Məhkəmə qərarları › İş №2(102)-5939/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5939/2019

27.09.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5939/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.03.2019-cu il tarixli, 2(103)1822/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsini, tərəflər arasında 01.03.2014-cü il tarixdə bağlanmış müqaviləni n ləğv edilərək, tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını, MTK-dan 85.000 manat məbləğində pulun tutularaq, Cavabdeh ödənilməsini, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun MTK-ya aid edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.03.2019-cu il tarixli, 2(103)1822/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2018-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi tələbi barədə” iddiası təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin İddiaçı və Cavabdeh qarşı “müqav ilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 01 mart 2014-cü il tarixdə ünvan 1 ünvanında inşa edəcəyi binada 2-ci blok 13-cü mərtəbədə 158,4 kv.m sahəsi olan 3 otaqlı mənzilə dair bağlanmış müqavilə etibarsız hesab edilmiş, İddiaçındən 85.000 (səksən beş min) manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.03.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı MTK, onunla Cavabdeh arasında ünvan 1 ünvanında inşa edəcəyi binada 2ci blok 13-cü mərtəbədə 158,4 kv.m sahəsi olan 3 otaqlı mənzilə dair bağlanmış 01.03.2014-cü il tarixli “xx xxnin” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01.03.2014-cü il tarixli müqaviləyə əsasən MTK, ünvan 1 ünvanında inşa edəcəyi binanın 2-ci blok 13-cü mərtəbəsində 3 otaqlı mənzili inşa edərək Cavabdeh üçün tikməyi öhdəsinə götürmüşdür. Mənzili sifariş vermiş şəxslər, o cümlədən cavabdeh tərəfindən mənzilin dəyəri ödənilmədiyi üçün uzun illər ərzində binanı tikib başa çatdırmaq mümkün olmamışdır. Buna görə də, iddiaçı MTK 18.05.2018-ci il tarixdə cavabdehə müraciət edərək cavabdehin sifariş verdiyi mənzilin 237.600 manat dəyərini 3 gün ərzində MTK-ya ödəməsini xahiş etmiş, lakin cavabdeh həmin bildirişə heç bir cavab verməmiş, mənzilin dəyərini ödəməmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti eyni zamanda iddiaçı MTK-ya və Cavabde h qarşı “01.03.2014-cü il tarixdə MTK ilə Cavabdeh arasında mübahisəli mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə” müstəqil tələb irəli sürmüşdür. Müstəqil iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin yerləşdiyi və MTK tərəfindən inşa edilmiş bina girov hüququ ilə Bankın xeyrinə yüklü edilmişdir. Bununla bağlı olaraq, 10.02.2011-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə iş üzrə cavabdeh qismində çıxış edən MTK-dan Bankın xeyrinə 1.387.000 ABŞ dolları əsas kredit borcunun, 94.398,82 ABŞ dolları faiz borcunun, 208.097,28 ABŞ dolları məbləğində dəbbə pulunun, ümumilikdə 1.689.496,10 ABŞ dolları məbləğində vəsaitin tutulması və tutmanın girov predmetinə yönəldilərək, açıq hərracda satılması yolu ilə Bankın kredit tələbin in satılmış əmlaklar hesabında ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədən MTK tərəfindən apellyasiya və kassasiya şikayətləri verilsə də, bu şikayətlər təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 01.03.2014-cü il tarixində MTK və Cavabdeh arasında bağlanan müqavilə etibarsızdır, çünki bu müqavilə bağlanarkən artıq həmin əmlaka məhkəmə qətnaməsinə əsasən tutma yönəldilmiş, bundan əlavə müqavilə bağlanarkən xeyrinə əmlak yüklü edilmiş şəxs olan Bankın razılığı alınmamış, ümumiyyətlə bu müqavilənin bağlanmasına dair hər hansı bir məlumat Banka daxil olmamışdır. Ona görə də, 01.03.2014-cü il tarixdə MTK və Cavabdeh arasında bağlanmış müqavilə Bankın razılığı alınmadan, eləcə də qanunvericiliyə uyğun formaya riayət edilmədiyindən e tibarsız əqd hesab edilməlidir. Bankın müstəqil iddia tələbi Məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.03.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, binada ümumilikdə neçə mənzil olması, onlardan neçəsinin satılması, neçəsinin qalması, digər mənzillərlə bağlı vəziyyətin eyni olub-olmaması, əmlakın qiymətləndirilib-qiymətləndirilməməsi, hərracın keçirilibkeçirilməməsi, hərrac keçirilibsə hansı tarixdə keçirilməsi, satışın olub-olmaması, bankın tələbinin tikilinin n eçə mənzilini əhatə etməsi, neçə mənzilin qalması, mənim mənzilimin hərraca çıxarılıb-çıxarılmaması, 2011-ci ildə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi olubsa onunla xxxx bağlanarkən qət edilmiş məbləğin ödənib-ödənməməsi, əmlakın yüklülükdən azad edilib-edilməməsi aydınlaşdırılmadan qanunsuz qətnamə çıxarılmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 01.03.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edib, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin İddiaçı və Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasını təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı MTK ilə Cavabdeh arasında 01.0 3.2014-cü il tarixdə bağlanmış “xxxx”nə əsasən, Cavabdeh mübahisəli mənzilin tikintisini MTK-ya həvalə etmişdir. Mənzilin dəyəri 85.000 manat təşkil edir. MTK tərəfindən verilmiş 01.03.2014-cü il tarixli, 1018 saylı “Kassa mədaxil orderindən” görünür ki, Cavabdeh mənzilin dəyərini təşkil edən 85.000 manat məbləğində pulu MTK-ya ödəmişdir. Cavabdeh MTK-ya ünvanladığı 03.03.2014-cü il tarixli ərizəsindən görünür ki, o, *** məxsus mübahisəli mənzili MTK-ya heç bir vəsait ödəmədən Y.Tağıyev ilə aralarında olan razılaşmaya əsasən adına rəsmiləşdirilməsini xahiş etmişdir. MTK-nın Cavabdeh ünvanladığı 16.05.2018-ci il tarixli bildirişdən görünür ki, MTK həmin bildirişdə qeyd edir ki, Cavabdeh 01.03.2014-cü il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və mənzilin dəyərini MTK öd əməmişdir. Bu səbəbdən mənzilin dəyərini - 237.000 manatı 3 gün ərzində MTK-ya ödənilməsi tələb edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-352/2011 saylı 01.06.2011-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” ASC cavabdeh MTKya qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılmasına dair” iddia ərizəsi ilə 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, MTK-dan onun xeyrinə 1.387.000 ABŞ dolları məbləğində əsas kredit borcunun, 29.11.2010-cu il tarixinə hesablanmış 94.398,82 ABŞ dolları məbləğində faiz borcunun, 208.097,28 ABŞ dolları məbləğində hesablanmış dəbbə pulunun, cəmi 1.689.496,10 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın MTK-ya məxsus olan Səbail rayonu, Abbasqul u Abbaszadə küçəsində 0,06 ha torpaq sahəsinə və onun üzərində olan tikililərə yönəldilməsi, torpaq sahəsi və tikililərin açıq hərracda satılaraq Bankın kredit tələbinin satılmış əmlakları hesabına ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınması barədə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-71/11 saylı, 10.02.2011-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, MTK-dan iddiaçı Bankın xeyrinə 1.387.000 ABŞ dolları məbləğində əsas kredit borcunun, 29.11.2010-cu il tarixinə hesablanmış 94.398,82 ABŞ dolları məbləğində faiz borcunun, 208.097,28 ABŞ dolları məblə ğində hesablanmış dəbbə pulunun, cəmi 1.689.496,10 ABŞ dollarının ödəniş anında Milli Bankın məzənnəsi ilə manatla tutulması, tutmanın MTK-ya məxsus olan Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində 0,06 ha torpaq sahəsinə və onun üzərində olan tikililərə yönəldilməsi, torpaq sahəsi və tikililərin açıq hərracda satılaraq Bankın kredit tələbinin satılmış əmlakları hesabına ödənilməsi, MTK-dan iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsinə dair bildirişlərin qeydə alınmasına dair ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin 2(82)-71/11 saylı 10.02.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfində iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəm ə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.11.2005-ci il tarixli 4 nömrəli Qərarının 6.10-cu bəndində göstərilmişdir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. İş materiallarından müəyyən olunur ki, MTK ilə Cavabdeh arasında “xxxx” bağlanan zaman artıq mübahisəli əmlaka məhkəmə qətnaməsinə əsasə n tutma yönəldilmiş, bundan əlavə müqavilə bağlanarkən xeyrinə yüklü edilən şəxs – Bankın razılığı alınmamış və ona məlumat verilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Həmin Qanunun 31.1.1-ci maddəsinə əsasən, ipoteka predmetinə sərəncam vermə qaydalarının pozulması ilə bağlı ipoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 01.03.2014-cü il tar ixli müqavilə Bankın razılığı alınmadan və qanunvericiliyə uyğun formaya riayət edilmədən bağlandığından etibarsız əqd sayılmalıdır. Etibarsız olduğu müəyyən edilmiş əqdin ləğvi barədə tələb isə əsassızdır. Məhkəmə həmçinin hesab etmişdir ki, 01.03.2014-cü il tarixli müqavilə etibarsız hesab edildiyindən, müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, Cavabdeh mübahisəli mənzilə görə MTK-ya ödədiyi 85.000 manat məbləğində pul vəsaiti MTK-dan tutularaq ona qaytarılmalıdır. Cavabdeh mənzilə görə *** 255.000 manat ödəməsi, *** isə həmin məbləğdən yalnız 85.000 manat pulu MTK-ya köçürməsi barədə dediklərinə gəldikdə isə Məhkəmə bildirmişdir ki, əgər Cavabdeh hesab edirsə ki, *** hərəkətləri onun hüquqlarını pozur, onda o, *** qarşı müvafiq iddia irəli sürə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası bir daha qeyd edir ki, iddiaçının borcunun ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan və hazırda mübahisələndirilən müqavilə məhz həmin qətnamənin qəbulundan sonra bağlandığından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 337-ci maddəsi bax ımından həmin əqdi etibarsız əqd kimi qiymətləndirmişdir. Məruz qaldığı zərərin tutulmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, hazırki iş üzrə zərərin tutulmasından ibarət tələb olmadığından məhkəmə düzgün olaraq Mülki Məcəllənin 218.3cü maddəsini rəhbər tutaraq həmin məsələyə münasibət bildiməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, müqavilənin etibarsızlığı ilə bağlı hazırki iş üzrə restitusiyanın aparılması gələcəkdə cavabdehin iddiaçıya qarşı zərərin əvəzinin ödənilməsi tələbi ilə müraciət etməsinin qarşısını almır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilən lərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.03.2019-cu il tarixli, 2(103)-1822/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar