Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5986/2022 14.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının, cehiz əmlakların və ya onların dəyərinin və təmirə çəkilmiş xərcin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlunda n ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2(103)4351/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(001)-187/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1 ədəd dəyəri 4500 manat, çəkisi 50 qram olan, 750 əyarlı sırğa, boyunbağı və üzükdən ibarət brilyant daşlı “buta” komplektinin; 1 ədəd dəyəri 1500 manat, çəkisi 17 qram olan, 750 əyarlı, brilyant daşlı “buta” bilərziyin; 1 ədəd dəyəri 250 manat olan 750 əyarlı 3 brilyant qaşlı “alyans” üzüyün; 1 ədəd dəyəri 480 manat olan 750 əyarlı, brilyant qaşlı nişan üzüyün; 1 ədəd dəyəri 375 manat, çəkisi 5 qram olan, 585 əyarlı “paxlava” üzüyün; 1 ədəd dəyəri 450 manat, çəkisi 7 qram olan, 750 əyarlı, nazik bilərziyin və ya onlar olmadığı təqdirdə dəyərinin alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2(103)4351/2022 nömrəli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(004)-1729/2021 nömrəli qətnaməsi qismən - cavabdehlərdən iddiaçının xeyrinə 1 ədəd dəyəri 250 manat olan 750 əyarlı 3 brilyant qaşlı “Alyans” üzüyün tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, qətnamə “Buta” bilərziyə və “Buta” komplektə aid hissədə dəyi şdirilmiş, 1 ədəd çəkisi 17 qram olan, 750 əyarlı, brilyant daşlı “Buta” bilərziyin çəkisi 50 qram olan, 750 əyarlı brilyant daşlı “Buta” komplektin tərkibinə daxil edilib, həmin komplektin ümumi dəyərinin 2300 manat müəyyən edilməklə, həmin əşyaların, onların naturada alınması mümkün olmadıqda isə dəyərinin (2300 manat olmaqla) cavabdehlərdən alınıb iddiaçıya verilməsi, qətnamənin qalan hissədə (1 ədəd dəyəri 480 manat olan 750 əyarlı, brilyant qaşlı nişan üzüyü; 1 ədəd dəyəri 375 manat, çəkisi 5 qram olan, 585 əyarlı, “Paxlava” üzük; 1 ədəd dəyəri 450 manat, çəkisi 7 qram olan, 750 əyarlı nazik bilərzik və ya onlar olmadığı təqdirdə dəyərinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi hissəsində) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh3 kassasiya şikayəti vermiş, həmin şik ayət apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamış, habelə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirildiyi hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Qeyd olunan Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, Məcəllənin 408.1.5-ci maddəsinə əsasən isə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. İlk olaraq qeyd olunmalıdır ki, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunmuş və kassasiya şikayətini verən cavabdeh həmin qətnamənin məhz iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir. Qətnamədən isə müəyyən olunur ki, iddianın təmin olunmuş hissəsinin dəyəri cəmi 3605 manat (“Buta” komplekti 2300 manat + nişan üzüyü 480 manat + “Paxlava” üzük 375 manat + bilərzik 450 manat = 3605 manat) təşkil etmişdir. Beləliklə müəyyən olunur ki, qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan aşağıdır və MPM-in 402.1-ci maddəsinə əsasən ondan kassasiya şikayəti verilə bilməz. Digər tərəfdən kassasiya şikayətində kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 25, 26-cı, Mülki Prosessual Məcəlləsinin 4.1, 8.2, 8.3, 9, 88 -ci maddələrinin pozulmasını qeyd etmişdir. Bu zaman kassator həmin hüquq normalarının dispozisiyalarını şikayətə köçürmüş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin normaların pozulmasının hazırki işdə konkret nədə ifadə olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmişdir. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətin i iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu, habelə kassasiya şikayətinin məzmunu mülki prosessual qanunvericiliyin tələblərinə zidd olduğu üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2(103)4351/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5986/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-5986/2022
14.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver