Məhkəmə qərarları › İş №2(102)-600/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-600/2022

28.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-600/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ddiaçı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-600/22 (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması, sübut etmə yükü) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 2(103)-8485/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Cavabdeh3 ilə 24.10.2018-ci il tarixdə nikaha daxil olmuşdur.

2. Tərəflərin nikahı pozulub.

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 valideynləridir.

4. Tərəflər arasında iddiaçıya məxsus qızıl əşyaları ilə bağlı mübahisə yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 9 adda qızıl əşylarının və ya onların dəyəri olaraq 36700 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı gəlin gələrkən əri və ailəsi tərəfindən qiymətli qızıl- zinət əşyaları hədiyyə edilmiş, birgə nikah dövründə yaşadıqları müddətdə həmin qızıl zinyət əşyaları Cavabdeh2 olmuş, Cavabdeh2 həmin qızıl-zinət əşyalarını Cavabdeh1 mənzilindəki seyfində saxlamışdır.

7. İddiaçı ilə Cavabdeh3 arasında mübahisə düşdüyündən və sonuncu iddiaçını 15.07.2020-ci il tarixdə döyərək ona xəsarət yetirdiyindən iddiaçı uşağını götürüb evdən getmək məcburiyyətində qalmış və 17.07.2020-ci il tarixdə evdən gedərkən qızıl-zinət əşyalarını cavabdehlərdən ala bilməmiş, qeyd olunan qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır.

8. Həmin zinət əşyaları dəyəri 10000 manat olan bir ədəd beş qaşlı brilliant nişan üzüyü və bir ədəd bir qaşlı brilyant nişan üzüyündən, dəyə ri 15000 manat olan bir dəst brilyant qaşlı sırğa, üzük, qolbaq və kulonlu sepdən, dəyəri 1200 manat olan bir ədəd brilyant qaşlı ürək kulonla qızıl sepdən, dəyəri 5000 manat olan bir dəst brilyant qaşlı üzük və sırğadan, hər biri 800 manat olmaqla ümumilikdə 1600 manat dəyəri olan 2 ədəd brilyant qaşlı qolbaqdan, dəyəri 1000 manat olan bir ədəd uşağın brilyant qaşlı üzüyündən, dəyəri 1100 manat olan bir ədəd uşağa məxsus qızıl sepdən və dəyəri 1800 manat olan, iddiaçının özünə məxsus olub ata evindən gətirdiyi 2 ədəd qızıl qolbaqdan ibarətdir.

9. Qızıl-zinət əşyalarının cəmi dəyəri 36700 manatdır. Həmin əşyalar cavabdehlərdə qalmışdır. Dəfələrlə həmin əşyaların cavabdehlərdən ayrı-ayrılıqda tələb edilməsinə baxmayaraq, cavabdehlər iddiaçıya məxsus qiymətli əşyaları verməkdən imtina etmişl ər.

10. Bu əşyalar iddiaçının şəxsi əmlakları sayıldığından bununla iddiaçıya 36 700 manat məbləğində maddi ziyan vurulmuşdur. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. Yasamal rayon Polis İdarəsinin 17.07.2020-ci il tarixli məhkəmə tibbi ekspertizası təyin edilməsi barədə Qərarından da görünür ki, 15.07.2020-ci il tarixdə İddiaçı həyat yoldaşı Cavabdeh3 tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilində döyülmüşdür. 12. iddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 34.1, 34.2 və 157.2-ci maddələrinə istinad etmişdir.

13. Cavabdehlər iddiaya yazılı etiraz veriblər. Etirazın dəlilləri: iddiaçı ilə ailə qurandan sonra Cavabdeh3 atası Cavabdeh1 məxsus, Ə.Ələkbərov küçəsi, 559/560 saylı evin 61 saylı mənzilində yaşamış, faktiki olaraq valideynləri ilə ay rı tam müstəqil təsərrüfat aparmışlar. İstər iddiaçının cehiz əşyaları, istər hər ikisinin və sonra da dünyaya gəlmiş övladlarının geyim əşyaları, həmçinin Cavabdeh3 və valideynləri tərəfindən iddiaçıya hədiyyə olunmuş zinət əşyaları həmin ünvanda seyfdə saxlanmışdır; - Cavabdeh3 işlədiyi və bu səbəbdən evdə az olduğu üçün mənzilin və seyfin açarı daim iddiaçıda olmuşdur; - iddiaçı yazır ki, guya Cavabdeh3 15.07.2020-ci il tarixdə onu döydüyündən evdən getmək məcburiyyətində qalmış və təkrar yazır ki, 17.07.2021-ci il tarixdə evdən gedərkən qızıl zinət əşyalarını cavabdehlərdən ala bilməmişdir. İddiaçı Cavabdeh3 tərəfindən döyüldüyü üçün evdən getmək məcburiyyətində olduğunu yazır, halbuki onun yazdığı tarixdən iki gün sonra iddiaçı özü Cavabdeh3 işdə ikən evdən çıxmışdır. Özü də həmin v axt mənzildə digər cavabdehlərdən heç kim olmamış, əksinə, iddiaçı özü cavabdehlərdən Cavabdeh2 telefonda cavab verərək, bacısının gəldiyini, evdə adi yır-yığış etdiklərini bildirmiş, günün sonunda isə özü Cavabdeh2 zəng vuraraq evdən çıxdığını bildirmişdir; - bu zaman iddiaçı Cavabdeh2 evdən çıxmamaq barədə təkidinə əhəmiyyət verməmiş, bir qədər sonra Cavabdeh1 evə çatdıqda artıq iddiaçının evdə olmadığını, evin açarını qapının kandarında ayaqaltı xalçanın altına atdığını görmüş, oradan öz evinə qayıtmışdır; - beləliklə, iddiaçı evdən çıxarkən, onun yanında cavabdehlərdən heç kim olmamış, əksinə, öz sözlərinə əsasən onun anası və bacısı olmuşdur. Bununla da, cavabdehlərdən heç birinin iddiaçıya nəyi isə götürməyə mane olmaq imkanı belə olmamışdır; - cavabdehlər üçün iddiaçının evdən getmə k niyyəti əvvəldən məlum olmamışdır, belə ki 16.07.2020-ci il tarixdə iddiaçı cavabdehlərdən Cavabdeh2 ad günündə, cavabdehlərlə birlikdə, Abil və Cavabdeh2 yaşadığı ünvanda iştirak etmiş, bu zaman ertəsi gün evdən getmək niyyəti barədə heç bir fikir irəli sürməmişdir. İddiaçı 17.07.2020-ci il tarixdə evdən gedərkən, bütün şəxsi əşyalarını aparmışdır; - iddiaçının şikayəti əsasında Yasamal rayon 27-ci PB-də araşdırma aparılmış, guya ki, iddiaçının cavabdehlərdən Cavabdeh3 tərəfindən 15.07.2021-ci il tarixdə zorakılığa məruz qalması barədə ərizəsi araşdırılmış, lakin bu zaman iddiaçı qızıl zinət əşyalarının ona verilməməsi barədə heç nə yazmamışdır; - 21.07.2021-ci il tarixdə artıq iddiaçının qayıtmayacağı tam məlum olduqda cavabdehlərdən Abil və Cavabdeh2 həmin mənzilə getdikdə, evdə iddia çıya aid bütün geyim əşyalarının olmadığı, həmçinin seyfin qapısının açıq olduğu, bütün qutuların boş olduğunu görmüş, bu hal mobil telefonla videoya çəkilmişdir; - məhkəməyə boşanma ərizəsi 2020-ci ilin iyul ayının sonunda verilmiş, uşaqla bağlı mübahisə olduğu üçün məhkəmə uzanmış, boşanma barədə qətnamə 2021-ci ilin fevralında qəbul olunmuşdur. Əmlak tələbinə dair iddia isə 9 aydan sonra verilmiş, bu da onun həqiqətə uyğun olmadığını, iddiaçının haqsız varlanmaq istəyini təsdiq edir; - bundan başqa iddiaçı tərəfindən ona məxsus olan və evdən çıxarkən özü ilə apardığı qızıl zinət əşyalarının qiymətləri şişirdilmişdir. İddiaçı nə qızıl-zinət əşyalarının qiymətini, nə də ki, guya evdən çıxarkən apara bilməməsini təsdiq edən hər hansı sübut etməmiş, bu barədə iddia ərizəsinə hər hansı mötəb ər sübut əlavə etməmişdir.

14. İddiaçı məhkəmədə əlavə olaraq göstərib ki, 17 iyul 2020-ci ildə mənzildən çıxarkən, cavabdehlərdən heç kim orada olmayıb. Getməsi barədə cavabdehlərə məlumat verməyib. Evdən gedərkən uşağın paltarlarını götürüb, qızılları isə götürə bilməyib, çünki qızıllar daim qayınanasında olub, harasa gedəndə qayınanası qızılları gətirib maşında verib, maşında da geri alırdı. Onların evində seyf olmasına baxmayaraq qızıl-zinət əşyalarını qayınanası saxlamışdır.

15. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3092/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Kərim Xudayev)

16. Birinci instansiya məhkəməsi tərəflərin izahatına və işdəki fotoşəkillərə qiymət verərək qeyd edib ki, sübutlar qızıl-zinət əşyalarının cavabdehlərd ə qaldığını sübut etmək üçün kifayət etmir. İddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının dəyərini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Eyni zamanda, fotoşəkilin üstündə tarix qeyd olunmadığı və iddiaçının öz izahatında da fotoşəkildəki qızıl-zinət əşyasının Cavabdeh3 atası tərəfindən hədiyyə olaraq verildiyini təsdiq etdiyi üçün sübut kimi qəbul edilə bilməz. İddiaçı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarını cavabdehlərdən tələb etsə də, məhkəməyə həmin əşyaların həqiqtətən də cavabdeh şəxsdə olması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir.

17. Birinci instansiya məhkəməsi hesab edib ki, qızıl-zinət əşyalarının qaytarılması ilə bağlı mübahisədə sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Sübutetmə vəzifəsi iddiaç ının üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehlərdə olması barədə heç bir sübut təqdim edilmədiyindən, beləliklə də iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyindən, iddia tələbi öz hüquqi təsdiqini tapmadığından təmin edilməməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 34.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri: - məhkəməyə təqdim edilən fotoşəkillərdə cavabdehlərdən tələb edilən qızıl əşyaları əks edilib. Cavabd ehlər həmin qızılların mövcudluğunu və iddiaçıya məxsus olmasını inkar etməyiblər; - iddiaçı mənzili döyülmüş vəziyyətdə tərkib edib. Bundan cavabdehlərin məlumatı olub və iddiaçının atası evinə qayıtması istisna edilmirdi; - qızıllar iddiaçının yaşadığı mənzildə olsa idi, cavabdehlər hökmən mənzilə gələrdilər.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8485/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3092/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov)

22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərib ki, hazırki mübahisənin halları baxımından iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır.

23. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, hazırki vəziyyətdə iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sah ibliyində saxlanıldığını sübut etməlidir. Lakin iddiaçı hazırkı iddia tələbində ümumi dəyəri 36700 manat olan ona məxsus qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq ona verilməsini xahiş etsə də, sözügedən əşyaların cavabdehlər tərəfindən götürülməsinə və ya əşyaların cavabdehdə olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

24. Apellyasiya məhkəməsi sübut kimi əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və həmin iş üzrə alınmış izahatlarla bağlı qeyd edib ki, sözügedən qərarla cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, cavabdeh izahatında zinət əşyalarını götürməsini etiraf etməmişdir.

25. Apellyasiya məhkəməsi mövqeyini əlavə olaraq Mülki Məcəllənin 157.2-ci maddəsi ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

26. İddi açı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

28. Kassasiya şikayətinə yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəm əsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə ya zılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmiş, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

34. İddia tələbi əmlak ın qanunsuz sahiblikdən geri istənilməsi barədədir. İddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçıya hədiyyə edilmiş və onun mülkiyyətinə keçmiş qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyində olması faktının sübut edilməsindən asılıdır.

35. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, iddiaçı istinad etdiyi halları, yəni qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyində olmasını sübut edə bilməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

36. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

37. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini haqlı olaraq dəyişdirmədən saxlamışdır.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8485/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. İddiaçı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar