Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-601/2019 25.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 yanvar 2019-cu il iş № 2(102)-601 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi, Quliyev Gündüz Ağababa oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın 20 avqust 2018-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Abbasova) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 10 aprel 2008-ci il təvəllüdlü X3 və 11 iyul 2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni 15.03.2018-ci il tarixdən hesablanılması, Cavabdeh 20 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən R.Qurbanov, hakimlər V.Məmmədov və A.İmanov) Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏ Rİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 avqust 2018-ci il tarixli qərardadının tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilmişdir. İ.Novruzovun həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin M K-nın 20 avqust 2018-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslnadırmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə 28.04.2018-cı ildə Cavabdeh anası X1ya təqdim edildiyi halda apellyasiya şikayəti 06.08.2018-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş üzrə kassastor Cavabdeh qanunla nəzərdə tutulmuş 1 ay müddəti ndə kassasiya şikayəti verməməsini onunla əsasdırır ki, hazırkı işə baxılmasının yeri və vaxtı haqqında məlumatlandırılmamış, nəticədə isə onun iştirakı olmadan baxılmış, qəbul edilmiş qətnamədən əmək haqqından tutulmalar başladıqdan sonra məlumat almışdır. Belə ki, ailə münasibətləri pozulduğundan 2018-ci ilin fevral ayından qeydiyyatda olduğu ünvanı tərk etmişdir və həmin tarixdən ünvan 1 zamanda kassastor göstərir ki, qətnaməni qəbul edən şəxs X2 iddiaçının xalasıdır və ailə münasibətləri pozulduqdan sonra həm iddiaçı, həm də X2 ilə konfliktli münasibətdə olmuş və məhz bu səbəbdən qeydiyyatda olduğu ünvanı tərk etmişdir. Göründüyü kimi Cavabdeh istinad etdiyi dəlillərlə hazırkı iş üzrə qətnamənin ona 28.04.2018-ci ildə təqdim edilməsini mübahisələndirir. Eyni zamanda həmin dəlillər üzrə araşdırma aparılmadan və araşdırılmış dəlillərə qiymət verilmədən qeyd edilən halların müəyyən edilməsi mümkün deyildir. Kassastorun göstərdiyi dəlillərlə yanaşı iş üzrə birinci instansiya məhkəməsinin protokolundan da görünür ki, iddiaçı cavabdehin qeydiyyatda olduğu ünvanda yaşayır və o, verdiyi izahatda ailə münasibətlərini pozulduqdan sonra sonuncunun onlarla birgə yaşamadığını göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmaldır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 20 avqust 2018-ci il tari xli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Ələsgər Əliyev Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Gündüz Quliyev Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-601/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-601/2019
25.01.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver