Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-594/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi uşağın doğulduğu gündən 3 il ərində keçmiş ərdən aliment və valideynin uşaqlara görə əlavə xərclərə cəlb edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3603/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə ailə qurmuş və birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Töhfə, xx.xx.2018-ci il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş və uşaqlar onun yanında saxlanılmışlar. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il tarixdən başlayaraq ondan hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin uşaqlara görə əlavə xərclərdə iştiraka cəlb edilməklə, ondan hər ay, hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat, habelə uşaqlar 3 yaşına çatanadək, ondan hər ay, hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat, bütövlükdə hər ay 1000 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə rəsmi nikah əsasında Cavabdeh ilə ailə qurmuş və birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Töhfə, xx.xx.2018-ci il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş və uşaqlar onun yanında saxlanılmışlar. Cavabdeh ilə ayrıldıqdan sonra ona və uşaqlara heç bir maddi, mənəvi kömək göstərməmişdir. Ona görə də məcburiyyət qarşısında qal araq Cavabdeh qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, Cavabdeh hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ona ödənilməsi qət edilmişdir. Lakin, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin edilərək, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və xx.xx.2019-cu il tarixdən başlayaraq ondan hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən verdiyi kassasiy a şikayəti Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin sözügedən qərarında eyni zamanda ona izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olarsa, yəni onun qazancı və başqa gəlirləri barədə yeni sübutlar əldə edərsə, ona qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla, alimentin məbləğinin artırılmasını, eyni zamanda xx.xx.2018-ci il tarixdə doğulmuş Dənizin doğulduğu gündən 3 il ərzində keçmiş əri olmuş Cavabdeh aliment ödəməyi tələb edə bilər. Hazırda Cavabdeh işləməsi və onun başqa qazancının olmasına dair müvafiq sübutlar əldə etmişdir. Həmin sənədləri işə baxılarkən məhkəməyə təqdim edəcək. Hazırda himayəsində yaşayan uşaqların hər ikisi azyaşlı olmaqla, tez-tez xəstələnirlər və onları mütəmadi olaraq ayrı-ayrı tibb müəssisələrinə müayinə və müalicəyə aparmaq məcburiyyətində qalır. Məhkəmənin müəyyən etdiyi aliment hesabına isə uşaqları saxlamaqda, onları normal şəkildə qidalandırmada çətinlik çəkir. Dəfələrlə Cavabdeh uşaqların müayinə və müalicəsinə görə pul ödəməsini xahiş etsə də, bunun heç bir nəticəsi olmamış və cavabdeh öz doğma uşaqlarına hər hansı maddi yardımetməkdən və əlavə xərclərdə iştirak etməkdən boyun qaçırmışdır. Bundan başqa, özü ali təhsilli olsa da, uşaqlar azyaşlı olduqları və ondan ayrı qalmadıqları üçün işləyə, müvafiq qazanc əldə edə bilmir. Töhfənin 3 yaşı, Dənizin isə 2 yaşı vardır. Bakı şəhəri Xətai rayon Mə hkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-875/2020) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, habelə Cavabdeh birgə nikah dövründə anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka cəlb olunmaqla ondan hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6871/2019 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarix li, 2(011)-3480/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası təmin edilərək, xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş Töhfənin və xx.xx.2018-ci il tarixdə doğulmuş Dənizin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-3722/2019 saylı qətnaməsi ilə təmin edilərək, Xətai rayon məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ləğv edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbl əğində alimentin tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş Töhfənin və xx.xx.2018-ci il tarixdə doğulmuş Dənizin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.Apellyasiya instansiyası məhkəməsinin, tərəflərin ailə, maddi vəziyyətlərini, cavabdehin məcburi köçkün olmaqla, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasını, eləcə də işdə, cavabdehin hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat aliment ödəməyə maddi imkanın olmasına, həmçinin işləməsi və başqa qazancının olmasına dair heç bir möhtəbər yazılı sübutun olmamasını əsas tutub, cavabdehdən hər ay, hər uşağa görə tutulacaq alimentin m əbləğini 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində müəyyən etməklə düzgün nəticəyə gəldiyi və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etdiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçıya məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olarsa, yəni onun qazancı və başqa gəlirləri barədə yeni sübutlar əldə edərsə, ona qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla, alimentin məbləğinin artırılmasını, eyni zamanda xx.xx.2018-ci il tarixdə doğulmuş Dənizin doğulduğu gündən 3 il ərzində keçmiş əri olmuş Cavabdeh aliment ödəməyi tələb etmək hüququ izah olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş reseptlərin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 mütəmadi olaraq müxtəlif xəstəliklərdən müalicə almışlar. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-3603/2020) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-875/2020 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2018-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər hər ay 150 manat sabit pul məbləğində aliment tutulması və iddiaçının himayəsində olan xx.xx.201 5-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar, valideynlərin ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla cavabdehin əlavə xərclərə cəlb olunaraq ondan hər ay hər uşağa görə 50 manat sabit pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı Ailə Məcəlləsinin 81.3 və 85.1.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kol legiyasının 2(103)3603/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tamamilə rədd edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları cavabdehin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3603/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququ nun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 81.1 və 81.2-ci maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqq ının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə görə isə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qayda sında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürərək, apellyasiya şikayətində istinad etdiyi dəlilləri təkrarlamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam olaraq qiymətləndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya sı məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3603/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.