Məhkəmə qərarları › İş №2(102)-5996/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5996/2019

24.09.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5996/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsindən “xxxx” KB ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-5837/2018, hakim E.Ə.Mehdiyev) İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı “zaminli k müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-4575/2019, hakimlər Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev, X.Ə.Sarıyev) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, “xxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış 28 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx" KB ASC ilə X4 arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən bank sonu ncuya 60 ay müddətinə 1.000.000 (bir milyon) manat məbləğində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla kredit verməyi öhdəsinə götürmüşdür. “xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 28 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı 06 dekabr 2013-cü il tarixli əsas kredit müqaviləsi və əsas kredit müqaviləsinə əsasən əlavə kredit müqavilələri üzrə kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuşdur. Əsas kredit müqaviləsi çərçivəsində bağlanmış əlavə müqavilələrə əsasən 11 dekabr 2013-cü il tarixdə “xxxx" KB ASC tərəfindən X3 illik 20 faiz olmaqla, 36 ay müddətinə 76.000 ABŞ dolları, 28 yanvar 2015-ci il tarixdə illik 20 faiz olmaqla, 36 ay müddətinə 30.000 ABŞ dolları, 30 aprel 2015-ci il tarixdə isə illik 28 fa iz olmaqla, 12 ay müddətinə 2.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə “xxxx" KB ASC-nin X4 və İddiaçı qarşı kredit müqavilələri üzrə borcun, əsas borc, faiz borcu və cərimənin (müvafiq olaraq 42.814 ABŞ dolları, 28.485 ABŞ dolları və 2.165 ABŞ dolları olmaqla) borclu və zamindən müştərək qaydada tutulması,tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi qət edilmişdir. 07.09.2018-ci il tarixdə İddiaçı “xxxx” KB ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şi kayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi mübahisə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəm əsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını zaminlik müqaviləsinə xitam verilməsi təşkil edir. Birinci instansiya məhkəməsi işin faktiki halları və qanunvericiliyin müddəalarını, həmçinin iddiaçının mübahisə edilən zaminlik müqaviləsini bağlayarkən sərbəst iradə ifadə etməsini, zamin kimi kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürdüyünü, hazırda zaminlik müqaviləsinə xitam verilməsinə hər hansı hüquqi əsaslar olmadığını, həmçinin mübahisə edilən müqavilə üzrə kredit borcunun tutulmasına dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Həmin qətnaməni ləğv edib iddianı təmin edən apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qəra rlarına istinad edərək qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh “xxxx" KB ASC arasında bağlanmış 28 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsində zaminlik təminatı üzrə əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi nəzərdə tutulmadığı halda bankla X7 arasında bağlanmış kredit razılaşmalarında faiz dərəcəsi barədə zamin İddiaçı razılığı alınmadığı üçün zamin həmin müqavilədən irəli gələn öhdəliyin icrasına cəlb edilə bilməz və bu halda zaminliyə Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “xxxx" KB ASC ilə X4 arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonu ncuya 60 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 28 yanvar 2014-cü il tarixdə İddiaçı bankla zaminlik müqaviləsi bağlamaqla müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. X7 bank qarşısında öhdəliklərini lazımınca icra etməmiş, bank əsas kredit müqaviləsi çərçivəsində bağlanmış hər üç əlavə kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun X7dan və zamin İddiaçı tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia üzrə işə baxan məhkəmə 03 iyul 2018-ci il tarixli qətnamə üzrə qeyd edilən əlavə kredit müqavilələri üzrə hesablanmış borcun İlham Əhmədov və İddiaçı müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilmə sini qət etmişdir. Həmin qətnamə qəbul edildikdən sonra, 07 sentyabr 2018-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraicət edərək zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hazırda zaminlik müqaviləsinin sərbəst iradəsini ifadə etmədiyini və ya bağlanarkən hər hansı hüquq pozuntusuna yol verildiyini əsas gətirərək həmin müqavilənin etibarlılığını mübahisələndirmir, iddiaçının tələbinin maddi hüquqi əsasını zaminlik müqaviləsinə xitam verilməsi, yəni bankın əlavə kredit müqavilələri üzrə borc tələbinin ona zamin qismində yönəldilməməsi təşkil edir. Göründüyü kimi hazırki iddianın əsası ilə digər məhkəmə qətnaməsi ilə qiymət verilmiş bankın iddiasının əsasları eynilik təşkil edir. Konstitusiya Məhkəməsinin bir sıra qərarlar ında göstərildiyi kimi, məhkəmə qətnaməsi qətilik, müstəsnalıq, preyudisiallıq, icraedicilik və məcburilik keyfiyyətlərinə malik olmaqla, müstəsnalıq həll olunmuş mübahisə üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılmasının, ona baxılmasının və mübahisələndirilməsinin yolverilməzliyində öz əksini tapır. Yuxarıda qeyd edildiyi kimi, bir mülki iş üzrə bank kredit müqavilələri üzrə borcun borclu və zamindən müştərək qaydada tutulmasını tələb etmiş, zamin isə digər mülki iş üzrə onun bank qarşısında zaminliyinə xitam verilməklə həmin borcun ondan tutulmamasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razıl ığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Göründüyü kimi, zaminlik üzrə yaranmış öhdəlik əlavə öhdəlik olmaqla, xitamı əsas öhdəliyin xitamı, əsas öhdəliyin şərtlərinə zaminin vəziyyətinin ağırlaşmasına səbəb olan dəyişikliklər edilməsi, zaminin razılığı olmadan borclunun dəyişməsi və ya zaminlik üzrə müddətin bitməsi ilə şərtləndirilmişdir. Məhkəmə ban kın borclu və zamindən müştərək qaydada borcun tutulması barədə tələbi üzrə mübahisəyə baxarkən, zaminin belə bir tələbi olub-olmamasından asılı olmayaraq zaminə qarşı tələbin yönəldilməsinin yolverilənliyini müəyyən etməklə, zaminliyə xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 4 şərtdən ən azı birinin mövcud olduğu halda kreditorun zaminə qarşı tələbini təmin etməməlidir. Deməli yalnız borc və zaminlik müqaviləsinin mövcud olması öz-özlüyündə borcun borclu ilə bərabər zamindən də tutulması barədə nəticəyə gəlməyə əsas vermir və tələbin zaminə yönəldilməsi üçün qanuni əsasların mövcud olması müəyyən edilmədən gəlinən həmin nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda, bankın borclu və zamindən borcun tutulması tələbinə dair iddiası üzrə digər mülki işə məhkəmədə baxıldı ğı nəzərə alınmaqla iddiaçının onun zaminliyə xitam verilməsi barədə hazırki tələbi müstəqil qaydada verilə bilən və hazırki halda məhkəmə tərəfindən yenidən qiymətləndirilə bilən tələb deyildir. İddiaçının hazırki tələbinin əsasları digər mülki iş üzrə bankın ona qarşı iddia tələbinə etirazının və ya bankın iddiasının ona qarşı təmin edilmiş hissəsində məhkəmə qətnaməsinin yuxarı məhkəmə instansiyalarında mübahisələndirilməsi üzrə şikayətinin əsaslarını təşkil edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan məhkəmə kollegiyası hesab edir ki,kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli dir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar