Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6014/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu (delikt), maddi və mənəvi əvəzinin ödənilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-488/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 15.07.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsini İddiaçı1 (iş üzrə digər iddiaçı) hədiyyə etmiş və əmlak sonuncunun adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. 2. 12.09.2011-ci il tarixli icarə müqaviləsinə əsasən, X4 mülkiyyəti hüququ əsasında ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanında yerləşən 58,2 kv metr qeyri-yaşayış sahəsini (bundan sonra – mübahisəli qeyri-yaşayış sahəsi) 5 il müddətinə İddiaçı2 Əmili oğluna (iş üzrə iddia çı) icarəyə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Kommersiya məhkəmələrində icraat
3. İddiaçılar Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh və ya MMC) qarşı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı1 məxsus mübahisəli qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3741 manatın cavabdehdən alınıb ona ödənilməsi, İddiaçı2 əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 29600 manatın cavabdehdən alınıb ona ödənilməsi, 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin noyabr ayının 15-nə kimi mağazanın işləməməsi nəticəsində əldən çıxmış qazancın qarşılığı olan 3750 manatın cavabdehdən alınıb İddiaçı2 ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 5000 manatın cavabdehdən alınaraq İddiaçı2, 3000 manatın isə İddiaçı1 ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq 15 manatının İddiaçı1, 15 manatının isə İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddia tələbləri onunla əsaslandırılmışdır ki, sözügedən qeyri-yaşayış sahəsinin icarəçisi olan İddiaçı2 orada ayaqqabı satışı ilə məşğuldur. xx.xx.2017-ci il tarixdə Qazax rayonunda olarkən, qardaşı ona zəng edərək icarəyə götürdüyü mağazada yanğın baş verdiyini, yanğın nəticəsində həm mağazanın, həm də mağazada olan ayaqqabı mallarının yanaraq yararsız hala düşdüyünü bildirmişdir. Yanğına səbəb mağazanın qonşuluğunda, yəni bitişiyində yerləşən obyektdə icarə əsasında fəaliyyət göstərən cavabdeh MMC-yə məxsus 135 saylı "xxxx" marketə məxsus elektrik lövhəsinin naqillərinin açıq vəziyyətdə olm ası, onlara məxsus mağazanın arxasına marketin işçiləri tərəfindən boş kardon qutularının üst-üstə, mağazanın damına qədər yığılması, qısa qapanma nəticəsində elektrik naqillərinin alışması və bunun nəticəsində boş kardon qutuların alışaraq yanması olmuşdur. Mağazanın arxasından çıxan yanğın onlara məxsus mağazanın damından içəri keçərək mağazanın tavanında olan plastik lanbir örtüyünü tamamilə yandırmış və bunun nəticəsində İddiaçı2 məxsus 30000 manat dəyərində ayaqqabı yanaraq yararsız hala düşmüşdür. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin 1-ci ərazi X8 Xidməti gələrək yanğını söndürmüş, Nazirliyin Əməliyyat İstintaq İdarəsi tərəfindən baş vermiş yanğın hadisəsi, hadisənin törədilmə səbəbləri ilə bağlı təhqiqat aparılmış, iş üzrə məhkəmə yanğın texniki ekspertizası, mə hkəmə tikintitexniki ekspertizası və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq ekspertiza rəyləri alınmışdır. Həmin rəylərə əsasən müəyyən olunur ki, cavabdeh MMCnin təqsiri ucbatından İddiaçı1 məxsus mübahisəli qeyri-yaşayış sahəsinə 3741 manat məbləğində ziyan dəymiş, İddiaçı2 isə 29600 manat dəyərində olan ayaqqabı malları yanaraq məhv olmuşdur. Bundan başqa, İddiaçı2 ayaqqabı satışından 500 manat gəlir əldə etməklə ailəsini həmin pulla dolandırırdı. Lakin cavabdehin təqsiri nəticəsində ayaqqabı dükanı yandığı üçün 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin noyabr ayının 15-nə kimi mağaza işləməmiş və o, 7 ay üçün 3750 manat qazancından məhrum olmuşdur.
5. Məhkəmə sorğusuna cavab olaraq daxil olmuş materiallardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Halla r Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 23 sentyabr 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərara əsasən, yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmadığı, yanğının ölümə və ya digər ağır nəticələrə səbəb olmadığı, X1, İddiaçı1, İddiaçı2 Əmili oğluna və X1 dəymiş ziyanın ağır nəticə kimi qiymətləndirilmədiyi göstərilərək, X2 əməllərində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanmasının rədd edilmişdir.
6. Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsində aparılmış araşdırma zamanı təyin edilmiş ekspertizaya Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 0857 saylı ekspert rəyinin surətindən görünür ki, yanğının mənbəyi hadisə baş vermiş ayaqqabı mağazasının arxasınd a, dəmir barmaqlı hasarla çəpərlənmiş açıq sahədə yerləşmiş və yanğın oradan tavan-dam hissəsi ilə mağazanın içərisinə keçmişdir. Yanğın ayaqqabı mağazasının arxasında dəmir barmaqlı hasarla çəpərlənmiş açıq sahədə divarda quraşdırılmış elektrik lövhəsində olan elektrik naqillərində yaranmış elektrik təbiətli qəza halının təsirinin yaxınlıqda yerləşən yanan materialların alışmasından baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" MMC-nin rəhbərliyi "xxxx" marketi ilə qonşuluqda olan, yanğın baş vermiş ayaqqabı mağazasının arxasında, dəmir barmaqlı hasarla çəpərlənmiş və divarın üzərində qapısı olmayan elektrik lövhəsi quraşdırılmış açıq sahədə yığılan tullantılardan və qablaşdırma materiallarından təmizlənməsi həyata keçirilmədiyinə görə, onlar tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.9, 3.1, 6.1 və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 2.1.1, 3.19.1-ci bəndinin tələblərini pozmuşlar.
7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 19805 saylı ekspert rəyinin surətindən görə ekspertiza tədqiqatına təqdim edilmiş 10 cüt ayaqqabının normal vəziyyətdə ümumi qiymətinin 170 manat müəyyən olunduğu qeyd edilmişdir.
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 20601 saylı ekspert rəyinin surətindən görünür ki, Abşeron rayon, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın nəicəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud baz ar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 3741 manat məbləğində olduğu müəyyən edilir.
9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-106/2018 nömrəli, 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir
10. Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-64/2018 nömrəli, 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 22(102)-161/2019 nömrəli, 24 aprel 2019-cu tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 05 noyabr 2018-cil il tarixli qətnaməsi ləğv edil miş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
12. Yeni apellyasiya baxışında təyin edilmiş ekspertiza üzrə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli 19172 saylı ekspert rəyinə əsasən, “X9 və Hüquq Şirkəti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən istifadə edilməklə, mübahisəli qeyriyaşayış sahəsinə (mağaza) yanğın zamanı əmtəə üzrə dəymiş zərərin məbləği 9800 (700 cütx 14m) manat müəyyən olunur. O, cümlədən sahəsi 58,2 kv metr deyil faktiki 36,4 kv metr (faydalı satış sahəsi 28,4 kv metr) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayyaqabı yerləşdirmək olar; Nəzəri hesablama yolu ilə yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxm inən 700 cüt müəyyən edilir. 13. “X9 və Hüquq Şirkəti”nin xx.xx.2019-cu il tarixli, 52 nömrəli mütəxəssis aktından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin ayaqqabı satış üzrə ümumi sahəsi 58,2 kv metr deyil, faktiki 36,4 kv metr olan mağazaya yanğın zamanı dəyən ziyanın ümumi məbləği 11830 manat müəyyən edilir; o cümlədən tikintiyə dəymiş ziyanın məbləği2030 manat, ayaqqabı məmulatlarına dəymiş ziyan - 9800 manat, hazırkı iş üzrə sahəsi 58,2 kv metr, deyil faktiki 36,4 kv metr (faydalı satış sahəsi 28,4 kv metr) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayaqqabı yerləşdirmək mümkün hesab edilir. Nəzəri hesablama yolu ilə yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxminən 700 cüt müəyyən edilir. xx.xx.2017-ci il tarixdə baş verm iş yanğın zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 26/6 ünvanda yerləşən ayaqqabı satışı mağazasının konstruktiv elementlərinə yanğın nəticəsində dəymiş maddi ziyanın (təmir-bərpa xərci) məbləği orta bazar qiymətinə uyğun olaraq 2030 manat müəyyən edilir. Hadisə yeri saxlanılmadığına görə nəzəri və təxmini hesablama yolu ilə 2,5 il əvvəl, yəni xx.xx.2017-ci il tarixdə baş vermiş yanğın zamanı ayaqqabı satışı üçün nəzərdə tutulmuş zalının sahəsi 28,4 kv metr (köməkçi sahələr daxil edilməklə 36,4 kv metr) olan mağazada cəmi 700 cüt 9800 manat dəyərində ayaqqabılara ziyan dəyməsi müəyyən edilir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)106/2019 nömrəli, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumq ayıt İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi maddi zərərin əvəzinin tutulması hissəsində dəyişdirilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22(102)-64/2020 nömrəli, 04 mart 2020-ci il tarixli qərarı ilə, iddiaçıların kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş aiddiyyəti üzrə baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. b) Ümumi məhkəmədə icraat
16. Cavabdeh MMC-nin nümayəndəsi Sumqayıt Şəhər Məhkəməsində 22 sentyabr 2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında iddianı qismən qəbul edərək, göstərmişdir ki, baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçılara MMC tərəfindən ziyan dəydiyini etiraf etsələr də, ziy anın məbləği ilə razı deyillər. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 19172 saylı rəyinə əsasən mağazaya yanğın zamanı əmtəə üzrə dəymiş zərərin məbləği 9800 manat müəyyən olunmuşdur. Əlavə olaraq həmin mağazanın satış üçün faydalı sahəsinin 28,4 kv metr olduğu müəyyən olunmuşdur. Odur ki, iddianın həmin rəyə uyğun olaraq təmin edilməsini xahiş edirlər.
17. Sonradan cavabdeh MMC 24 noyabr 2020-ci il tarixdə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə saat təxminən 04:00 radələrində MMC-yə məxsus olan "xxxx" marketin kənarında yanğın hadisəsi baş vermiş, yanğın sonradan marketə və qonşuluqda yerləşən İddiaçı1 məxsus olan obyektə keçmişdir. Yanğın hadisəsi FHN-nin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı tərəfindən araşdırılmış və xx.xx.2017-ci il tarixdə buna dair cinayət işinin başlanılmasının rədd olunması barədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Araşdırma zamanı keçirilmiş əmtəəşünaslıq ekspertizası üzrə ekspert öz rəyində göstərmişdir ki, dəymiş zərəri müəyyən etmək mümkün deyil. Lakin təhqiqatçı ekspertiza rəyinə əhəmiyyət verməyərək, öz təşəbbüsü ilə mənbəyi müəyyən olmayan ayaqqabıları ekspertə təqdim edərək, 10 cüt ayaqqabı üçün həqiqəti əks etdirməyən rəy almışdır. Bu rəydən sonra təhqiqatçı şikayətçinin yalan izahatı əsasında özünün müəyyən etdiyi metod ilə riyazi hesablama apararaq, 29600 manat dəyərində zərər vurulması qənaətinə gəlmişdir. Təhqiqatçının bu hərəkəti qanunun tələblərinə ziddir. Belə ki, zərər məbləğinin müəyyən edilməsi təhqiqatçının səlahiyyətindən kənardır. Bundan başqa, tə hqiqatçı qəbul etdiyi qanunsuz qərarında qərəzli olaraq qeyd edir ki, guya xx.xx.2017-ci il tarixdə tərtib olunmuş baxış protokolunda yanğın zamanı 1120 cüt müxtəlif çeşidli ayaqqabı yanaraq yararsız vəziyyətə düşmüşdür. Bu, tamamilə yalandır. Təhqiqatçı bu sayı şikayətçinin sözləri əsasında onun iradəsinə uyğun olaraq qeyd etmişdir. Əgər belə olmasaydı, təhqiqatçı obyektivliyi təmin etmək üçün hadisə yerinə baxış keçirilən zaman cavabdehin iştirakını təmin edər, izahatlarını alar, sübutlarını iş materiallarına əlavə edərdi. Bütün bunlar onu göstərir ki, ümumiyyətlə yanğının baş verməsinin əsl səbəbi təhqiqatçı tərəfindən obyektiv araşdırılmamış və cavabdehin gətirdiyi faktlara ümumiyyətlə qiymət verilməmişdir. Həmçinin, İddiaçı2 dəymiş zərərin məbləği malın alış qiymətlərini təsdiq edən hər hansı bir sənəd olmadan, öz mülahizəsinə əsasən tərtib edilmiş və yalnız özü tərəfindən imzalanmış siyahıya əsasən müəyyən edilmişdir. İddiaçı2 təqdim etdiyi siyahıdakı məlumatlar şişirdilib və həqiqəti əks etdirmir. Bu da əsas verir ki, iddiaçının özü tərtib etdiyi və imzaladığı siyahıda olan rəqəmlər tez-tez dəyişdirilmişdir. Digər tərəfdən, cinayət işinin başlanmasının rədd qərarında müəyyən edilən digər hallar, o cümlədən yanğın hadisəsi nəticəsində iddiaçılara vurulmuş zərərin məbləğinin müəyyən edilməsi mülki iş üçün preyudisial əhəmiyyətə malik deyildir.
18. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/2343 saylı ekspert rəyində qeyd olunmuşdur ki, sahəsi 58,2 kv metr deyil, 36,4 kv me tr (faydalı satış sahəsi 28,4 kv metr) olan mağazaya satış üçün ticarət qaydalarına riayət edilməklə, təxminən 7000 cüt ayaqqabı yerləşdirmək olar. Nəzəri hesablama yolu ilə yanğın zamanı yararsız vəziyyətə düşmüş ayaqqabıların sayı təxminən 700 çüt müəyyən edilir. Nəzəri və ya təxmini hesablama yolu ilə 2,5 il əvvəl, yəni xx.xx.2017-ci il tarixdə baş vermiş yanğın zamanı ayaqqabı satışı üçün nəzərdə tutulmuş zalının sahəsi 28,4 kv metr (köməkçi sahələr daxil edilməklə 36,4 kv metr) olan mübahisəli mağazada cəmi 700 cüt olmaqla 9800 (700 cüt x 14 manat) manat dəyərində ayaqqabılara ziyan dəyməsi müəyyən edilir.
19. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-195/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia qismə n təmin edilərək, cavabdehdən İddiaçı1 xeyrinə ona məxsus mübahisəli qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 2030 manat, İddiaçı2 xeyrinə onun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 9800 manat tutulması, 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin 15 noyabr tarixinə kimi mağazanın işləməməsi nəticəsində 625 manat əldən çıxmış tutularaq İddiaçı2 ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 500 manat İddiaçı2 və 300 manat isə İddiaçı1 xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 15 manat İddiaçı1, 15 manat isə İddiaçı2 xeyrinə ödənilməsi, ümumilikdə cavabdehdən 2345 manat tutularaq İddiaçı1, 10940 manat tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd e tmişdir ki, FHN-nin Əməliyyat-İstintaq İdarəsi tərəfindən xx.xx.2017-ci ildə tarixdə 04:18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən X1 məxsus Cavabdeh MMCyə icarəyə verilən tikilinin elektrik lövhəsində baş vermiş yanğına dair toplanmış 0857 nömrəli materialları, ekspert rəyləri və həmin iş üzrə 23 sentyabr 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cavabdeh MMC tərəfindən iddiaçılara maddi ziyan dəydiyi sübut olunur. Lakin cinayət işinin başlanmasının rədd olunmasına dair qərarda müəyyən edilən digər hallar, o cümlədən yanğın hadisəsi nəticəsində iddiaçılara vurulmuş zərərin məbləğinin müəyyən edilməsi mülki iş üçün preyudisial əhəmiyyətə malik deyildir.
21. Bu səbəbdən, işin məhkəmə prosesində keçirilmiş ekspertiz alar üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 19172 nömrəli ekspert rəyini və “X9 və Hüquq şirkəti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 52 saylı mütəxəssis aktını əsas götürməklə məhkəmə hesab etmişdir ki, iddiaçıların maddi ziyanın ödənilməsi ilə bağlı tələbləri qismən təmin olunmalıdır.
22. Məhkəmə iddianın mənəvi zərərin tələbinə münasibətdə vurğulamışdır ki, qonşu müəssisədə baş vermiş yanğınla əlaqədar olaraq daşınmaz əmlaka və oradakı mallara dəymiş zərərə və müəyyən dövürdə iş fəaliyyətinin bərpa olunmamasına görə, iddiaçılar müəyyən mənəvi ziyana məruz qalıb. Lakin iddiaçıların tələb etdiyi mənəvi ziyanın məbləği həddən artıq yüksəkdir. Bu səbəbdən mənəvi ziyan qismində İddiaçı2 500 manat, İddiaçı1 300 manat ödənilməlidir. 2
3. İddianın 2017-ci ilin 13 aprel tarixindən 2017-ci ilin noyabr ayının 15-ə kimi mağazanın işləməməsi nəticəsində 3750 manat əldən çıxmış qazanc hissəsində isə qeyd olunmuşdur ki, bu tələbin əsası kimi təqdim edilmiş 2 saylı Ərazi Vergilər Departamentinin məlumatında onun 2017-ci ilin aprel-dekabr ayları arasında dövriyyəsinin olmadığı, ondan əvvəlki dövrlərdə isə ortalama 500 manat dövriyyəsinin olması və ona uyğun ödənişlər etdiyi göstərilmişdir. Məhkəmə qeyd edilən dövrlərə analoji olaraq İddiaçı2 3750 manat dövriyyədən məhrum olduğunu qəbul etməyi ədalətli hesab etsə də, həmin məbləğin hamısını əldən çıxmış fayda kimi qəbul etməyi düzgün hesab etməmişdir.
24. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə vergi ödəyicisinin əldə e tdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları ilə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda mənfəətin hansı qaydada hesablanması müəyyən edilmişldir. Həmin qaydaların 6.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir (M1 = G1: ( 100 + R) x R, burada M1 - vergi ödəyicinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır). Hazırkı işdə iddiaçının mənfəətini yuxarıda qeyd olunmuş düsturla hesabladıqda 625 manat məbləğində müəyyən olunur ki, Məhkəmənin qənaətinə görə, cavabdehdən onun xeyrinə əldən çıxmış fayda qismində məhz həmin məbləğdə pul tutulmalıdır.
25. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.2, 1097.1 və 1115-ci maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçılar birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
27. Şikayət onunla əsaslandırlmışdır ki, FHN-ni n Əməliyyat İstintaq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli Baxış protokoluna əsasən, yanğın zamanı 1120 cüt müxtəlif çeşidli yararsız ayaqqabı aşkar edilmiş və həmin ayaqqabılardan 10 cütü qiymətləndirilməsi üçün ekspertizaya təqdim edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 19805 saylı ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş 10 cüt ayaqqabının normal vəziyyətdə ümumi qiymətinin 170 manat olduğu qeyd edilmişdir. Yəni 1120 cüt yararsız hala düşmüş ayaqqabının ekspertiza rəyinə əsasən 2017-ci ilə olan dəyəri 19040 manat təşkil edir. Ekspert rəyi yanğın hadisəsinin əsl hallarına, baxış protokoluna əsasən mağazada yararsız hala düşmüş, sayılmış və mağazada satılan ayaqqabıların müxtəlif çeşidliliyinə əsaslanmışdır. Məhkəmənin istina d etdiyi və sübut kimi qəbul etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 19172 saylı və onun təkrarı olan xx.xx.2021-ci il tarixli, 9/2343 saylı ekspert rəyləri isə ekspertin nəzəri hesablamalarına əsaslanmışdır. Belə ki, baxış prorokolunda yanğın zamanı yararsız hala düşmüş ayaqqabıların sayının 1120 cüt olduğu müəyyən olunsa da, xx.xx.2019-cu il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəylərində yararsız hala düşmüş ayaqqabıların sayının təxmini hesablama ilə 700 cüt olduğu qeyd olunur. Məhkəmə işin bu hallarına diqqət etməmiş, sübutlara düzgün qiymət verməmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli baxış protokolunun onların iştirakı olmadan tərtib edildiyini iddia etsə də, xx.xx.2017ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı mübahi sələndirməmiş, həmin qərardan şikayət verməmişdir. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 20601 saylı rəyi ilə 2017-ci ildə yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3741 manat məbləğində olduğunu müəyyən olunsa da, məhkəmə mötəbər və dəlillərə əsaslanan bu rəyi bir kənara qoyaraq, heç bir araşdırmaya əsaslanmayan və qiymətləndirmə şirkəti kimi fəaliyyət göstərən "X9 və Hüquq şirkəti” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyini əsas götürməklə tinkintiyə dəymiş ziyanın məbləğinin 2030 manat olduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə onların pozulmuş mülkiyyət və əmlak hüquqlarının bərpasına deyil, əskinə hüquqlarının pozulmasına yönələn qətnamə qəbul etmişdir.
28. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2247 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərdən, internet saytı, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan, eləcə də, "X9 və Hüquq şirkəti” MMC tərəfindəntərtib edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən istifadə edilməklə mübahisəli mağazada yararsız hala düşmüş 1120 cüt ayaqqabının bir cütünün həmin dövr üçün topdan satış bazar qiyməti nəzəri qaydada təxminən 14 manat, 1120 cütü 15680 manat, 1 cü tünün pərakəndə satış qiyməti 17 manat, 1120 cütü 19040 manat müəyyən olunur.
29. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-488/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), R.Əsgərova və R.Ağayev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “İddiaçı2 əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 9800 manatın cavabdehdən tutularaq ona ödənilməsi və ümumilikdə cavabdehdən 10940 manat pul vəsaitinin tutularaq İddiaçı2 ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilərək, cavabdehdən İddiaçı2 xeyrinə onun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 15680 manat, ümumilikdə 16820 manat tut ulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, “İddiaçı2 əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 9800 manatın cavabdehdən tutularaq ona ödənilməsi və ümumilikdə cavabdehdən həmin iddiaçının xeyrinə 10940 manat tutulması hissəsində gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz.
31. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 sentyabr 2017-ci il tarixli qərarından görünür ki, 18 iyul 2017-ci il tarixli baxış protokoluna əsasən müəyyən olunur ki, həqiqətən yanğın zamanı 1120 cüt müxtəlif çeşidli ayaqqabı yanaraq yararsız hala düşmüşdür. Həmin materiala əlavə edilmiş 28 avq ust 2017-ci il tarixli ekspertiza rəyində yanğın zaman, eləcə də yanğını söndürən zaman yararsız hala düşmüş ayaqqabıların ümumi sayı 1120 cüt göstərilmişdir.
32. Göründüyü kimi, iş materialları ilə mağazada yararsız hala düşmüş 1120 cüt ayaqqabı olması müəyyən olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi cəmi 700 cüt ayaqqabının yararsız hala düşməsini qeyd edərək, onların dəyərinin cavabdehdən tutulmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bununla razılaşmır və hesab edir ki, yanğın zamanı yararsız hala düşmüş 1120 cüt ayaqqabının dəyəri cavabdehdən tutularaq İddiaçı2 ödənilməlidir. Məhkəmə kollegiyası ayaqqabıların dəyərini müəyyən edərkən iş üzrə apellyasiya baxışında keçirilmiş 23 iyun 2022-ci il tarixli, 9/2247 saylı ekspert rəyində müəyyən olunmuş topdan satış qiymə tinin, yəni bir cüt ayaqqabının qiymətinin 14 manatdan hesablanmasını daha məqsədəmüvafiq hesab etmişdir. Belə ki, ayaqqabılar müxtəlif çeşiddə olduğundan pərakəndə satış qiymətinin muüəyyən edilməsi məqsədəuyğun olmazdı.
33. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu digər nəticələrlə razılaşaraq, qeyd etmişdir ki, bu hissədə apellyasiya şikayətinin dəlilləri əsaslandırılmamış və buna dair hər hansı bir sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri d) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti cavabdehin iddia ərizəsinə qarşı etiraz ilə eyni d əlillərlə əsaslandırlmaqla, həmçinin göstərilmişdir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 21.3-cü maddəsinin tələblərini pozmuşdur.
36. MPM-in 99.1və 99.3-cü maddələrinə əsasən, işin obyektiv araşdırılmasını təmin etmək məqsədilə, istər hadisə yerinə baxış keçirilən zaman, istərsə də ekspertiza keçirilməsi zamanı MMC-nin nümayəndəsinin iştirakı təmin edilməli idi. Məhz ekspert tərəfindən obyektiv araşdırma aparılması məqsədilə, xx.xx.2022-ci il tarixdə MMC-nin rəhbərliyi tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə yazılı ərizə təqdim edilərək, ekspertizanın keçirilməsində iştirakılarının təmin edilməsi xahiş olunmuş, lakin müraciətləri nəticəsiz qalmışdır.
37. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş və bildirişə əlavə edilmiş ekspert rəyi rəsmi qaydada MMC-nin faktiki ünvanına x x.xx.2022-ci il tarixdə daxil olmuşdur. Nəzərə alınsa ki, iş üzrə qətnamə xx.xx.2022-ci il tarixdə qəbul edilib, bu o deməkdir məhkəmə iclasının vaxtı və yeri barədə məlumat MMC-yə vaxtında verilməmiş, həmçinin ekspert rəyi ilə tanış olmalarına şərait yaradılmamışdır. Bu isə, qətnamənin ləğv edilməsinə əsas verən kobud prosessual pozuntu halıdır. e)
38. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
41. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
42. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməl idir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
43. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
44. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
45. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexan izmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kass asiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verməmiş, iddiaçılar apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edərək, birinci instansiya məhkəməs inin qətnaməsi qismən - “İddiaçı2 əmlakına dəymiş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissədə ləğv olunmuş, maddi zərərin məbləğin artırılması barədə yeni qətnamə çıxarılmışdır. Bu qətnamədən cavabbeh kassasiya şikayəti vermişdir. Göründüyü kimi hazırkı kassasiya baxışının həddi apellyasiya məhkəməsinin qətnaməsinin cavabdeh MMC-dən İddiaçı2 xeyrinə tutulacaq maddi zərərəni artırılması hissəsidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
57. Kassasiya şikayətində qeyd edilən dəlillərlə, yəni hadisə yerinə baxış keçiriləndə və ekspertiza keçirilməsi zamanı MMC-nin nümayəndəsinin iştirakının təmin olunmaması, ekspert tərəfindən obyektiv araşdırma aparılmaması, ekspert rəyinin rəsmi qaydada MMCnin faktiki ünvanına göndərilməməsi və rəyin tədqiqində iştirakının təmin olunmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi, ekspert rəyinin sübut kimi qəbul edilməməsi üçün əsas ola bilməz. Hadlisə yerinə baxış və ekspertiza keçirilməsində işdə iştirak edən şəxslərin mə cburi iştirakı, ekspert rəyinin surətinin işdə iştirak edən şəxslərə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Cavabdeh ekspert rəyinin mötəbərliliyinin şübhə altına alınmasına səbəb ola biləcək əsaslı dəlillər təqdim edə bilməmişdir. Həmçinin çoxsaylı məhkəmə iclaslarında nümayəndəsi iştirak etmiş, iddia tələblərinə etirazının əsaslarına dair sübutların təqdim olunması üçün kifayət qədər şərait yaradılmışdır.
58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillər hətta təsdiq olunduğu halda belə, Mülki Prosessual Məcəllənin 418.3cü maddəsinə görə bu hal apellyasiya məhkəməsinin düzgün qətnaməsinin ləğv edilməsi əsas ola bilməz. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qər ardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
59. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
60. Odur ki, Sumqfuıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli qətnaməsi cavabdeh X10” MMC-nin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-488/2022 nömrəli, 19 iyul 2022-ci il tarixli qətnaməsi İddiaçı2 Əmili oğlunun iddiasının maddi zərərin qismən təmin olunması hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.