrə əmək haqqı məbləğinin müəyyən edilməsi qeyd olunmuşdur. Bankın Baş Ofisi üzrə ştat cədvəlindən çıxarışa əsasən, Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə əmək haqqı məbləği 3.000 manat müəyyən olunmuşdur. Boş vəzifə üzrə əmək haqqı məbləği 3.000 manat olduğundan, həmin əmək haqqının yarısı 1.500 manat təşki l edir ki, ona 16 iyul 2020 (1-ci ay), 16 avqust 2020 (2-ci ay), 16 sentyabr 2020 (3-cü ay), 16 oktyabr 2020 (4-cü ay), 16 noyabr 2020-ci il (5-ci ay) tarixləri üzrə 1.500 x 5 = 7.500 manat, 17-18 noyabr 2020-ci il tarixləri üzrə (1500: 20 x 2) hər gün üçün 75 manat olmaqla cəmi 150 manat, ümumilikdə 7.650 manat əlavə əmək haqqı ödənilməlidir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 16.06.2020-ci il tarixli 56/k saylı əmrdən də göründüyü kimi, iddiaçıya yalnız şöbə rəisinin vəzifəsinin icrası həvalə edilmişdir. Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fə rq ödənilir. Əmək Məcəlləsinin qeyd edilən maddəsi müəyyən səbəblərdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçilərə aiddir. İddiaçı Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinə müvəqqəti icraedici təyin edilən vaxt müvəqqəti işə çıxmayan işçini əvəz etməmişdir. Belə ki, əmr verilən tarixdə Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi vakant olmuşdur. Eyni zamanda, X6 sədrinin 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrinə əsasən cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasının icrasına dair verilmiş 16.06.2020-ci il tarixli 56/k saylı əmrin əmək haqqının məbləğini müəyyən edən hissəsi istisna olmaqla, digər hissələri 21.07.2020 -ci il tarixdən etibarən qüvvədən düşmüş və iddiaçı 21.07.2020-ci il tarixdən etibarən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası vəzifəsinə keçirilmişdir. 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrdən göründüyü kimi, Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasının icrasına dair verilmiş 16.06.2020-ci il tarixli 56/k saylı əmr qüvvədən düşdükdən sonra belə cavabdeh iddiaçının əmək haqqını olduğu kimi (2.000 manat məbləğində) saxlamışdır. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, 05 aprel 2018-ci il tarixdə Məhkəmə və İcra orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə endirilməsindən ehtiyat edərək, belə qə naətə gəlmişdir ki, boş vəzifə olan Dövlət və Hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı ödəniləcəkdir. Beləliklə, iddiaçı özü də etiraf etmişdir ki, 16.06.2020-ci il tarixdən sonrakı aylar ərzində aldığı əmək haqqında yaranmış fərqlə bağlı məlumatı olmuşdur. 16.08.2020ci il tarixdə iddia müddəti bitmişdir. İddiaçı isə 2021-ci ilin yanvar ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia müddətinin tətb iq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, cavabdeh etirazında 21 iyul 2020-ci il tarixli əmrdən bəhs etmişdir. Həmin əmrin qəbul edilməsindən onun rəsmi məlumatı olmamış və həmin əmrlə bağlı 12 iyul 2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə heç bir əlavə və dəyişiklik olmamışdır. Bu hal ona dəlalət edir ki, əmr sonradan hazırlanmış, əmək münasibətlərində saxtalaşdırma cəhdləri olmuşdur. 16.06.2020-ci il tarixli 56/k saylı əmri imzalayan İdarə Heyətinin sədri Orxan Hüseynov 11.01.2021-ci il tarixli 17/08-65 nömrəli məktubunda (müraciətinə cavabında) 16.06.2020ci il tarixli 56/k nömrəli əmrə istinad etmişdir. Həmin məktubda 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrə istinad edilməmişdir. Bu d a özlüyündə bir daha ona dəlalət edir ki, 11.01.2021-ci il tarixə qədər 21.07.2020-ci il tarixli 70/k saylı əmr olmamışdır, sonradan əvvəlki tarixə yazılmış və sənədlərdə saxtakarlıq edilmişdir. Eyni zamanda, 21.07.2020-ci il tarixli 70/k saylı əmrdə onun verilməsinə dair heç bir əsas göstərilməmişdir, halbuki 16.06.2020-ci il tarixli 56/k saylı əmrdə əsas göstərilmiş, 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavə edilmiş, işçi və işəgötürən tərəfindən imzalanmışdır. 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 21.07.2020-ci il tarixli 70/k nömrəli əmr ilə bağlı əlavənin edilməməsi hazırda sübut olaraq təqdim etdiyi 20.10.2020-ci il tarixli 11 saylı əlavədən də məlum olur. 11 saylı əlavədə yalnız əmək müqaviləsinin 4.4-cü bəndi yeni redaksiyada qəbul edilmişdir. Beləliklə, 21.07.2020-ci il tarixli 70/k saylı əmr sənədlərdə saxtalaşdırma aparılmaqla qəbul edildiyi və həmin əmr barədə məlumatı olmadığı üçün sübut sayıla bilməz. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2071/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinə müvəqqəti icraedici təyin edilən vaxt müvəqqəti işə çıxmayan işçini əvəz etməmişdir. Belə ki, əmr verilən tarixdə (16.06.2020-ci il) Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi vakant olmu şdur. Bundan əlavə, müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə X8 sədrinin 21.07.2020ci il tarixli 70/k nömrəli əmrinə əsasən cəmiyyətin Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasının icrasına dair verilmiş 16.06.2020-ci il tarixli 56/k saylı əmrin əmək haqqının məbləğini müəyyən edən hissəsi istisna olmaqla, digər hissələri 21.07.2020-ci il tarixdən etibarən qüvvədən düşmüş və bununla da iddiaçı 21.07.2020-ci il tarixdən etibarən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası vəzifəsinə keçirilmiş, başqa sözlə, cavabdeh iddiaçının əmək haqqını olduğu kimi - 2.000 manat həddində saxlamışdır. Göründüyü kimi, iddiaçı 16.06.2020-ci il tarixdən 21.07.2020-ci il tarixə kimi Hüquq Departa mentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin əmək funksiyasını yerinə yetirmiş və 18 noyabr 2020-ci il tarixədək (işdən azad olunana kimi) qüvvədə qalmış 16.06.2020-ci il tarixli 56/k saylı əmrinin əmək haqqının məbləğini müəyyən edən hissəsinə əsasən də baş hüquqşünas vəzifəsində 2.000 manat həddində əmək haqqı almışdır. İddiaçının “05 aprel 2018-ci il tarixdə Məhkəmə və İcra orqanları ilə iş şöbəsinə baş hüquqşünas vəzifəsinə endirilməsindən ehtiyat edərək, boş vəzifə olan Dövlət və Hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı ödəniləcəyinə dair qənaətə gəlməsi” ilə bağlı dəlilinə hüquqi qiymət verərək məhkəmə qeyd etmişdir ki, iddiaçı 16.06.2020-ci il tarixdən sonrakı aylar ərzində ald ığı əmək haqqında yaranmış fərqlə bağlı hüquqlarının pozulmasını aşkar etdiyi təqdirdə Bank rəhbərliyinə müraciət etmək hüquqlarının olduğunu bilmiş, lakin bu hüququndan istifadə etməməsinin səbəblərini izah edə bilməmişdir. Məhkəmə göstərilən halın mövcudluğunu, xüsusən də iddiaçının hüquqşünas olduğunu nəzərə alaraq hesab etmişdir ki, 16.06.2020-ci il tarixdən sonra aldığı əmək haqqını mübahisələndirməməsi iddiaçının qeyd edilən məbləğlərlə razılaşmasını təsdiq edir və özünün qeyd etdiyi kimi, nədənsə ehtiyat edərək sonradan şöbə rəisi vəzifəsinin funksiyasını yerinə yetirdiyinə görə əlavə əmək haqqı ödəniləcəyinə ümid etməsi barədə iddiaçının izahatı subyektiv mülahizədir. Məhkəmə iddiaçının 21 iyul 2020-ci il tarixli əmrdən rəsmi məlumatının olmaması, 11.01.2021-ci il tarixə qədər 21.07.2020-ci il tarixli 70/k saylı əmrin mövcud olmaması, həmin əmrin sonradan əvvəlki tarixə yazılması və bununla da sənədlərdə saxtakarlıq edilməsinə dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, X8 sədrinin 11.01.2021-ci il tarixli 17/0865 nömrəli məktubunda 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrə istinad etməməsi qeyd edilən əmrin əvvəlki tarixə hazırlanması və sənədlərdə saxtalaşdırma aparılmasına dəlalət etmir. Belə ki, 21.07.2020-ci il tarixli 70/k saylı əmrin məzmunundan görünür ki, əmrdə iddiaçıdan başqa digər işçinin də (X2) başqa işə keçirilməsi göstərilmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının 21.07.2020-ci il tarixdən sonra cavabdehlə əmək münasibətlərini 18.11.2020-ci il tarixə kimi əmək qanunvericiliyinə əsasən davam etdirdiyi halda, həmin tarixli əmr barədə məlu matlı olmamasına dair dəlilləri həm əsassız, həm də inandırıcı deyildir. Bundan başqa, iddiaçı onunla cavabdeh arasında 12 iyul 2010-cu il tarixdə bağlanmış 56 saylı əmək müqaviləsinə 20.10.2020-ci il tarixdə 11 saylı əlavəni təqdim etməklə sözügedən əmək müqaviləsinə 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrlə bağlı əlavənin edilməməsi ilə həmin əmrdən məlumatsız olmasını sübut etməyə çalışsa da, bu dəlil də əsassızdır. Belə ki, əlavəyə əsasən müqavilənin 4.4-ci bəndinin redaksiyasında hazırkı mülki işin predmetinə aid olmayan məsələ üzrə dəyişiklik edilmişdir. Bundan əlavə, həmin dəyişikliyə qədər 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrlə bağlı əlavənin edilməməsi faktı mövcud olsa da, bu hal həmin əmrin qanunsuz və ya saxta olmasına dəlalət etmir. Belə ki, iddiaçı ilə bağlanmış 12.07.2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavəyə əsasən onun əsas iş yeri kimi Bankın Hüquq Departamentinin Dövlət və hüquq müzafizə orqanları ilə iş şöbəsində baş hüquqşünas vəzifəsi göstərilmişdir. Eyni zamanda, müqavilədə ona müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilməsi qeyd edilmişdir. 16.06.2020-ci il tarixli 56/k saylı əmrdən də göründüyü kimi, iddiaçıya yalnız şöbə rəisinin vəzifəsinin icrası həvalə edilmişdir. Qeyd edilən vəzifənin icrasının müvəqqəti xarakterli olması və artıq iddiaçı tərəfindən icra edilməli olmaması isə 21.07.2020-ci il tarixli 70/k nömrəli əmrlə rəsmiləşdirilmişdir. Belə olan halda, iddiaçının Əmək Məcəlləsinin 57-ci maddəsinin tələblərinin pozulmasına dair dəlilləri əsassızdır. Məhkəmə, həmçinin 21 iyul 2020-ci il tarixli 70/K nömrəli əmr qəbul edildiyi təqdirdə tərəflərin razılığı ilə 12 iyul 2010-cu il tarixli 56 saylı Əmək Müqaviləsinin 1.2-ci bəndindən "Müvəqqəti olaraq şöbə rəisi vəzifəsinin icrası həvalə edilir" müddəasının çıxarılmalı olması, eləcə də, əmək müqaviləsinə əlavə edilməli olmasına dair dəlilə də hüquqi qiymət verərək qeyd etmişdir ki, Əmək Məcəlləsinin 61.2-ci maddəsində boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilməsi təsbit edilsə də, işçinin razılığı ilə işlədiyi boş vəzifə üzrə əmək funksiyasının icrasının işəgötürənin təşəbbüsü ilə dayandırıldığı halda işçinin razılığının alınması nəzərdə tutulmamışdır. Beləliklə də, 21 iyul 2020-ci il tarixli 70/K nömrəli əmr qəbul edildiyi üçün yenidən t ərəflərin razılığı ilə Əmək Müqaviləsinin 1.2-ci bəndində dəyişiklik edilməsinə də hüquqi əsas olmamışdır. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflərin izahatlarından göründüyü kimi, iddiaçı işdən azad edilərkən də Bankın Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası kimi azad edilmişdir. Məhkəmə iddiaçının 21.07.2020-ci il tarixli 70/k saylı əmrdə onun verilməsinə dair heç bir əsas göstərilməməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, bu halda iddiaçının həmin əmrin qanuniliyini mübahisələndirmək hüququ yaransa da, o bu hüququndan istifadə etməmişdir. İddiaçının hazırki tələbində də 21.07.2020-ci il tarixli 70/k saylı əmrin qanuniliyini mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olm adığı üçün təmin edilə bilməz. Məhkəmə iddia müddətinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşin materiallarından görünür ki, iddiaçının tələbinin mahiyyəti pul tələbidir. Belə olan halda iddiaçının pul tələbi barədə iddiası əsassız olsa da, iddiaçı məhkəməyə müraciət etmək üçün müddəti ötürmədiyindən mübahisəyə müddətin tətbiqi barədə ərizə təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 61(2), 82, 162-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.3, 217.4, 218.1-ci maddələrinə i stinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7093/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktik i hallarını, tərəflərin münasibətlərini nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkillər Kollegiyasının üzvüdür) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunmuş dəlillərlə əsaslandırılmışdır. Kassator Əmək Məcəlləsinin 2, 3, 7, 43, 46, 57, 61, 82, 296(4)-cı maddələrinə istinadla qeyd etmişdir ki, əmək münasibətlərində tərəf olaraq onun hüquq bərabərliyi təmin edilməmiş və qorunmamış, əmək müqaviləsi üzrə işəgötürənin öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması prinsipi məhkəmə tərəfindən pozulmuşdur. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə işçinin əmək funksiyası dəyişdikdə əmək müqaviləsinə əlavənin edilməli olmasına düzgün hüquqi münasibət bildirməmişdir. Onunla cavabdeh arasında 16.06.2020-ci il tarixində bağlanmış 12 iyul 2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə 10 saylı əlavədə ona baş hüquqşünas vəzifəsinin əmək funksiyası ilə yanaşı müvəqqəti olaraq rəis vəzifəsinin əmək funksiyasının icrası da həvalə edilmişdir. Hər iki vəzifənin əmək funksiyası eyni olmadığından, həmçinin rəis vəzifəsinin icrası vəzifə səlahiyyətlərinin dairəsinə görə geniş və məsuliy yətli olduğu üçün Hüquq Departamentinin direktoru məruzə ilə İdarə Heyətinin sədrinə müraciət etmiş, bunun əsasında əmək müqaviləsinə əlavə edilmiş və müvafiq əmr verilmişdir. Məhkəmə əmək funksiyasına düzgün şərh verməyərək, cavabdehə məcburi əməyin tətbiq edilməsinə şərait yaratmışdır. Əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. 16.06.2020-ci il tarixində işçinin və işəgötürənin razılığı ilə onun əmək funksiyası dəyişdirilmişdir (səlahiyyət və məsuliyyət dairəsi artırılmışdır) və 12 iyul 2010-cu il tarixli 56 saylı əmək müqaviləsinə əlavə edilmişdir. Əmək funksiyasının sonradan işəgötürən tərəfindən işçiyə məlumat verilmədən birtərəfli qaydada dəyişdirilməsi və bununla bağlı əmək müqaviləsinə əlavənin edilməməsi qanuna zidd hərəkətdir. Əmək müqaviləsinə dəyişikli klər yalnız tərəflərin razılığı ilə edilir və razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Məsuliyyət və səlahiyyət dairəsi geniş olan Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsinin icrasının daşınması onunla işəgötürən arasında razılaşdırılmışdır və əmək müqaviləsinə əlavə edilməklə əmək funksiyasına daxil edilmişdir. 18 noyabr 2020-ci il tarixinədək bu razılaşmanın pozulması ilə bağlı işçi və işəgötürən arasında hər hansı bir sənədləşmə (ərizə, əmr (qərar), əmək müqaviləsinə əlavə) olmamışdır. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, həvalə olunmuş vəzifənin birtərəfli qaydada geri alınması barədə işçiyə rəsmi məlumat verilməsinə ehtiyac yoxdur. Kassator daha sonra qeyd etmişdir ki, 18 noyabr 2020-ci il tarixinədək rəis kimi sən ədləri dərkənar ilə şöbənin digər baş hüquqşünasına icra edilməsi üçün yönəltmişdir. Əgər rəis vəzifəsinin icrası ondan alınmış idisə, o, sənədləri hansı səlahiyyət əsasında dərkənar ilə digər baş hüquqşünas vəzifəsi daşıyan əməkdaşa yönəldə bilərdi. 18 noyabr 2020-ci il tarixinə kimi rəis vəzifəsinə təyinat olmamışdır, həmin vəzifə boş vəzifə olmuşdur və o da, həmin vəzifəni həmin tarixə qədər tam məsuliyyətlə icra etmişdir. Rəis vəzifəsində 35 gün işlədikdən sonra 21 iyul 2020-ci il tarixli 70/K nömrəli əmrin verilməsinə və həmin əmrin həqiqi mövcudluğuna əmin olmaq üçün qaytaqlanmış və möhürlənmiş xüsusi əmr kitabına (jurnalına) baxışın keçirilməsi və müvafiq qaydada yerində ekspertizanın keçirilməsi kifayət edərdi. Kassator şikayətində, həmçinin MPM-in 13, 14, 77, 78.1, 79, 81, 88, 106.1, 108.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, məhkəmə təqdim olunmuş sübutları araşdırmamış, onları hüquqi cəhətdən qiymətləndirməmiş, məhkəmə baxışını barışıqla tamamlamağı belə tərəflərə təklif etməmişdir. Məhkəmə cavabdehin istinad etdiyi və 3-cü məhkəmə baxışında təqdim etdiyi 21 iyul 2020-ci il tarixli 70/K nömrəli əmrin əsaslığını tədqiq etməmişdir. Əmrin məhkəməyə surəti təqdim edilmişdir və surətinə "əsli ilə düzdür" ştampı vurulsa da, əmr hər hansı səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Ona görə də, həmin sübutun əsaslığı şübhəlidir, əmr sonradan əvvəlki tarixə hazırlanmış əmrdir. Bu səbəbdən, onun vəsatəti təmin edilərək xüsusi əmr kitabına (jurnalına) baxış keçirilməli idi. Bundan başqa, məhkəmə iş materiallarına əlavə olunmuş X4 Xidmətinin 04.06.2021ci il tarixli məktubunu nəzərə almamış və ona münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda Bank şikayətin əsassız olduğunu qeyd edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 57.

1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.

2. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir.

3. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artır ılmasına yol verilmir. Maddə

59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Maddə 61

1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.

2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az o lmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Maddə

82. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Maddə

162. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası ke çirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (maddə 385.1.1). Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı cavabdehin 16.06.2020-ci il tarixli, 56/k nömrəli əmrinə və əmək müqaviləsinə edilmiş dəyişikliklərə əsaslanaraq öz ərizəsi ilə işdən azad edildiyi tarixədək əlavə yerinə yetirdiyi şöbə rəisi vəzifəsinin icrasına görə ödənilməli olan əmək haqqını cavabdehdən tələb edir. İddiaçı hesab edir ki, istinad olunan əmrə və əmək müqaviləsinə əsasən, o, Hüquq departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş hüquqşünası kimi öz vəzifələrini icra etməklə yanaşı, həmçinin şöbə rəisi vəzifəsini də icra etdiyi üçün iddia əsaslıdır və təmin olunmalıdır. Əmrin verildiyi dövrdə iddiaçıya həvalə edilmiş şöbə rəisi vəzifəsinin vakant olduğu işin mübahisə olunmayan halıdır. Cavabdeh iddiaya üç əsasla etiraz etmişdir: 1) 16.06.2020-ci il tarixli əmrlə iddiaçıya yalnız vakant olan şöbə rəi si vəzifəsinin icrası həvalə edilmiş, ona həmin vəzifəyə görə əmək haqqı ödənilmiş, o, baş hüquqşünas vəzifəsini icra etməmişdir; 2) X8 sədrinin 21.07.2020-ci il tarixli, 70/k nömrəli əmri ilə 16.06.2020-ci il tarixli 56/k saylı əmrin əmək haqqının məbləğini müəyyən edən hissəsi istisna olmaqla, digər hissələri həmin tarixdən qüvvədən düşmüş və iddiaçı baş hüquqşünas vəzifəsinə keçirilmişdir; 3) iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İşə baxmış birinci instansiyası məhkəməsi etirazın üçüncü dəlilini əsassız hesab etsə də, digər iki dəlili əsaslı hesab etmiş və iddianı həmin əsaslarla təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya həvalə edilmiş şöbə rəisi vəzifəsi vakant olduğu üçün Əmək Məcəlləsinin müvəqqəti işə çıxmayan işçinin əvəz olunması və bu zaman əmək haqqının ödə nilməsi qaydalarını tənzimləyən 61 və 162-ci maddələri hazırkı mübahisəyə tətbiq oluna bilməz. Halbuki Əmək Məcəlləsinin “Başqa işçinin əmək funksiyasının icrası” adlanan 61-ci maddəsi həm müvəqqəti olaraq yerində olmayan, həm də vakant olan vəzifələrin icrası ilə bağlı halları ehtiva edir. Maddənin 1-ci hissəsi məhz müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrası qaydasını tənzimləyir və bu halda əmək haqqının Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilməli olduğunu müəyyən edir. Bundan fərqli olaraq ümumiyyətlə boş olan (vakant) vəzifə üzrə əmək funksiyasının icrası qaydasını tənzimləyən 2-ci hissə isə əmək haqqının ödənilməsi ilə bağlı 1-ci hissədən fərqlənən xüsusi qayda müəyyən edir. Həmin qaydaya əsasən əgər işçi eyni zamanda həm özünün, həm də ə vəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Buna baxmayaraq birinci instansiya məhkəməsi Əmək Məcəlləsini 61-ci maddəsinin 2-ci hissəsini düzgün təfsir etməmiş və yanlış olaraq hesab etmişdir ki, həmin norma da müəyyən səbəbdən müvəqqəti iş yerində olmayan işçinin əmək funksiyasının icrası qaydasını tənzimləyir. Eyni zamanda Bankın 16.06.2020-ci il tarixli 56/k nömrəli əmrində iddiaçıya 16.06.2020-ci il tarixdən müvəqqəti olaraq həmin şöbənin rəisi vəzifəsinin icrası həvalə edilmiş və bununla əlaqədar onun aylıq əmək haqqının məbləği 2.000 manat həddində müəyyən edilmişdir. Əmrin məzmunundan iddiaçıya yalnız vakant olan əlavə vəzifən in icrasının həvalə edildiyi, yaxud həmin vəzifəni özünün tutduğu baş hüquqşünas vəzifəsi ilə birlikdə icra etməli olduğu aydın qeyd olunmayıb. Məzmunu birmənalı olmayan həmin əmrə istinad edən iddiaçı hər iki vəzifəni yerinə yetirdiyini, cavabdeh isə onun yalnız rəis vəzifəsini icra etdiyini iddia edir. Nəzərə alınmalıdır ki, Əmək Məcəllənin 57-ci maddəsinin 1-ci hissəsi işəgötürənin üzərinə işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etmək vəzifəsi də qoyur. Qeyd olunan normanın işəgötürənin üzərinə qoyduğu bu vəzifədən irəli gələrək işçinin yerinə yetirməli olduğu işin dairəsini dəqiq və birmənalı müəyyən etmə diyi halda bu qeyrimüəyyənlikdən irəli gələn mübahisəli halların riskini, o cümlədən, bununla bağlı yaranmış mübahisələrdə işçinin faktiki olaraq yalnız bir vəzifəni icra etdiyini sübut etmə yükünü işəgötürən daşıyır. Lakin işə baxmış birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin mübahisəyə tətbiq edilməli olan 57-ci maddəsinin 1-ci hissəsini tətbiq etməmişdir. Həmçinin işə baxılması zamanı iddiaçı cavabdehin etirazının digər əsası kimi istinad etdiyi 21.07.2020-ci il tarixli 70/k nömrəli əmr barədə məlumatsız olduğunu və ümumiyyətlə belə bir əmrin verilmədiyini iddia etmişdir. Cavabdehin etiraz əsaslarından biri kimi istinad etdiyi həmin əmrlə daha əvvəlki əmrdə iddiaçıya verilmiş əmək funksiyalarının həcmi yenidən azaldılmışdır. Məhkəmə baxışı zamanı sonuncu əmrin verilməsi ilə bağlı id diaçının məlumatlandırıldığı və əmrin surətinin ona verildiyi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının bu əmr barədə məlumatlı olmamasına dair dəlilləri əsassızdır və inandırıcı deyildir. İddiaçı əmrdən məlumatsız olmasını sübut edə bilməmişdir. Əmrin tərtib olunması zamanı Əmək Məcəlləsinin 57-ci maddəsinin tələblərinin pozulmasına dair iddiaçının dəlilləri də əsassızdır. Əmrin qəbul edilməsi yenidən tərəflərin razılığı ilə Əmək Müqaviləsinin 1.2-ci bəndində dəyişiklik edilməsini istisna etmiş, həmçinin iddiaçı hazırkı iş üzrə sözügedən əmri mübahisələndirməmişdir. Halbuki Əmək Məcəlləsinə müvafiq olaraq əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir (maddə 57, 3-cü hissə). İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir (maddə 59). Əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir (maddə 82). Baxılan iş üzrə məhkəmələr tərəfindən 21.07.2020-ci il tarixl i əmrin verilməsi zamanı iddiaçıya məlumat verildiyi, o cümlədən əmək müqaviləsinə dəyişiklik edilməsi əsasında 16.06.2020-ci il tarixli əmri ləğv edən yeni əmrin qəbuluna baxmayaraq əmək müqaviləsinə dəyişiklik edildiyi müəyyən edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 57, 59 və 82-ci maddələrinin yuxarıda istinad olunan normalarını nəzərə almadan, 21.07.2020-ci il tarixli əmr barədə məlumatsız olduğunu sübut etmək yükünü əsassız olaraq iddiaçının üzərinə qoymuş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 21.07.2020-ci il tarixli əmri iddianın rədd olunmasına əsas kimi qəbul etmişdir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinin pozulmasına baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməs ini dəyişdirilmədən saxlamışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün birbaşa əsasdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-7093/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar