Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5947/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “13.02.2018-ci il tarixli müqavilənin ləğvi və zərərin ödənilməsi” barədə ilkin, Cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin ləğvi və payın əvəzi olaraq ödənilmiş pulun qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 0 aprel 2019-cu il tarixli 2(103)-3472/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin sədri YYY və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış 73 saylı, 13 fevral 2018-ci il tarixli yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqı haqqında müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməsi, həmin müqavilə əsasında 57885 manat məbləğində vəsaitin ödənilməsinə dair verilmiş arayışın etibarsız hesab edilməsi və Cavabdeh vurulmuş ziyana görə 52785 manat məbləğində vəsaitin tutularaq “xxxx” MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişd ir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MTK ilə Cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının “C” blokunda, 13-ci mərtəbədə yerləşən, ümumi sahəsi 160.79 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısına dair 13 fevral 2018-ci il tarixli, 73 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində qeyd olunur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının “C” blokunda, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 160.79 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin 192 948 manat təşkil edən pay dəyərinin əldə olunması üçün cavabdeh tərəfindən ilkin olaraq 57 885 manat ödənilir, qalıq məbləği təşkil edən 135 063 manatın isə 01 aprel 2018-ci il tarixdən hissə-hissə və bu müqaviləyə əlavə olaraq imzalanac aq qrafik üzrə 36 ay müddətinə ayda 3752 manat olmaqla ödənilməsinə dair tərəflər razılığa gəlirlər. “Kooperativ” pay haqqı tam ödənilmiş yaşayış sahəsinə dair hüquqmüəyyənedici bütün sənədləri, o cümlədən də maliyyə arayışını “Payçı” ya təqdim edir. "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış "kərpic" məhsulunun alqısatqısına dair razılaşma və "xxxx" MMC-nin direktoru X3 tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 13 fevral 2018-ci il tarixli zəmanət məktubu və ilkin beh qismində ödənilmiş 5.100 manat vəsait nəzərə alınaraq Cavabdeh tam ödənilməyən 57.885 manat vəsaitə görə 13 fevral 2018-ci il tarixli, 73-01 saylı arayış verilmiş və sözügedən məbləğin tam ödənilməsi üçün son gün 28 fevral 2018-ci il müəyyən edilmişdir. Lakin 4 aya yaxın müddət keçməsinə baxmayaraq ödənilməyən 52785 manat vəsai tin ödənilməsi istiqamətində Cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bununla da MTK-ya xeyli miqdarda ziyan vurulmuşdur. Belə ki, MTK keçən 4 aya yaxın müddət ərzində sözügedən mənzili başqa bir şəxsə sata və böyük gəlir əldə edə bilərdi. Müqavilə üzrə öhdəliklərin icra olunması üçün Cavabdeh 27.04.2018-ci il tarixli, 11/18 nömrəli xəbərdarlıq məktubu ünvanlanmış, lakin bu da bir nəticə verməmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MTK ilə aralarında bağlanılmış 73 saylı, 13 fevral 2018-ci il tarixli yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən tərəfindən ödənilmiş 3 000 ABŞ dolları (5 100 manat) və 57 885 manat, ümumilikdə isə 62 985 manat məbləğində vəsai tin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 29 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “C” blokunda, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 160.79 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin alınması məqsədilə 192 948 (yüz doxsan iki min doqquz yüz qırx səkkiz) manat dəyərində payın əldə olunması üçün ilkin olaraq 3 000 (üç min) ABŞ dolları məbləğində behi “xxxx” MTK-ya ödəmiş və bu barədə ona arayış təqdim edilmişdir. Daha sonra 13 fevral 2018-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlə arasında yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən tərəfindən 57 885 (əlli yeddi min səkkiz yüz səksən beş) manat məbləğində vəsait “xxxx” MTK-ya ödənilmişdir. Bu barədə həmin tarixdə də ona arayış verilmişdir. Bağlanmış alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən qalıq məbləği təşkil edən 135 063 (yüz otuz beş min altmış üç) manatın hissəhissə olmaqla ödənilməsinə dair razılıq əldə olunmuşdur.Müqavilə bağlandıqdan sonra binanın tikintisi davam etmədiyindən onun tərəfindən ödənişlər dayandırılmışdır. Buna görə də, müqavilənin ləğv edilməsi və pulun qaytarılmasını tələb edir. Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən Abbas Rzazadə) 20 noyabr 2018-ci il tarixli 2(001)-5633/2018 saylı qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “13.02.2018-ci il tarixli müqavilənin ləğvi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış 73 saylı, 13 fevral 2018-ci il tarixli yaşayış sahəsinə uyğun olaraq pay dəyərinin alqı-satqısı haqqında müqaviləsinin ləğv edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı (cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (iddiaçı) “xxxx” Mənzil tikinti Kooperativinə qarşı “müqavilənin ləğvi və payın əvəzi olaraq ödənilmiş pulun qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, “xxxx” Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 73 saylı, 13 fevral 2018-ci il tarixli yaş ayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqavilə ləğv edildiyindən, həmin müqaviləyə əsasən tərəflərindən ödənilmiş 3000 (üç min) ABŞ dolları (5100 manat) və 57.885 (əlli yeddi min səkkiz yüz səksən beş) manat, ümumilikdə isə 62.985 (altmış iki min doqquz yüz səksən beş) manat məbləğində vəsait “xxxx” MTK-dan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi) Şərafət Məmmədova, Vüqar Həsənov) 10 aprel 2019-cu iltarixli qətnaməsi ilə “xxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi iş üzrə Binəqədi rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin sədri YY Y və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırki işə baxılmağa başlandıqdan 4-5 ay sonra həmin qarşılıqlı iddia ərizəsi məhkəmənin dəftərxanasına daxil olmuşdur. İşə baxan 1-ci instansiya məhkəməsi 05.10.2018-ci il tarixdə keçirilən iclasda məhkəmə tədqiqatını yekunlaşdıraraq və yekun çıxışları dinləyərək qərar qəbul etmək üçün müşavirə otağına getmiş və 30 də qiqədən sonra köməkçisi vasitəsi ilə qərarın 08.10.2018-ci il tarixdə saat 17:00- da elan ediləcəyini bildirmişdir. Lakin 08.10.2018-ci il tarixdə işə baxan hakimin köməkçisi hakimin adından “xxxx” MTK-nın nümayəndəsinə telefonla zəng vuraraq ilkin iddia üzrə Cavabdeh “xxxx” MTK ilə razılığa gəlmək istədiyini və bu səbəbdən ona vaxt verilməsini xahiş etdiyini bildirmişdir. Bu səbəbdən də 08.10.2018-ci il tarixdə qətnamənin elan olunmayacağını əksinə icraatın təzələnərək işə yenidən baxılmasının davam etdirildiyini bildirmişdir. Göründüyü kimi işə baxan hakim sanki ilkin iddia üzrə Cavabdeh “vəkili” rolunda çıxış edərək, onun mənafeyi naminə işin uzadılmasına zəmin və şərait yaratmışdır. İlkin iddia üzrə iddiaçı “xxxx” MTK-nın etibarnamə üzrə nümayəndəsi və vəkili 11.07.2018-ci il tarixdə məhkəməyə sübut qismində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Nihad Məmmədli tərəfindən 04.06.2018-ci il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarını təqdim etmişdir. Qeyd olunan qərar iş üçün əhəmiyyətli sübut kimi məhkəməyə təqdim edilmişdir ona görə ki, sözügedən mübahisəli mənzilin alqı-satqısında bir başa iştirak etmiş X4 adlı şəxs “xxxx” MTK-nın şikayəti əsasında Polis Bölməsinə çağırılıb dindirilən zaman öz izahatında 3 otaqlı, 160.79 kv.metr sahədən ibarət mənzilin alqı-satqısı barədə 13.02.2018-ci il tarixli, 73 saylı tərtib olunmuş müqavilənin vətəndaş Cavabdeh tərəfindən imzalanması üçün ona təqdim edildiyini, elə həmin gün müqavilənin imzalanaraq MTKya təqdim edildiyini, MTK-nı aldatmadığını, MTK-ya 5100 man at beh olaraq versə də qalan 52785 manat vəsaitin maddi vəziyyətinin pisləşməsi səbəbindən ödəyə bilmədiyini, Cavabdeh onda müəyyən qədər pulu olduğunu, həmin evi də onun adına almaq istədiyini bildirmişdir. Göründüyü kimi MTK tərəfindən məhkəməyə təqdim olunan bu qərar işin obyektiv həlli üçün kifayət qədər mötəbər sübut olmuşdur. İşə baxan hakim isə qeyd olunan sübutun mötəbərliyinə şübhə ilə yanaşmaqla yanaşı heç ümumiyyətlə məhkəmə qətnaməsində bu sübut barədə bir cümlə belə işlətməmiş, bu sübuta hüquqi qiymət verməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları gizlətməklə və təhrif etməklə müşayiət olunan hakimin hərəkətləri bir daha işə baxan hakimin işdə maraqlı olmasını göstərmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi də təqdim olunmuş bu mötəbər sübuta öz qətnaməsində heç bi r qiymət verməmişdir. İşə baxan məhkəmə ilkin iddianın “13.02.2018-ci il tarixli, 73 saylı müqavilənin ləğv edilməsi” hissəsində təmin edilməsi əsasını da düzgün müəyyən etməmiş və özünə lazım olan qaydada əsaslandırmışdır. Belə ki, məhkəmə qətnaməsinin 6-cı səhifəsinin 1-ci abzasında məhkəmə öz əsaslandırmasını qara hərflərlə nəzərə çatdıraraq müqavilənin ləğvini ilkin iddia üzrə cavabdehin müqavilə şərtlərinə uyğun mənzilin qalan dəyərini hər ay vaxtlı-vaxtında ödəməməsi ilə əlaqələndirir. Bu hissədə də yenə işə baxan 1-ci instansiya məhkəməsi iddia ərizəsinin məzmununu özünə lazım olan şəkildə dəyişməklə qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış 13.02.2018-ci il tarixli, 73 saylı müqavilənin 1.1-ci bəndində qeyd olunur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının “C” blokunda, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 160.79 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin 192948 manat təşkil edən pay dəyərinin əldə olunması üçün cavabdeh tərəfindən ilkin olaraq 57885 manat ödənilir, qalıq məbləği təşkil edən 135063 manatın isə 01 aprel 2018-ci il tarixdən hissə-hissə və bu müqaviləyə əlavə olaraq imzalanacaq qrafik üzrə 36 ay müddətinə ayda 3752 manat olmaqla ödənilməsinə dair tərəflər razılığa gəlirlər. Göründüyü kimi Cavabdeh ilə qalıq məbləği təşkil edən 135063 manatın isə 01 aprel 2018-ci il tarixdən hissə-hissə, qrafik üzrə 36 ay müddətinə ayda 3752 manat olmaqla ödənilməsinə dair hər hansı cədvəl tərtib olunmamış və tərəflər həmin cədvəli imzalamamışlar. Göründüyü kimi bu hala da apellyasiya instansiyası məhkəməsi qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəm ələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 13.02.2018-ci il tarixli, 73 saylı “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “C” blokunda, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 160.79 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin 192948 manat təşkil edən pay dəyərinin ilkin olaraq 57885 manat hissəsini ödəyir, qalıq məbləği təşkil edən 135063 manatını isə hissə-hissə olmaqla ödənilməsinə dair “Kooperativlə” razılığa gəlmişdirlər. Həmçinin, tərəflər qalıq borc məbləğini təşkil edən 135.063 manatın 01 aprel 2018-ci il tarixdən etibarən hissə-hissə və bu müqaviləyə əlavə olaraq imzal anacaq qrafik üzrə 36 ay müddətinə ayda 3752 manat olmaqla ödənilməsinə dair razılığa gəlirlər. Bundan başqa, iş materiallarında olan “xxxx” MKT-nın 29.01.2018-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “C” blokunda, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 160.79 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin 192.948 manat təşkil edən pay dəyərinin əldə olunması üçün ilkin olaraq 3000 ABŞ dolları məbləğində behi MTK-nə ödəyir, “xxxx” MKT-nın 13.02.2018-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “C” blokunda, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 160.79 kv.metr təş kil edən 3 otaqdan ibarət yaşayış sahəsinin 192948 manat təşkil edən pay dəyərinin əldə olunması üçün ilkin olaraq 57885 manat vəsaiti kooperativə ödəmişdir. Qalıq borcu 135.063 manat təşkil edir. MTK iddia edir ki, arayış verilsə də arayışda göstərilən məbləğ ödənilməyib. Apellyasiya instansiyası məhkəməsinin işin halları üzrə gəldiyi nəticəyə əsasən məhkəmə yalnız MTK-nın izahatına əsaslanaraq həmin halı (arayışda göstərilən məbləğin ödənilmədiyini) müəyyən edə bilməz. Böyük məbləğdə pul mübahisələrini həll edən məhkəmə aktları tərəflər üçün ağır maddi-hüquqi nəticələrə səbəb olduğundan mötəbər sübutlara əsaslanmalıdır. Lakin MTK belə sübutları təqdim etməmişdir. Ona görə də hesab olunur ki, arayışda göstərilən məbləğ ödənilib. Apellyasiya instansiyası məhkəməsi həmçinin Azərbaycan Respu blikasının Mülki Məcəlləsinin 424.4-cü maddəsinə istinad etməklə hesab etmişdir ki, müqavilə üzrə ödənilmiş 3000 (üç min) ABŞ dolları (5100 manat) və 57 885 (əlli yeddi min səkkiz yüz səksən beş) manat, ümumilikdə isə 62 985 (altmış iki min doqquz yüz səksən beş) manat məbləğində vəsait satılan əşyanın əvəzi kimi alınmış pulun bir hissəsidir, əgər əşya geri alınırsa, əvəz də tam qaytarılmalıdır. MTK-nın belə bir hüququ yoxdur ki, mənzilin əvəzi kimi aldığı pulu həmin mənzilin başqa şəxsə satılmasından sonra geri qaytarsın. Nəzərə alınmalıdır ki, mənzil uzun müddət ərzində satılmaya bilər və ya ümumiyyətlə satılmaya bilər. Bu halda cavabdehin öz pulunu MTK-dan geri almaq hüququ səmərəsiz olacaq. Odur ki, mənzilin başqa şəxsə satılıb-satılmadığından asılı olmayaraq MTK cavabdehin pulunu geri qaytarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, ilkin iddia üzrə «xxxx» MTK-nın apellyasiya şikayətinin əsas dəlili Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Nihad Məmmədli tərəfindən 04.06.2018-ci il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına və onun məzmununa birinci instansiya məhkəməsinin qətnaməsində istinad edilməməsi, həmin qərarın sübut əhəmiyyətli olub-olmamasına hüquqi qiymət verilməməsi olmuş, apellyasiya instansiyası məhkəməsi qeyd edilən dəlilə qiymət vermədən özü tərəfindən də həmin qərarda göstərilən bəzi diqqətəla yiq məqamlara iddia tələblərinin əsaslılığı baxımından hüquqi qiymət verməmişdir. Sözügedən qərara əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilin alqı-satqısında birbaşa iştirak etmiş X4 adlı şəxs “xxxx” MTK-nın şikayəti əsasında Polis Bölməsinə çağırılıb dindirilən zaman öz izahatında 3 otaqlı, 160.79 kv.metr sahədən ibarət mənzilin alqısatqısı barədə 13.02.2018-ci il tarixli, 73 saylı tərtib olunmuş müqavilənin vətəndaş Cavabdeh tərəfindən imzalanması üçün ona təqdim edildiyini, elə həmin gün müqavilənin imzalanaraq MTKya təqdim edildiyini, MTK-nın aldatmadığını, MTK-ya 5100 manat beh olaraq versə də, qalan 52785 manat vəsaitin maddi vəziyyətinin pisləşməsi səbəbindən ödəyə bilmədiyini, Cavabdeh onda müəyyən qədər pulu olduğunu, həmin evi də onun almaq istədiyini bild irmişdir. Məhkəmə kollegiyası hesab edir ki, MTK tərəfindən məhkəməyə təqdim olunan qeyd edilən qərarın işin obyektiv həlli üçün kifayət qədər mötəbər sübut olub-olmamasına apellyasiya məhkəməsi hüquqi qiymət verməmiş, hazırki mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 423.2 və 21-ci maddəsinin tətbiqinin mümkünlüyünün hüquqi əsaslarını müəyyən etməmiş, Cavabdeh tərəfindən həqiqətən də MTK-ya 3000 ABŞ dolları (5100 manat) və 57 885 manat, ümumilikdə isə 62 985 manat məbləğində vəsaitin ödənilib-ödənilməməsi baxımından araşdırma aparmamışdır. Həmçinin, apellyasiya məhkəməsi iş materiallarında olan “xxxx” MMC-nin direktoru X2 “xxxx” MTK-ya ünvanladığı və hər iki tərəfin imzaladığı 13.02.2018-ci il tarixli zəmanət məktubunun məzmununa da diqqət yetirməyərək hüquqi q iymət verməmişdir. Belə ki, zəmanət məktubuna əsasən məlum olur ki, ünvan 2 ünvanında qeydiyyatda olan və “xxxx” MMC-nin direktoru X2 tanışı Atil adlı şəxs tərəfindən onun həyat yoldaşı kimi təqdim olunan Cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının “4 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının “C” blokunda, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 160.79 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin 192948 (bir yüz doxsan iki min doqquz yüz qırx -səkkiz) manat təşkil edən pay dəyərinin əldə olunması üçün 73 nömrəli, 13 fevral 2018-ci il tarixli müqaviləyə əsasən ilkin olaraq MTK-ya ödənilməli 57885 (əlli yeddi min səkkiz yüz səksən beş) AZN məbləğində vəsaitin 5100 AZN hissəsini müqavilə imzalanan anda ödəyir, digər hissəni təşkil edən 52785 (əlli iki min yeddi yüz səksən beş) AZN məbləğində vəsaitin 28 fevral 2018-ci il tarixədək ödəniləcəyinə, bundan sonra qalıq məbləği təşkil edən 135063 (bir yüz otuz beş min altmış üç) AZN-nin isə 01 aprel 2018ci il tarixdən etibarən hissə-hissə 36 ay müddətinə, ayda 3752 (üç min yeddi yüz əlli iki) AZN olmaqla ödəniləcəyinə “xxxx” MMC və direktor qismində X3 zəmanət verir və bu zəmanət məktubu əsas götürülərək qeyd olunan qalıq məbləğin yəni 52785 (əlli iki min yeddi yüz səksən beş) AZNnin ödənilməsi barədə Cavabdeh MTK tərəfindən əvvəlcədən 13 fevral 2018-ci il tarixli, 73-01 nömrəli arayış verilir. Arayışda göstərilən qalıq məbləği, yəni 52785 (əlli iki min yeddi yüz səksən beş) AZN məbləğində vəsait nəzərdə tutulmuş müddətin son g ünü ödənilmədiyi təqdirdə “xxxx” MMC və direktor qismində X3 həmin məbləğin “xxxx” MMC-nin istehsalı olan “kərpic” məhsulu ilə qalıq məbləğə uyğun əvəzləşdiriləcəyinə təminat vermişdir. İş materiallarında olan 27.04.2018-ci il tarixli, 11/18 saylı xəbərdarlıq məktubuna əsasən məlum olur ki, Cavabdeh 7 iş günü müddətində müqavilə üzrə ödənilməli borc məbləğini təşkil edən 52785 manat məbləğində vəsaitin “xxxx” MTK-ya ödənilməsi ilə bağlı müqaviləyə əlavənin imzalanması üçün məlumatlandırılmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 13.02.2018-ci il tarixli, 73 saylı “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqaviləyə əsasən tərəflər qalıq borc məbləğini təşkil edən 135063 manatın 01 aprel 2018-ci il tarixdən etibarən hissə-hissə və bu müqaviləyə əlavə olaraq imzalanacaq qrafik üzrə 36 ay müddətinə ayda 3752 manat olmaqla ödənilməsinə dair razılığa gəlsələr də, buna dair hər hansı cədvəl tərtib olunub-olunmamasını da aydınlaşdırmamışdır. İşin bu halı Cavabdeh həqiqətən də göstərilən mənzilin əldə etmək niyyətində olub-olmamasını müəyyən etmək üçün zəruri olmuşdur. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırmaları zama nı yerli qanunvericiliklə yanaşı X8 Konvensiyasının 6-cı maddəsinin tələbləri də pozulmuşdur. X8ları Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Kollegiya daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübut lardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşd irir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, fak tların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən normaların tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “xxxx” Mənzil Tikinti Kooperativinin sədri YYY və vək ili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli 2(103)3472/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5947/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5947/2019
18.09.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver