Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6002/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1345/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZ/B01/MR08/MN58/BRT/110518 saylı müqavilə ilə Cavabdeh MTK dəyəri 29175 (iyirmi doqquz min yeddi yüz on beş) manat, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59,43 kv metr olan 1 otaqlı 58 saylı mənzili İddiaçı satmışdır. İddiaçı mənzilin dəyərinin tam ödənilməsi barədə xx.xx.2018-ci il tarixli, 58 nömrəli maliyyə arayışı verilmişdir.
2. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZ/B01/MR08/MN57/BRT/110518 saylı müqavilə ilə Cavabdeh MTK dəyəri 63300 (altmış üç min üç yüz) manat olan Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126,6 k v metr olan 3 otaqlı 57 saylı mənzili İddiaçı satmışdır. İddiaçı mənzilin dəyərinin tam ödənilməsi barədə xx.xx.2018-ci il tarixli, 57 nömrəli maliyyə arayışı verilmişdir.
3. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZ/B01/MR02/MN04/BRT/110518 saylı müqavilə ilə Cavabdeh MTK dəyəri 29715 (iyirmi doqquz min yeddi yüz on beş) manat, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59,43 kv metr olan 1 otaqlı 04 saylı mənzili İddiaçı satmışdır. İddiaçı mənzilin dəyərinin tam ödənilməsi barədə xx.xx.2018-ci il tarixli, 04 nömrəli maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MTK-ya qarşı mənzillərin təhvil verilməsi tələbinə dair iddia i lə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126,6 kv metr olan 3 otaqlı 57 saylı, həmin binanın həmin mərtəbəsində sahəsi 59,43 kv metr olan 1 otaqlı 58 saylı və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59,43 kv metr olan 1 otaqlı 4 saylı mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün həmin mənzillərin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi və mənzillərə dair öz adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasının MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə 3 müqavilə bağlanmış, həmin müqavilələrə görə MTK ona Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan yaşayış kompleksində 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126,6 kv metr olan 3 otaqlı 57 saylı, həmin binanın həmin mərtəbəsində sahəsi 59,43 kv metr olan 1 otaqlı 58 saylı və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59,43 kv metr olan 1 otaqlı 4 saylı mənzilləri satmış, o, müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri icra edərək mənzillərin dəyərini MTK-ya tam ödəmiş və buna dair ona müvafiq maliyyə arayışları verilmişdir. Həmin müqavilələrə əsasən MTK mənzilləri ona təhvil verməyi öhdəsinə götürmüş, mənzillər tikilib hazır edilmişdir. İndi də əvvəllərdə olduğu kimi tez-tez gedib mənzillərini yoxlayır. Hazırda mənzillərinə qapılar qoymaq, təmirə başlamaq istəsə də, MTK müxtəlif bəhanələrlə buna mane olmağa çalışır. MTK-nın rəhbərliyi arasında problemlər yarandığınd an ona da problemlər yaratmağa başlamışlar. MTK yaranmış həmin hüquqlarının həyata keçirilməsinə mane olmağa çalışdığından hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh MTK-nın nümayəndəsi X22 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı X18 həmin müqavilələri qanunsuz yolla əldə etmiş, mənzillərlə bağlı MTK-nın kassasına pul ödəməmiş, müqavilələrin harada tərtib olunması və həmin müqavilələrə möhürün harada vurulması məlum deyildir. Müqavilələri imzalayan şəxs kimi MTK-nın sədri Arzuman Əliyevin adı göstərilsə də, həmin imzalar Arzuman Əliyevə məxsus deyildir. Həmin imza xətt nümunəsi həmin dövrdə "xxxx" MTK-da xəzinədar vəzifəsində çalışan X9 imza xətt nümunələrinə oxşardır. Yəni həmin müqaviləyə A.Əliyev deyil, səlahiyyəti olmayan Aysel Fərzəliy evə imza etmişdir. Aysel Fərzəliyevə isə Araz Novruzovun atası Qəzənfər Novruzovun yaxın dostu olmuş və Binəqədi rayon İcra hakimiyyətində bir yerdə işləmişlər. Qəzənfər Novruzovun xahişi ilə Aysel Fərzəliyevə "xxxx" MTK-da xəzinədar vəzifəsində işə götürülmüşdür. 2018-ci ilin may ayından isə "xxxx" MTK-nın sədri A.Əliyev Azərbaycan ərazisindən kənarda-Bakı Apellasiya Məhkəməsinin qərarı ilə axtarışda olmuşdur. Həmin möhür isə təsisçi Ramiz İsayevə verilmişdir. Ramiz İsayev isə həmin müqavilələrə möhür vurmadığını bildirmişdir. Bu faktlarla bağlı Baş Prokurorluq yanında Korrupsiya idarəsində araşdırma aparılmış və orada toplanmış material vardır. Bundan başqa, 1-ci binanın 57 saylı mənzili X4 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilmiş, hazırda 2050 man borcu qal mışdır. 1-ci binanın 58 saylı mənzili X2 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilmiş hazırda 22080 man borcu qalmışdır. 1-ci binanın 04 saylı mənzili X6 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilmiş hazırda 20200 man borcu qalmışdır. Bundan başqa X18 "xxxx" MTK-nın 2-ci bina, 89 saylı mənzilini ələ keçirmiş və həmin mənzili xx.xx.2018ci il tarixdə X16 100000 manatdan artıq qiymətə satmaqla həmin pulu da mənimsəmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmənin əvvəlki iclasında müqavilələrdəki imzanın buna MTK-nın adından imza etmək səlahiyyəti olan Aysel Fərzəliyeva tərəfindən imza edildiyini bildirsə də, məhkəmənin sonuncu iclasında Aysel Fərzəliyevanın müqavilələri imzalamağa səlahiyyətinin olmadığını göstərmişdir.
8. Abşeron Rayon Məhkəməsi nin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-977/2022 nömrəli iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Masazır qəsəbəsi, 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126,6 kv metr olan 3 otaqlı 57 saylı, həmin binanın həmin mərtəbəsində sahəsi 59,43 kv metr olan 1 otaqlı 58 saylı və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59,43 kv metr olan 1 otaqlı 4 saylı mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün həmin mənzillərin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisəli mənzillərlə bağlı öhdəliklər tam yerinə yetirilmişdir. İddia əriz əsindən göründüyü kimi iddiaçının həmin mənzilə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən maneələr vardır. Bundan başqa, cavabdehin nümayəndəsi mübahisəli mənzillərin 1-ci binanın 57 saylı mənzili X3 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməsi, hazırda 2050 man borcunun qalmasını, 1-ci binanın 58 saylı mənzili X1 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTKya hissə-hissə ödənilməsi, hazırda 22080 man borcunun qalması, 1-ci binanın 04 saylı mənzili X5 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməsi, hazırda 20200 man borcu qalmasını bildirsə də, həmin şəxlərlə bağlanmış müqavilələri məhkəməyə təqdim etməmiş, habelə iddiaçı ilə cavabdeh arasında həmin mənzillərə dair bağlanmış müqavilələr qüvvədə olduğu bir ha lda hansı əsasla belə bir müqavilələr bağlanmasına aydınlıq gətirə bilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən ödənmiş məbləği təsdiq etmək üçün təqdim edilən kassa mədaxil qəbzləri isə adi kağız üzərində aparılmış qeydiyyat olmaqla rəsmi sənədlər olmadığından sübut hesab oluna bilməz. Göründüyü kimi iddia tələbinin qismən təmin edilməsi qanunvericiliyin tələblərinə uyğundur və cavabdeh tərəfindən mübahisəli mənzillərin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur.
10. Məhkəmə iddia tələbinin mənzillərə dair iddiaçının adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasının MTK-ya həvalə edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu barədə iddiaçı cavabdehə müraciət etməmiş və cavabdehin imtinası olmamışdır.
11. Məhkəmə gəldiyi nəticəni Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 157.4, 178.8, 399.1, 421.1, 442.1, 752.1 və 752.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddiaya qarşı etirazın məzmununa uyğun əsaslandırılmışdır.
14. Məhkəmə kollegiyası iclası zamanı şahid qismində dindirilmiş X13 göstərmişdir ki, mənzillərin kvadrat metri 700 manat olduğu halda 500 manatdan İddiaçı satılmasını şirkətin rəhbərinin xahişi ilə etmişdir. Onun tərəfindən 3 ədəd müqavilə hazırlanmış, lakin iddiaçı tərəfindən heç bir ödəniş edilməmişdir. İmza səlahiyyəti onda olmuş, İddiaçı atasını tanıdığı üçün inanıb maliyyə arayışı və müqavilələri hazırlamışdır.
15. Şahid qismində dindirilmiş X23 da eyni məzmunlu izahat vermişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1345/2022 nömrəli iş üzrə 1 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) cavabdehin nümayəndəsi X7 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(012)-977/2022 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbin ə dair iddiası rədd edilmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış mübahisəli müqavilələr və maliyyə arayışları həmin MTK-nın rəhbəri tərəfindən imzalanmamış, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İşdə olan sənədlərdən müəyyən olunur ki, sözügedən müqavilələr və maliyyə arayışları Cavabdeh MTK-nın arxivində yoxdur və qeydiyyatdan belə keçməmişdir. Həmin müqavilələrə imza etmiş Aysel Fərzəliyeva isə İddiaçı atası Qəzənfər Novruzovla yaxın dost olmuş və Binəqədi rayon İcra Hakimiyyətində bir yerdə işləmişlər. Q.Novruzovun xahişi ilə A.Fərzəliyeva Cavabdeh MTK-da xəzinədar vəzifəsinə işə götürülmüşdür
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 178.8 və 399.1-ci, MPM-in 14.2, 77.1, 217.3 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin əsaslı və qanuni qətnaməsini ləğv edən Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarına və iş üzrə sübutlara düzgün hüquqi qiymət v erməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə göstərmişdir ki, iddiaçı ilə bağlanmış müqavilələr, qanunla müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Məhkəmənin əsaslandırması isə belə olmuşdur ki, həmin müqavilələr və maliyyə arayışları MTK-nın rəhbəri tərəfindən imzalanmamış, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bununla bağlı qeyd edilməlidir ki, sözü gedən müqavilələrdəki möhürün MTK-ya məxsus olması işin mübahisəsiz halıdır. MTK özü həmin sənədlərə möhür vurmaqla, həmin sənədlərin qanuniliyini təsdiqləmişdir ki, bu hal da iddiaçı üçün yetərlidir. Çünki istənilən hüquqi şəxs ilə müqavilə bağlayan istənilən şəxs kimi iddiaçının da müqavilələri və maliyyə arayışlarını hüquqi şəxsin adından imzalayan şəxsin səlahiyyətini yoxlaması, h əmin şəxsin həqiqətən də həmin hüquqi şəxsin səlahiyyətli şəxsi olub-olmamasını müəyyən etməsi mümkün deyil, ümumiyyətlə isə iddiaçıdan bunları etməyi gözləmək yolverilməzdir. Çünki həmin sənədlərin MTK-nın möhürü ilə təsdiq edilməsi MTK ilə müqavilə bağlayan istənilən şəxs üçün yetərlidir. MTK-nın möhürünün buna səlahiyyəti olmayan şəxslərdə olması, həmin şəxslərin möhürdən öz mülahizələri ilə istifadə etməsinin mənfi nəticələrinin məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz. MTK özü direktora və ya digər şəxslərə qarşı onların qanunauyğun olmayan hərəkətləri nəticəsində MTK-ya vurulan zərərin əvəzinin ödənilməsi tələbi ilə aidiyyəti qurumlara müraciət etmək hüququna malikdir. Məhkəmə tərəfindən dindirilmiş şahidlər X13 və X24 ilə bağlı isə qeyd edilməlidir ki, həmin şəxslər MTK-da işləy ən və bununla da MTK ilə maddi asılılıqları olan şəxslər olduğundan onların ifadələrinə tənqidi yanaşılaraq, sübut kimi qəbul edilməməlidir. İddianı rədd edən məhkəmənin digər dəlili də ondan ibarət olmuşdur ki, işdə olan sənədlərdən müəyyən olunur ki, sözügedən müqavilələr və maliyyə arayışları MTK-nın arxivində yoxdur və qeydiyyatdan belə keçməmişdir. Məhkəmənin "xxxx" dedikdə, eləcə də, MTK-nın arxivi və sənədlərin orada qeydiyyatdan keçməsi dedikdə hansı sənədləri, hansı qeydiyyatı nəzərdə tutduğu qeyri-müəyyən olmaqla, anlaşılan deyil. Üstəlik, MTK rəhbərliyinin öz daxili sənədləşməsinə-kargüzarlıq qaydalarına uyğun olaraq, hansı müqavilələri orada qeyd edib-etməməsinin və ya hansı şəkildə qeyd etməsinin iddiaçıya heç bir aidiyyəti, həmçinin tərəflər arasında bağlanmış müqavilənin qan uniliyinə hər hansı təsiri yoxdur. Sumqayıt Apellyasiya Məhkəməsi isə yuxarıda sadalanan iş üçün xüsusi əhəmiyyəti olan bu halları görməzdən gəlmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b)
21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə q ərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yer ləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
28. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
30. Maddə 442.1 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
32. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən b u Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
45. Belə ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış mənlizillərin alqı-satqısına dair müqavilələr mənzillərin dəyərinin ödənilməsi barədə maliyyə arayışları qanunla müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Tərəflər artasında bağlanmış mübahisəli müqavilələr və maliyyə arayışları həmin MTK-nın rəhbəri tərəfindən imzalanmamış, buna səlahiyyəti olmayan şəxs olan MTK-nın xəzinədarı tərəfindən imzalanmışdır. İşdə olan sənədlərdən müəyyən olunur ki, sözügedən müqavilələr və maliyyə arayışları Cavabdeh MTK-nın arxivində yoxdur və qeydiyyatdan belə keçməmişdir. Həmin müqavilələrə imza etmiş Aysel Fərzəliyeva isə İddiaçı atası Qəzənfər Novruzovla yaxın dost olmuş və Binəqədi rayon İcra Hakimiyyətində bir yerdə işləmişlər. Q.Novruzov un xahişi ilə A.Fərzəliyeva Cavabdeh MTK-da xəzinədar vəzifəsinə işə götürülmüşdür.
46. Məhkəmə Mülki Məcəllənin 152.1, 152.5, 178.8 və 399.1-ci maddələrinə istinad etmişdir.
47. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mübahisəyə aidiyyatı olmayan maddi hüquq normalarına istinad etmişdir, Məhkəmə kollegiyasının qənaətinə görə bu normalar daha çox iddianın təmin olunması üçün əsas ola bilərdi və birinci instansiya məhkəməsi iddianı təmin edərkən digər normalarla yanaşı göstərilən hüquq normalarına da əsaslanmışdır.
48. İşdən görünür ki, iddiçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilələrdə və maliyyə arayışlarında MTK-nın möhürünün vurulması, həmin sənədlərin MTK sədrinin adından imzalanması, hüquqi şəxs kimi MTK-ya aid rekvizit lərin (VÖEN nömrəsi, bankda hesabı, müxbir hesabı, əlaqə nömrələri) göstərilməsi, müqaviləllərin və maliyyə arayışlarının MTK-ya aid xüsusi blanklarda yazılması mübahisəsizdir. Belə olan halda qarşı tərəfin hüquqi şəxsin adından sənədləri imzalayan şəxsin səlahiyyətli olubolmadığını yoxlamaq zəruruti yaranmır. Çünki həmin sənədlərin MTK-nın möhürü ilə təsdiq edilməsi MTK ilə müqavilə bağlayan istənilən şəxsə münasibətdə mötəbər sayılması üçün yetərlidir. Müqavilələr və maliyyə arayışları səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda belə, sonradan səlahiyyətli şəxs tərəfindən möhür vurulması həmin sənədlərin mötəbərliliyi və imzalayan şəxsin də qarşı tərəf üçün səlahiyyətli olması anlamına gəlir.
49. Tərəflər arasında bağlanmış müqavilələrin və MTK tərəfindən verilmiş maliyyə arayışla rının MTK-nın arxivində olmaması, MTK-da qeydiyyatdan keçməməsi isə ümumiyyətlə həmin sənədlərin etibarsızlığına dəlalət edən hallar sayıla bilməz. Bu məsələlər MTK rəhbərliyi təçrəfindən sənədləşmə və kargüzarlıq işlərinin aparılması qaydalarının pozulmasının nəticəsidir, kənar şəxslər, həmçinin iddiaçı buna görə məsuliyyət daşımır.
50. İqdən daha sonra görünür ki, cavabdeh MTK-nın nümayəndəsi mübahisəli mənzillərin 1-ci binanın 57 saylı mənzili X3 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTKya hissə-hissə ödənilməsi, hazırda 2050 man borcunun qalması, 1-ci binanın 58 saylı mənzili X1 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməsi, hazırda 22080 man borcunun qalması, 1-ci binanın 04 saylı mənzili X5 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödə nilməsi, hazırda 20200 man borcu qalması, bu səbəbdən də mübahisənin predmeti olan mənzilləri iddiaçıya təhvil verilməsinin mümkünsüzlüyü barədə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində izahat vermiş, məhkəmələr həmin halları təsdiq edən sənədlər təqdim olunmadığına həmin məsələyə hüquqi qiymət verməmişdir.
51. Lakin işə baxan məhkəmələr qəbul edilən qətnamənin X11, X8 və X14 hüquq və vəzifələrinə toxunub toxunmadığını, onların işə cəlb olunmasının zəruriliyi məsələsinə müzakirə etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyiası hesab edir ki, maddi və düzgün olmyana qətnamənin çıxapılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də kassasiya şikayət i qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1345/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməs i ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.