Məhkəmə qərarları › İş №2(102)-5950/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5950/2019

20.09.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5950/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh X1na qarşı aliment tələbinə dair ilkin, X1nun İddiaçı qarşı nikahın pozulması barədə qarşılıqlı iddia tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə mülki iş üzrə Baki Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq m əhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 fevral 2019-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) İddiaçı cavabdeh X1na qarşı aliment tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, 29.09.2013-cü il təvəllüdlü X2 və 12.11.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, 02.08.2018-ci il tarixdən hesablanmaqla, X1ndan hər ay hər uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, X1 ilə İddiaçı arasında Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində akt qeydiyyat kitabında 15.09.2012-ci il tarixli 1341 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, 29.09.2013-cü il təvəllüdlü X2 və 12.11.2016-cı il təvəl lüdlü X5 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Huseyn, hakimlər E.Nəbiyev və R.Qurbanov) Xətai rayon Məhkəməsinin 14 fervral 2019-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində ləğv edilmiş, 29.09.2013-cü il təvəllüdlü X2 və 12.11.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, 02.08.2018-ci il tarixdən hesablanmaqla, X1ndan hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiy ası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh X1na qarşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 29 sentyabr 2013-cü il tarixdə anadan olmuş, X2 və 12 noyabr 2016-cı il tarixdə isə anadan olmuş X1 üçün cavabdeh X1ndan İddiaçı xeyrinə hər bir uşaq üçün hər ay 160 manat, cəmi 320 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın qismən təmin edilməsini, yəni iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulmasını, 15.09.2012-ci il tarixdə 1341 №-li akt qeydi tərtib olunmaqla Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın ləğv olunmasını xahiş etmişdir İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər 15.09.2012-ci il tarixdə rəsmi nikaha girmişlər. Birgə nikahlarından 29 sentyabr 2013-cü il tarixdə Yusif və 12 noyabr 2016-cı il tarixdə isə Aysel adlı uşaqları olmuşdur. Hazırda yetkinlik yaşına çatmayan uşaqları İddiaçı yanında qalırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqları barəsin də bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlərəsasında tərbiyyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 112-ci maddəsinə əsasən alimentin ödənilməsi b arədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən uşaqlar üçün yaşayış minimumunun 160 manat təşkil etdiyini, tərəflərin maddi və ailə vəziyyəti, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərti və diqqətəlayiq olan digər halları əsas tutaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləği hər uşaq üçün aylıq 160 manat müəyyən edil məlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar