Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5935/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli qətnaməsindən “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkilkassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binqədi rayon Məhkəməsinin (hakim F.Qasımov) 25.01.2016-cı il tarixli, 2(001)-748/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı (üçüncü şəxs Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) “ipotekaya xitam verilməsi və mülkiyyət hüquqlarının bərpa olunması” tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 21.02.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşənevin 28 saylı mənzili üzərində olan ipotekaya xitam verilməsi və həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, S.Hacıyev, R.Eyvazov) 20.08.2018-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin Bakı şəhər Ərazi İdarəsinin və xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Binqədi rayon Məhkəməsinin 25.01.2016-cı il tarixli, 2(001)-748/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 yanvar 2019cu il tarixli qərarı ilə (hakimlər M.Əhmədova, Ə,Rüstəmov və Ə.Nurməmmədov) “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli 2(103)-1450/2018 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər Ş.Məmmədova və V.Həsənov, İş № 2(103)-3733/2019) hər iki apellyasiya şikayəti rədd edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.01.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı (üçüncü şəxs Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) “ipotekaya xitam verilməsi və mülkiyyət hüquqlarının bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə 17.11.2015-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə onun arasında bağlanmış 21.02.2008-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, onun ünvan 1 ünvanda yerləşənevin 28 saylı mən zilinə mülkiyyət hüquqlarının bərpa olunması və müvafiq qeydin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, mülki iş üzrə cavabdeh kimi göstərilən “xxxx” ASC 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qətnamə ilə müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir. Bu səbəbdən də, cavabdehin məhkəmə prosesində iştirakı mümkün olmamışdır. Lakin məhkəmə tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli, 21(81)-1404/2016 saylı qətnaməsi nəzərə alınmamış və “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu cavabdeh kimi cəlb edilməli olduğu halda cəlb edilməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar və ya yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 01 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə Bakı şəhəri, Nəsimi rayonu, Ah Mustafayev küçəsi, ev N° 17-də yerləşən 28 N°-li mənzilin ipotekası ilə bağlıdır (bundan sonra - mənzil). Mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı (ipoteka qoyan) ilə cavabdeh “xxxx” ASC (ipoteka saxlayan) arasında 21.02.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, iddiaçı bankdan alınmış kreditin qaytarılmasının təminatı üçün mənzili ipoteka ilə yüklü etmişdir. Kredit qaytarılmadığına görə kredit verən “kredit borcunun tutulması və tutmanın mənzilə yönəldilməsi” barədə iddia vermiş, həmin iddianın əsasında Binəqədi Rayon Məhkəməsi kredit alandan borcun tutulması və tutmanın mənzilə yönəldilməsi barəd ə 27.12.2010-cu il tarixli qətnamə qəbul etmiş, daha sonra icra vərəqəsi verilmiş, lakin ötən müddətdə mənzil satılmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, mənzilin satılması üçün 2 dəfə hərrac təyin olunmuşdur. Birinci və təkrar hərrac barədə bildirişlər hərracın təşkilatçısı tərəfindən ipoteka qoyana və ipoteka saxlayana göndərilmiş, lakin birinci və təkrar hərrac baş tutmamışdır. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Təkrar hərrac baş tutmamış elan edilmişdir, lakin ipoteka saxlayan qanunla müəyyən edilmiş müddətdə mənzili əldə etməmişdir. İcra məmuru 22.09.2015 -ci il tarixində qərar qəbul etmiş, icra sənədinin məhkəməyə qaytarılmasını qərara almışdır (iş v. 18). Qərar onunla əsaslandırılmışdır ki, mənzil hərracda satılmayıb, “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən mənzili borc əvəzinə qəbul etmək tələbkara (banka) təklif olunub, lakin tələbkar hərəkətsizlik edərək təklifə münasibət bildirməyib. Bu qərar qüvvədədir. İcra məmurunun həmin qərarı barədə bank tərəfindən iddia qaldırılmış, lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.04.2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (iş v. 198). İpoteka saxlayan (bank) kreditlərin verilməsi üzrə ixtisaslaşmış hüquqi şəxsdir, təkrar hərracdan uzun müddət keçmişdir, ağlabatan deyil ki, bu müddətdə o, hərracla maraqlanmasın və hərracın baş tutmamış elan edilməsindən xəbərdar olmasın. Ona görə də məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında müəyyən edir ki, hərrac baş tutmamış elan edilmiş, ipoteka saxlayan bundan xəbərdar olmuş, lakin 30 təqvim günü ərzində mənzili əldə etməmişdir. İddiaçı kassasiya şikayətində qətnamənin qanunsuz və əsassız olmasını ümumilikdə onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 15.08.2016-cı il tarixli qərarı ilə müəyyən edilmiş halların hazırki iş üçün preyudisual əhəmiyyət kəsb etməsini nəzərə almamış, bununla da MPMnin 82-ci maddəsinin tələblərinə əməl etməmişdir. Məhkəmə kollegiyası kassatorun həmin dəlilini əsaslı saymır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, kassatorun istinad etdiyi 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 15.08.2016-cı il tarixli qərarı Ba kı Apelyasiya Məhkəməsinin İİK-nın 26.07.2017-ci il tarixli qərarı ilə ləğv edilmiş, birinci instansiya məhkəməsinə qaytarılmış və 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 04.04.18-ci il tarixli qərarı ilə ləğv prosesində olan xxxx ASC-nin Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı Binəqədi rayon Məhkəməsinin 2(001)-4933/2010 saylı, 27.12.2010-cu il tarixli qətnaməsinin icrası ilə bağlı verilmiş icra vərəqəsinin məhkəməyə geri qaytarılması ilə bağlı Binəqədi rayon İcra Şöbəsinin 22.09.2015-ci il tarixli qərarının ləğv edilib, icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən normanın göstərişinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların yenidən mübahisələndirilməməsini ehtiva edir. Lakin iş materialları ilə yuxarıda qeyd edilmiş hallar əsasında müəyyən edilir ki, kassatorun istinad etdiyi məhkəmə qərarı ləğv edilmiş və qanuni qüvvədə deyil. Belə halda kassatorun qeyd edilən dəlilinin hüquqi əsası yoxdur. Həmin dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi məhz işin yuxarıda göstərilən hallarına həmçinin, Binəqədi İcra Şöbəsinin 22.09.2015-ci il tarixli qərarının qüvvədə olmasına, İpoteka haqqında Qanunun 43.8-ci maddəsinə əsaslanaraq apelyasiya şikayətlərinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı hesab etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin digər dəlillərini yuxarıda qiymət verilən kassasiya şikayətinin dəlillərindən törəmə olan dəlilllər hesab edir və həmin dəlillərin qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarını tətbiqində səhvə yol verməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməli Bakı Apelyasiya Məhkəməsinin 01.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 01 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5935/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5935/2019
23.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver