Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6005/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X4 və Cavabdeh6 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin qanuni əsasının müəyyən edilməsi, faktın etirafı, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-855/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1,42 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində Elman Hüseynov, Cavabdeh3, Cavabdeh6, Gülnar Hüseynova, Nayib Hüseynov, Cavabdeh1 və Cavabdeh2 adına qeyd alınaraq 18 dekabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X4 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən 1,42 hektar torpaq sahəsinin hazırkı bazar qiymətlərinə uyğun olan 5500 manat dəyəri, 4000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 9530 manat pul məbləğinin cavabdehlərdən alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə İsmayıllı rayon Kəlbənd kənd sakinləri Cavabdeh1 və qardaşı Cavabdeh2 ona yaxınlaşaraq ataları Elman Hüseynovun yas mərasiminin keçirilməsi üçün pula ehtiyacları olduğundan onlara məxsus mübahisəli torpaq sahəsini satmaq istədi klərini bildirmişlər. Torpaq sahəsinin alğı-satqısına dair Cavabdeh1 və Cavabdeh2la aralarında razılaşma olmuşdur. Razılaşmaya əsasən mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri yas mərasimi başa çatdıqdan sonra notariat kontoruna gedərək torpaq sahəsinin alğı-satqısının aparılmasına razılıq verəcəklərini bildirmişlər. 2014-cü ilin sentyabrın 15-də yeddi nəfərin iştirakı ilə mübahisəli torpaq sahəsinin alğı-satqısına dair tərtib olunmuş akt əsasında 700 manat pulu Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 vermiş, əvəzində isə onlar 18 dekabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli Çıxarışla cavabdehlərin ümumi mülkiyyətlərinə verilmiş torpaq sahəsinin sənədini ona təqdim etmişlər. Qeyd edilən aktda Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsini ömürlük olaraq ona satdıqlarını, torpaq sahəsinin pulunu aldıqlarını, torpaq sahəsinə görə gələcəkdə heç bir tələblərinin olmayacaqlarını bildirməklə aktın düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Cavabdehlərə məxsus torpaq sahəsinin hazırkı bazar dəyəri hektarı 3500, 4000 manat olmaqla 5500 manat təşkil edir. Cavabdehlərin satdıqları torpaq sahəsini rəsmiləşdirmək üçün notariat kontoruna getməkdən imtina etmələrindən sonra mənəvi iztirablar keçirmiş və nəticədə ona mənəvi ziyan da dəymişdir. Cavabdehlər tərəfindən ona vurulmuş mənəvi ziyanı 4000 manat məbləğində qiymətləndirir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş 15 sentyabr 2014-cü il tarixli Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2la İddiaçı arasında sadə yazılı formada tərtib edilmiş, onların özlərinin və şahidlər X1, X5 və X2 imzaları ilə doğruluğu təsdiq ol unmuş “Akt” adlandırılan yazılı razılaşmada Cavabdeh3 və ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus olan, İsmayıllı rayon Kəlbənd kəndi ərazisində yerləşən 1,42 hektar daşlı əkin sahəsini 700 manat müqabilində ömürlük olaraq Kəlbənd kənd sakini İddiaçı satdıqlarını və göstərilən məbləği aldıqlarını öz imzaları ilə təsdiq etmələri qeyd edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 23 oktyabr 2020-ci il tаrixli, 2(037)-677/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 18 Dekabr 2006-cı il tarixli, MH seriyalı ******* nömrəli Çıxarışa əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, X4 və Cavabdeh6 mülkiyyətlərinə verilmiş mübahisəli torpaq sahəsinin hazırkı bazar qiymətlərinə uyğun olan 550 0 manat dəyəri və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5530 manatın cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınıb iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi digər cavabdehlərə münasibətdə və mənəvi ziyanın tutulması hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsini satın almaq niyyəti ilə həmin torpağın tərəflər arasında razılaşdırılmış dəyərinə uyğun olaraq 700 manat pulu Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 vermişdir. Sonuncular həmin torpaq sahəsini satmaq adı altında iddiaçıdan 700 manat məbləği alaraq torpaq sahəsini iddiaçıya vermişlər. Mübahisəli torpaq sahəsinin digər mülkiyyətçiləri Cavabdeh4, Nayib Əhmədova və Cavabdeh6 torpaq sahəsini iddiaçıya satmaq adı altında sonuncudan 700 manat məbl əğini almamışlar. 2014cü ilin sentyabrın 15-də tərtib olunmuş aktda Cavabdeh4, Nayib Əhmədova və Cavabdeh6 mülkiyyətlərində olan torpaq sahəsini iddiaçıya satmaq adı altında sonuncudan 700 manat məbləğini almaları qeyd olunmamışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, torpaq sahəsinin hazırkı dəyəri təxminən 5500 manata bərabərdir. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsini iddiaçıya satmaq niyyəti ilə verdikdən sonra alğısatqı müqaviləsini notariatda təsqiq olunmasından yayınmaqla sonuncunun hesabına əsassız varlanan şəxslərdir. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 əsassız varlanmadan əldə etdikləri vəsaiti İddiaçı qaytarmalı olduqlarından məhkəmə İddiaçı ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən mübahisəli torpaq sahəsini n hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun dəyər əsas götürülməklə 5500 manat müəyyən edilməsini qanuni və əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci, 1092.1-ci, 1097.1-ci maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsind ə icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Mahir Əsədli - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Gündüz Abbasov) 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq p ozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəllənin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdehlər ara sında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Belə ki, tərəflər arasında müqavilənin bağlanmadığı mübahisəsizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. İş materiallarında olan akt isə daşınmaz əmlakın alğı-satqı müqaviləsinin şərtlərinə uyğun deyil. Eyni zamanda həmin müqavilə icarə müqaviləsi də hesab edilə bilməz. Çünki, həmin akt icarə müqaviləsinin şərtlərinə uyğun deyil. Bununla belə həmin akt əsasında cavabdehlərə (apellyasiya şikayəti verən) 700 manat pul verilmiş, cavabdehlər isə öz torpaq sahələrini iddiaçıya təhvil vermişlər. İddiaçı isə həmin torpaq sahəsini bugünə qədər istifadə edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Akt əsasında istifadəsinə qəbul etdiyi torpaq sahəsini əkib becərmiş, ondan istifadə etmişdir. Cavabdehlər əsassız varlanmayıblar. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mübahisəli torpaq sahəsi iddiaçının istifadəsindədir, iddiaçı torpaq sahəsindən istifadə etdiyi halda eyni zamanda vermiş olduğu pulu tələb edə bilməz. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətməyiblər. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin bugünkü dəyəri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaş mayaraq qeyd etmişdir ki, həmin torpaq sahəsinin dəyəri barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, məhkəmə iddiaçının iddia ərizəsinə və izahatına istinad edərək həmin məbləği qəbul etmişdir. Halbuki torpağın həmin qiymətdə olmasına dair iş materiallarında hər hansı sübut aşkar edilməmiş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsindən çıxarılması barədə hər hansı bir tələbi olarsa, həmin halda iddiaçı cavabdehlərə qarşı indiki tələblə bağlı məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə belə bir tələb mövcud deyil. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehlərin ona sözü gedən torpaq sa həsinin notarial qaydada satılmamasına görə ona dəyən zərərdir. İddiaçı tərəfindən belə bir sübut məhkəmələrə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Tərəflər arasında tərtib edilmiş, 15.09.2014-cü il tarixli Akt tərəflərin iradə ifadəsini əks etdirən sadə yazılı formalı əqd kimi dəyərləndirilməlidir. “Akt” adlanan bu yazılı razılaşmada cavabdehlər Cavabdeh3 və ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 mübahisəli torpaq sahəsini 700 manat pulun müqabilində iddiaçıya satdıqlarını bəyan etmələri işin mübahisəsiz halıdır. Həmçinin bu akt formalı razılaşmada cavabdehlərin sözügedən torpaq sahəsini iddiaçıya satmaları barədə iradə ifadələrinin mövcudluğu, aktın imzalanmasında iştirak etmiş cavabdehlərin bu torpaq sahəsinin iddiaçının adına notarial alğı-satqı qaydasında rəsmiləşdirilməsi vəzifəsini də özündə ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin alğı-satqısında dair razılaşmada iştirak etmiş digər cavabdehlərin bu alqısatqıdan xəbəri olmamış və onlar bu barədə hər hansı razılıq verməmişlər. Akt formalı razılaşmanın iştirakçısı və tərəfi olan cavabdehlər də öz növbəsində torpaq sahəsinə görə iddiaçıdan aldıqları 700 manat məbləği borc olaraq aldıqlarını və bu torpağı satmadıqlarını bildirmişlər. Bununla da cavabdehlər mübahisə predmeti olan torpaq sahəsinin satılmasınd an birdəfəlik imtina etmişlər. Göründüyü kimi akt formalı razılaşmada iştirak edən cavabdehlərin sözügedən sahənin notarial rəsmiləşdirilməsindən imtina etmələri, razılaşmada iştirak etməyən digər pay mülkiyyətçilərin isə ümumiyyətlə bu alğı-satqıdan xəbəri olmadığı və buna razılıq vermədiyi, artıq torpaq sahəsi mülkiyyətçilərində (cavabdehlərdə) bu torpaq sahəsinin geri qaytarılması ilə bağlı fikirlərinin birmənalı olduğunu bir daha təsdiq edir. Yəni cavabdehlər yuxarıda qeyd olunan hərəkətləri ilə özlərinə məxsus torpaq sahəsinin geri qaytarılmasında israrlıdırlar ki, bu da onların torpaq sahəsinin geri qaytarılması tələbinə bərabərdir. Buna baxmayaraq məhkəmə öz qətnaməsində izah xarakterli belə bir nəticəyə gəlmişdir ki, cavabdehlərin iddiaçıya qarşı torpaq sahəsindən çıxarılma barəd ə hər hansı tələbi olarsa, həmin halda o, cavabdehə qarşı indiki tələblə çıxış edə bilər. Hazırki halda isə belə bir tələb mövcud deyildir. Məhkəmənin gəldiyi bu nəticəsi məhkəmə mübahisənin əsassız uzadılmasına gətirib çıxarmaqla mübahisəli münasibətlərin həllində də qəti müəyyənlik yaratmır. İddia tələbinin təmin olunmamasının başlıca əsası kimi məhkəmə hazırki iş üzrə alğı-satqı barədə qanunla müəyyən edilən şərtlərə cavab verən müqavilənin mövcud olmadığına istinad etmişdir, bu da işin həqiqi hallarına uyğun deyildir. Belə ki, işdən göründüyü kimi o, hazırki iddia tələbində qanunla müəyyən edilmiş şərtlərlə cavabdehlə aralarında alğı-satqı müqaviləsinin bağlandığını iddia etməmiş, əksinə “Akt” formalı razılaşmadan irəli gələn notarial alqı-satqı müqaviləsinin bağlanmaması nəticəsində o na vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən həqiqi hallarına münasibətdə Mülki Məcəllənin 1096-cı maddəsinin səhv təfsir etmişdir. Eləcə də torpaq sahəsininin dəyərinə münasibətdə işdə hər hansı sübutun olmaması iddia ərizəsi və izahatlara istinad etməklə iddia məbləğinin məhkəmə tərəfındən qəbul edilməsi barədə nəticə də əsaslı hesab edilə bilməz. Belə ki, həm məhkəmə təcrübəsi, həm də kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə ərazidə formalaşmış satış qiymətləri ona əsas verir ki, bu qiymətlər hamıya bəlli olduğundan onun sübuta ehtiyacı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşfən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddiaçı tələbin rədd edilən hissələrindən (mənəvi ziyanın tutulması və digər cavabdehlərə münasibət də tələbin rədd edilən hissələri) apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin olunan hissəsini yoxlamış və həmin hissədə də iddia tələbini rədd etmişdir. Hazırda qətnamədən iddiaçı kassasiya şikayəti verərək tələbin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilməsini mübahisələndirir. Ona görə də, iddiaçı tərəfindən mübahisələndiririlməyən digər hissələri hazırki kassasiya baxışının həddlərini də təşkil etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir Maddə 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunl a və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyə rini pulla ödəməlidir. Mülki Prosessual Məcəllə: Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassa siya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Tərəflər arasında olan hazırkı mübahisə torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar yaranmışdır. İddiaçı iddia edir ki, cavabdehlərlə həmin torpaq sahəsinin alğı-satqısı barədə razılaşmış, alqı-satqı barədə sadə yazılı formada müqavilə bağlanmışdır. Lakin cavabdehlər notariat orqanına gedərək alğı-satqının rəsmiləşdirməsini başa çatdırmaqdan imtina edərək ona ziyan vurmuşlar. İddiaçı məhkəməyə mübahisəli torpaq sahəsinin alğı-satqısı ilə bağlı 15 sentyabr 2015-ci il tarixli akt təqdim etmiş, 1,42 ha torpaq sahəsinə görə cavabdehlərə 700 manat pul verdiyini göstərmiş, həmin torpaq sahəsinin hazırkı dövr üçün dəyərinin q aytarılmasını tələb etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarına istinad göstərmişdir. Cavabdehlər (apellyasiya şikayəti verən cavabdehlər) isə atalarının ölümü ilə əlaqədar iddiaçıdan 700 manat aldıqlarını, lakin mübahisəli torpaq sahəsini iddiaçlya satmaq fikirlərinin olmadıqlarını, torpaq sahəsini iddiaçıya icarəyə verdiklərini, iddiaçının məhkəməyə təqdim etiyi aktdakı imzaların onlara məxsus olmadığını bildirmişlər. Cavabdehlərin bu etirazları birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətində öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən tərəflər arasında hər hansı bir öhdəlik münasibətlərinin yaranmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası aşağıda qeyd edilən lərə əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, cavabdehlər iddiaçıdan 700 manat pulu almalarını apellyasiya şikayətində etiraf etmişlər. MPM-nin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Qeyd edilən faktlar cavabdehlər tərəfindən verilən yazılı apellyasiya şikayətində göstərildiyindən deməli iddiaçı həmin məbləğdə pulu cavabdehlərə (apellyasiya şikayəti verən cavabdehlərə) münasibətdə sübut etmə yükündən azaddır. Lakin pulun hansı məqsədlə cavabdehlərə verilməsi ilə bağlı tərəflər arasında ziddiyətli izahatlar vardır. İddiaçının məhkəməyə təqdim etdiyi aktın məzmunundan görünür ki, tərəflər 1,42 ha torpaq sahə sinin alğı-satqısı barədə razılığa gəlmişlər. Lakin cavadehlər apellyasiya şikayətində aktdakı imzaların onlara məxsus olmadığını bidirmiş, eyni zamanda aktın məzmununu da inkar edərək mübahisəli torpaq sahəsini iddiaçıya icarəyə verdiklərini göstərmişlər. Apellyasiya instansiyası məhkəməsi cavabedehlərin etirazının dəlili kimi itinad etdikləri bu halları araşdırmamış, aktdakı imzanın cavabdehlərə məxsus olub-olmamasını yoxlamaq üçün məhkəmə xəttşunaslıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halın müəyyən edilməsi tərəflər arasında olan mübahisənin qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki iddiaçı iddia tələbinin əsası kimi təqdim etdiyi akta istinad etmiş, cavabdehlər isə bu aktın həqiqliyini mübahisələndirmişlər. Tərəflər ara sında hansı mülki hüquq münasibətlərinin olması həmin aktın məzmununa görə dəqiq müəyyən edilə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan mübahisənin həlli üçün həmin sübutun mötəbərliliyini araşdırmayaraq MPM-ninn 88-ci maddəsinin tələblərinə əməl etməmişdir. Məhkəmə maddi hüquq normalarını pozuntusu ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan münasibətlərin hansı əsasdan irəli gəldiyini müəyyən etməli, bundan sonra tərəflər arasında olan mübahisəyə uyğun gələn maddi hüquq normalarını tətbiq etməli idi. İddiaçı təqdim etdiyi aktdakı imzaların həqiqətən cavabdehlərə aid olması müəyyən edilərsə, bu halda cavabdehlər tərəfindən imzalanmış sənədin həqiqiliyi prezumpsiyası qüvvədə olacaqdır. Yəni cavabdehlər mübahisəli torpaq sahəsini n iddiaçıya satılmadığını, icarəyə verildiyini bidirirlərsə, o zaman həmin aktın onların iradələrinə uyğun olmamasını sübut etmə yükü artıq cavabdehlərin üzərinə düşəcəkdir. Məhkəmə mübahisəli sübutetmə predmeti ilə bağlı sübutları araşdırdıqdan sonra tərəflər arasında mübahisəli torpaq sahəsinin satılması ilə bağlı razılığa gəlindiyini müəyyən edərsə tərəflər arasında etibarsız əqdin nəticələrinin tətbiqini müzakirə etməlidir. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında heç bir öhdəlik münasibətlərinin yaranmamasını qeyd etmiş, lakin tərəflər arasında mübahisəli torpaq sahəsinin alğı-satqısı barədə razılığın olması təsdiq edildiyi təqdirdə daşınmaz əmlak olan torpaq sahəsinin notariat qaydasında təsdiq edilməməsi ilə bağlanan etibarsız ədqdin nəticələrinin tətbiqinin mümkünlüy ünü müzakirə etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbində və kassasiya şikayətində tələbin hüquqi əsası kimi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalara istinad etməsi ilə bağlı qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit cuna” (məhkəmə hüququ bilir) prinsipinə əsasən, hüququn tətbiqinə hakimin bilavasitə cavabdehlik daşıyır və iddiaçının göstərdiyi hüquqi əsaslardan asılı deyildir. Bu baxımdan məhkəmə iddia tələbində göstərilən faktiki əsaslara uyğun gələn iddia tələbinin qanuni əsasını müəyyən etməkdə sərbəstdir, tərəflərin göstərdiyi hüquqi əsaslardan asılı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan münasibətləri müəyyən etməli, bunun üçün idd iaçının təqdim etdiyi süubutları cavabdehlərin etirazları da nəzərə alımaqla MPM-nin 88-ci maddəsinə uyğun qiymətləndirməli, bundan sonra tərəflərin münasibətlərinə uyğun gələn maddi hüquq normasını tətbiq etməklə mübahisəyə hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğ v edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-855/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisəli hissədə ləğv edilsin və iş yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.