Məhkəmə qərarları › İş №2(102)-60/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-60/2020

09.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-60/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə (iş № 2(004)-471/2014, hakim F.F.Babayev) İddiaçı1 Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, xx xx xxxxx 2013-cü il tarixdən başlayaraq X3 və X4 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər uşağa görə 103 manat olmaqla ümumilikdə 206 manat miqdarında alimentin tutularaq cavabdehə verilməsi qət edilmiş, iddia qalan hussədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə (iş № 2(103)-2239/2014, hakimlər A.N.İmanov, F.Ş.Talışinski, İ.Q.Əsədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, İddiaçı1 Cavabdeh1 qarşı alimentin azaldılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Abdinov X1 Sevinc Rəşid qızı ilə rəsmi nikah qeydiyyatından ke çməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü Nigar və xx xxxx 2003-cü il təvəllüdlü Hüseyn adlı uşaqları doğulmuş, tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qətnaməsi ilə xx.xx.1999-cu il təvəllüdlü Nigar və xx xxxx 2003-cü il təvəllüdlü Hüseynin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin İddiaçı1 Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. xx xxxxxxx 2013-cü il tarixdə Abdinov X1 Sevinc Rəşid qızı “aliment məbləğinin azaldılması” tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayəti nə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, cavabdehlə birgə nikah dövründə əldə edilmiş mənzilin bölgüsü zamanı məhz uşaqların ananın yanında qalması nəzərə alınraq ona mənzilin 3/2 payının verilməsi, ailə və maddi vəziyyəti nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını məhkəmə qətnaməsi əsasında cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində iddiaçının xeyrinə tutulması qət edilən cəmi 400 manat məbləğində alimentin miqdarının azaldılaraq cəmi 200 manat məbləğində alimentin tutulması təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsaslarını müəyyən edən 112-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyiş dirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsi ilə sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsi əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya inst ansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutlar məcmusu ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə uşaqların təminat səviyyəsi nəzərə alınmaqla müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının azaldılması üçün əsas yoxdur. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə iş ləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu halda, iddiaçının maddi imkanının aşağı olması, yenidən ailə qurması və həmin nikahdan uşağının doğulması, eləcə də kassasiya şikayətinində irəli sürdüyü cavabdehlə aralarında əmlak bölgüsü zamanı cavabdehə məhkəmə qaydasında əmlakdan pay müəyyən edilərkən uşaqların sonuncunun yanında qalması nəzərə alınmaqla ona artıq pay verilməsi, uşaqların artan tələbatlarının ödənilməməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, q ətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar