Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-594/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı ilk, Cavabdeh1 cavabdehlər İddiaçı, ƏlCavabdeh2 və 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlak bölgüsü. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı əmlak bölgüsünə dair ilk, Cavabdeh1 cavabdehlər İddiaçı, ƏlCavabdeh2 və 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmlak bölgüsü barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-5800/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh1 ilə X1 xx.xx.2000-ci ildə nikaha girmişlər, bu nikahndan xx.xx.2002-ci ildə Yağmur və xx.xx.2005-ci ildə Turker adlı uşaqları anadan olmuşdur.
2. MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 107,1 kvadrat metr sahəsi olan qeyri-yşayış sahəsi xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
3. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 000455 nömrəli, xx.xx.2002-ci il tarixli orderinə əsasən, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatdadır. 4. xx.xx.2017-ci il tarixli Nəqliyyat vasitələrinin alğı-satqı müqaviləsinə əsasən, İddiaçı məxsus “Dodge Durango” markalı, 2014-cı il buraxılışlı, PHP********** mühərrik, 1C4RDJDG8EC977269 ban nömrəli, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 satılmışdır. 5. xx.xx.2016-cı il tarixli "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış “X9”nə əsasən sonuncuya maksimal faiz dərəcəsi 30% olmaqla, 120 ay müddətinə, limit məbləği 500000 manat olan kredit xətti açılmışdır. Cavabdeh1 tərəfindən özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində (əvvəlki Teymur Əliyev küçəsi) olan b.67/71 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (107,1 kvadrat metr ümumi sahədə n ibarət) ipoteka ilə yüklü edərək, 36 ay müddətinə, illik 21% olmaqla, 150000 manat kredit götürmüş və xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək hər ay 5653 manat ödəniş etməyi qəbul etmişdir. 6. 24.02.2014-cü il tarixli İcarə Müqaviləsinə əsasən X3 tərəfindən Bakı şəhəri, Mərdanov Qardaşları 9 saylı 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 160,7 kvadrat metr olan qeyri-yaşayış sahəsi 5 il müddətinə, aylıq icarə haqqı 2000 manat olmaqla Cavabdeh1 icarəyə verilmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1805/2018 saylı 30 mart 2018ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqlar ataları Cavabdeh1 yanında saxlanılması, anadan aliment alınması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. Bayır (İbrahimova) İddiaçı Ali Osman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bayır (İbrahimova) Ramilə Qəzənfər qızı ilə Cavabdeh1 arasında xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanan 159 saylı nikah qeydinin pozulması və birgə nikahdan olan övladları xx.xx.2002-ci il təvəllüdlü X31, xx.xx.2005-ci il təvəllüdlü X19 Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, digər tələbləri ilə yanaşı, Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 107.1 kv.m olan qeyri-yaşayış sahəsinə və orada yerləşən mebellər, əşyalar cihazlar və ləvazimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun, müəyyən edilməsi; Cavabdeh1 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilə və orada yerləşən mebellər, əşyalar, cihazlar və ləvazimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun müəyyən edilməsi; ünvan 5 ünvanında yerləşən “Hagina” gözəllik salonunda olan mebellər, cihazlar, əşyalar və ləvazimatlar, 4 kosmetoloq otağı əşyaları, cihazları, ləvazimatları, 4 ədəd kosmetoloq-lazer aparatı, televizor, “Baku Electronics”dən alınmış 2 ədəd hər biri 3000 manat qiymətində olan yeni kondisionerlərə və orada yerləşən mebellər, əşyalar, cihazlar və ləvazimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsinə əlavə onunla əsaslandırılmı şdır ki, cavabdehlə barışmaq, ailənin qorunub saxlanılması qeyri-mümkündür. Cavabdehin xroniki narkotik vasitələrin alüdəçisi olması, qumara düşkünlüyü və daimi olaraq iddiaçıya və uşaqlara qarşı zor tətbiq etməsi, onların həyat və sağlamlığına qəsdən xəsarət yetirməsi, psixi xəstə olmasına görə uşaqların onun yanında saxlanılması təhlükəlidir. Cavabdehin uşaqlara baxması, onların tərbiyəsi ilə məşğul olması mümkün deyil. Tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 107.1 kv.m olan qeyri-yaşayış sahəsi içindəki əşyalarla, Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzil əşyaları ilə, ünvan 5 ünvanında yerləşən “Hagina” gözəllik salonunda yerləşən bütün əşyalar iddiaçının 2/3 payı, cavabdehin 1/3 payı müəyyən edilməklə tərəflə r arasında bölünməlidir. Bundan əlavə nikah dövründə iddiaçıya alınmış qızıl-zinət əşyaları da cavabdehdədir.
11. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bayır (İbrahimova) Ramilə Qəzənfər qızı ilə Cavabdeh1 arasında xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanan 159 saylı nikah qeydinin pozulması və birgə nikahdan olan övladları xx.xx.2002-ci il təvəllüdlü X20 və xx.xx.2005-ci il təvəllüdlü X19 Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının himayəsində saxlanılmasını xahiş etmişdir. 12.. xx.xx.2018-ci il tarixdə İddiaçı tələbini dəqiqləşdirərək, 09 dekabr 2016-cı il tarixdə ünvan 6 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının ½ hissədə pay hüququnun tanınması və h əmin məbləğin Cavabdeh1 alınaraq ona verilməsi, həmçinin mənzildə olan 3 ədəd 1500 manat dəyərində kondisionerə, 10000 manat dəyərində 2 ədəd televizora və tumba qab-qacağa (Messin firması), 2000 manat dəyərində 4 ədəd şkafa, 3000 manat dəyərində 4 ədəd çılçırağa, 600 manat dəyərində radiatora ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 tutularaq ona verilməsini xahiş etmişdir.
13. Bundan başqa məhkəmənin icraatında olan digər, 2(001)-1805/2018 saylı (əvvəlki qeydiyyat nömrəli 2(001)-12842/2017 olmuşdur) mülki iş materiallarına əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixdə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış və Bakı şəhəri Səadət sarayında xx.xx.2000-ci il tarixdə 159 nömrə ilə qeydə alınmış nikahın pozulması və xx.xx.2002-ci il tə vəllüdlü X20 və xx.xx.2005-ci il təvəllüdlü X19 boşanmadan sonra iddiaçı ilə qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Dana sonra Cavabdeh1 iddia ərizəsinə əlavə təqdim edərək, ilkin tələblərinə əlavə olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X27 küçəsi, döngə 2, ev 3-ə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi,116 saylı qeyri-yaşayış sahəsinə və orada yerləşən əmlak və əşyalara, ünvan 9-ə, ünvan 2-ə və həmin mənzildə yerləşən əşyalara – ev-məişət avadanlıqları, mebellər, cihazlar və qızıl zinət əşyalarına, Bakı şəhəri, S.Rəhman küçəsi,ev 41, 22 saylı mənzilə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, 99- BR444 dövlət qeydiyyat nişanlı avtomaşına, “Porsche Cayenne” markalı **-BA-*** dö vlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC-də cavabdeh İddiaçı adına olan hesabdakı əmanət (pul məbləği) 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1805/2018 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü” tələbinə dair iddiası üzrə “nikahın pozulması, uşaqların atanın yanında qalması nın müəyyən edilməsi” hissədə tələb ayrıca icraata ayrılmışdır.
16. Məhkəmənin xx.xx.2018-ci il tarixli 2(001)-812/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı "nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə 2(001)-812/2018 saylı mülki işlə, məhkəmənin icraatında olan eyni tərəflər arasında eyni əsaslarla eyni predmet üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə 2(001)1805/2018 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmişdir. 17. 13.08.2018-ci il tarixdə Cavabdeh1 cavabdeh qismində İddiaçı, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsini gö stərməklə, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X27 küçəsi, döngə 2, ev 3 ünvanda yerləşən evə, ünvan 8 sahəsinə, ünvan 9-ə, ünvan 2-ə, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 18. 12.03.2019-cu il tarixdə "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş, ərizə məhkəmə tərəfindən təmin edilmişdir. 19. 30.05.2019-cu il tarixdə Cavabdeh1 cavabdeh qismində İddiaçı, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsini göstərməklə, iddia tələbinin həcminin artırılması barədə növbəti ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X27 küçəsi, döngə 2, ev 3-ə, ünvan 8 sahəsinə və orada yerləşən əmlak və əşyalara, ünvan 9-ə, ünvan 2-ə və həmin mənzildə yerləşən əşyalara – məişət avadanlıqları, mebellər, cihazlar və qızıl zinət əşyalarına, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 7-ci mərtəbə, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh2 İddiaçı verdiyi etibarnamənin etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC-də cavabdeh İddiaçı adına olan hesabdakı əmanətə (pul məbləği) 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017ci il tarixli “Kredit Müqaviləsi” üzrə borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, həmçinin kredit müqaviləsinə əsasən faktiki ayrılandan sonra "x xxx" ASC-yə Cavabdeh1 tərəfindən ödənilən 1053 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5652 manat, 1019 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5700 manat, 1044 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5653 manat, cəmi ödənilən 17005 manat məbləğin 1/3 hissəsinin, yəni 5668 manatın İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Sonradan Cavabdeh1 yenidən iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X27 küçəsi, döngə 2, ev 3-ə, ünvan 8 sahəsinə, ünvan 9 ünvanda yerləşən qeyri yaşayış sahəsinə, ünvan 2-ə, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 7-ci mərtəbə, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəy yən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh2 İddiaçı verdiyi xx.xx.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, həmçinin kredit müqaviləsinə əsasən faktiki ayrılandan sonra "xxxx" ASC-yə Cavabdeh1 tərəfindən ödənilən 1053 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5652 manat, 1019 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5700 manat, 1044 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5653 manat, cəmi ödənilən 17005 manat məbləğin1/3 hissəsinin, yəni 5668 manatın İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (G.Abbasova) xx.xx.2020-ci il tarixli, 2(001)-40/2020 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddiasi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X27 küçəsi, döngə 2, 3 saylı evə; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı qeyri- yaşayış sahəsinə; ünvan 2-ə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 saylı mənzilə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 23 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, İddiaçı 1/3 hissədə pay huququnun müəyyən edilmiş, ünvan 10 ünvanında yerləşən qeyriyaşayış sahəsinə Cavabdeh1 2/3 hissədə pay hüququ müəyyən edilməsi, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017- ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Dodge Durango” markalı, 99- BR-444 dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, İddiaçı Cavabdeh1 qa rşı “əmlak” tələbinə dair iddiasının qismən təmin edilməsi, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi qət edilmiş, İddia tələbi qalan hissədə təmin edilməmişdir.
22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli əmlaklar tərəflərin birgə nikah müddətində əldə edilmişdir və birgə nikah müddətində əldə edilmiş əmlakların bölünməsi barədə tərəflər arasında hər hansı razılaşma mövcud deyildir.
23. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyətdir. Ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə, birgə mülkiyyət münasibətlərinə xitam verilir. Hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması ü çün iki şərtin olması zəruridir: a)əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; b)əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Ərarvadın ümumi birgə mülkiyyət hüquq münasibətlərinin yaranması əsası qanunla müəyyən olunan qaydada bağlanan nikahdır.
24. Məhkəmə “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə hesab etmişdir ki, bağlanmış alqısatqı müqaviləsi formal xarakter daşıyır. Belə ki, göstərilən müqavilədə avtomobilin 25000 manata satılması göstərilsə də, Cavabdeh2 tərəfindən həmin məbləğ İddiaçı ödənilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli avtomobil ə dair bağlanmış alqı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmaqla yanaşı, həm də qanunun tələblərinə müvafiq qaydada bağlanmamışdır. Buna görə də göstərilən alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
25. Məhkəmə hesab etmişdir ki, mübahisəli avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, ondan irəli gələn məsələlər həll edilərək, alıcının və satıcının hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı və mübahisəli avtomobil İddiaçı geri qaytarılmalıdır. Lakin, mübahisəli avtomobilə dair Cavabdeh2 tərəfindən müqavilədə göstərilən 25000 manat məbləğində pul vəsaiti ödənilmədiyindən, ödənilməyən məbləğin Cavabdeh2 qaytarılması da yolverilməzdir.
26. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında ümumi əmlakın böl ünməsi tələbi barəsində məhkəmə mübahisəsi mövcud olduğundan, həmçinin tərəflər arasında əmlak bölgüsü aparılan zaman tərəflərin payları 1/3 və 2/3 hissələrlə müəyyən edildiyindən, həmin borc məbləği tərəflərin ümumi borcu olduğundan, onların ümumi borcları da onların paylarına uyğun hissələrlə müəyyən edilməlidir.
27. Məhkəmə həmçinin iddia tələbinin xx.xx.2017-ci il tarixdə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun bölünməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Tərəflər arasında ümumi əmlakın bölünməsi tələbi barəsində məhkəmə mübahisəsi mövcud olduğundan, həmçinin tərəflər arasında əmlak bölgüsü aparılan zaman tərəflərin payları 1/3 və 2/3 hissələrlə müəyyən edildiyindən, həmin borc məbləği tərəflərin ümumi borc u olduğundan, onların ümumi borcları da onların paylarına uyğun hissələrlə müəyyən edilməlidir. Həmçinin iş materiallarından aydın olur ki, ünvan 8 sahəsi tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmişdir, göstərilən kredit isə onların birgə nikahda olduqları müddətdə həmin qeyriyaşayış sahəsinin alınması və təmir işlərinin görülməsi üçün götürülmüşdür.
28. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 337, 340, Ailə Məcəlləsinin 32, 37, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
29. Qətnamədən Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsi və onlar tərəfindən verilmiş iddia tə ləbinin tam təmin edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmlaklar alınan zaman cavabdeh işsiz olmuş və bütün əmlaklar iddiaçının atası tərəfindən alınmışdır. Həmçinin əmlakların cavabdehin xeyrinə qeyri mütənasib bölünməsi də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi bu mövqeyini tərəflərin uşaqlarının cavabdehdə qalması ilə əsaslandırsa da, iddiaçının uşaqlar üçün aliment ödədiyini nəzərə almamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi- vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, əlavə olaraq bildirmişlər ki, uşaqlar öz seçimlərinə görə atalarının yanında qalmışlar və iddiaçı (Ramilə) onların saxlanılması üçün aliment ödəyir.
31. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin idd ia üzrə cavabdehin nümayəndəsi-vəkili X21 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, Ali 25 ildir ki, Azərbaycan Respublikasında VÖEN əsasında, rəsmi qaydada sahibkarlı fəaliyyəti ilə məşğuldur. Ramilə əvvəllər anası və qardaşı üçün mənzillər almışdır. Sonradan bunların iki oğlan övladları olduğu üçün iki ev, iki maşın və bir bağ evi alır. İlk əvvəllər Ramilə mənzilin qapısının açarını dəyişir, Ali və uşaqlar mənzilə daxil ola bilmirlər. Sonradan isə həmin mənzillər müqavilə əsasında alındığı üçün Ramilə sənədləri qəsdən itirir. Onlar müqavilələrin kötüyünü əldə etmək üçün dəfələrlə şirkət rəhbərliyinin yanında olmuşlar. Lakin şirkət həmin müqavilələrin surətini verməkdən imtina etmişdir. Onlar polis orqanlarına şikayətlər etdikdən sonra şirkət mənz ilə dair sənədlərin surətini onlara təqdim etmişdir. Ramiləni Cavabdeh1 işə götürüb, onun işçisi olub və daha sonra isə Aliyə xəyanət etdiyi üçün münasibətləri pozulmuş, hətta uşaqları belə analarından üz döndərmiş və ataları ilə qalmaq istəmişlər. Bütün əmlaklar Alinin şəxsi və qazandığı vəsaitlər hesabına əldə olunmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5605/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X22 (sədrlik edən və məruzəçi), X14 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)40/2020 saylı, 27 fevral 2020-ciil tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmı şdır.
33. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, birgə nikah dövründə əldə olunmuş əmlaklara dair tərəflərin diqqətəlayiq mənafelərini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və işin bütün hallarını məcmu şəkildə qiymətləndirən birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli əmlaklara Cavabdeh1 2/3 pay hüququnu tanımışdır.
34. Bundan başqa məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının iddia tələbinin “09 dekabr 2016-cı il tarixdə ünvan 6 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının ½ hissədə pay hüququnun tanınması və həmin məbləğin Cavabdeh1 alınaraq ona verilməsi, həmçinin mənzildə olan 3 ədəd 1500 manat dəyərində kondisionerə, 10000 manat dəyərində 2 ədəd televizora və t umba qab-qacağa (Messin firması), 2000 manat dəyərində 4 ədəd şkafa, 3000 manat dəyərində 4 ədəd çılçırağa, 600 manat dəyərində radiatora ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 tutularaq ona verilməsi, Samsung markalı soyuducunun satışından əldə edilmiş 3000 manata iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 alınaraq ona verilməsi” hissəsinə dair belə qənaətə gəlmişdir ki, həmin mənzil tərəflərin nikahları pozulmadan və birgə yaşadıqları dövrdə satıldığından, kollegiya həmin mənzilin satışından əldə olunan vəsaitin ailənin ehtiyaclarına xərcləndiyi qənaətinə gəlmişdir Belə ki, tərəflər arasındaki nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1805/2018 saylı 30 mart 2018-ci il tarixli qətnaməsi ilə pozulm uş və tərəflərdə 2017-ci ilin iyul ayınadək birgə yaşadıqlarını bildirmişlər.
35. Kollegiya ilkin iddia üzrə iddiaçının iddia tələbinin “ünvan 5 ünvanında yerləşən “Hagina" gözəllik salonunda olan 1 ədəd 1500 manat dəyərində pedikür vannasına, 1 ədəd dəyəri 500 manat olan işlənmiş kuşetkaya, 1 ədəd dəyəri 500 manat olan ağ rəngli S.Kuşetkaya, 1 ədəd dəyəri 100000 manat olan Aleksandrit lazer aparatına (2011), 1 ədəd dəyəri 3000 manat olan “BOSCH” markalı ağ rəngli kondisionerə, dəyəri 1000 manat olan 2 və 3 nəfərlik oturacaqlara, dəyəri 500 manat olan “İNDESİT” markalı kiçik ağ rəngli soyuducuya, dəyəri 600 manat olan ”Samsung" markalı paltaryuyan maşına, dəyəri 600 manat olan “Bloınberq” markalı paltar qurudana, dəyəri 1500 manat olan Ariston ağ rəngli, 2 ədəd/şkaf 4 ədəd, dəyəri 1400 man at olan 2 ədəd “Samsung” markalı soyuducuya, dəyəri 1600 manat olan ağ rəngli saçyuma vannasına oturacaqları ilə birlikdə, dəyəri 3400 manat olan 9 ədəd divar güzgüsünə, dəyəri 4000 manat olan 8 ədəd oturacağa, dəyəri 1500 manat olan dairəviağ rəngli divana, dəyəri 3000 manat olan 1 ədəd “SİEMENS” markalı soyuducuya, dəyəri 500 manat olan 1 ədəd kosmetoloq stoluna, dəyəri 500 manat olan 1 ədəd Facial Stcamer aparatına, dəyəri 500 manat olan 1 ədəd 80-2B Centrifuce aparatına, dəyəri 1000 manat olan 1 ədəd Hotca Binet kosmetoloq aparatına, dəyəri700 manat olan 2 ədəd televizora, dəyəri 1200 manat olan musiqi mərkəzinə, dəyəri 1000 manat olan 2 ədəd manikür stollarına, dəyəri 1200 manat olan 4ədəd kresloya, dəyəri 1200 manat olan 20 ədəd fenə, dəyəri 900 manat olan 3 ədəd divana, dəyəri 500 m anat olan duş kabininə, dəyəri 1800 manat olan Samsung Galaxy S8 aparatına, dəyəri 1400 manat olan regulatora ½ hissədə hissədə pay hüququnun tanınması, naturada və yaxud onların dəyəri olan 137400 manat məbləğində pul vəsaitin ½ hissəsinin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi” hissəsi üzrə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmiş və bununla bağlı hər hansı əlavə əsaslandırma aparılmasına zərurət görməmişdir.
36. Məhkəmə öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 32,37, MPM-in 14, 77-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
37. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti belə əsasland ırılmışdır ki, mübahisəli əmlaklar alınan zaman Cavabdeh1 işsiz olmuş və bütün əmlaklar onun (iddiaçının) atası tərəfindən alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 32.1 və 32.2-ci maddələrinin tələbləri pozularaq mübahisəli əmlaklara Cavabdeh1 payı 2/3 hissə, onun payı isə 1/3 hissə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi bu mövqeyini uşaqların Cavabdeh1 qalması ilə əsaslandırsa da, uşaqlar üçün aliment ödəməyini nəzərə almamışdır. Bundan başqa, məhkəmə iddia tələbinin Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş pula onun 2/3 pay hüququnun, Cavabdeh1 isə 1/3 pay hüququnun müəyyən edilməsi hissəsinə ümumiyyətlə baxılmamışdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4 329/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və X5) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5605/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
40. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən uşaqlardan Yağmurun artıq yetkinlik yaşına çatmasını, həmçinin uşaqların saxlanması üçün İddiaçı tərəfindən Cavabdeh1 aliment ödəməsini nəzərə almamışdır. Həmçinin işdən payların bərabər bölünməməsinə əsas verəcək digər halların olması da müəyyən edilmir. Məhkəmə ata Cavabdeh1 çatacaq payın anaya çatacaq paya nisbətən artırılmasında uş aqların hansı maraqlarının təmin olunmasını, paylar bərabər olduğu təqdirdə bu maraqların təmin olunmayacağı, ananın özünə çatacaq əmlakdan uşaqlarının mənafeyinə istifadə etməyəcəyi ehtimalının olmasını əsaslandırmamışdır.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130.000 manat pula onun 2/3 pay hüququnun, Cavabdeh1 isə 1/3 pay hüququnun müəyyən edilməsi hissəsini rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci il tarixli qətnamə ilə pozulmuş, həmin mənzil tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.2016-cı ildə satıldığından mənzilin satışından əldə edilmiş pul ailənin ümumi ehtiyaclarına sərf edilmişdir. Məhkəmə b u qənaətə gələrkən işdə olan sübutları tam, hərtərəfli və obyektiv tətqiq etməmişdir. Belə ki, tərəflər arasında olan nikahın pozulması barədə məhkəmə qətnaməsi xx.xx.2018-ci ildə çıxarılsa da, İddiaçı nikahın pozulması ilə bağlı iddia tələbi ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət etmiş, iddia ərizəsində aralarında olan ailə münasibətlərinin uzun müddət pozulduğunu göstərmişdir. Həmçinin iddia ərizəsində İddiaçı onun xx.xx.2016-cı ildə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyini, məhkəmənin onlara 3 ay vaxt verdiyini göstərmişdir. Göründüyü kimi, məhkəmə mübahisəli mənzil satılan zaman tərəflər arasında olan ailə münasibətlərinin pozulub-pozulmamasına, onların birgə təsərrüfat aparıb- aparmamasına düzgün hüquqi qiymət verməmiş, tərəflərin arasında birgə təsərrüfatın ap arılmaması tarixi kimi nikahın pozulması barədə məhkəmə qətnaməsinin çıxarıldığı tarixi göstərməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, tərəflər arasında nikah münasibətləri faktiki olaraq pozulduğu, ər-arvad birgə təsərrüfat aparmadığı halda əldə edilən pulun da ailənin ümumi ehtiyaclarına sərf edilməsinin mümkün olub-olmamasına məhkəmə qiymət verməməmişdir.
42. Məhkəmə kollegiyası bildirmişdir ki, işə baxan məhkəmələr ilk iddia tələbinin iddia ərizəsində göstərilən əşyalar (mebellər, avadanlıqlar, qızıl-zinət əşyaları və s. daşınar əşyalar) hissədə İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini rədd etmişdir. Lakin məhkəmələr bu hissədə də sübutların tətbiqində MPM-in 88-ci maddəsinin tələblərinə əməl etməyərək prosessual pozuntuya yol vermişlər. Həmin no rmaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iddia ərizə ilə məhkəməyə müraciət edən İddiaçı həmçinin iddianın təmin etmə tədbiri barədə ərizələr də vermiş, iddia ərizəsində qeyd etdiyi həmin əşyaların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək qərardadı icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərmişdir. Məhkəməyə həmin şöbənin “İcra sənədinin icraatına xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı daxil olmuşdur. Həmin qərardan və qərara əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, icra məmuru icra hərəkətlərini yerinə ye tirərək qeyd edilən qeyri-yaşayış sahələrindəki əmlakların siyahıya alınması barədə akt tərtib etmiş, həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələblərini izahı edilməsi barədə yazıl iltizam almışdır. Lakin birinci instansiya məhkəməsi həmin sənədləri nəzərə almamış, qeyd edilən sənədləri nə üçün sübut kimi qəbul etmədiyini əsaslandırmamış, iddiaçının heç bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini qeyd edilən hissədə rədd etməkdə düzgün nəticəyə gəlməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu hissədə əlavə araşdırmağa zərurət görməyərək məhkəmənin gəldiyi səhvi təkrarlamışdır.
43. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, "Dodge Durango“ markalı avtomobilin alqı- satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin avtomob ilə 2/3 hissədə Cavabdeh1 pay hüququ tanınması ilə bağlıdır. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni onunla əsaslandmışdır ki, müqavilə hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmaqla yanaşı, həm də qanunun tələblərinə uyğun bağlanmamışdır. Avtomobilin 25000 manata satılması göstərilsə də, Cavabdeh2 tərəfindən həmin məbləğ İddiaçı ödənilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin əsaslı hesab edərək qeyd edirki, məhkəmə bu hissədə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.2017ci il tarixli Nəqliyyat vasitələrinin alğ ı-satqı müqaviləsinə əsasən mübahisəli avtomobil İddiaçı tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilədə nəqliyyat vasitəsinin satış qiyməti 25000 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığını qeyd etmiş, lakin hansı qanunvericiliyin hansı tələblərinin pozulmasını qətnamədə göstərməmişdir. Məhkəmə həmin müqaviləni görünüş üçün bağlanmasını qeyd edərək müqavilə üzrə 25000 manat pulun İddiaçı ödənilmədiyini qeyd etmiş, lakin məhkəmənin bu qənaətə də hansı əsaslarla gəlməsi işdən görünmür. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara l azımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
44. Məhkəmə öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 37-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
45. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8961/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X7 ( sədrlik edən və məruzəçi), X11 və X24) iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-40/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi qismən, yəni birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əşyaların üzərində Cavabdeh1 2/3 və İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin Cavabdeh1 2/3 və İddiaçı 1/3 hissədə aralarında bölünməsi hissəsində, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmı ş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi hissəsində, Bakı şəhəri, Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilinin satışından əldə edilmiş 130000 manata İddiaçı 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 65000 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinin rədd edilməsi hissəsində və Bakı şəhəri, Mərdanov Qardaşları 9 (Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manata İddiaçı 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 373 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissələrdə iddianın qismən təmin edilməsi, Bakı ş əhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X27 küçəsi, döngə 2, 3 nömrəli evin; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindəki 116 nömrəli qeyri-yaşayış sahəsinin; Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsindəki 18 nömrəli evin, 54nömrəli mənzilinin; Bakı şəhəri, S.Rəhman küçəsindəki 41 nömrəli evin 22 və 23 nömrəli mənzillərinin; Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsindəki 67/71 nömrəli qeyri-yaşayış sahəsinin üzərində Cavabdeh1 1/2 və İddiaçı 1/2 hissədə payı müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə mövcud olan borc məbləği 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə isə İddiaçı arasında bölünməsi, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış x x.xx.2017-ciil tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı payının müəyyən edilməsinə dair Cavabdeh1 iddiası rədd edilməsi, Bakı şəhəri, Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilinin satışından əldə edilmiş 130000 manata İddiaçın 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 65000 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, Bakı şəhəri, Mərdanov Qardaşları 9 (Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manata İddiaçı 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 373 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
46. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərindən biri tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklara İddiaçı 1/3 hissə, Cavabdeh1 isə 2/3 hissə payının müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə bu qənaətə gələrkən boşanma zamanı uşaqların atanın yanında qalmasını əsas götürsə də, uşaqların saxlanması üçün İddiaçı tərəfindən Cavabdeh1 aliment ödəməsini nəzərə alınmalı idi. Bununla yanaşı, Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən Cavabdeh1 hər hansı bir üstün mənafeyinə dair məhkəməyə hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı həmin halların mövcudluğu aşkar edilməmişdir. Uşağın mənafeyinə xidmət etmək və artan qayğılarını qarşılamaq atanın da borcu və vəzifəsidir, hansısa hal onu bu öhdəliklər üzrə məsuliyyə tdən azad edə bilməz. Ancaq tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əşyalar üzərinə tərəflərin payının bərabər bölünməsi də uşağın mənafeyinə zidd hal kimi qiymətləndirilə bilməz. Çünki, ən azından uşaqlardan biri yetkinlik yaşına çatmış, digəri isə yeni apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkilinin təqdim etdiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4346/2021 nömrəli qətnaməsinə əsasən 09 aprel 2005-ci il təvəllüdlü Bayır Türkerin Cavabdeh1 alınaraq İddiaçı verilməsi və sonuncunun yanında qalması qət edilmişdir. Qətnamənin məzmunundan da görünür ki, uşaqlar faktiki olaraq da İddiaçı ilə birlikdə yaşayırlar. Göründüyü kimi, uşaqların valideynlərindən hansınınsa yanında qalmasına görə əmlakın qeyri bərabər bölünməsi d ayanıqlı və sabit üstün mənafe hesab edilə bilməz. Çünki, uşaqlar, özü də hazırki iş üzrə bəlli bir yaşa çatmışlar, valideynlərindən bu və ya digərinin yanında qalmaları ilə bağlı istənilən vaxt fikirlərini dəyişib digər valideynin yanına qayıda bilərlər yaxud bu hal, hazırki işdə olduğu kimi məhkəmə aktına əsasən də baş verə bilər. Belə çıxır ki, hazırki vəziyyətdə biri yetkinlik yaşına çatmış, digəri isə yetkinlik yaşına çatmamış uşaqların ananın yanında olmasına görə əmlak bölgüsü zamanı sonuncunun payının həcmi mütləq artıq olmalıdır. Ancaq qeyd olunduğu kimi hazırki iş üzrə uşağın valideynin birinin yanında qalması həmin tərəfin əmlak payının qeyri-bərabər bölünməsi üçün əsas olmamalıdır. Ona görə də hazırki iş üzrə mübahisələndirilən hissədə qətnamə qismən ləğv edilməklə tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əşyalar üzərində tərəflərin payı bərabər müəyyən edilməlidir.
47. Bundan başqa Məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarına və Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən də ər-arvadın bir birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Ona görə də "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Kredit Müqaviləsi" üzrə mövcud olan borc məbləği də 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə isə İddiaçı arasında bölünməlidir.
48. Kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia təl əbinin Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 (yüz otuz min) manata onun 1/2 pay hüququnun tanınması və məbləğin cavabdehdən alınaraq ona ödənilməsi hissəsini rədd edərkən bu barədə qətnamədə hər hansı bir dəlil göstərməmişdir. Tərəflər arasında olan nikah xx.xx.2018-ci il tarixli qətnamə ilə pozulmuş, həmin mənzil tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.2016-cı ildə satıldığından mənzilin satışından əldə edilmiş pul ailənin ümumi ehtiyaclarına sərf edilməsi təsdiq olunmur. Belə ki, tərəflər arasında olan nikahın pozulması barədə məhkəmə qətnaməsi 06 aprel 2018-ci ildə çıxarılsa da, İddiaçı nikahın pozulması ilə bağlı iddia tələbi ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət etmiş, iddia ərizəsində aralarında olan ai lə münasibətlərinin uzun müddət pozulduğunu göstərmişdir. Həmçinin iddia ərizəsində İddiaçı onun xx.xx.2016-cı ildə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyini, məhkəmənin onlara 3 ay vaxt verdiyini göstərmişdir. Göründüyü kimi, məhkəmə mübahisəli mənzil satılan zaman tərəflər arasında olan ailə münasibətlərinin faktiki olaraq pozulmasını, onların birgə təsərrüfat aparmamasını nəzərə almamış, tərəflərin arasında birgə təsərrüfatın aparılmaması tarixi kimi nikahın pozulması barədə məhkəmə qətnaməsinin çıxarıldığı tarixinin göstərilməsi də düzgün hesab edilə bilməzdi. Belə ki, tərəflər arasında nikah münasibətləri faktiki olaraq pozulduğu, ər-arvad birgə təsərrüfat aparmadığı halda əldə edilən pulun da ailənin ümumi ehtiyaclarına sərf edilməməsini məhkəmə nəzərə almamışdır. Ona g örə də, bu hissədə də şikayət təmin edilməli və qətnamə Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata İddiaçı 1/2 hissədə pay tanınmalı və həmin məbləğin 65000 manatı Cavabdeh1 alınaraq alınaraq ona ödənilməlidir.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən əşyalar hissəsində İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini rədd etsə də işdən görünür ki, sonuncu iddia ərizə ilə məhkəməyə müraciət edərkən həmçinin iddianın təmin etmə tədbiri barədə ərizələr də vermiş, iddia ərizəsində qeyd etdiyi həmin əşyaların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək qərardadı icra edilməsi üç ün Binəqədi rayon İcra Şöbəsinə göndərmişdir. Məhkəməyə həmin şöbənin "İcra sənədinin icraatına xitam verilməsi haqqında" xx.xx.2018-ci il tarixli qərarı daxil olmuşdur. Həmin qərardan və qərara əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, icra məmuru icra hərəkətlərini yerinə yetirərək Bakı şəhəri, Mərdanov Qardaşları 9 (Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə saxlanılan pulların siyahıya alınması barədə akt tərtib etmiş, həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələblərini izah edilməsi barədə yazılı iltizam almışdır. Belə ki, iş materiallarında olan həmin sənədlərdən(bax: cild.1.i.v.186-196) görünür ki, qeyd olunan seyfdə 2 ədəd 100 manatlıq, 15 ədəd 20 manatlıq, 18 ədəd 10 manatlıq,8 ədəd 5 manatlıq, 26 ədəd 1manatlıq, cəmi 746 manat aşkar edilərək üzərinə həbs qoyulmuş əşya kimi saxlanılması üçün yazılı iltizamla Cavabdeh1 təhvil verilmiş, sonuncu isə həmin pulları qəbul etmişdir. Ancaq birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin etməmiş, yəni qeyd olunan sənədləri nəzərə almamış, onları nə üçün sübut kimi qəbul etmədiyini əsaslandırmamış, iddiaçının heç bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini qeyd edilən hissədə rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. Ona görə də 746 manata İddiaçı 1/2 hissədə pay tanınmalı və həmin məbləğin 373 manatı Cavabdeh1 alınaraq ona ödənilməlidir. 50.. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi "Dodge Durango" markalı avtomobilin alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilə 2/3 hissədə Cavabde h1 payının tanınması ilə bağlıdır. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmaqla yanaşı, həm də qanunun tələblərinə uyğun bağlanmamışdır. Avtomobilin 25000 manata satılması göstərilsə də, Cavabdeh2 tərəfindən həmin məbləğ İddiaçı ödənilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Baş X37 İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli Nəqliyyat vasitələrinin alğı-satqı müqaviləsinə əsasən mübahisəli avtomobil İddiaçı tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilədə nəqliyyat vasitəsinin satış qiyməti 25000 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin müqavi lənin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığını qeyd etmiş, lakin hansı qanunvericiliyin hansı tələblərinin pozulmasını qətnamədə göstərməmişdir. Məhkəmə həmin müqaviləni görünüş üçün bağlanmasını qeyd edərək müqavilə üzrə 25000 manat pulun İddiaçı ödənilmədiyini qeyd etmiş, lakin məhkəmənin bu qənaətə də hansı əsaslarla gəlməsi işdən görünmür.
51. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvv əlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. Ər və ya arvadın birinin əmlak üzərində sərəncam vermək barədə notarial qaydada təsdiq edilmiş razılığı yalnız daşınmaz əmlak üzərində sərəncam verilən zaman imperativ qaydada nəzərdə tutulmuşdur. Daşınar əşya olan avtomobilin alqı-satqısı zamanı ərin yaxud arvadın notarial qaydada təsdiq olunmuş razılığının alınması barədə hər hansı birbaşa imperativ qanunvericilik norması da mövcud deyildir. Bu mövqe kassasiya instansiyası məhkəməsinin bir çox qərarlarında da vurğulanmışdır. Avtomobillərin alqı-satqısı zamanı mülki hüquq münasibətlərinin iştirakçılarından ər yaxud arvadın notarial qaydada təsdiq olunmuş yazılı razılığını bu əməliyyatı həyata keçirən orqanlar da heç vaxt tələb etmirlər. Bir anlığa təsəvvür edilsə ki, mülki dövriyyədə avtomobillərin alqı-satqısı zamanı satıcının nikahda olduğu arvadının yaxud ərinin notarial qaydada mütləq yazılı razılığı olmalıdır, onda belə çıxır ki, bu cür razılıq olmayan alqı-satqı müqavilələrinin hamısı ən azından bu əsasa görə etibarsız hesab edilməlidir. Bu cür vəziyyət isə bu sahədə yaranmış mülki hüquq münasibətlərini iflic vəziyyətə sala bilər. Buna görə də, mübahisəli avtomobilin etibarsız əqd hesab olunması üçün bu hal birbaşa əsas ola bilməz.
52. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdi rənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Mübahisəli avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş, 21 avqust 2017-ci ildə Cavabdeh2 25000 manata satılmış və işdə olan alqı-satqı müqaviləsinə əsasən də sonuncunun həmin avtomobili əvəzli əldə etməsi təsdiq edilir. Demək, Cavabdeh2 həmin avtomobili vicdanlı əldə edən şəxs olduğundan hazırki iddianın təmin edilməsi onun da mülkiyyət hüququnu pozmuş olar. Bu hissədə iddia tələbinin məzmunundan və mahiyy ətindən də, açıq-aydın görünür ki, iddiaçı yalnız avtomobilin alqı-satqı müqaviləsinin etibarsızlığını və üzərində üçdə iki hissədə paylı mülkiyyət hüququnun tanınmasını tələb edir. Demək Cavabdeh1 əslində məqsədi mübahisəli avtomobil cavabdehlə birgə nikahı dövründə əldə edildiyindən avtomobil üzərində yalnız üçdə iki hissədə paylı mülkiyyət hüququnun yaranmasına nail olmaqdır. Ancaq yuxarıda göstərilən səbəblərdən bu cür iddia tələbi təmin edilə bilməzdi. Ona görə də bu hissədə də iddianın təmin edilməsi əsaslı olmadığından qətnamə mübahisələndirilən bu hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.
53. Məhkəmə öz mövqeyini əsaslandırarkən MPM-in 384, 385, 386, 387, 390-cı maddələrə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
54. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ünvan 13 ünvanında yerləşən qeyri yaşayış sahəsinin birgə mülkiyyət kimi bölünməsi hissəsində ləğv olunmasını və yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
55. Kassator "xxxx" ASC kassasiya şikayətində bildirmişdir ki, xx.xx.2016- cı il tarixində, H01216 nömrəli “kredit limitinin ayrılması haqqında” müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklərin təminatı qismində xx.xx.2016-cı il tarixli “Sonrakı hipoteka” müqaviləsi əsasında Cavabdeh1 məxsus olan, ünvan 13 ünvanında yerləşən qeyri yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan əmlak nikah dövründə əldə olunduğundan, ipoteka qoyanın həyat yoldaşı İddiaçı 12 saylı Nota riat kontoru tərəfindən təsdiqlənmiş ərizəsində qeyri yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə razılıq verərək, gələcək qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsuluna etiraz etməmişdir. Həmin qeyri-yaşayış sahəsi artıq "xxxx" ASC məxsus olduğundan, həmin əmlak Cavabdeh1 ilə İddiaçı arasında olan “əmlak bölgüsü”nə dair mülki iş üzrə iddia predmetindən çıxarılmalı olduğu halda, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(103)-8961/2021 nömrəli qətnaməsini (əmlak bölgüsü) qəbul edərkən, qeyd edilənləri nəzərə almamış və "xxxx" ASC-yə məxsus olan əmlakı Cavabdeh1 ilə İddiaçı arasında ikidə bir hissədə pay ilə bölərək Bankın mülkiyyət hüququnu pozmuşdur.
56. Cavabdeh1 aşağıdakı məzmunda kassasiya şikayəti vermişdir: “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının 2(103)-896/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, Dodge Durango markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomobil üzərində 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi hissəsində, Bakı şəhəri Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilin satışından əldə edilmiş 130000 manata İddiaçı ½ hissədə payının tanınması və həmin məbləğin yarısı olan 65000 manatın Cavabdeh1 İddiaçı ödənilməsinin rədd edilməsi hissəsində və Bakı şəhəri Mərdanov qardaşları ünvanında yerləşən “Hagina” gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manata İddiaçı ½ hissədə payının tanınması və həmin məbləğin yarıs ı olan 373 manatın Cavabdeh1 alınaraq İddiaçı ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissələrdə iddianın qismən təmin edilsin hissədə ləğv edib, İddiaçı həmin hissədə tələbinin rədd edilməsi barədə qərar qəbul edəsiniz”.
57. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, nikah müddətində əldə etdikləri Bakı şəhəri Əlövsət Quliyev küçəsindəki 131 saylı evin 13 saylı mənzilinin satışı İddiaçı ilə birgə yaşadıqları dövrdə qarşılıqlı razılıq əsasında, İddiaçı notariat qaydasında razılıq ərizəsi əsasında həyata keçirmişlər. Həmin dövrdə onlar birgə yaşamışlar və birgə təsərrüfat aparmışlar. Satışdan əldə edilən pul məbləği ailənin ehtiyaclarına, borclarına sərf edilmişdir. Beləliklə mübahisəli mənzil nikah müddətində birgə yaşadıqları dövrdə xx.xx.2016-cı il tarixdə İddiaçı razılığı ilə satılmışdır. Satışdan əldə edilən vəsait hesabına Səməd Vurğun küçəsində əldə edilən qeyri yaşayış sahəsi əsaslı təmir edilməsinə və avadanlıqlarla təchiz edilməsinə sərf edilmişdir. O əmlak mübahisəsini açdıqdan sonra İddiaçı iddia tələbini artıraraq həmin mənzilin əvvəlcə alqı-satqısının etibarsızlığını qoymuşdur. Daha sonra isə alqı-satqı barədə notariat işi ilə onun iştirakı təsdiqləndikdən sonra o satışdan əldə edilən pulun bölgüsünü qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi bu mənzillə bağlı gəldiyi nəticəni əsaslandırmamışdır və İddiaçı söz yığımından ibarət tələbinə istinad edərək iddiasını həmin hissədə təmin etmişdir.Bu hissədə AM 33.1.-ci maddəsinin tələbinə uyğun əqdin bağlanılmasına düzgün hüquqi qiymət verilməmişdir.
58. Kassator qeyd etmişdir ki, mübahisə li "Dodge Duranco" markalı avtomaşınla bağlı 25000 manat pul məbləğinin İddiaçı Cavabdeh2 tərəfindən ödənilməsinin sübutu olmadığı halda məhkəmə səhv nəticəyə gəlmişdir. Nikah müddətində əldə edilmiş Bakı şəhəri Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilin satışı nikah müddətində Ramilə İddiaçı razılığı əsasında həyata keçirilmişdir. Əldə olunmuş məbləğ ailənin ehtiyaclarına, borclarına ödənilmişdir. Məhkəmənin nə əsasla nikah müddətində əldə edilən mənzilin satışından əldə edilmiş 130000 manata İddiaçı payının tanımasını əsaslandırmamışdır yəni həmin məbləğin nə əsasla və hansı maddi normaya əsasən Cavabdeh1 alınması İddiaçı ödənilməsini əsaslandırılmamışdır Bundan əlavə apellyasiya instansiya məhkəməsi Cavabdeh1 iş yerində olan "Haqina" gözəllik salonundakı seyfdə aşk ar olunmuş 746 manat pulun heç bir sübut təqdim edilmədiyi halda ümumi nikah müddətində əldə edilmiş qazanc kimi əsassız qiymətləndirilməklə səhv nəticəyə gəlmiş və yarısı olan 373 manatın Bayır Alıdən alınaraq İddiaçı ödənilməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə qətnaməsi əsassız, mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir.
59. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X33, (məruzəçi), X23 və X26) 2(102)-2055/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8961/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə ləğv edilmiş və iş həmin hissədə y eni apellyasiya baxışına göndərilmiş, Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
60. Kollegiya "xxxx" ASC-nin şikayəti ilə bağlı onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. ASC isə şikayətində göstərdiyi qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ona keçməsinə dair sübutu təqdim etməmişdir. Belə olan halda, həmin kassatorun dəlilləri əsaslı hesab edilə bilməz. Kollegiya onu da bildirmişdir ki, ipoteka predmeti olan əşya üzərində ümumi mülkiyyətçilərin paylarının müəyyən edilməsi ipoteka saxlayanın məhdud əşya hüququnu aradan qaldırmır.
61. Kollegiya ("D odge Durango" markalı avtomobilə aid tələblər istisna olmaqla) apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Kollegiya bildirmişdir ki, apellyasiya məhkəməsi "Dodge Durango" markalı, **BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair tələblərin həllində düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin məhkəmə "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair iddia tələblərinin hüquqi əsası olan maddi hüquq normalarını müəyyən etməmiş, iddiaçının bildirdiyi və işin müəyyən edilmiş faktiki halları ilə həmin normaların dispozisiya şərtləri arasında uyğunluğu (uyğunsuzluğu) təhlil etməmiş, qanundakı hansı şərtin aşkar edilməməsinə görə həmin tələblərin rədd edilməli olduğunu əsaslandırmamışdır.
63. Kollegiya qeyd etmişdir ki, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair müqavilənin etibarsız sayılması tələbi iki hüquqi əsasa söykənə bilər: birincisi, əqdin hər hansı bir hüquqi nəticə yaratmaq niyyəti olmadan yalnız görünüş üçün (uydurma əqd) bağlanması - MM 340.1; ikincisi əqdin tərəfləri hüquqi nəticə yaratmaq istəmiş olsalar belə satıcının əşyaya sərəncam verməsinə səlahiyyətinin olmamasını alıcının bilməsi və ya bilməli olması. Apellyasiya məhkəməsi sözügedən avtomobilə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv və iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, “birinci instansiya məhkəməsi həmin müqavilənin qanunvericiliyin tələblərinə uy ğun bağlanmadığını qeyd etsə də, hansı qanunvericiliyin hansı tələblərinin pozulmasını qətnamədə göstərməmişdir. Məhkəmə həmin müqaviləni görünüş üçün bağlanmasını qeyd edərək müqavilə üzrə 25000 manat pulun İddiaçı ödənilmədiyini qeyd etmiş, lakin məhkəmənin bu qənaətə də hansı əsaslarla gəlməsi işdən görünmür. Ər və ya arvadın birinin əmlak üzərində sərəncam vermək barədə notarial qaydada təsdiq edilmiş razılığı yalnız daşınmaz əmlak üzərində sərəncam verilən zaman imperativ qaydada nəzərdə tutulmuşdur. Daşınar əşya olan avtomobilin alqı-satqısı zamanı ərin yaxud arvadın notarial qaydada təsdiq olunmuş razılığının alınması barədə hər hansı birbaşa imperativ qanunvericilik norması da mövcud deyil. Avtomobillərin alqı satqısı zamanı ər yaxud arvadın notarial qaydada təsdiq olunmuş yazılı r azılığını bu əməliyyatı həyata keçirən orqanlar da heç vaxt tələb etmirlər. Buna görə də, mübahisəli avtomobilin etibarsız əqd hesab olunması üçün bu hal birbaşa əsas ola bilməz. Mübahisəli avtomobili 21 avqust 2017-ci ildə Cavabdeh2 əvəzli əldə etməsi təsdiq edilir. Demək, Cavabdeh2 həmin avtomobili vicdanlı əldə edən şəxs olduğundan hazırki iddianın təmin edilməsi onun da mülkiyyət hüququnu pozmuş olar”. Apellyasiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz, ona görə ki, birinci instansiya məhkəməsinin əsaslandırmasından avtomobilə dair alqı-satqı müqaviləsini uydurma əqd kimi etibarsız hesab etməsi aşkar şəkildə görünür.
64. Kollegiya daha sonra qeyd etmişdir ki, Apellyasiya məhkəməsi ümumi birgə mülkiyyətdə olan avtomobilin satılmasına dair ərin (arvadın) notarial razılığına gərək olma dığını və alıcı Cavabdeh2 maşını əvəzli şəkildə aldığını vurğulamaqla onu vicdanlı əldə edən şəxs saymışdır. Kollegiya vurğulayır ki, mülki hüquq münasibətlərində ümumi qayda olaraq əqdlərin etibarlılığı tanınsa da, vicdanlılıq prezumpsiya olsa da, bunların əksi iddia edilməklə sübuta yetirilə bilər. Bu səbəbdəndir ki, MM-in 222.3-cü maddəsində birgə mülkiyyətçilərdən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqdin qarşı tərəfinin həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmamasını bildiyi və ya bilməli olduğu sübuta yetirildiyi təqdirdə etibarsız sayılması imkanı tanınmışdır. Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin normanı da hazırkı işə tətbiq etməmiş, əşyanı əldə edən Cavabdeh2 vicdanlı əldə edən sayarkən tələbin düzgün hüquqi həlli üçün əhəmiyyət kəs b edən hallara, o cümlədən avtomobilin satışına dair müqavilənin ər-arvad arasında boşanma mübahisəsi başlandıqdan sonra bağlanmasına, Cavabdeh2 satıcını tanımadığı halda avtomobili aldığı gün hansı səbəbdən yenidən satıcının adına etibarnamə verməsinə, həmin rəsmiləşdirilmədən sonra İddiaçı avtomobili Cavabdeh2 sahibliyinə və istifadəsinə verib-vermədiyinə və digər mühüm hallara hüquqi qiymət verməmişdir. Halbuki, "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair tələb qeyd olunan hallar üzrə yalnız MM-in 340.1-ci və 222.3-cü maddələrinin dispozisiya şərtləri ilə hüquqi dəyərləndirmə aparılmaqla həll edildikdə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə iddianın həmin avtomobilə aid hissəsində qeyd edilən h alları nəzərə almamış, sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Ona görə də həmin hissədə qətnamə ləğv edilməli və mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qalan hissədə qətnamə qüvvəsində saxlanılmalıdır.
65. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 222.3, 340.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
66. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndə si Vəkil3 apellyasiya şikayətini mübahisələndirilən hissədə müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
67. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X16 (sədrlik edən və məruzəçi) X17 və X12) 2(103)-5800/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə payların müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 iddiası mübahisələndirilən hissədə qismən təmin edilmiş, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəyə Cavabdeh1 payları müəyyən edilmiş, Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
68. Kollegiya avtomobilin satışına dair müqavilənin ər-arvad arasında boşanma mübahisəsi başlandıqdan sonra bağlanmasına, Cavabdeh2 satıcını tanımadığı halda avtomobili aldığı gün yenidən satıcının adına etibarnamə verməsinə istinad edərək, qeyd edir ki, Cavabdeh2 vicdanlı sahib hesab edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli avtomobillə bağlı məhkəmə alğı-satqının etibarsız hesab edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, payları qeyri-bərabər bölməklə, düzgün olmayan nəticəyə gəlmişdir. 69..Kollegiya qeyd etmişdir ki, məhkəmə payları qeyri-bərabər bölərkən boşanma zamanı uşaqların atanın yanında qalmasını əsas götürsə də, uşaqların saxlanması üçün İddiaçı tərəfindən Cavabdeh1 aliment ödəməsini nəzərə alınmalı idi. Bununla yanaşı, Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən Cavabdeh1 hər hansı bir üstün mənafeyinə dair məhkəməyə hansısa bir sübut təqdim edilməmiş, məhkəmə tədqiqi zamanı həmin halların mövcudluğu aşkar edilməmişdir. Uşağın mənafeyinə xidmət etmək və artan qayğılarını qarşılamaq atanın da borcu və vəzifəsidir, hansısa hal onu bu öhdəliklər üzrə məsuliyyətdən azad edə bilməz. Ancaq tərəflərin birgə nikah dövründə əldə etdikləri avtomobil üzərində tərəflərin payının bərabər bölünməsi, uşağın mənafeyinə zidd hal kimi qiymətləndirilə bilməz. Çünki, ən azından uşaqlardan biri yetkinlik yaşına çatmış, digəri isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(001)-4346/2021 nömrə li qətnaməsinə əsasən 09 aprel 2005-ci il təvəllüdlü Bayır Türkerin Cavabdeh1 alınaraq İddiaçı verilməsi və sonuncunun yanında qalması qət edilmişdir. Qətnamənin məzmunundan da görünür ki, uşaqlar faktiki olaraq da İddiaçı ilə birlikdə yaşayırlar. Göründüyü kimi, uşaqların valideynlərindən hansınınsa yanında qalmasına görə əmlakın qeyri bərabər bölünməsi dayanıqlı və sabit üstün mənafe hesab edilə bilməz. Ancaq qeyd olunduğu kimi hazırki iş üzrə uşağın valideynin birinin yanında qalması həmin tərəfin əmlak payının qeyri-bərabər bölünməsi üçün əsas olmamalıdır.
70. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1, 222.2, 222.3, 225.1, 337.1, 337.3, 337.4, 337.5, 340.1, Ailə Məcəlləsinin 32.1, 33.1, 33.3, 37.1, 37.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
71. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5800/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 (vəkil X15) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5800/2022saylı xx.xx.2022-ci il tarixli qətnaməsi “mübahiələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın” hissəsində ləğv edilməsini, Bakı şəhəri Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilin satışından əldə edilmiş 130000 manata İddiaçı ½ hissədə payının tanınması və həmin məbləğin yarısı olan 65000 manatın Cavabdeh1 İddiaçı ödənilməsi hissəsində və Bakı şəhəri Mərdanov qardaşları (ünvan ında yerləşən “Hagina”gözəllik salonundakı seyfdə aşkar olunmuş 746 manata İddiaçı 1/2 hissədə payının tanınması və həmin məbləğin yarısı olan 373 manatın Cavabdeh1 alınnaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilrək İddiaçı həmin hissədə tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
72. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin “qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsi ilə qismən razı deyildir. Həmin hissə Bakı şəhəri Əlövsət Quliyev küçəsindəki 131saylı evin 13 nömrəli mənzilin satışından əldə edilmiş130000 manatla, Cavabdeh1 iş yerində olan seyfdə aşkar olunmuş 746 manatla bağlıdır. Belə ki, iş materialları ilə sübut olunur ki, onunla İddiaçı arasındaxx.xx.2000-c i il tarixdə bağlanmış nikah Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 2 oğul övladlarının onun yanında saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, 2017-ci ilin iyul ayından X41 Ramilə ilə ilə nikah münasibətləri kəsilmişdir və yetkinlik yaşına çatmayan övladları onunla qalırlar. İddiaçı uşaqlarla bağda olmağından istifadə edib, həmçinin onun ikili həyatı barədə məlumatlı olduğunu bildiyi üçün yaşadıqları mənzilin açarlarını dəyişmişdir, onu uşaqları ilə o vaxtdan, yəni 2017-ci ilin iyul ayından mənzilə buraxmamışdır. Uşaqların paltarlarını belə o polisə müraciət etdikdən sonra hissə-hissə vermişdir. Hazırkı işə birinci dəfə kassasiya instansiyası məhkəməsində də baxılan ərəfədə İddiaçı uşaqlara təsir göstərərək onunla qalm asına nail olmuşdur. O bir ata kimi uşaqlarının mənafeyini daima üstün tutmuş və anaları onlarla maraqlanmadığı illərdə övladlarına layiqli valideyn olmuşdur. Məhkəmənin nikah müddətində əldə edilən və satılan Bakı şəhəri Əlövsət Quliyev küçəsindəki 131 saylı evin 13 saylı mənzilin satışından əldə edilmiş130000 manat pul məbləğinin ½ hissəyə bölünməsi və iş yerində ayrı yaşadıqları dövrdə seyfdə müəyyən edilən 746 manat pul vəsaiti ilə bağlı əsaslandırması və tətbiq etdiyi maddi normalar səhvdir. Əvvəla nikah müddətində əldə etdikləri Bakı şəhəri Əlövsət Quliyev küçəsindəki 131 saylı evin 13 saylı mənzilinin satışı İddiaçı ilə birgə yaşadıqları dövrdə qarşılıqlı razılıq əsasında, İddiaçı notariat qardaşında təsdiq edilmiş razılıq ərizəsi əsasında həyata keçirmişik. Həmin dövrdə biz birgə y aşayırdıq və birgə təsərrüfat aparırdıq. Satışdan əldə edilən pul məbləği ailənin ehtiyaclarına, borclarına, əldə etdiyi əmlaklara sərf edilmişdir. Beləliklə mübahisəli mənzil nikah müddətində birgə yaşadığımız dövrdə xx.xx.2016-cı il tarixdə İddiaçı notariat ofisində təsdiqlənən razılığı ilə satılmışdır. Satışdan əldə edilən vəsait Səməd Vurğun küçəsində əldə edilən qeyri yaşayış sahəsi əsaslı təmir edilməsinə və avadanlıqlarla təchiz edilməsinə və nəqliyyat vasitəsinin əldə edilməsinə sərf edilmişdir. Mən əmlak mübahisəsini məhkəmədə qaldırdıqdan sonra İddiaçı iddia tələbini artıraraq həmin mənzilin əvvəlcə alqı–satqısının etibarsızlığını qoymuşdur.Daha sonra isə məhkəmədə alqı-satqı barədə notariat işi ilə onun iştirakı təsdiqləndikdən sonra o satışdan əldə edilən pulun bölgüsünü qoyar aq iddiasını dəyişmişdir. Məhkəmə İddiaçı söz yığımından ibarət tələbinə istinad edərək iddiasını həmin hissədə təmin etmişdir. Bu hissədə AM 33.1.-ci maddəsinin tələbinə uyğun əqdin bağlanılmasına düzgün hüquqi qiymət verilməmişdir. Mənzil birgə yaşadıqları dövrdə satılmışdır və ailənin ehtiyaclarına yönəlmişdir. Ər-arvadın nikah müddətində gəlirləri və xərcləri barədə bir-birinə-qəbz-verməsi ilə-bağlı heç bir imperativ norma mövcud deyildir. Məhkəmələr əsaslandırmamışdır ki, nə səbəbə görə mənə qarşı hər cür qanunsuz yollara əl ataraq ümumi əmlakdakı paylarıma sahib çıxmaq istəyən keçmiş həyat yoldaşıma 65000 manat pulu və ayrı yaşadıqları dövrdə iş yerində seyfdə olan pulun yarısını ona ödəməliyəm. İş yerimdə ayrı yaşadığımız dövrdə seyfdə olan pulun birgə nikah müddətində əldə edilməsi ilə bağlı da İddiaçı heç bir sübut təqdim etmədiyi halda o hissədə onun tələbi əsassız və qanunsuz olaraq təmin edilmişdir. Bu halı hüquqlarıma qəsd kimi, İddiaçı isə əsassız varlandırmaq niyyəti kimi qiymətləndirirəm. Məhkəmə qətnamədə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında olan nikahın pozulması barədə məhkəmə qətnaməsi 06 aprel 2018-ci ildə çıxarılsa da, İddiaçı nikahın pozulması ilə bağlı iddia tələbi ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Daha sonra məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2016-cı ildə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyini, məhkəmənin onlara 3 ay vaxt verdiyini göstərmişdir. Bunun əsasında məhkəmə əsassız olaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında nikah münasibətləri faktiki olaraq pozulduğu, ər-arvad birgə təsərrüfa t aparmadığı halda əldə edilən pulun da ailənin ehtiyaclarına sərf edilməməsini birinci instansiya məhkəməsi nəzərə almamışdır. Məhkəmənin bu nəticəyə gəlməsi üçün iş materialllarında heçbir sübut mövcud deyildir. Hətta 2016-cı ildə İddiaçı boşanma ilə bağlı iddia qaldırması hələ ər-arvadın birgə yaşamamasının və birgə təsərrüfat aparmamalarını göstəricisi deyildir. İş materiallarında mövcud olan nikahın pozulması ilə bağlı qətnamədə tərəflərin ailə münasibətlərinin 2017ilin iyul ayından kəsilməsi müəyyən edilmişdir. Yəni məhkəmə qətnaməsi ilə tərəflərin ailə münasibətlərinin 2017-ci ilin iyul ayından kəsilməsi müəyyən edilmişdir. Bununla bağlı İddiaçı həmin qətnamədən şikayət verməmişdir və məhkəmənin müəyyən etdiyi halla razı olmuşdur. Məhkəmənin bir mülki işlə bağlı qanuni qüvvəyə minmi ş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə göstərilən tələbi pozmuşdur. Məhkəmə heç bir əsas olmadan İddiaçı birinci dəfə məhkəməyə müraciət edərkən ayrı yaşamaqları nəticəsinə gəlmişdir. Halbuki iddiaçı tələbini belə əsaslandırmır. Beləliklə 65000 manat pulun məndən tutulmasını məhkəmə əsaslandırmamışdır və bu hissədə hansı maddi normaya, sübuta istinad etməsi qətnamədə müəyyən edilmir. İş materialları ilə sübut olunur ki, bizim aramızda ailə münasibətləri mövcud olmayan ayrı yaşadığımız ərəfədə icra məmurları müvəqqəti təminat tədbiri barədə qərardadın icrası ilə bağlı iş yerində yerləşən seyfdə müəyyən edilən 746 manat pulun üzərinə həbs qoymuşdur. Ayrı yaşadıql arı dövrdə iş yerində müəyyən edilən 746 manat pulun ümumi əmlak hesab edilməsi də əsassızdır və absurddur.
73. Kassator daha sonra qeyd etmişdir ki, Nikah müddətində əldə edilmiş Bakı şəhəri Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilin satışı nikah müddətində Ramilə İddiaçı razılığı əsasında həyata keçirilmişdir. Mənzilin satışından əldə olunmuş məbləğ ailənin ehtiyaclarına, borclarına və Dodge Durango markalı avtomaşının alınmasına xərclənmişdir. Hərtərəfli araşdırma aparan məhkəmə iş materiallarında olan sənədlərlə bunu müəyyən etməli idi. Həmin mənzilin satışından sonra əldə edilən əmlakları və xərcləri də görməli idi. Məhkəmənin mənzilin satışından əldə edilmiş130000 manata İddiaçı ½ hissədə payının tanıması əsasız və qanunsuzdur. Həmin məbləğin nə əsasla və hansı maddi normaya əsasən Cavabdeh1 alınaraq İddiaçı ödənilməsini məhkəmə əsaslandırılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
74. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır
75. Maddə 222.2 Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir
76. Maddə 222.3 Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd hə min mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin
77. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
78. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
79. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdddir
80. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 81..Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (ocümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir
82. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
83. Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
84. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahi blik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 85..Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
86. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
87. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd o laraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
88. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
89. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
90. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
91. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
92. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
93. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
94. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
95. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
96. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
97. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apellyasiya məhkəməsinin qətnaməsini hissəvi mübahisələndirdiyindən məhkəmənin aktı həmin hissədə yoxlanılır. Kassasiya i nstansiya məhkəməsinin mövqeyi
98. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
99. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
100. Belə ki, kassasiya şikayətinin məzmunundan və şikayətdə irəli sürülmüş dəlillərdən görünür ki, kassator Cavabdeh1 işə 3-cü apelyasiya baxışında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnaməni Bakı şəhəri, Ə.Quliyev küçəsi 131 saylı evin 13 nömrəli mənzilinin satışından əldə olunmuş 130.000 manat pulun 65.000 manatının, həmçinin onun seyfindən tapılmış 746 manat pulun yarısı olan 373 manatın ondan alınaraq İddiaçı ödənilməsi hissəsində mübahisələndirmişdir. Halbuki işin mübahisə edilməyən hallarından görünür ki, qeyd edilən hissələrdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
101. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsini "Dodge Duran go" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissə istisna olmaqla qalan hissələrdə, o cümlədən Bakı şəhəri, Əlövsət Quliyev küçəsindəki 131 nömrəli evin 13 nömrəli mənzilinin satışından əldə edilmiş pulun yarısının və seyfdən tapılmış pulun yarısının Cavabdeh1 alınaraq İddiaçı verilməsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlamışdır.
102. Göründüyü kimi, işə 3-cü apellyasiya baxışının predmeti yalnız "Dodge Durango" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı məsələ olmuşdur və apellyasiya instansiyası məhkəməsi “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəyə Cavabdeh1 paylarını müəyyən etməklə yanaşı “qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın” ifadəsini işlə dərkən onu nəzərdə tutmuşdur ki, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
103. Bununla yanaşı “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş ol sun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
104. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntuların a yol verməmişdir.
106. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5800/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.