Məhkəmə qərarları › İş №2(102)-594/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-594/2022

18.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-594/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şərif-zadə Ülviyyə İlham qızının cavabdeh "xxxx" MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-200/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Şərif-zadə Ülviyyə İlham qızı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Q. Abbasov küçəsi, 27 nömrəli binada yerləşən 35 nömrəli mənzil mülkiyyət hüququ ilə iddiaçı Şərif-zadə Ülviyyə İlham qızına məxsus olmuşdur. Həmin binanın pilot layihəsi çərçivəsində sökülməsi barədə Səbail rayon İcra Hakimiyyətinin 2016-cı il tarixli sərəncamı vardır. Hazırda bina sökülmüşdür və yerində cavabdeh "xxxx" MTK tərəfindən yüksəkmərtəbəli binanın tikintisi aparılır. Bina sökülməzdən əvvəl iddiaçı və ailə üzvləri onlara məxsus mənzildə yaşamışdır. 13 avqust 2016-cı il tarixdə, saat 21 radələrində aralarında "xxxx" MTK-nın əməkdaşları da olan mülki və polis geyimində olan şəxslər iddiaçıya məxsus mənzilə qanunsuz ola raq daxil olmuş, mənzildəki şəxsləri oradan çıxarmış, mənzildə olan əşyaları balkondan çölə tullamışlar.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 avqust 2016-cı il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 27 saylı evin 25 saylı mənzilinin (bu mənzil iddiaçının qonuşusu və iş üzrə şahid qismində dindirilmiş X1 məxsus olmuşdur) sökülməsi cavabdeh MTK-ya və digər şəxslərə qadağan edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Şərif-zadə Ülviyyə İlham qızı cavabdeh "xxxx" MTK-ya qarşı əmlaka dəymiş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan daşınar əşyalara görə ümumi 67691 manat məbləğində maddi ziyanın, o cümlədən 31 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şərif-zadə Ülviyyə İlham qızının iddia tələbini onunla əsaslandırılmışdır ki, 13.08.2016-cı il tarixdə gecə saat 21:00 radələrində cavabdeh "xxxx" MTK, Səbail rayon İcra Hakimiyyətinin 28 mart 2016-cı il tarixli 42 saylı sərəncamı əsasında Qurban Abbasov küçəsində yerləşən və içərisinə iddiaçının mənzili də daxil olan iki mərtəbəli yaşayış binasının söküntüsünü həyata keçirmişdir. Həmin gecə mənzildən məcburi, qol gücünə çölə çıxarılması zamanı iddiaçıya məxsus əksər daşınar əşyaları mənzilindən çıxara bilməmişdir. İddiaçıya məxsus olan şəxsi və ailəsinə məxsus olan geyim əşyaları, məişət avadanlığı, aksessuarlar, mebel, qab-qacaq və tikinti materialları bir yerdən başqa yerə sürüdül müş, cırılmış və onlara qərəzli şəkildə zərər yetirilmişdir. Aşağıdakı siyahıda iddiaçıya məxsus, mənzildən çıxarılmayan, o cümlədən çıxarılarkən zərər yetirilən və saxlanc yerinin əlverişli şəraiti olmadığı üçün xarab olmuş əşyaların siyahısı və onların dəyəri əks olunmuşdur: Noutbuk- Compaq Presario CQ 62-A20ED- 500,00 €; Qələm Graf von X5 Orange-352,00 €; Nikon AN-DC9 kəmər-45,04 €; Hard disk Western Digital WD Elements Portable -90,00€; Panasonic KX-TG6823 74,99 Dect Stasionar telefon-74,99 €; Kişi geyimləri, kəmərlər, qalstuk və ayaqqabı; Qəhvəyi dəri kəmər JOB86 X12 €149,95 €; Eksklüziv qəhvəyi-yaşıl dəri kəmər - 139, 95 €; Kaşmir qalstuk 100% yun Turnbull & Asser - 174.62 €; Boz ipək qalstuk “X10 Necktie” - 291,00 €; Təmiz yundan olan və atlas belliyi olan smokinq ZİLLİ - 599,00 €; Təmiz yundan olan kostyum AMF HUGO BOSS-429,00€; Ayakkabı timsah dəridən X15 Shoes-4575,00 €; Kətan köynək mavi zolaqdan Zilli - 680.58 €; Qadin geyimi, alt geyimləri, alt geyim dəsti (X13, Felina Moments, Twist Happiness. Ulla Popkin, X11) -470,00 €; Geyim (STUDİO 8 (700,00 €), ZİZZİ (500 €); MCGREGOR(600,00 €); CLAUDİA STRÄTER (900,00 €); ULLA POPKİN(2000,00 €); PİTER HAFİN (1000,00 €); Qadın qol saatı Jaeger-LeCoultre 4.200 €; Kişi qol saatı X7 4.695 €; SWAROVSKİ krisstallarından ibarət qələm Crystalline Stardust USB Ballpoint Pen-80,00 €; Evin təmiri (rənglənmə, lak, oboy, palıd ağacından döşəmə, kabel xəttləri, sanuzel, qapılar və plastik pəncərələr) 23 000 AZN. Əşyaların EURO qiyməti cəmi 23219.13 € = 44 691AZN + 23 000 AZN= 67 691 AZN. İddiaçıya məxsus mənzillərin alınmasına səbəb dövlət ehtiyacları deyil, MTK-nın kommersiya məqsədləridir. Amma dövlət ehtiyacları üçün daşınmaz əmlakın alınma qaydasını tənzimləyən qanunvericiliyi analogiya qismində tətbiq etsələr belə, iddiaçıya məxsus mənzilin məhv edilməsi müqabilində heç bir kompensasiyanın ödənilməməsi qeyri-ədalətlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətin müdafiəsi hüquqları kobudcasına pozulub. 5. "xxxx" MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şərif-zadə Ülviyyə İlham qızı tərəfindən "xxxx" MTK-ya vurulmuş 15.000 manat məbləğində maddi zərərin əvəzinin və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun Şərif-zadə Ülviyyə İlham qızından tutularaq, "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şərif-X6 ilkin iddia tələbi tamamilə əsassızdır və rədd olunmalıdır. Ülviyə Şərif-Zadə tərəfindən "xxxx" MTK barəsində heç bir hüquqi əsası olmayan ərizələrlə məhkəməyə və müxtəlif dövlət qurumlarına müraciət edilməsi nəticəsində "xxxx" MTK-ya maddi zərər vurulmuşdur. Belə ki, Ülviyə Şərif-Zadə tərəfindən məhkəmələrə müraciət edilməsi ilə bağlı "xxxx" MTK-nın müxtəlif məhkəmə instansiyalarında təmsil edilməsi məqsədi ilə hüquq xidmətlərinin göstərilməsi üçün müqavilələr bağlanmış, hər bir müqavilə üzrə hüquqşünasa 5000 (beş min) manat məbləğində pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. Ülviyyə ŞərifZadəyə qarşı olan məhkəmə işləri ilə ba ğlı "xxxx" MTK tərəfindən 20.09.2017-ci il tarixədək hüquq xidmətlərinin göstərilməsinə görə ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaiti ödənilmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(009)-227/2018 saylı qətnaməsi ilə (hakim N.Bağırov) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Ü.İ.Şərif-zadə cavabdeh "xxxx" MTK-nın əməkdaşları tərəfindən ona məxsus əşyalarının onun evindən həyətə atılması səbəbindən əmlaklarının tamamilə məhv olması nəticəsində ona ümumilikdə 67691 manat məbləğində ziyan dəyməsinə əsaslansa da, iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və həmin halları sübut edə bilməmişdir.

9. Məhkəmə həmçinin qeyd etmişd ir ki, qarşılıqlı iddia tələbləri üzrə iddiaçı "xxxx" MTK da öz növbəsində Şərif-zadə Ülviyyə İlham qızının "xxxx" MTK-ya qarşı məhkəmələrdə irəli sürdüyü əsassız iddia tələbləri ilə bağlı məhkəmə instansiyalarında təmsilçilik və hüquqi xidmətlərinə göstərilməsinə görə çəkilmiş xərclərin əvəzi kimi ümumilikdə 15.000 (on beş min) manat məbləğində ziyan dəyməsinə əsaslansa da, qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və həmin halları sübut edə bilməmişdir.

10. Məhkəmə həmçinin "xxxx" MTK-nın qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair qeyd etmişdir ki, nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid edildiyindən və həmin xərclərin əvəzi nin tutulması qaydası Azərbaycan Respublikası MPM-nın müvafiq olaraq 107, 115, 119,121 və s. maddələri ilə tənzimlənir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin əvəzinin tutulması tələbi həmin yardımın göstərildiyi konkret iş üzrə araşdırma predmeti ola bilər.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 217,115, 121,119-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İlkin iddia üzrə iddiaçı Şərif-zadə Ülviyyə İlham qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddiaçı Şərif-zadə Ülviyyə İlham qızına məxsus daşınar əşyalar vurulmuş zərər görə 67691 manat həcmində ko mpensasiyanın və 31 manat həcmində dövlət rüsumunun ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Səbail Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı Ülviyyə Şərif-zadə cavabdeh "xxxx" MTK-nın əməkdaşları tərəfindən ona məxsus əşyalarının onun evindən həyətə atılması səbəbindən əmlaklarının tamamilə məhv olması nəticəsində ona ümumilikdə 67691 manat məbləğində ziyan dəyməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və həmin halları məhkəmələrin iclaslarında sü but edə bilməmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən dindirilmiş şahidlərdən birinin ilkin iddiaçının sürücüsü olduğu və digərinin isə ilkin iddiaçının yaxın münasibətdə olan qonşusu olduğu müəyyən edilmiş və bu hal məhkəməni həmin şahidlərin ilk iddianın iddiaçının xeyrinə müsbət həllində maraqlı olduqları fikrinə gəlməsinə əsas vermişdir. Odur ki, məhkəmə qeyd edilən şahidlərin ifadələrinə haqlı olaraq tənqidi yanaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı Şərif-zadə Ülviyyə İlham qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)8434/2018 saylı, 25.12.2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və mərizəçi), A.İsgəndərov və Ə.Əhmədov) iddiaçı Ülviyyə Şərif-zadənin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası apellyasiya şikayətinin dəlillərinə tam hüquqi qiymət verməmiş, iddiaçının ailə üzvləri ilə birlikdə hansı şəraitdə, nə vaxt yaşadıqları mənzildən çıxarılmaları, bununla əlaqədar onun əmlakına ziyan vurulmasına dair iddia tələbinin dəlilləri araşdırılmamışdır.

19. Məhkəmə kollegiyası qeyd etm işdir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı söküntü baş verən gecənin təfərrüatlarını əks etdirən video diskə baxış keçirilməsinə dair vəsatət vermiş, bununla əlaqədar cavabdehin nümayəndəsi artıq video disklə bağlı məsələnin birinci instansiya məhkəməsində qaldırıldığını və buna hüquqi qiymət verildiyini göstərərək vəsatətin təmin edilməməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin vəsatəti əsaslandırılmamış protokol qərardadı ilə təmin etməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(103)-3764/2019 saylı qətnaməsi ilə (hakimlər Aida Hüseyn (sədrlik edən və mərizəçi), E.Nəbiyev və R.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhə ri Səbail Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(009)-227/2018 saylı qətnaməsi ilkin iddianın təmin edilməmiş hissəsində ilkin iddia üzrə iddiaçı Şərif-zadə Ülviyyə İlham qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı sübut qismində video çəkiliş olan iki ədəd diskə, foto şəkillərə mənzilin qiymətləndirilməsinə dair mütəxəssis rəyinə, şahid ifadələrinə və bəzi əşyaların alınmasına dair sənədlərə istinad etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki video çəkilişə baxış keçirilmişdir. Evin içində olan video çəkilişdə həqiqətən də ilkin iddia üzrə iddiaçıya məxsus mənzilə zor gücünə, qapının sındırılaraq daxil olunduğu, bir nəfərin yaxınlaşaraq kame ranı söndürdüyü görünür. Lakin həmin şəxslərin kim olması, mənzildə mübahisə predmeti olan əşyaların olması, həmin əşyalara zədə yetirilməsi görünmür. Evin həyətində aparılmış digər video çəkilişdə isə çox sayda adamın evin həyətində toplaşdığı, mübahisə etdikləri, həyətin ortasında əşyalardan ibarət zibil yığının olduğu görünür. Lakin həmin əşyaların nələrdən ibarət olması, ilkin iddia üzrə iddiaçı ilə bağlılığının olub-olmadığı müəyyən edilmir. Foto şəkillər isə video çəkilişlərdə oxşarlıq təşkil etməklə yanaşı, mübahisə predmeti olan əşyaların mövcudluğunu müəyyən etmir. "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əlavə edilmiş foto şəkillərdə hansı əşyaların mövcud olduğu müəyyən edilməsə də, əşyaların səliqəli şəkildə qablaşdırıldığı görünür.

23. Şahid ifadələri ilə əlaqəda r apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Hacıyev Elbrus ilkin iddia üzrə iddiaçının sürücüsü, digər şahid X2 isə qonşusudur. Şahid ifadələri hazırkı iş üzrə birbaşa sübut hesab olunmamaqla yanaşı, hər iki şahid hansı əşyaların atıldığını görmədiklərini, yalnız Ü.Şərif-zadənin qışqıraraq onların içərisində dəyərli əşyaların olduğunu dediyinin şahidi olduqlarını bildirmişlər. Şahidlərdən yalnız Hacıyev Elbrus əşyalar bayıra atılarkən MTK-nın əməkdaşlarının da orada olduğunu qeyd etmişdir. Digər şahid isə mübahisə predmeti olan əşyalar əvvəllər də Ü.Şərif-zadənin evində gördüyünü qeyd etmişdir. Lakin qeyd olunan əşyaları nə video çəkilişlərdən, nə də foto çəkilişlərdən müəyyən etmək mümkün olmamışdır.

24. Bəzi əş yaların alınma sənədləri ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin əşyaların ilkin iddia üzrə iddiaçı tərəfindən alınması müəyyən edilmiş olsa belə, həmin əşyaların mənzildə olması, "xxxx" MTK-nın əməkdaşları tərəfindən evdən atılması, həmin əşyaların yararsız vəziyyətə düşməsi müəyyən edilmir. c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. İddiaçı Şərif-zadə Ülviyyə İlham qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(103)-3764/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5765/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və mərizəçi), A.Kalbalıyev və V.İbayev) iddiaçı Şərif-zadə Ülviyyə İlham qızının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın pilot layihə çərçivəsində sökülməsi və yerində çoxmənzilli binanın inşası cavabdeh MTK-ya həvalə edilmişdir. Bu barədə məlum sərəncamın qəbulundan sonra binada yaşayan sakinlərlə MTK arasında mübahisələrin olduğu, hətta binanın söküntüsünün qərardad əsasında qadağan edildiyi mübahisəsizdir. İddiaçı Ü.Şərif-zadənin də bina sökülənə qədər mənzilini tərk etmədiyi müba hisəsizdir. Deməli, binanın söküntüsündə tək maraqlı tərəf cavabdeh MTK olmuşdur.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı və ailə üzvləri mənzildən çıxarıldıqdan dərhal sonra binanın söküntüsü MTK tərəfindən həyata keçirilmişdir. Bu baxımdan, apellyasiya məhkəməsi, iddiaçıya məxsus mənzilə daxil olan şəxslərin (və ya onların bir hissəsinin) MTK-nın əməkdaşları olmaması ehtimalında belə, MTK binanın söküntüsünü dərhal həyata keçirdiyi sualını cavablandıra bilməmişdir. Deməli, mənzilə daxil olan şəxslərlə, binanın söküntüsünü həyata keçirmiş şəxslər eynidir. Üçüncüsü, mənzilə daxil olan şəxslərin mənzildəki heç bir əşyaya toxunmadığı ehtimalında belə, məsuliyyətin cavabdeh MTK-nın üzərində olduğu şübhəsizdir. Belə ki, iddiaçı və ailə üzvlərinin 13 avqust 2016-cı il tarixdən öz mənz illərindən iradələrinə zidd çıxarıldıqları müəyyən edilir; işdə iddiaçı və ailə üzvlərinin həmin tarixdən sonra mənzillərinə gəlmələri və bütün əşyalarını özləri ilə aparmaları, yəni mənzili könüllü şəkildə boşaltdıqları müəyyən edilmir. Nəzərə almaq lazımdır ki, mənzil iddiaçı və ailə üzvlərinin daimi yaşadıqları yaşayış sahəsi olmuşdur və iddiaçı mənzili könüllü tərk etməmiş, əksinə zorla mənzildən kənarlaşdırılmışdır. Belə olan halda bina sökülərkən mənzilin əşyalarla dolu olması faktnın və cavabdeh MTK-nın hüquqa zidd əməli törətdiyinin qəbulu zəruridir.

29. Məhkəmə kollegiyası, iddiaçının ona zərər vurulduğunu sübut edə bilməməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı saymayaraq qeyd etmişdir ki, iddiaçı 13 avqust 2016-cı ilə kimi həmin mənzildə yaşamışdır. Sözüg edən mənzilin boş olması mümkün deyildir; əksinə, mənzildə daimi yaşayış üçün zəruri olan əşyaların mövcudluğunun qəbulu ağlabatandır. İkincisi, iş üzrə şahidlər Elbrus Hacıyev və Violetta Mir-Bağırova iddiaçıya məxsus mənzildəki bütün əşyaların çölə atıldığını bildirmişlər. Göründüyü kimi, mənzildə daşınar əşyaların olduğunun qəbulu zəruridir. Yəni zərər vurulma faktı da öz təsdiqini tapır. Bundan əlavə, cavabdehin etirazının, habelə apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsası həm də ondan ibarətdir ki, iddia ərizəsində sadalanan əşyaların mənzildə olduğu müəyyən edilmir.

30. Məhkəmə kollegiyası bildirmişdir ki, bir qayda olaraq, deliktdən irəli gələn öhdəliklər üzrə zərər faktını sübuta yetirmək vəzifəsi zərər çəkənin üzərinə düşür. Lakin hazırki işin halları baxımından bu cür yanaş manın qəbulu ədalətsiz olmaqla birlikdə həm də hüquqa zidd əməli törətmiş cavabdeh MTK-nın bu cür davranışının "mükafatlandırılması"na səbəb ola bilər. Ona görə ki, iddiaçı və ailə üzvləri onlara məxsus mənzilə bu cür basqın ediləcəyini və mənzillərinin zorla sökülə biləcəyini ehtimal edə və görə bilməzdilər. Deməli, iddiaçılardan mənzildəki əşyalarının dəqiq siyahısını və bu əşyalara sahib olmalarını təsdiqləyən sübutları məhkəməyə təqdim etmələrini gözləmək həyatın normal axarına uyğun (yəni ağlabatan) deyildir. Bunun əksinə hərəkət edən, yəni iddiaçıya məxsus mənzilə qanunsuz daxil olaraq iddiaçı və ailə üzvlərini oradan zorla çıxarmış və əşyalarını da çölə tökmüş şəxs - cavabdeh MTK-dır. Əgər həqiqətən də cavabdeh MTK iddiaçıya məxsus daşınar əşyaları çölə tökməmişdirsə, onda mənzili h əmin əşyalarla birlikdə sökmüşdür ki, bunun da cavabdehin daşınar əşyalara vurulmuş zərərə görə məsuliyyətə cəlb olunması baxımndan bir əhəmiyyəti yoxdur. Əgər cavabdeh MTK mənzili sökərkən onun boş olduğunu iddia edirsə, onda mənzilin iddiaçı tərəfindən könüllü şəkildə boşaldıldığı müəyyənləşdirilməlidir ki, bu da öz təsdiqini tapmır. Deməli, mənzildəki daşınar əşyaların məhv edilməsinə yönəlmiş hərəkətlərə cavabdeh yol vermişdir. Bu mənada, hüquqa zidd əməli törətmiş cavabdeh MTK-nın sübutetmə ilə bağlı etirazı irəli sürməsi hüquqdan sui-istifadədir.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya məxsus mənzildəki daşınar əşyaları məhv edən cavabdeh MTK-nın gələcəkdə bununla bağlı məhkəmə mübahisəsinin meydana gələcəyini qabaqcadan gördüyü və ya ən azı, görməli olduğunu demək mümkü ndür. Bu halda, həmin daşınar əşyaların nədən ibarət olduğunu təsdiqləyən sübutları (yazılı akt, video çəkiliş, foro şəkillər və s.) lazımi qaydada rəsmiləşdirmək cavabdeh MTK-nın öz mənafeyi üçün əhəmiyyətli idi. Lakin cavabdeh MTK öz mənafeyinin müdafiəsi üçün zəruri hərəkətləri etməmiş, iddiaçının sübutetmə yükü altında olduğunu irəli sürməklə məsuliyyətdən yayınmağa çalşmışdır. Belə olan halda cavabdeh MTK-nın öz mənafeyinin müdafiəsi üçün görməli olduğu, lakin görmədiyi hərəkətlərin mənfi nəticələrinin iddiaçının üzərinə qoyulması ədalətli deyildir. ç) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

32. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-200/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Ə.Sarıyev, hakimlər N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) cavabdeh Şərif-zadə Ülviyyə İlham qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(009)-227/2018 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, daşınar əşyalara görə 16940 manat və 7,5 manat dövlət rüsumu, cəmi 16947,5 manatın "xxxx" MTK-dan Şərif-zadə Ülviyyə İlham qızının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 747,45 manatın 186 manatı cavabdeh "xxxx" MTK-na 561,45 manatı iddiaçı Şərif-zadə Ülviyyə İlham qızına aid edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən iş üzrə Ali Məhkəmənin 10.09.2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə (bu qərarın 27-31-ci paraqrafları) əsaslanmaqla qeyd etmişdir ki, mənzilə daxil olan şəxslərlə, binanın söküntüsünü həyata keçirmiş şəxslər eynidir. Mənzilə daxil olan şəxslərin mənzildəki heç bir əşyaya toxunmadığı ehtimalında belə, məsuliyyətin cavabdeh MTK-nın üzərində olduğu şübhəsizdir

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı və ailə üzvlərinin 13 avqust 2016-cı il tarixdən öz mənzillərindən iradələrinə zidd çıxarıldıqları müəyyən edilir; işdə iddiaçı və ailə üzvlərinin həmin tarixdən sonra mənzillərinə gəlmələri və bütün əşyalarını özləri ilə aparmaları, yəni mənzili könüllü şəkildə boşaltdıqları müəyyən edilmir. Nəzərə almaq lazımdır ki, mənzil iddiaçı və ailə üzvlərinin daimi yaşadıqları yaşa yış sahəsi olmuşdur və iddiaçı mənzili könüllü tərk etməmiş, əksinə zorla mənzildən kənarlaşdırılmışdır. Belə olan halda bina sökülərkən mənzilin əşyalarla dolu olması faktnın və cavabdeh MTK-nın hüquqa zidd əməli törətdiyinin qəbulu zəruridir.

35. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ona zərər vurulduğunu sübut edə bilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı 13 avqust 2016-cı ilə kimi həmin mənzildə yaşamışdır. Deməli, sözügedən mənzilin boş olması mümkün deyildir; əksinə, mənzildə daimi yaşayış üçün zəruri olan əşyaların mövcudluğunun qəbulu ağlabatandır. Həmçinin iş üzrə şahidlər Elbrus Hacıyev və Violetta Mir-Bağırova iddiaçıya məxsus mənzildəki bütün əşyaların çölə atıldığını bildirmişlər. Göründüyü kim i, mənzildə daşınar əşyaların olduğunun qəbulu zəruridir. Yəni zərər vurulma faktı da öz təsdiqini tapır. Belə ki, bir qayda olaraq, deliktdən irəli gələn öhdəliklər üzrə zərər faktını sübuta yetirmək vəzifəsi zərər çəkənin üzərinə düşür. Lakin hazırki işin halları baxımından bu cür yanaşmanın qəbulu ədalətsiz olmaqla birlikdə həm də hüquqa zidd əməli törətmiş cavabdeh MTK-nın bu cür davranışının "mükafatlandırılması"na səbəb ola bilər.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı və ailə üzvləri onlara məxsus mənzilə bu cür basqın ediləcəyini və mənzillərinin zorla sökülə biləcəyini ehtimal edə və görə bilməzdilər. Deməli, iddiaçılardan mənzildəki əşyalarının dəqiq siyahısını və bu əşyalara sahib olmalarını təsdiqləyən sübutları məhkəməyə təqdim etmələrini gözləmək həy atın normal axarına uyğun (yəni ağlabatan) deyildir. Bunun əksinə hərəkət edən, yəni iddiaçıya məxsus mənzilə qanunsuz daxil olaraq iddiaçı və ailə üzvlərini oradan zorla çıxarmış və əşyalarını da çölə tökmüş şəxs - cavabdeh MTK-dır.

37. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əgər həqiqətən də cavabdeh MTK iddiaçıya məxsus daşınar əşyaları çölə tökməmişdirsə, onda mənzili həmin əşyalarla birlikdə sökmüşdür ki, bunun da cavabdehin daşınar əşyalara vurulmuş zərərə görə məsuliyyətə cəlb olunması baxımından bir əhəmiyyəti yoxdur. Əgər cavabdeh MTK mənzili sökərkən onun boş olduğunu iddia edirsə, onda mənzilin iddiaçı tərəfindən könüllü şəkildə boşaldıldığı müəyyənləşdirilməlidir ki, bu da öz təsdiqini tapmır. Deməli, mənzildəki daşınar əşyaların məhv edilməsinə yönəlmiş hərəkətl ərə cavabdeh yol vermişdir. Bu mənada, hüquqa zidd əməli törətmiş cavabdeh MTK-nın sübutetmə ilə bağlı etiraz irəli sürməsi hüquqdan sui-istifadədir.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus mənzildəki daşınar əşyaları məhv edən cavabdeh MTK-nın gələcəkdə bununla bağlı məhkəmə mübahisəsinin meydana gələcəyini qabaqcadan gördüyü və ya ən azı, görməli olduğunu demək mümkündür. Bu halda, həmin daşınar əşyaların nədən ibarət olduğunu təsdiqləyən sübutları (yazılı akt, video çəkiliş, foto şəkillər və s.) lazımi qaydada rəsmiləşdirmək cavabdeh MTK-nın öz mənafeyi üçün əhəmiyyətli idi. Lakin cavabdeh MTK öz mənafeyinin müdafiəsi üçün zəruri hərəkətləri etməmiş, iddiaçının sübutetmə yükü altında olduğunu irəli sürməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Belə ola n halda cavabdeh MTK-nın öz mənafeyinin müdafiəsi üçün görməli olduğu, lakin görmədiyi hərəkətlərin mənfi nəticələrinin iddiaçının üzərinə qoyulması ədalətli deyildir.

39. Apellyasiya instansiyası məhkəməsində 3-cü apellyasiya baxışı mərhələsində cavabdeh tərəf disk təqdim edərək, iddiaçı tərəfindən əşyaların aparıldığını bildirmişdir. “Məhkəmə portret ekspertizasının” 22 fevral 2021-ci il tarixli, 3/164 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “DVD-R” tipli diskin daxilindəki qadın cinsli şəxs videogörüntüsündən çıxarılmış fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş Şərif-zadə Ülviyyə İlham qızının adına olan şəxsiyyət vəsiqəsinin surətindəki fotoşəkildə eyni bir şəxs əks olunmuşdur. Qərarda qoyulmuş “Video görüntüdə “Я вытыщила все свое драгоченное остались только два кондиционера и пару мелочей, мой любимый муж рядом со мной, это самое главное” sözlərini deyən səs Şərif-zadə Ülviyyə İlham qızına aiddirmi? sualı məhkəmə-portret ekspertizasının predmetinə aid olmadığından cavablandırılmadı. 40. “Audio və videoyazıların məhkəmə ekspertizası”nın 25 may 2021-ci il tarixli, 4/237-4/328 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı, DVD diskdə olan mübahisəli videofonoqramdakı danışıqlarda və görüntülərdə montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı, DVD diskdə olan mübahisəli videofonoqramdakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazı mətnində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi- Şərif-zadə Ülviyyə İlham qızına məxsusdur.

41. Apellyasiya instan siyası məhkəməsi ekspert rəylərinə tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək, hesab etmişdir ki, rəylərdə diskdə montaj əlamətlərinin müəyyən olunmamasını, videofonoqramdakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazı mətnində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Şərif-zadə Ülviyyə İlham qızına məxsus olmasını, DVD-R” tipli diskin daxilindəki qadın cinsli şəxs videogörüntüsündən çıxarılmış fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş Şərif-zadə Ülviyyə İlham qızının adına olan şəxsiyyət vəsiqəsinin surətindəki fotoşəkildə eyni bir şəxs əks olunması qeyd olunsa da, həmin disk mötəbər sübut kimi qəbul oluna bilməz.

42. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim olunmuş y arımçıq video çəkilişdə iddiaçının qolunun sarıqlı olduğu görünür. İddiaçı bildirir ki, ona təzyiq göstərilmiş, qolundan xəsarət almışdır. İş materiallarında olan videogörüntü və fotoşəkildən görünür ki, cavabdehin işçiləri mənzilə polis əməkdaşları ilə daxil olarkən, cavabdehin əməkdaşlarında video kamera olmuşdur (İ cild, i/v 199). Əgər cavabdeh tərəf video çəkiliş aparmışdırsa, çəkilişin əvvəlki hissəsi deyil, son hissəsi təqdim olunmuşdur ki, həmin çəkilişdə iddiaçının qolunun sarıqlı vəziyyətdə olduğu görünür. İddiaçı özü də bildirir ki, ona təzyiq altında həmin sözləri bildirib. Cavabdehin nümayəndəsi çəkilişin gec təqdim olunmasının səbəbini, kim tərəfindən aparıldığını, hansı texniki vasitə ilə çəkiliş aparıldığını izah edə bilməmişdir.

43. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 09 iyul 2020-ci il tarixli, 9/102 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş hal-hazırda təyinatı üzrə istifadəsi yararsız vəziyyətdə olan əşyalar zədələnməsindən əvvəl normal vəziyyətdə ümumi qiyməti 4080 manat təşkil edir. Həmin əşyalar “Noutbuk-Compaq Presario CQ 62-A20ED qiyməti 750 manat, “Nikon AN-DC9” markalı fotoaparat qiyməti 60 manat, “Western Digital WD Elements Portable” markalı Hard diski qiyməti 70 manat, “Panasonic KX-TG6823 74,99 Dect Stasionar” markalı telefon qiyməti 110 manat, “AMF HUGO BOSS” təmiz yundan olan kostyum qiyməti 600 manat, “Ulla Popkin” markalı qadın geyimləri 2400 manat, “SWAROVSKİ Crystalline Stardust USB Ballpoint Pen” markalı qələm qiyməti 90 manat təşkil edir. Tədqiqata təqdim olunmamış əşyalar nəzəri qaydada 25670 manat qiymətləndirilmişdir.

44. Apelly asiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur.

45. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Ekspert rəyinə uyğun hal-hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan əşyalar zədələnməsindən əvvəl normal vəziyyətdə ümumi qiyməti 4080 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

46. Apellyasiya instansiyası m əhkəməsi iddiaçının təqdim etdiyi fotoşəkillərdə “Jaeger-LeCoultre” qadın qol saatı və “X7” kişi qol saatı, “Turnbull and Asser” markalı, 100% yun kaşmir qalstuk, “X10 Necktie” markalı boz ipək qalstukun olduğunu müyyən etmiş və belə qənaətə gəlmişdir ki, “Jaeger-LeCoultre” qadın qol saatının qiyməti 5650 manat, “X7” kişi qol saatının qiyməti 5970 manat, “Turnbull and Asser” markalı, 100% yun kaşmir qalstukun qiyməti 220 manat, “X10 Necktie” markalı boz ipək qalstukun qiyməti 370 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

47. Bundan başqa, iddiaçı “ULLA POPKİN” markalı paltarların üst hissəsini və kartını, həmin şirkətdən onlara ünvanlanmış məktubları təqdim etdiyindən, kollegiya hesab etmişdir ki, iddia tələbi “PrimaDonna, Eternal, Felina Moments, Twist Happines, Ulla Popkin, X11” alt geyim dəstləri hissədə qismən təmin edilməli, həmin əmlakların qiyməti 650 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

48. İddiaçı Şərif-zadə Ülviyyə İlham qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın qalan hissədə rədd edilməsinə dair hissəsində ləğv edilməsi və mülkiyyətində olan daşınar əşyalara dəymiş 67691 manat maddi ziyan məbləğinin tam həcmdə cavabdeh "xxxx" MTK-dan tutulmasına dair yeni qərarın qəbul edilməsinin xahiş etmişdir.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh şirkət onlara binanın söküntüsünün icrası çərçivəsində verilmiş hüquqlardan sui-istifadə etmişdir. Yə ni iddiaçıya məxsus mənzilə zor gücünə daxil olmaqla ona mülkiyyət hüququ ilə məxsus olan daşınar əşyaları çölə atmışlar, evin təmirinə isə söküntü ilə zərər vurmuşlar. Bu mənada ki, iddiaçı təmirə vəsait xərcləmiş, lakin məhkəmə tərəfindən bu vəsait maddi dəyərə malik olduğu halda ona düzgün qiymət verilməmişdir. Məhkəmə iddiaçıya məxsus qanunsuz sökülmüş mənzilin təmirinə münasibətdə bildirmişdir ki, “iddiaçı tərəfindən tələb edilən 23.000 manat tələblə bağlı qeyd etmişdir ki, təmirlə əlaqədar mötəbər sübutlar təqdim olunmadığından iddia təmin edilməməlidir”. Halbuki, iş üzrə iddiaçının qonşusu olan şahidlər Elbrus Hacıyev və Violetta Mir-Bağırova dindirilmiş və iddiaçıya məxsus mənzildəki bütün əşyaların çölə atılması ilə yanaşı Şərif-zadənin öz oğlunu söküntüdən 2 ay qabaq evləndirməsi, toy ilə əlaqədar mənzildə təmir işlərinin aparıldığını təsdiqləmişlər. Belə olan halda sübut olunur ki, şahid ifadələri də yarımçıq qiymətləndirilmişdir və təmirə aid olan hissədə ümumiyyətlə nəzərə alınmamışdır. Şərif-zadə tərəfindən mənzilin təmirli vəziyyətinə dair fotoşəkillər təqdim edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin fotoşəkillər nəzərə alınmamışdır. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün meyarla nəzərə alınmamışdır. Ona görə ki, istər təmirə dair fotoşəkillər, istərsə də dəyəri tələb edilən əşyaların varlığına və ya mövcudluğuna dair sübutların təqdim edilə bilməməsi, hətta baxmayaraq ki, iddiaçı mümkün qədər sübut təqdim etməyə çalışmış və nə tapa bilmişsə məhkəməyə təqdim etmişdir, iddiaçı nın günahı və təqsiri deyildir.

50. Cavabdeh "xxxx" MTK kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, delikt nəticəsində zərər vurulma faktının zərərçəkən şəxs olduğunu iddia edən şəxs tərəfindən sübut edilmədiyi təqdirdə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi təmin etməklə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1096 və 1097-ci maddələrini düzgün tətbiq etməmişdir. Cavabdehin əməkdaşları tərəfindən iddiaçıya qarşı heç bir zor tətbiq edilməmişdir və bunun əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. İddiaçının qolunun sarıqlı olma sının səbəbkarının cavabdehin hərəkətləri olmasını müəyyənləşdirmək xüsusi bilik tələb etdiyinə görə və tərəflərdən heç birinin məsələ ilə əlaqədar ekspertiza təyin edilməsinə dair vəsatəti olmadığına görə apellyasiya instansiyası məhkəməsi MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxarkən öz təşəbbüsü ilə ekspertiza təyin etməli idi. Apellyasiya instansiyası məhkəməsi isə heç bir ekspertiza təyin etmədən iddiaçının qolunun sarıqlı olmasının guya cavabdehin hərəkətləri nəticəsində baş verdiyi və ümumiyyətlə, cavabdeh tərəfindən iddiaçıya zor tətbiq edildiyi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi heç bir əsası olmadan mənzilin əşyalarla dolu olduğu qənaətinə gəlmiş və haqsız olaraq "xxxx" MTK-nı əşyaların mənzildən çölə atılmasında təqsirli olduğunu hesab etmişdir. Bu isə o dem əkdir ki, apellyasiya instansiyası məhkəməsi məsələ ilə əlaqədar sübutları düzgün qiymətləndirməmiş və işin faktiki hallarını yanlış müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan əşyaların qiyməti, o cümlədən, iddiaçının həqiqətən də təzyiqə məruz qalması faktlarını ekspertiza təyin etmədən və heç bir digər mötəbər sübuta əsaslanmadan müəyyənləşdirmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəz inin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülk i hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

55. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

56. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətləri ümumən apellyasiya instansiyası məhkəməsi aktının tam araşdırılmasını ehtiva etdiyinə (iddiaçı ilkin iddianın təmin olunmayan hissəsini, cavabdeh ilkin iddianın təmin olunan hissəsini mübahisələndirdiyinə) görə məhkəmə aktı tam yoxlanılır. Həmçinin nəzərə alınmalıdır ki, qarşılıqlı iddianın təmin olunmaması hissəsindən şikayət verilməmişdir və araşdırma yalnız ilkin iddiaya aid hissə ilə ba ğlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. İlkin iddianın ümumi maddi-hüquqi əsasını Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir. Lakin işin həllində ziyanın ödənilməsinin şərtləndirən digər hüququ normalarının tələbləri də nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifəl ərin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir.

61. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

62. Mülki Məcəllənin 1096.1, 1097.1 və 1099.1-ci maddələrinin mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mö vcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

63. Birinci instansiya məhkəməsi də iddianın həllində bu normalara istinad etməklə, maddi hüququ normalarını düzgün tətbiq etmişdir.

64. İddiaçının kassasiya şikayəti ümumilədirilmiş iki dəlildən ibarətdir:

1. Evin təmirinə xərclənmiş vəsait maddi dəyər kimi məhkəmə tərəfindən nəzərə a lınıb qiymət verilməmişdir;

2. Məhkəmə evdə olmuş və məhv edilmiş və ya zədələnmiş əşyaların bir hissəsinin mövcudluğunun sübut olunmadığı barədə səhv nəticəyə gəlmişdir.

65. Bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənzilin təmirinə nə qədər vəsait sərf edilməsi barədə mötəbər sübutları təqdim etməmişdir. Bundan başqa, Ülviyyə Şərif-zadə cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan mənzilin sökülməsi, mənzilə verilən elektrik enerjisi, qaz, su və başqa təchizatın dayandırılması, mənzilə zorla daxil olunması və əşyalarının daşınması, onun pis rəftara məruz qalması, mənzilə mülkiyyət hüququnun pozulmasının qanunsuz hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 390.700 manat, mənəvi zərərə görə 50.000 manat pulun tutulub ona ödənilməsi, həmçinin icarədə qalması ilə əlaqədar olaraq icarə haqqına görə hər ay 500 manat olmaqla 2017-ci ilin yanvar ayından etibarən hazırki iş üzrə qəbul ediləcək yekun məhkəmə qətnaməsinin tam icrası müddətinədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

66. Həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(009)-89/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 13 avqust 2016-cı il tarixdən başlayaraq Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində sökülmüş 27 saylı binanın yerində cavabdeh tərəfindən inşa edilən yaşayış binasının istifadə üçün hazır olduğu günədək olan dövr üçün kirayə haqqına görə hər ay 400 manat pulun cavabdehdən tutu lub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

67. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli, 2(103)- 10267/2019 saylı qətnaməsi ilə iş üzrə tərəflərin apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan mənzilin sökülməsi, mənzilə verilən elektrik enerjisi, qaz, su və başqa təchizatın dayandırılması, mənzilə zorla daxil olma və əşyaların daşınması, iddiaçının pis rəftara məruz qalması və mənzilə mülkiyyət hüququnun pozulmasının qanunsuz hesab edilməsi, iddiaçının mülkiyyətində olan mənzilə görə 140.400 manat pul kompensasiyanın cavabdehdən tutulub iddiaçıya ödənilməsi, habelə 01 yanvar 2017-ci ildən 01 yanvar 2018-ci il tarixədək hər ay 300 manat, 01 yanvar 2018-ci ildən qətnamə icra edilənədək hər ay 400 manat olmaqla kirayə haqqının hesablanıb cavabdehdən tutulub iddiaçıya ödənilməsi, cavabdehdən mənəvi zərərə görə 1.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

68. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.09.2020-ci il tarixli, 2(102)1412/2020 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən - Şərif-zadə Ülviyyə İlham qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi 27 saylı evin 35ci mənzil inin satınalma qiymətinə əlavə haqqın ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunaraq, "xxxx" MTK-dan Şərif-zadə Ülviyyə İlham qızının xeyrinə mənzilin satınalma qiymətinə əlavə 28.080 manat pulun tutulması, qətnamənin digər hissədə, yəni mənəvi zərərə görə 1.000 manat, 01 yanvar 2017-ci ildən 01 yanvar 2018-ci ilədək kirayə haqqına görə hər ay 300 manat pulun tutulması hissəsində dəyişdirilərək "xxxx" MTK-dən Şərif-zadə Ülviyyə İlham qızının xeyrinə mənəvi zərərə görə 5.000 manat, 01 yanvar 2017-ci ildən 01 yanvar 2018-ci ilədək kirayə haqqına görə hər ay 400 manat pulun tutulması qərara alınmış, mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

69. Həmin işdə iddiaçının mülkiyyətində olmuş və sökülmüş mənzilin qiyməti təmir vəziyyəti nəzərə alınmaqla 140.400 manat müəyyən edilmişdi.

70. Kassatorun evdə olmuş və məhv edilmiş və ya zədələnmiş əşyaların bir hissəsinin mövcudluğunun sübut olunmadığı barədə səhv nəticəyə gəlindiyi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir.

71. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

72. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi bütün sübutları nəzərə almış, tədqiq etmiş və qiymətləndirməklə bu hissədə iddianı qismən təmin etmişdir.

73. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

74. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş mümkün sübutlar əsasında qətnamə çıxarmışdır və ziyanın iddianın təmin olunan hissəsindən daha çox olduğu barədə nəticəyə gəlməyə əsas yoxdur.

75. Cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin düzgün tətbiq edilməməsi, habelə sübutetmə vəzifəsinin ona aid edilməsi ilə bağlı məhkəmənin mövqeyinin səhv olduğu barədə dəlilləri əsassızdır. Əvvəla ona görə ki, hazırki iddianın maddi-hüquqi əsası məhz bu normaların tətbiqini tələb edir (bu qərarın 61-62-ci paraqrafları).

76. Bundan başqa, iş üzrə Ali Məhkəmənin əvvəlki 10.09.2019-cu il tarixli qərarında da iddiaçı və cavabdeh arasında hər hansı müqavilə münasibətlərinin olmadığı nəzərə alındığı halda, mübahisəyə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn öhdəliklərə dair normalar tətbiq edilməli olduğu barədə hüquqi mövqe bildirilmişdir.

77. Cavabdehi təmsil edən şəxslərin iddiaçının mənzilinə qanuni əsas olmadan daxil olması, bu zaman cavabdehin iddiaçının mənzildən çıxıb mənzili boşaltmaqla MTK-ya təhvil vermə motovində olması, həmin vaxtı iddiaçının mənzildən könüllü çıxmaması, yaranan münaqişə əsnasında iddiaçının əmlakının mənzildən çıxarılması zamanı zərər vurulması, səbəbli əlaqə baxımından qiymətləndirmə üçün cavabdehin üzərinə sübut etmə yükü qoymağa əsas verir.

78. Eyni zamanda iddiaçının qolunun sarıqlı olmasının səbəbinin müəyyən olunması və bununla bağlı ekspertiza təyin edilməsi barədə cav abdehin kassasiya dəlili əsasızdır. Çünki müəyyən olunan ziyan iddiaçının onun iradəsi əleyhinə evdən çıxarılması ilə bağlıdır və bu hal, cavabdehin bədən xəsarəti alıb-almamasından asılı olmayaraq təsdiqini tapmışdır.

79. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğu və düzgün tətbiq edilmədiyi, sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyi qeyd edilsə də, bu hallar iş materialları ilə öz təsdiqini tapmır.

80. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-200/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar