Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5956/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, X, X, Cavabdeh4, X, X, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qızma, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 qızma, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24. Cavabdeh25, Cavabdeh17, Cavabdeh26, X, X və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburiliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədr liyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-468/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh3. Cavabdeh1, X, Cavabdeh4, X və X qarşı “torpaq alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqlarına xitam verilməsi, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia qaldıraraq, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktında göstərilən torpaq sahələrinə aid 20 dekabr 2004-cü il tarixdən sonra bağlanmış əqdlərin etibarsız hesab edilməsi, həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktında göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədi verilməsi barədə qətnamə çıxaırlmasmı xahiş etmişdir.
2. Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25, Cavabdeh17, Cavabdeh21, Cavabdeh26, X, X və X cavabdeh qismində i şə cəlb olunmuşlar.
3. İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktına əsasən mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, JN-0632, kod 41011018 saylı Dövlət aktında göstərilən 3,72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin Cavabdeh3 və ailə üzvlərinin adına olan 3,08 hektar, 0,61 hektar və 0,18 hektar torpaq sahələri üzərində hüquqlarının ləğv edilməsi, Şamaxı rayon DNK-da 22.01.2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə X15 arasında 0,11 hektar torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0,11 hektar torpaq sahəsinə aid X 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı Cavabdeh22 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqların (reyestr nömrəsi **********90, 05.02.2014), Cavabdeh22 həmin torpaq sahəsinin Cavabdeh25 bağışlamasına dair X 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, X 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə Cavabdeh17 və Cavabdeh21 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 ha və 0.12 ha torpaq sahəsinin Cavabdeh26 satılmasın a dair X 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə315 nömrəli alqı-satqı müqavilələrinin və Cavabdeh26 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri **********98, **********95, 23.05.2015) ləğv edilməsi, JN0632, kod 41011018 olan Dövlət aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İşin mübahisə edilməyən hallarından görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29.05.1998-ci il tarixli qərarına əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1, X, Cavabdeh4 və X mülkiyyətlərinə xxx kəndində 7,75 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 04.07.1999- cu il tarixdə dövlət aktı qeydiyyat k itabında 4477 sayla qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, X, Cavabdeh4 və X, X dövlət notariat kontorunda xxx sayla reyestrdə qeydə alınmış 30.11.2004-cü il tarixli müqaviləyə əsasən 7,75 hektar torpaq sahəsinin 2,0 hektarını X2, xx dövlət notariat kontorunda 4Ə/3/-519 sayla reyestrdə qeydə alınmış 20.12.2004-cü il tarixli müqaviləyə əsasən isə 0,61 ha, 0,50 ha və 3,73 ha olmaqla, ümumilikdə 4,84 hektarını İddiaçı satmışlar. Müqavilələr əsasında İddiaçı DT və XK tərəfindən mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Bundan sonra Cavabdeh3 14 saylı Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri itirməsi əsası ilə İddiaçı satdıqları və mülkiyyətçi hüquqlarını itirdikləri 4,84 hektar torpaq sahəsinin də qeyd edildiyi JN-608 nömrəli dö vlət aktında göstərilən torpaq sahələrinə dair 27.07.2013-cü il tarixli reyestrdən çıxarışlar alaraq, həmin torpaqlardan 3,73 ha hissəsindən 3,42 hektarını 22 yanvar 2014cü il tarixdə bağlanılmış alqısatqı müqaviləsi ilə Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, X16 və Cavabdeh21 satmışlar. X15 vəfat etdiyinə görə onun adına olan 0,11 ha torpaq sahəsi X mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələri Cavabdeh22, Cavabdeh23, Cavabdeh24 və Cavabdeh25 adlarına qeydiyyata alınmışdır. X mərkəzində notariat kontorunda 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqavi ləsinə əsasən Cavabdeh23, Cavabdeh24 və Cavabdeh22 torpaq sahəsindəki paylarını Cavabdeh25 bağışlamışlar. xxx dövlət notariat kontorunda 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsində iştirak edən digər alıcılar Cavabdeh17 və Cavabdeh21 özlərinə məxsus olan 0,24 ha və 0,12 ha torpaq sahələrini X dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə315 nömrəli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh26 satmışlar.
5. Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvədə olan 2(074)-14/2017 saylı, 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, X və X5 cavabdehlər İddiaçı və Cavabdeh20 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onlardan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ların ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və yeni çıxarışın verilməsi, xüsusi qərardadın çıxarılması iddiasına dair mülki iş üzrə iddia qismən təmin edilmiş, X rayon notariat kontorunda 22 yanvar 2014-cü il tarixdə Cavabdeh3 ilə Cavabdeh20 arasında bağlanmış, bağlanmasına dair reyestrdə 4Ə-28 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və ondan irəli gələn 25 yanvar 2014-cü il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
6. İddiaçı bildirir ki, X bağlanmış 20 dekabr 2004-cü il tarixli və 27 dekabr 2004-cü il tarixli alqı-satqı müqavilələri əsasında dörd hissədən ibarət ümumi sahəsi 8,0372 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahə sini satın almış, həmin müqavilələr əsasında ona 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququna dair 01 mart 2005-ci il tarixli Dövlət aktı verilmiş, Dövlət aktı 11 mart 2005-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh3, Cavabdeh1, X, Cavabdeh4 və X ona və qeyrilərinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onlardan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin ləğv edilməsi və sair tələblərə dair Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq 20 dekabr 2004-cü il tarixli, müqavilənin və həmin müqavilə əsasında verilmiş JN-0632, kod 41011018 saylı Dövlət aktının ləğv edilməsini xahiş etmişlər. Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia həmin hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 08 iyun 2017-ci i l tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3, Cavabdeh1, X, Cavabdeh4 və X Sumqayıt Apellyasiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra Cavabdeh6nə müraciət edərək JN-0632, kod 41011018 saylı Dövlət aktına əsasən mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinə dair müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXin 14 saylı Ərazi İdarəsi **********39 nömrəli, 26 yanvar 2018-ci il tarixli məktubla ərizəsinə baxıldığı, arxiv məlumatlarına əsasən qeydiyyat üçün təqdim olunmuş JN-632, kod 41011018 saylı Dövlət akt ında göstərilən torpaq sahələrindən yalnız 3.19 ha hissəsinin reyestrdə qeydiyyata alınmasının mümkün olduğunu, digər 0.5051 ha, 0.6121 ha, 3.72 ha torpaq sahələrinin başqa mülkiyyətçilərin adlarına olduğunu bildirmişdir. Daha sonra göstərmişdir ki, iddiaçıya məxsus JN632, kod 41011018 saylı Dövlət aktı 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunmuş elektron baza xəritəsində öz əksini tapmır və aktda göstərilən torpaq sahələri vaxtilə JN-144 nömrəli dövlət aktına əsasən Cavabdeh3 məxsus olmuşdur. Torpaq islahatı zamanı Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən Cavabdeh3 5 nəfərdən ibarət olan ailəsinin hər bir üzvünə 1.5 ha olmaqla cəmi 7.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və DTXK tərəfindən onların adlarına həmin torpaqların mülkiyyətə verilməsinə dair JN1 44, kod 41011018 nömrəli Dövlət aktı hazırlanmışdır. Torpaqların bir hissəsi Kürdəmir rayonu “Karlar” adlanan ərazidə yerləşdiyinə görə, X kəndindən torpaq payı almaq hüququ olan sakinlərin bir qismi tərəfindən satılmışdır. Alqı-satqı müqaviləsi Abşeron rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuşdur. Cavabdeh3 ailəsi də Kürdəmir rayonunun “Karlar” adlanan ərazisində yerləşən torpaq sahəsini satmışlar. Həmin torpağın alqı-satqısına dair müqavilə 30 noyabr 2004-cü il tarixdə Abşeron rayon Dövlət Notariat Kontorunda 3M/817 nömrə ilə təsdiq olunmuşdur. Cavabdeh3 torpaq sahəsinin X rayonu “X” adlanan ərazidə yerləşən hissəsini satdıqdan sonra DTXK tərəfindən yerdə qalan 5.75 ha torpaq sahəsinə 27 dekabr 2004-cü ildə JN-608 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Lakin, DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən həmin Dövlət aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində Cavabdeh3 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalmışdır. 2013-cü ilin iyul ayında Cavabdeh3 14 saylı Ərazi İdarəsinə müraciət edərək JN-608 nömrəli Dövlət aktını itirdiyini bildirmiş və dublikatının hazırlanmasını xahiş etmişdir. Ərazi İdarəsinə verdiyi ərizəsinə o, LM-608 nömrəli Dövlət aktının etibarsız hesab edilməsinə dair qəzetdə dərc olunmuş elanı və Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş itirilmiş dövlət aktının axtarılıb tapılmamasına dair arayışı əlavə etmişdir. Həmin sənədlər əsasında JN-608 nömrəli Dövlət aktında göstərilən torpaq sahələrinə Cavabdeh3 ailəsinin adlarına reyestrdən çıxarışlar v erilmişdir. Qeyd olunan torpaq sahələrinə reyestrdən çıxarışlar verildikdən sonra həmin torpaqlardan 0.61 ha sahəni Cavabdeh3 Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4g-28 nömrəli alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayon Qızmeydan kənd sakini Cavabdeh20 satmışdır. Lakin, sonradan Şamaxı rayon məhkəməsinin 17 fevral 2017-ci il tarixli 2(074)-14/2017 saylı qətnaməsinə əsasən Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4g-28 nömrəli alqısatqı müqaviləsi ləğv edilmiş və torpaq sahəsi yenidən Cavabdeh3 mülkiyyətinə qaytarılmışdır. Torpaq sahəsinin 3.73 ha hissəsindən 3.42 hektarı notarial qaydada təsdiq olunmuş bölgü sxemi üzrə 12 nəfərə satılmışdır. Yerdə qalan 0.18 ha torpaq sahəsi Cavabdeh3 ailəsinin adlarına qeydiyyata alınmışdır (reyestr nömrə si **********64, 05.02.2014). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4g-28 nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinin alıcısı X15 vəfat etdiyinə görə, onun adına olan 0.11 ha torpaq sahəsi X 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun arvadı Cavabdeh22 və üç övladının adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********90, 05.02.2014). Sonradan Cavabdeh22 həmin torpaq sahəsinin X 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh25 bağışlamışdır. Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsində iştirak edən digər alıcılar Cavabdeh17 və Cavabdeh21 özlərinə məxsus olan 0.24 ha və 0.12 ha torpaq sahələrini Şamaxı rayon Dövlət Notariat Kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4g-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh26 satmışlar (reyestr nömrələri **********98, **********95, 23.05.2015). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsinə əsasən ləğv edildiyinə görə, qeyd olunan müqavilə üzrə qeydiyyata alınmış hüquqlar ləğv edilmiş və torpaq sahəsi 3.08 hissədə yenidən Cavabdeh3 ailəsinin adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********51, 27.04.2016). Şamaxı rayon məhkəməsinin 03 fevral 2016-cı il tarixli 2(074)-173/2016 saylı qətnaməsində Cavabdeh26 və Cavabdeh25 məxsus torpaq sah ələrinin mülkiyyət sənədlərinin ləğvinə dair münasibət bildirilmədiyinə görə onların mülkiyyət hüquqları ləğv edilməmişdir. Şamaxı rayon məhkəməsi müqavilə iştirakçılarını maraqlı şəxs qismində 2(074)-173/2016 saylı məhkəmə prosesinə cəlb etməmişdir. Buna görə də, Cavabdeh26 Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Hal-hazırda mübahisə davam edir və iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Torpaq sahəsinin üzərində mübahisə olduğu üçün JN632, kod 41011018 saylı Dövlət aktında göstərilən 3.72 ha, 0.61 ha, 0.505 ha torpaq sahələrinin üzərində onun adına qeydiyyata alınması qeyri-mümkündür. Sorğu əsasında surəti təqdim edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2017-ci il ta rixli, 2(105)-361/2017 saylı qətnaməsindən görünür ki, maraqlarına toxunan şəxs Cavabdeh26 apelyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli, 2(074)-173/2016 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh3 cavabdeh X9 qarşı mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlarının ləğv edilməsi tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 2(105)-361/2017 saylı qətnaməsi qanuni qüvvəsini almış, bununla da JN-632, kod 41011018 saylı Dövlət aktında göstərilən 3.72 ha, 0.61 ha, 0.505 ha torpaq sahələrinin üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hüquqi əsas qalmamışdır. Göründüyü kimi cavabdehlər Cavabdeh3, Cavabdeh1, X, Cavabdeh4 və X Şamaxı rayon Dövlət Notariat Kontorunda bağlanmış 20 dekabr 2004-cü il tarixli, 4Ə/3/519 saylı müqavilə əsasında mülkiyyət hüquqlarının başqa şəxsə keçdiyini bildiyi halda, 2013-cü ilin iyul ayında 14 saylı Ərazi İdarəsinə müraciət edərək JN-608 nömrəli Dövlət aktını itirdiyini bildirmiş və JN-608 nömrəli Dövlət aktında göstərilən torpaq sahələrinə dair reyestrdən, çıxarışlar almışlar. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 14 saylı Ərazi İdarəsi qanun pozuntusunu DTXKnın Şamaxı rayon şöbəsi tərəfindən JN-0632, kod 41011018 olan Dövlət aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006-cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində Cavabdeh3 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalması ilə i zah etməsi əsassızdır. Dövlət aktının kadastr göstəricilərinin baza məlumatlarına daxil edilməsi mülkiyyət subyektinin deyil, dövlət orqan(lar)ının vəzifəsidir.
7. Cavabdeh1 bildirir ki, 29 may 1998-ci il tarixli X10 qərarı ilə Dövlət Aktı qeydiyyat kitabında 4477 sayla qeydə alınmış 144 saylı Dövlət Aktı onların paylı mülkiyyətlərinə ayrılmışdır. Dövlət Aktı nəinki onlara təqdim olunaraq təhvil verilməmiş, hətta xəbərləri olmayıb ki, belə bir torpağa mülkiyyət hüququna dair Dövlət Aktı onların paylı mülkiyyətlərindədir. Çünki qeyd etdiyi 144 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı onlara nə təqdim olunmayıb nə də ki, təhvil verilməmişdir. Atası Cavabdeh3 2002-ci ildən 2005-ci il tarixədək nəinki Şamaxı rayon ərazisində hətta Azərbaycan Respublikasında olmamış, Rusiya Federasiy asının Tümen vilayətində müalicədə olmuşdur. 2004-cü ildə onları məlumatlandırmışlar ki, onların da X rayonunun Karlar adlanan ərazisində 2 hektar 90 sot torpaq sahələri var və həmin torpaq sahələrini satmasalar məcburi olaraq əllərindən alacaqlar. Bundan sonra atası Cavabdeh3 ilə əlaqə yaratdıqda atası bildirmişdir ki, 2 hektar 90 sot torpaq sahəsindən 2 hektarının satılmasına razılıq versinlər, 90 sotu isə qalsın. Onlar da məsələ barədə onları məlumatlandıran həm kəndlilərinə demişlər ki, 2 hektar 90 sot topaq sahəsinin 2 hektarımn satılmasına razıdırlar. Bir neçə gündən sonra qapı bir qonşuları olan qadınla (onun da əri Rusiya Federasiyasının Tümen vilayətində olurdu) birgə həmin illər 2004-cü il tarixdə Nağaraxana kəndinin İcra nümayəndəsi X11 müavini İX evində 2 hektar 90 sot torpaq s ahələrinin 2 hektarının satılmasına etiraz etməmək üçün bir neçə yazılı kağız parçasına imza atmışlar. Atası Cavabdeh3 isə 2005-ci ildə Rusiyadan qayıdıb gəldikdən sonra X rayonu X adlanan ərazidə yerləşən 2 hektar 90 sot torpaq sahələrinin 2 hektar torpağın satılması üçün X19 atası Cavabdeh3 300 (üç yüz) dollar pul vermiş və bir neçə sənədə də qol çəkdirmişdir. Onlara verilməyən 144 saylı Dövlət Aktı və Abşeron rayon bir saylı DNK-nın 30 noyabr 2004-cü il 3M/817 saylı alqı-satqı müqaviləsi əsasında onlara məxsus olan 5 hektar 75 sot torpağa mülkiyyət hüququna dair 06 iyun 2006-cı ildə JN 0608 nömrəli kod 41011018 saylı Dövlət Aktı onlara təqdim olunur və 2013-cü il tarixdə JN 0608 nömrəli Dövlət Aktı atasının səhlənkarlığı ucbatından itmişdir. Qeyd edilən aktın itməsi barədə yerli polis o rqanı tərəfindən arayışı əldə etdikdən sonra DƏDRX-nin 14 saylı Ərazi İdarəsindən həmin Dövlət Aktının əsasında 27.07. 2013-cü il tarixdə Reyestr İdarəsindən çıxarışlar əldə etmişlər. Onlara məxsus olan X kəndində yerləşən 4 hektar 85 sot torpaq sahələri 3 hissədən ibarətdir. 3 hektar 73 sot, 61 sot və 51 sot. Lakin atası Cavabdeh3 2006-cı ilin dekabr ayında qapı bir qonşuları olan X kəndinin bələdiyyəsi X3 51 sot torpaq sahəsini 8.000 ( səkkiz min) dollara satmışdır. Onlardan torpağa mülkiyyət hüququna dair JN 0608 nömrəli Dövlət Aktı tələb olunmamışdır. 2015-ci il tarixdə X apardığı 2014-cü il tarixli alqısatqı işi ilə qaldırdığı iddia ilə əlaqədar X8 nümayəndəsi X söyləmişdir ki, guya atası Cavabdeh3 bu yerləri 2004-cü il tarixdə satıb və sənədləşmə işində o, iştirak etmişdir. Heç X H s orğusu Ədliyyə Nazirliyinin Notariat Arxivinə çatmamış o, Notariat sənədlərini əldə etmişdir. 2006-cı ildə satası olduqları 51 sot necə olur ki, 2004-cü il tarixə şamil olunaraq onlara verilməyən İslahat Komissyasının qərarı ilə ayrılmış JN 144 nömrəli Dövlət aktı ilə alqı-satqı olunur. 144 nömrəli Dövlət Aktı ilə 2 dəfə alqı-satqı olunur, hərəsinin arasında 20 gün fərq var. 20 dekabr 2004-cü il tarixli alqı-satqı işinin içində olan saxtalıqları sübut edən bir neçə sənədlərdən də biri odur ki, torpaq şöbəsinin rəisi vəzifəsində o zamanlar fəaliyyət göstərən X arayışı var ki, bəli satılası torpaq sahəsinin üzərində həbs yoxdur, girov qoyulmayıb və özgəninkiləşdirilməyib. Arayışda satılası olan torpaq sahəsi görən neçə nömrəli dövlət aktına şamil olunur. Çünki satılası torpaq sahəsi üçün əsa s olan Dövlət Aktının nömrəsi də heç qeyd olunmayıb. 20 dekabr 2004-cü il tarixli alqı-satqı işinin içində olan ailə tərkibi haqqında arayış da var. Alqı-satqı 20 dekabr 2004-cü il tarixdə bağlanırsa 21 dekabr 2004-cü il tarixli ailə tərkibi haqqında arayış öz əksini tapır. Alqı-satqı işinin içində olan satılası torpaq sahəsi ilə bağlı 8796 nömrəli arayış da var. Halbuki həmin arayış Aran zonasına şamil olunur. Ondan ötrü ki, 8796 saylı arayışla Aran Şirvan zonasına aid Kürdəmir rayonunun Karlar adlı ərazisində fakt 30 noyabr 2004-cü il tarixdə 2 hektar torpaq sahəsi artıq satılıb. 20 dekabr 2004-cü il tarixdə İddiaçı satılırsa 4.85 hektar torpaq sahəsi 2005-ci il tarixdən 2018-ci il tarixə qədər torpaq vergisi və ödənilməli olan qəbzləri ünvanlarına göndərilməsi fakt sübutdur.
8. Cavabdeh lər Cavabdeh3, X, Cavabdeh4 və X bildirirlər ki, iddia əsassızdır.
9. Cavabdeh6 nümayəndəsi bildirir ki, X kəndində yerləşən JN-632, kod 41011018 nömrəli Dövlət aktına göstərilən İddiaçı məxsus 8.03 ha torpaq sahəsinin 3.19 ha hissəsi İslahat vaxtı JN-142 nömrəli Dövlət aktına əsasən X6 və JN-144 nömrəli dövlət aktına əsasən X1 ailələrinə verilmiş əkin 0.61 ha, 0.50 ha və 3.73 ha torpaqlardan ibarətdir. Həmin torpaqları İddiaçı Şamaxı rayon DNK-da bağlanmış 20.12.2004-ci il tarixli 4ə-3/519 saylı və 27.12.2004-cü il tarixli 4ə-3/536 saylı alqı-satqı müqavilələrinə əsasən əldə etmişdir. Torpaq İslahatı zamanı Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən X1 5 nəfərdən ibarət olan ailəsinin hər bir üzvünə 1.5 ha olmaqla cəmi 7.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və D TXK tərəfindən onların adlarına həmin torpaqların mülkiyyətə verilməsinə dair JN -144, kod 41011018 nömrəli Dövlət aktı hazırlanmışdır. Torpaqların bir hissəsi Kürdəmir rayonun “Karlar” adlanan ərazidə yerləşdiyinə görə, X kəndindən torpaq payı almaq hüququ olan sakinlərin bir qismi tərəfindən satılmışdır. Alqısatqı müqaviləsi Abşeron rayon dövlət notariat kontorunda təsdiq olunmuşdur. Cavabdeh3 ailəsi də X rayonunun “X” adlanan ərazidə yerləşən torpaq sahəsini satmışlar. Həmin torpağın alqı-satqısına dair müqavilə 30 noyabr 2004-cü il tarixdə Abşeron rayon dövlət notariat kontorunda 3M/817 nömrə ilə təsdiq olunmuşdur. X7 torpaq sahəsinin X” adlanan ərazidə yerləşən hissəsini satdıqdan sonra DTXK tərəfindən yerdə qalan 5.75 ha torpaq sahəsinə 27 dekabr 2004-cü ildə JN-608 nömrəli Dövlət ak tı tərtib olunmuşdur. Lakin, DTXK-nm Şamaxı rayon şöbəsi tərəfindən həmin Dövlət aktının kadastr göstəriciləri baza məlumatlarına daxil edilmədiyinə görə, 2006- cı ildə Reyestr Xidmətinə rəsmi təqdim olunan baza xəritəsində X4 məxsus torpaq sahələrinin nömrələri 144 kimi qalmışdır. 2013cü ilin iyul ayında X7 14 saylı Ərazi idarəsinə müraciət edərək JN-608 nömrəli Dövlət aktının itirdiyini bildirmiş və dublikatının hazırlanmasını xahiş etmişdir. Ərazi idarəsinə verdiyi ərizəsinə o, JN-608 nömrəli Dövlət aktının etibarsız hesab edilməsinə dair qəzetdə dərc olunmuş elanı və Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş itirilmiş dövlət aktının axtarılıb tapılmamasına dair arayışı əlavə etmişdir. Həmin sənədlər əsasında JN608 nömrəli Dövlət aktında göstərilən torpaq sahələrinə Cavabdeh3 ailəsi nin adlarına reyestrdən çıxarışlar verilmişdir. Qeyd olunan torpaq sahələrinə reyestrdən çıxarışlar verildikdən sonra həmin torpaqlardan 0.61 ha sahəni Cavabdeh3 Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsinə əsasən X kənd sakini Cavabdeh20 satmışdır. Lakin, sonradan Şamaxı rayon məhkəməsinin 17 fevral 2017-ci il tarixli 2(074)-14/2017 saylı qətnaməsinə əsasən Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş və torpaq sahəsi yenidən Cavabdeh3 mülkiyyətinə qaytarılmışdır. Torpaq sahəsinin 3.73 ha hissəsindən 3.42 hektarı Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-27 nömrəli alqı-satqı müqaviləsinə əsasən 12 nəfərə satılmışdır. Yerdə qalan 0.18 ha tor paq sahəsi Cavabdeh3 ailəsinin adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********64, 05.02.2014). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-27 nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinin alıçısı X15 vəfat etdiyinə görə, onun adına olan 0.11 ha torpaq sahəsi X 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun həyat yoldaşı Cavabdeh22 və üç övladlarının adlarına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********90, 05.02.2014 ). Sonradan Cavabdeh22 həmin torpaq sahəsini X 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh25 qızma bağışlamışdır. Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-27 nömrəli alqı-satqı m üqaviləsində iştirak edən digər alıcılar Cavabdeh17 və Cavabdeh21 özlərinə məxsus olan 0.24 ha və 0.12 ha torpaq sahələrini Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh26 satmışdırlar (reyestr nömrələri **********98, **********95, 23.05.2015). Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-27 nömrəli alqı-satqı müqaviləsi Şamaxı rayon məhkəməsinin 03 fevral 2016-cı il tarixli 2(074)-173/2016 saylı qətnaməsinə əsasən ləğv edildiyinə görə qeyd olunan müqavilə üzrə qeydiyyata alınmış hüquqlar ləğv edilmişdir və torpaq sahəsi 3.08 hissədə yenidən Cavabdeh3 ailəsinin adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********51, 27.04.2016). Şamaxı rayon məhkəməsinin 03 fevral 2 016-cı il tarixli 2(074)l73/2016 saylı qətnaməsində Cavabdeh26 və Cavabdeh25 məxsus torpaq sahələrinin mülkiyyət sənədlərinin ləğvinə dair münasibət bildirilmədiyinə görə onların mülkiyyyət hüquqları ləğv edilməmişdir. Şamaxı Rayon Məhkəməsi müqavilə iştirakçılarını maraqlı şəxs qismində 2(074)-l73/2016 saylı məhkəmə prosesinə cəlb etməmişdir. Buna görə də, Cavabdeh26 Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli 2(074)-473/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hal-hazırda məhkəmə mübahisəsi davam edir.
10. Digər tərəflər heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-c u il tarixli, 2(074)-110/2019 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddianın qismən təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan Dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsinin 3,72 hektar, 0,61 hektar və 0,505 torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, Şamaxı şəhəri, 2 saylı “ASAN” Xidmət Mərkəzində 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı Cavabdeh22 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqlar (reyestr nömrəsi **********0, 05.02.2014), Cavabdeh22 həmin torpaq sahəsinin Cavabdeh25 bağışlamasına dair Sumqayıt “ASAN xidmət” Mərkəzində 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə Cavabdeh17 və Cavabdeh21 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 və 0.12 ha torpaq sahəsinin Cavabdeh26 satılmasına dair Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı- satqı müqavilələri və Cavabdeh26 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri **********98, **********, 23.05.2015) ləğv edilməsi qət edilmiş, iddia tələbi JN-0632, kod 41011018 olan Dövlət aktı əsasında mülkiyyətində olan 8,0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsinə dair hissədə təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29.05.1998-ci il tarixli qərarına əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1, X, Cavabdeh4 və X mülkiyyətlərinə verilmiş X kəndində 7,75 hektar torpaq sahəsinin 4,84 hektar torpaq sahəsinə dair mülkiyyətçi hüquqları həmin sahəni alqı-satqı müqaviləsinə əsasən əldə etmiş İddiaçı keçdiyindən və həmin sahənin alqı-satqısına dair müqavilə cavabdehlər Cavabdeh3, X, Cavabdeh4, X və Cavabdeh1 həmin torpaq sahəsinə dair mülkiyyətçi hüquqlarına xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan onların mülkiyyətçi hüquqlarına xita m verilməsinə əsas yaranmış torpaq sahəsinə dair yenidən çıxarış almaları və üzərində sərəncam vermələri qanunsuz olmuş, mübahisəli müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlər pozmaqla bağlanmış əqd olaraq etibarsızdırlar.
13. Məhkəmə bununla yanaşı hesab etmişdir ki, hazırkı qətnamənin qüvvəyə minməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsinə əsas olduğundan iddia tələbi JN-0632, kod 41011018 olan Dövlət aktı əsasında mülkiyyətdə olan 8.0372 ha. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsinə dair hissədə təmin edilə bilməz.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 139-1.1.3, 141.1, 141.2, 146.1, 152.1, 337.1, 337.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti vermişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi S.A.Qafari, F.Ə.Məmmədov və L.M.Məmmədova) Cavabdeh1 apelyasiya şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, X, Cavabdeh4, X və X qarşı torpaq alqı-satqı müqavilələrinin eti barsız hesab edilməsi, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqlarına xitam verilməsi barədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı sonradan iddia tələbinin artırılması bar6də ərizə ilə məhkəməyə müraciət etsə də, həmin ərizə MPM-nin 50, 53 və 149-cu maddələrinin tələblərinə cavab vermədiyinə birinci instansiya məhkəməsi əhəmiyyət verməyərək iddia tələbini təmin edilməsi qənaətinə gəlmişdir.
18. Halbuki işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir (Mülki Prosessu al Məcəlləsinin 149.2.2 və 149.2.3. maddələri).
19. Qanunvericilik mülki işin başlanması üçün əsas olan işin fiziki və ya hüquqi şəxslərin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciətin obyektiv ifadə forması kimi iddia ərizəsinin formasını və məzmununu müəyyən edir. Forma dedikdə onun zahiri forması, yəni yazılı verilməsi, məzmunu isə onun daxili forması iddia ərizəsinin məzmunu təşkil edən rekvizitləri və bunların ardıcıllığını (məhkəmənin adı, işdə iştirak edən şəxslər, onların poçt ünvanları, ərizəçinin tələbi, iddia tələbi bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi və s.) müəyyən edir.
20. İddiaçının məhkəməyə təqdim etdiyi 01 noyabr 2018-ci il tarixli ərizədən g örünür ki, sonuncu 20 dekabr 2004-cü ildən sonra bağlanmış əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi tələb etmiş, lakin sonradan həmin tələbin həcmini MPM-nin 53-cü maddəsinə əsasən artıraraq torpağa mülkiyyət hüququna dair JN-0632, kod 41011018 olan dövlət aktına əsasən mülkiyyətində olan 8.0372 hektar torpaq sahəsinin 3.72 hektar, 0,61 hektar və 0,505 hektar torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqlara xitam verilməsi, JN-0632. kod 41011018 saylı dövlət aktında göstərilən 3.72 hektar. 0.61 hektar və 0.505 hektar torpaq sahələrinin Cavabdeh3 və ailə üzvlərinin adına olan 3.08 hektar. 0.61 hektar və 0.18 hektar torpaq sahələri üzərində hüquqlarmm ləğv edilməs i. Şamaxı rayon DNK-da 22.01.2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə X15 arasında 0.11 hektar torpaq sahəsinin alqı satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0,11 hektar torpaq sahəsinə aid X 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında həyat yoldaşı Cavabdeh22 və üç övladlarının adlarına qeydiyyata alınmış hüquqların (reyestr nömrəsi **********90. 05.02.2014), Cavabdeh22 həmin torpaq sahəsinin Cavabdeh25 qızma bağışlamasına dair X 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi, Şamaxı rayon DNK-da 22 yanvar 2014-cii il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh3 ilə Cavabdeh17 və Cavabdeh21 arasında 0.24 ha və 0.12 ha torpaq sahəsinin alqı satqısına dair hissədə etibarsız hesab edilməsi, həmin 0.24 ha və 0.12 ha torpaq sahəsinin Cavabdeh26 satılmasına dair Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə-315 nömrəli alqı-satqı müqavilələrinin və Cavabdeh26 adına qeydiyyata alınmış hüquqların (reyestr nömrələri **********98. **********95. 23.05.2015) ləğv edilməsi, JN0632, kod 41011018 olan Dövlət aktı əsasında mülkiyyətində olan 8.0372 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, adına müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Göründüyü kimi iddiaçının məhkəmədən xahiş etdiyi istər ilkin, istərsə də artırılmış iddia ərizəsində tələbi aydın deyil və o bu tələblərini konkretləşdirməmiş, tələbləri üzrə kimlərin cavabdeh olduğu və onlara qarşı tələbləri ayrı-avrılıqda göstərilməmiş, qeyrimüəyyən qalmışdır.
22. Digər tərəfdən iddiaçının tələbinin artıtıİması barədə ərizənin icraata qəbulu zamanı kimlərin cavabdeh qismində cəlb edilməsi nə 11 mart, nə dəki 28 mart 2019-cu il tarixli məhkəmə iclas protokollarında öz əksini tapmamışdır.
23. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1. və 50.3. maddələri).
24. Qeyd etmək lazımdır ki, konkret iş üzrə proSesin obyektini məhkəmənin həll etməli olduğu mübahisəli hüquq münasibəti təşkil edir. Tərəflər bu münasibətin subyekti kimi çıxış edirlər. İşin başlanması ilə tərəflərin mühüm əlamətləri üzə çıxır. Birinci iş üzrə proses tərəflərin adından aparılır və bu da mühüm praktiki əhəmiyyətə malik olur, ona görə ki. qanun eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq həll olunmuş iddianın təkrar qaldırılmasına və baxılmasına yol verilməzliyinə, ikincisi tərəflər arasında münasibətlər iddianın verilməsi ilə rəsmən mübahisəli xarakter almasına, məhkəmənin də vəzifəsi bu münasibətləri nizama salmaqdan ibarət olmasına, üçüncüsü isə mübahisəli maddi hüquq münasibətlərinin subyektləri olan tərəflər işdə maddi hüquqi marağa malik olmaqla məhkəmənin iş üzrə çıxaracağı qərarın onların maddi hüquqlarına tə sir etməsinə, dördüncüsü isə onlar işin əsas iştirakçısı olmaqla, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmə xərclərini ödəmək vəzifəsi daşımaqlarını ehtiva edir.
25. Prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır, iddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün iş qaldıran, cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. Hazırkı işdə iddiaçının hüququnu pozan və iddia tələbinin yönəldiyi şəxslər isə məlum deyil. Halbuki iddiaçı iddianı qaldırarkən məhkəməyə elə məlumatlar təqdim etməlidir ki. bu məlumatlar şəxsin cavabdeh olmasını ifadə etsin. İddiaçı bunu iddia ərizəsində cavabdeh qismində göstərməklə rəsmiləşdirsin. Bu rəsmiləşdirmə mübahisənin subvektiv tərkibini dəqiq müəyyən etmək, mübahisənin düzgün hüquqi təsnifatını aparmaq məqsədi daşımaqla qərarın həqiqi maddi maraqlı şəxsə münasibətdə çıxarılmasını təmin edir.
26. Lakin iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsində X, Cavabdeh21, Cavabdeh26. Cavabdeh25 cavabdeh qismində cəlb edilməsinə razı olduğunu qeyd etmişdir. Nəzərə almaq lazımdır ki. mübahisənin iştirakçılarının subyektiv tərkibini dəqiq müəyyən etmək, göstərmək ilk olaraq iddiaçının üzərinə düşür, əsl olmayan tərəfin əvəz edilməsi məsələsini isə iddiaçının razılığı ilə məhkəmə tərəfindən MPM-nin 54-cü maddəsinin tələblərinə uyğun həll edilir.
27. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulmas ı təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
28. Bu mənada məhkəmə kollegiyası hesab edir ki. iddia tələbi aydın, anlaşılan, hansı cavabdehlərə və onlara qarşı tələbi ayrı-ayrılıqda göstərilmədiyindən, nəticədə məhkəmənin qəbul edəcəyi qərarın həqiqi maddi maraqlı şəxsə münasibətdə çıxarılmasını təmin etmədiyindən iddia tələbləri təmin edilə bilməz. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. A pellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(102)-3367/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
31. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda bu məhkəmə tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas ola bilər, lakin iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
32. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməli olmamasına dair hər hansı maddi hüquq normasına istinad etməmiş, bununla da düzgün hüquqi nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-468/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.Məmmədov, Ş.Abasov və G.Tağızadə) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 01 aprel 20 19-cu il tarixli, 2(074)110/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
34. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur.
35. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29.05.1998-ci il tarixli qərarına əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1, X, Cavabdeh4 və CX mülkiyyətlərinə ŞX kəndində 7,75 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 04.07.1999- cu il tarixdə dövlət aktı qeydiyyat kitabında 4477 sayla qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, X, Cavabdeh4 və X Abşeron r ayonu 1 saylı dövlət notariat kontorunda 3M/817 sayla reyestrdə qeydə alınmış 30.11.2004-cü il tarixli müqaviləyə əsasən 7,75 hektar torpaq sahəsinin 2,0 hektarını X2, Şamaxı rayon dövlət notariat kontorunda 4Ə/3/-519 sayla reyestrdə qeydə alınmış 20.12.2004-cü il tarixli müqaviləyə əsasən isə 0,61 ha, 0,50 ha və 3,73 ha olmaqla, ümumilikdə 4,84 hektarını İddiaçı satmışlar. Bundan sonra Cavabdeh3 14 saylı Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri itirməsi əsası ilə İddiaçı satdıqları və mülkiyyətçi hüquqlarını itirdikləri 4,84 hektar torpaq sahəsinin də qeyd edildiyi JN-608 nömrəli dövlət aktında göstərilən torpaq sahələrinə dair 27.07.2013-cü il tarixli reyestrdən çıxarışlar alaraq, həmin torpaqlardan 3,73 ha hissəsindən 3,42 hektarını 22 yanvar 201 4-cü il tarixdə bağlanılmış alqısatqı müqaviləsi ilə Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, X16 və Cavabdeh21 satmışlar. X15 vəfat etdiyinə görə onun adına olan 0,11 ha torpaq sahəsi X 28.06.2015-ci il tarixdə təsdiq olunmuş 2v-437 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsələri Cavabdeh22, Cavabdeh23, Cavabdeh24 və Cavabdeh25 adlarına qeydiyyata alınmışdır. X notariat kontorunda 09.08.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-2510 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh23, Cavabdeh24 və Cavabdeh22 torpaq sahəsindəki paylarını Cavabdeh25 bağışlamışlar. Şamaxı rayon dövlət notariat kontorunda 22 yanvar 2014-cü il tarixdə təsdiq olunmuş 4ə-28 nömrəli alqı-satqı müqaviləsində iştirak edən digər alıcılar Cavabdeh17 və Cavabdeh21 özlərinə məxsus olan 0,24 ha və 0,12 ha torpaq sahələrini Şamaxı rayon dövlət notariat kontorunda 08.05.2015-ci il tarixdə təsdiq olunmuş 4ə-314 və 4ə315 nömrəli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh26 satmışlar. Şamaxı Rayon Məhkəməsinin 2(074)-14/2017 saylı, 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə Şamaxı rayon notariat kontorunda 22 yanvar 2014-cü il tarixdə Cavabdeh3 ilə Cavabdeh20 arasında bağlanmış, reyestrdə 4Ə-28 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair müqavilə etibarsız hesab edilmiş və ondan irəli gələn 25.01.2014-cü il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir.
36. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 14/2017 saylı, 17 fevral 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, X və X5 cavabdehlər İddiaçı və Cavabdeh20 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onlardan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və yeni çıxarışın verilməsi, xüsusi qərardadın çıxarılması iddiasına dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddia tələbi İddiaçı ilə bağlanmış 20 dekabr 2004-cü il tarixli torpaq sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və ondan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi hissəsində təmin edilməmişdir.
37. Bundan başqa cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız o lduğundan cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
40. Belə ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmiş göstərişləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
42. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
43. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
44. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
47. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
48. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur. (maddə 88)
49. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
50. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
51. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
52. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
54. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3)
55. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. (maddə 420) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçıların kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
57. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (50)
58. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(102)-3367/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(105)-304/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
59. Həmin qərarda kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəmədən xahiş etdiyi istər ilkin, istərsə də artırılmış iddia ərizəsində tələbi aydın deyil və o bu tələblərini konkretləşdirməmiş, tələbləri üzrə kimlərin cavabde h olduğu və onlara qarşı tələbləri ayrı-ayrılıqda göstərilməmiş, qeyri-müəyyən qalmışdır.
60. Digər tərəfdən iddiaçının tələbinin artıtılması barədə ərizənin icraata qəbulu zamanı kimlərin cavabdeh qismində cəlb edilməsi 11 mart 2018-ci il və 28 mart 2019-cu il tarixli məhkəmə iclas protokollarında öz əksini tapmamışdır.
61. Qeyd edilən hallar Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəmə tərəfindən baxılmamış saxlanılması üçün əsas ola bilər, lakin iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
62. Mülki Prossesual Məcəllənin 420-ci maddəsinin məzmunundan görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. (maddə 55)
63. Göründüyü kimi kassasiya instansiyası məhkəməs i tərəfindən qeyd edilən göstərişlər apelyasiya instansiyası məhkəməsi üçün məcbui olsa da apelyasiya instansiyası məhkəməsi bu göstərişləri nəzərə almamış və heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissələrində dəyişdirmədən saxlamışdır.
64. Ona görə də işə təkrar baxan apaelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.
65. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
66. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
67. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-468/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.