Məhkəmə qərarları › İş №2(102)-5982/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5982/2022

14.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5982/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması 14.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-433/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 dekabr 202 2-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5147 X saylı bağ sahəsi (0.12 ha) xx.xx.2016-cı ildə İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin bağ sahəsinin qonşuluğunda, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5148 Ç-Q-T-V-Z saylı bağ sahəsinin daxilində Cavabdeh Qnyaz oğlu tərəfindən tikinti işləri həyata keçirilmişdir.

2. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5148 Ç-Q-T-V-Z saylı bağ sahələrində aparılan özbaşına tikinti işlərinin dayandırılması və tikilmiş hissənin sökülməsi üçün müvafiq tədbirlərin görülməsi barədə İ ddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və Vəkil1 Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli müraciəti əsasında keçirilən monitorinq nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, kənar dairəvi yolun sağ tərəfində mövcud hasarlanmış ərazinin daxilində 500 kv.m yaxın sahədə 3 mərtəbə səviyyəsində tikinti işlərinin aparılması və 400 kv.m yaxın sahədə bünövrə səviyyəsində betonlama işlərinin görülməsi müşahidə olunmuşdur. Qeyd olunanlarla bağlı müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirl iyinin Tikintidə X2 Agentliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixli 04/02-361 nömrəli məktubla müraciət olunmuşdur. Əməkdaşlar tərəfindən yerində təkrar baxış zamanı müəyyən edilmişdir ki, bir müddət öncə rayonun aidiyyəti qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində yuxarıda qeyd olunan ünvanda bünövrə səviyyəsindəki betonlama işləri ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4-cü hissəsini rəhbər tutaraq, yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi və şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsi xahiş olunmuşdur.

3. Sabunçu Rayon İcra Hakimiyy ətinin başçısının Q-75/2-148 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən, cavabdeh Nardaran qəsəbəsi, Bilgə-Sumqayıt yolunun sağ tərəfindən “SEA BREEZE" istirahət mərkəzinin yaxınlığında yerləşən 5148 Ç-Q-T-V-Z saylı bağ sahəsində heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədən müvafiq razılıq almadan qanunsuz olaraq, tikinti işləri həyata keçirərəkən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının Nardaran qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən aparılan işlər dayandırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq, qeyd edilən ünvana dair tikinti niyyəti barədə Rayon İcra Hakimiyyətinə məlumat verilməmiş və tikintiyə icazə həyata keçirilməmişdir. Həmin şəxs edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymayar aq norma və qaydaları kobud surətdə pozmaqla tikinti işlərini davam etdirdiyi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qeyd edilən ərazidə quraşdırılmış dəmir konstruksiyalar sökülmüşdür.

4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin 0175 nömrəli xx.xx.2021-ci il tarixli texniki baxış aktına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5148 V saylı bağ sahəsində tikinti obyektinin sifarişçisi olan cavabdehin tikintiyə icazə sənədinin olmadığı müəyyən edilmişdir.

5. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Tikinti işlərinin dayandırılması barədə 0193 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5148 V saylı bağ sahəsində tikinti obyektində aşkar olunmuş pozuntuların sifarişçi (podratçı) cavabdeh tərəfindən aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Sifarişçi (podratçı) bu qərarda qeyd olunan pozuntuları müəyyən olunan müddətdə aradan qaldırmalı və bu barədə Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinə yazılı məlumat verməlidir. Bu qərarda nəzərdə tutulan pozuntular göstərilən müddətdə aradan qaldırılmadıqda agentlik tərəfindən tikinti obyektinin sökülməsi ilə bağlı müvafıq tədbirlər görüləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cav abdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikililərin, tikinti və betonlama işlərinin cavabdehin vəsaiti hesabına sökülməsi və həmin sahənin tam boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, aparılan tikinti işləri tikintiyə icazə almadan və şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla həyata keçirilir. Eyni zamanda, tikinti işlərini həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsi ilə bağlı tələblərə riayət edilməmişdir. Bu da öz növbəsində iddiaçının hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli şəkildə pozulmasına səbəb olmuşdur. Dəfələrlə, cavabdehə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh bu xəbərdarlıqlara məhəl qoymamış və özbaşına olaraq tikinti işlərini davam etdirmişdir. Hazırda cavabdeh tərəfindən aparılan tikinti işləri yuxarıda sadalanan normativ hüquqi aktların tələblərinə cavab verməməklə yanaşı iddiaçının hüquqlarını kobudcasına pozur. Belə ki, iddiaçı üçün tikinti və texniki təhlükəsizlik baxımından riskli vəziyyət yaranmışdır. Bu da öz növbəsində iddiaçının öz mülkiyyətindən səmərəli istifadə etməsinə maneə yaradır, digər tərəfdən də iddiaçının mülkiyyətində olan əmlakın dəyərini əhəmiyyətli dərəcədə azaldır.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5148 Ç-Q-T-V-Z saylı bağ sahəsində aparılan tikintiyə icazə verilibverilməməsinə dair xx.xx.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi xx. xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, sözügedən ünvanda inşa edilən yaşayış binasına dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim olunmamışdır.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-3384/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi (hakim:Əşir Səmədov) ilə iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan bağ sahəsinin daxilində 500 kvadratmetrə yaxın sahədə heç bir hüquqmüəyyənedici sənəd olmadan, müvafiq razılıq alınmadan qanunsuz olaraq 3 mərtəbə səviyyəsində tikinti işləri və 400 kvadratmetrə yaxın sahədə bünövrə səviyyəsində betonlama işləri aparılmış, bunun nəticəsində iddiaçının mü lkiyyət hüquqları kobud şəkildə pozulmuşdur və mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçının daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ müdafiə edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152, 180.1, 180.4-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü və 92.4.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan torpaq sahələrində aparılan tikinti işləri, həmin tikinti işlərinin layihəsi Sabunçu Rayon İcra Hakimiyyəti ilə razılaşdırıldıqdan sonra başlanmışdır. Bundan sonra isə aparılan tikinti işlərinin layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən işlənilmiş və inşa edilən binanın şəhərsalma əsaslandırılması layihəsi cavabdehə təqdim edilmişdir. Cavabdeh öz mülkiyyətində olan torpaq sahələrində qanunvericiliyin tələblərinə əməl edərək tikinti işlərini həyata keçirmişdir. Birinci instansiya məhkəməsi isə məhkəmə iclasında onun iştirakını təmin etmədiyindən istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçının mülkiyyət hüquq ları kobud şəkildə pozulmasına istinad etsə də, iddiaçının konkret olaraq hansı hüquqlarının və hansı qaydada pozulmasını əsaslandırmamışdır. Cavabdehin öz mülkiyyətində olan qanunla müəyyən edilmiş qaydada tikinti işləri aparması iddiaçının hərhansı hüququnu ümumiyyətlə poza bilməzdi.

14. Apellyasiya icraatı zamanı Fövqalədə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyindən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən alınmış mütəxəssis rəyləri, habelə həmin rəylər əsasında verilmiş ekspert rəyi ilə də, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5148 Ç-Q-TV-Z saylı bağ sahəsində cavabdeh tərəfindən qeyri-yaşayış obyektinin inşa olunması və binanın yarımçıq tikili olub hal-hazırda tikinti-quraşdırma işlərinin aparılmadığı, qeyriyaş ayış obyektinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəhərsalma əsaslandırması olmadan, işçi çizgilərinin FHN TTNDA X1 Baş İdarəsi ilə razılaşdırılmadan – tikintiyə icazə sənədi alınmadan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən tikintiyə icazə sənədləri alınmadan və Tikintinin Təşkili Layihəsi (TTL) hazırlanmadan inşasına başlanıldığı, tikinti işləri zamanı qanunvericiliklə müəyyənləşdirilmiş ara məsafəsinin nəzərə alınmadığı müəyyən edilmiş, qeyri-yaşayış obyektinin (otel binasının) həmin ərazidə yaşayan vətəndaşların həyat və sağlamlıqları üçün təhlükə yarada biləcəyi vurğulanmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2(103)-433 /2022 saylı qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamənin qəbul edilməsi, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5147 X saylı bağ sahəsinin qonşuluğunda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5148 Ç-Q-T-V-Z saylı bağ sahəsində (Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Kənar dairəvi yolun sağ tərəfində) hasarlanmış ərazinin daxilində qanunsuz inşa edilmiş tikililər, tikinti və betonlama işləri cavabdehin vəsaiti hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında cavabde hin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də birinci instansiya məhkəməsi, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.

17. Həmçinin, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır, çünki, cavabdehin inşa etdiyi tikilinin buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildiyi müəyyən olunmuşdur. Bununla belə, iddiaçının “torpaq sahəsinin boşaldılması” tələbi təmin oluna bilməz, çünki həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğu müəyyən edilmişdir.

18. Apellyasiya instasiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 180.1, 180.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 385, 387.2.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

20. Kassator şikayətini onunla əsaslandırmışdır ki, əslində ekspert mübahisəli tikilinin hündürlüyünü müəyyən etdikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində qeyd olunan hissəni tapmaqla ara məsafəsinin nə qədər olmalı olduğunu tapmalı idi. Lakin ekspert müvafiq ölçmə aparmadan mütəxəssis tərəfindən verilmiş, heç bir tədqiqata,araşdırmaya söykənməyən rəyə əsasən ara məsafəsi ilə bağlı tələblərin pozulmasını qeyd etmişdir.

21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69, 80.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçının nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə

152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

25. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Maddə 76.2 Məlumat lar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

33. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə k ollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

35. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər, qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin və üzərilərindəki tikililərin mülkiyyətçiləridir. İddiaçı öz torpaq sahəsində bağ evi tikməklə oradan istifadə edir, cavabdeh isə özünə məxsus torpaq sahəsində tikinti işləri aparmışdır. İddiaçı cavabdehin həyata keçirdiyi bu tikinti işlərin in onun maraqlarına və təhlükəsizliyinə təhdid təşkil etdiyi üçün tikililərin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

36. İşə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus bağ sahəsinin qonşuluğunda aparılan mövcud hasarlanmış ərazinin daxilində 500 kv.m yaxın sahədə heç bir hüquqmüəyyənedici sənəd olmadan, müvafiq razılıq alınmadan qanunsuz olaraq, 3 mərtəbə səviyyəsində tikinti işləri və 400 kvadratmetrə yaxın sahədə bünövrə səviyyəsində betonlama işləri aparılmışdır. Bunun nəticəsində İddiaçı mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur və mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçının daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ müdafiə edilməlidir.

37. Apellyasiya instansiyası məhkəməsi isə mə hkəmə araşdırmasına təqdim edilmiş mütəxəssis və ekspert rəyləri əsasında belə nəticəyə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşır, çünki cavabdeh inşa etdiyi tikililərə lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etmişdir. İddiaçının “torpaq sahəsinin boşaldılması” tələbi isə həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olması səbəbindən təmin oluna bilməz.

38. Hazırda qətnaməni kassasiya qaydasında yoxlayan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin torpaq sahəsinin boşaldılması tələbi barədə gəldiyi nəticə ilə razılaşsa da, qanunsuz inşa edilmiş tikililərin sökülməsinə dair iddia tələbi üzrə məhkəmə tərəfindən aparılmış araşdırmalarda prosessual və m addi pozuntulara yol verilməsi halını müəyyən etdiyindən qətnamənin ləğv edilməsi nəticəsinə gəlmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır.

40. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır.

41. Beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət etmiş şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilmişdir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır.

42. Təkrar vurğulanmalıdır ki, hər iki tərəf əmlaka mülkiyyət hüquqlarına qanuni əsaslarla sahib olmaqla mülki dövriyyədə müstəqil mülkiyyətçi olaraq iştirak edirlər.

43. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

44. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

45. Göstərilən normanın məzmunu onu ehtiva edir ki, yalnız qanuni hüquq və mənafelərin məhkəmə müdafiəsinə təminat verilir, iddia qaldırmış şəxsin hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.

46. Hazırki iş üzrə iddiaçı tərəf sökülməsini tələb etdiyi tikilinin ona məxsus bağ evinə və ya torpaq sahəsinə hansı maneələrin yaratdığı barədə nə iddia ərizəsində, nə də hər iki instansiya məhkəmələrində işə baxılan zaman dəlillər irəli sürməmişdir. İddiaçının dəlilləri yalnız cavabdehin inşa etdiyi tikilinin tikinti norma və qaydalarına uyğun olmaması məzmununda olmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş ekspertizanın nəticələrinə əsasən tərtib olunmuş ekspert rəyi ilə cavabdehin inşa etdiyi tikilinin layihə sənədlərinə uyğun olmadan inşa edildiyi müəyyən edilmişdir.

47. Nəzərə alınmalıdır ki, qonşu torpaq sahəsinin mülkiyyətçisi digər qonşunun özbaşına inşa etdiyi tikilinin sökülməsini, habelə torpaq sahəsindən çıxarılmasını o, vaxt tələb edə bilər ki, qonşunun özbaşına inşa etdiyi tikili onun hər han sı hüququnu və qanunla qorunan mənafeyini pozmuş olsun və onun torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada hər hansı hüququ əmələ gəlmiş olsun.

48. Hazırki iş üzrə isə aparılmış ekspertiza tədqiqatının nəticəsinə əsasən Bakı şəhəri sabunçu rayonu, Nardaran qəsəbəsi, Kənar Dairəvi yolun sağ tərəfində mövcud hasarlanmış ərazinin daxilində icazəsiz tikililərin mövcud olduğu, hal-hazırda tikinti işlərinin dayandırıldığı, qeyd olunan tikililərə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hər hansı tikintiyə icazə sənədlərinin verilmədiyi, həmçinin qeyd olunan ərazidə tikinti işləri zamanı qanunvericilikdə müəyyənləşdirilmiş ara məsafəsinin nəzərə alınmadığı müəyyən edilmişdir.

49. Lakin qeyd olunan ekspe rtiza rəyində qanunvericilikdə müəyyənləşdirilmiş ara məsafəsinin ölçüləri, hər iki tərəfə məxsus torpaq sahələri arasında yolun olub-olmadığı, torpaq sahələrinin bir-birindən hansı qaydada ayrılması barədə tədqiqat aparılmamışdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, ortaq divarlar şəhərsalma və tikntiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun təlabatlarına uyğun tikilməlidir.

51. Həmin Məcəllənin 73.1-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarın hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.

52. Sadalanan normaların mənasına görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak q onşunun sahəsi və ya əmlakı sayılsa da, qonşunun inşa etdiyi ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun təlabatlarına uyğun tikilməlidir. Ortaq divarın-hasarın hündürlüyü isə 2 metr 20 santimertdən çox olmamalıdır.

53. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan hallara diqqət yetirmədən, cavabdehin inşa etdiyi tikililərin iddiaçının qanunla qorunan hər hansı hüququnu, mənafeyini pozub-pozmadığını kifayət qədər yoxlamadan, həmin tikililərin saxlanılmasının iddiaçının həyatı və sağlamlığı üçün real təhlükə yaradıb-yaratmadığını aydınlaşdırmadan, ortaq divarın olub-olmamasını, torpaq sahələrinin bir-birindən hansı qaydada ayrılmasını, əgər hasarla ayrılırsa hasarın hündürlüyünün 2 metr 20 santimetrdən çox olmamas ını qanunun özünün də istisna etmədiyini və ümumiyyətlə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını araşdırmadan səhv nəticəyə gəlmişdir.

54. Halbuki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarın da hüquqi mövqeyi ondan ibarət olub ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamadığını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

55. Nəzərə almalıdır ki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olmaqla, qanuni hesab edilə bilməz.

56. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, hər bir kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə m əhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

57. Məhkə mə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ nömrəli qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli, Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması, Məcəllənin 95.2-ci maddəsinə nəzərdə tutulmuş yan divarların və dam örtüklərinin başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95-3 maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət et mək, Məcəllənin 97.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqan kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir.

58. Odur ki, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub.

60. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

61. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də m üzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “11” “avqust” “2022”-ci il tarixli 2(103)-433/2022 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar